Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-14/2020 05.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacıyov qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ümumi birgə mülkiyyətdə olan JN-0001 KOD-40112018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 001Q və 001 A kontur daxilində yerləşən 0.35 ha torpaq sahəsindən və RX ******* saylı çıxarışla verilmiş 0.0999 ha həyətyanı torpaq sahəsindən onun 1/6 hissə payının naturada ayrılması, mülkiyyətinə verilən hissələrdən cavabdehlərin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacıyov qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ümumi birgə mülkiyyətdə olan JN-0001 KOD-40112018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 001Q və 001 A kontur daxilində yerləşən 0.35 ha torpaq sahəsindən və RX ******* saylı çıxarışla verilmiş 0.0999 ha həyətyanı torpaq sahəsindən onun 1/6 hissə payının naturada ayrılması, mülkiyyətinə verilən hissələrdən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. 10 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. İddiaçıya yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hacıyov qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı ümumi birgə mülkiyyətdə olan JN-0001 KOD-40112018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 001Q və 001A kontur daxilində yerləşən 0.35 ha torpaq sahəsindən və RX ******* saylı çıxarışla verilmiş 0.0999 ha həyətyanı torpaq sahəsindən onun 1/6 hissə payının naturada ayrılması, mülkiyyətinə verilən hissələrdən cavabdehlərin çıxarılması tələbinə dair mülki iş baxılmamış saxlansın. 10 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı 184,50 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba və 50 manat ekspertiza tədqiqatının dəyəri alınıb dövlət büdcəsinə-VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22, AZ34STRE ******************** hesaba köçürülsün. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-14/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-14/2020
05.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver