Məhkəmə qərarları › İş №2(019)-138/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-138/2021

18.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-138/2021 18.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən qanunsuz tutulmuş Balakən rayonu Katex kəndində yerləşən həyatyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə gedən yolun X2 göstərilən ölçüdə açılması və cavabdeh tərəfindən çəkilmiş sim məftilin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Katex kəndində yerləşən mülkiyyətində olan 0.4083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, 0.80 ha kənd təsərrüfatı təyinatlı və 1199.33 kvm həyətyanı torpaq sahələrinə gedən yolun Cavabdeh tərəfindən kompleks yerquruluşu xəritələrində göstərilən ölçüdə açılması, cavabdeh tərəfindən çəkilmiş sim məftilin sökülməsi və ağacların kəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil İddiaçı Cavabdeh qarşı iddia tələbinin həcminin azaldılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən ağacların kəsilməsi hissəsində iddia tələbinin həcmini azaldıb, iddia tələbini dəqiqləşdirərək, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Balakən rayonu, Katex kəndində yerləşən 0.4083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, JN-1387 saylı Dövlət Aktının 1387 konturu üzrə 0.3899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.1199 ha həyətyanı torpaq sahəsinə gedən yolun X2 göstərilən qərb tərəfdə 5.5 metr enində, mərkəzdə 7.2 metr enində, şərq qutaracağında isə 6.5 met enində açılması və çəkilmiş sim məftilin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Katex kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə ona, atası X7 və anası X4 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 1387 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X18 hazırlanmışdır. Eyni zamanda Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə onlara 1199.33 kvm həyətyanı torpaq sahəsi verilmişdir. Balakən rayon Notariat Ofisində bağlanmış üç aprel 2019-cu il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən mülkiyyətlərində olan torpaq sahəsinə bitişik 0.4083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almışdır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. 0.4083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, həm də 0.80 ha kənd təsərrüfatı təyinatlı və 0.1199 ha həyətyanı torpaq sahələrinə gedən yol Cavabdeh tərəfindən daraldılmış, həmin yolun üstündə cavabdeh sim məftillə hasar çəkmiş, yolun üzərində bilərəkdən ağaclar əkmişdir. Kənd təsərrüfatı ilə məşğul olduğuna görə torpaq sahələrinə böyük yük maşını ilə daxil olmaq mümkün olmur. Yolun genişləndirilməsi, sim məftilin sökülməsi və orada əkilən ağacların kəsilməsi ilə bağlı dəfələrlə cavabdehə, Balakən rayon Katex Bələdiyyəsinə və müxtəlif orqanlara yazılı və şifahi müraciətlər etmişdir. Bütün bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Buna görə də Balakən rayonu Katex kəndində yerləşən mülkiyyətində olan 0.4083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, 0.80 ha kənd təsərrüfatı təyinatlı və 0.1199 ha həyətyanı torpaq sahələrinə gedən yolun cavabdeh X13 tərəfindən X2 göstərilən ölçüdə açılması, cavabdeh tərəfindən çəkilmiş sim məftilin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alib,iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Balakən rayonu Katex kəndində yerləşən iddiaçının mülkiyyətində olan 0.4083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, 0.80 ha kənd təsərrüfatı təyinatlı və 0.1199 ha həyətyanı torpaq sahələrinə gedən yolun Cavabdeh tərəfindən X2 göstərilən ölçüdə açılması və cavabdeh tərəfindən çəkilmiş sim məftilin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Katex Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 29 iyun tarixli, 06 nömrəli qərarı ilə Balakən rayonu Katex kəndində 1199.33 kvm həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 1387 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X16 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli, 01 nömrəli qərarı ilə Balakən rayonu Katex kəndində 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X5, X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********88 olan, ********** qeydiyyat nömrəli 24.09.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində olan 0.4083 ha yaşayış məntəqələrinin torpaqları 74 №li reyestr kitabının 48 №li vərəqində 24.09.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********88 olan, 544938 qeydiyyat nömrəli 24.09.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Katex kəndi 0.4083 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası «X11» tərəfindən keçirilmiş 29 aprel 2021-ci il tarixli, 157 nömrəli ekspert rəyindən görünür ki, İş materiallarına əlavə olunan hüquqmüəyyənedici sənədlər əsasında mübahisəli ərazi üzrə naturada və kameral şəraitdə ərazinin ümumi xəritəsi və aerofotoplan üzərində aparılan tədqiqat zamanı İddiaçı mülkiyyətində olduğu qeyd edilən, Balakən rayonu, Katex kəndində yerləşən 0.4083 ha, 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1387 konturu üzrə 0.3899 ha və 0.1199 ha həyətyanı torpaq sahəsinin yer səthi üzərində ölçüləri tam həcmdə müəyyənləşdirilmişdir. JN-1387 saylı Dövlət Aktının 1387R konturu üzrə 0.41 ha torpaq sahəsi başqa istiqamətdə yerləşir. Müəyyənləşdirilən torpaq sahələrinin ölçüləri iş materiallarına əlavə olunmuş hüquqmüəyyənedici sənədlərə uyğundur və AutoCad və ArcMap proqramları vasitəsilə aerofotoplan üzərində tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Mübahisələndirilən torpaq sahələri üzrə X8 üzərində aparılmış tədqiqat zamanı ərazinin ümumi xəritəsində (X8) İddiaçı mülkiyyətində olduğu qeyd edilən, Balakən rayonu, Katex kəndində yerləşən 0.4083 ha, JN-1387 saylı Dövlət Aktının 1387 konturu üzrə 0.3899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və 0.1199 ha həyətyanı torpaq sahəsinə getmək üçün qərb tərəfdə 5.5 m enində, mərkəzdə 7.2 m enində, şərq qutaracağında isə 6.5 m enində yol nəzərdə tutulmuşdur. X2 qərb tərəfdə 5.5 m, şərq tərəfdə isə 6.5 m enində yol nəzərdə tutulduğu halda yer səthi üzərində bu ölçülər müvafiq olaraq qərb tərəfdə 3.3 m, mərkəzdə 3.6 m, şərqdə isə 4.3 m təşkil edir. Rəyə ortofotoplan, plan-sxem və baxış aktı əlavə olunur. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş «X11» MMC-nin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış 29 aprel 2021-ci il tarixli, 157 nömrəli tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri 300 manat təşkil edir. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 2001-ci il 29 iyun tarixli, 06 nömrəli qərarı ilə Balakən rayonu Katex kəndində 1199.33 kvm həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Eyni zamanda Balakən rayon Aqrar İslahat Komissiyasının 1998ci il 19 yanvar tarixli, 01 nömrəli qərarı ilə Balakən rayonu Katex kəndində 0.80 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X6, X3 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Balakən rayonu Katex kəndi 0.4083 ha yaşayış məntəqələrinin torpaqları 74 №li reyestr kitabının 48 №li vərəqində 24.09.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 0.4083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, 0.80 ha kənd təsərrüfatı təyinatlı və 0.1199 ha həyətyanı torpaq sahələrinə gedən yol Cavabdeh tərəfindən daraldılmış, həmin yolun üstündə cavabdeh sim məftillə hasar çəkmişdir. İddiaçı yolun genişləndirilməsi və sim məftilin sökülməsi ilə bağlı dəfələrlə cavabdehə, Balakən rayon Katex Bələdiyyəsinə və müxtəlif orqanlara yazılı və şifahi müraciətlər etmiş, lakin bu müraciətlərin heç bir nəticəsi olmamışdır. Nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, onun torpaq sahələri üzərində mülkiyyət hüquqları pozulur. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilmiş 29 aprel 2021-ci il tarixli, 157 nömrəli ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarına əlavə olunan hüquqmüəyyənedici sənədlər əsasında mübahisəli ərazi üzrə naturada və kameral şəraitdə ərazinin ümumi xəritəsi və aerofotoplan üzərində aparılan tədqiqat zamanı İddiaçı mülkiyyətində olduğu qeyd edilən, Balakən rayonu, Katex kəndində yerləşən 0.4083 ha, 0.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1387 konturu üzrə 0.3899 ha və 0.1199 ha həyətyanı torpaq sahəsinin yer səthi üzərində ölçüləri tam həcmdə müəyyənləşdirilmişdir.JN-1387 saylı Dövlət Aktının 1387R konturu üzrə 0.41 ha torpaq sahəsi başqa istiqamətdə yerləşir. Müəyyənləşdirilən torpaq sahələrinin ölçüləri iş materiallarına əlavə olunmuş hüquqmüəyyənedici sənədlərə uyğundur və AutoCad və ArcMap proqramları vasitəsilə aerofotoplan üzərində tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Mübahisələndirilən torpaq sahələri üzrə X8 üzərində aparılmış tədqiqat zamanı ərazinin ümumi xəritəsində (X8) İddiaçı mülkiyyətində olduğu qeyd edilən, Balakən rayonu, Katex kəndində yerləşən 0.4083 ha, JN-1387 saylı Dövlət Aktının 1387 konturu üzrə 0.3899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və 0.1199 ha həyətyanı torpaq sahəsinə getmək üçün qərb tərəfdə 5.5 m enində, mərkəzdə 7.2 m enində, şərq qutaracağında isə 6.5 m enində yol nəzərdə tutulmuşdur. X2 qərb tərəfdə 5.5 m, şərq tərəfdə isə 6.5 m enində yol nəzərdə tutulduğu halda yer səthi üzərində bu ölçülər müvafiq olaraq qərb tərəfdə 3.3 m, mərkəzdə 3.6 m, şərqdə isə 4.3 m təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-ci maddəsinə əsasən hüquqdan suiistifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.1-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.3-cü maddəsinə əsasən əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur; özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) topaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşdəki sübutlarla ərazinin ümumi xəritəsində (X8) İddiaçı mülkiyyətində olduğu qeyd edilən, Balakən rayonu, Katex kəndində yerləşən 0.4083 ha, JN-1387 saylı Dövlət Aktının 1387 konturu üzrə 0.3899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə və 0.1199 ha həyətyanı torpaq sahəsinə getmək üçün qərb tərəfdə 5.5 m enində, mərkəzdə 7.2 m enində, şərq qutaracağında isə 6.5 m enində yolun nəzərdə tutulması, lakin cavabdehin X2 qərb tərəfdə 5.5 m, şərq tərəfdə isə 6.5 m enində yol nəzərdə tutulduğu halda yer səthi üzərində bu ölçüləri müvafiq olaraq qərb tərəfdə 3.3 m, mərkəzdə 3.6 m, şərqdə isə 4.3 m daraltması, orada sim məftil çəkməsi və bununla da iddiaçının öz mülkiyyətində olan torpaq sahələrinə getməsi və həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaratdığı üçün, iddia təmin edilməklə bu maneə aradan qaldırılmalı və Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Balakən rayonu, Katex kəndində yerləşən 0.4083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, JN-1387 saylı Dövlət Aktının 1387 konturu üzrə 0.3899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.1199 ha həyətyanı torpaq sahəsinə gedən yol X2 göstərilən qərb tərəfdə 5.5 metr enində, mərkəzdə 7.2 metr enində, şərq qutaracağında isə 6.5 met enində açılmalı və çəkilmiş sim məftil sökülməlidir. Beləliklə məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Balakən rayonu, Katex kəndində yerləşən 0.4083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, JN-1387 saylı Dövlət Aktının 1387 konturu üzrə 0.3899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.1199 ha həyətyanı torpaq sahəsinə gedən yol X2 göstərilən qərb tərəfdə 5.5 metr enində, mərkəzdə 7.2 metr enində, şərq qutaracağında isə 6.5 met enində açılmalı və çəkilmiş sim məftil sökülməlidir. Həmçinin iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilməli, iş üzrə 300 manat ekspertiza xərci Cavabdeh tutularaq, «X11» MMC-nin Kapital Bank ASC Sahil filialı Kod 201218, VÖEN **********, SVVİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ**********000000194, VÖEN **********6 Hesab AZ64AİİB400900C**********208 hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Balakən rayonu, Katex kəndində yerləşən 0.4083 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, JN-1387 saylı Dövlət Aktının 1387 konturu üzrə 0.3899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.1199 ha həyətyanı torpaq sahəsinə gedən yol X2 göstərilən qərb tərəfdə 5.5 metr enində, mərkəzdə 7.2 metr enində, şərq qutaracağında isə 6.5 met enində açılsın və çəkilmiş sim məftil sökülsün; iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin; iş üzrə 300 manat ekspertiza xərci Cavabdeh tutularaq, «X11» MMC-nin Kapital Bank ASC Sahil filialı Kod 201218, VÖEN **********, SVVİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ**********000000194, VÖEN **********6 Hesab AZ64AİİB400900C**********208 hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrdlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar