Məhkəmə qərarları › İş №2(019)-14/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-14/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-14/2021 21.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı ölmüş Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 qarşı uşaqları ilə birlikdə ona məxsus olan yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə ona məxsus Balakən şəhəri S.Vurğun küçəsində 0.07 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 60.80 kvm olan 2 otaqdan ibarət yaşayış evindən çıxarımasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, Cavabdeh1 06.11.2019-cu ildə ölmüşdür. Bu barədə 26 noyabr 2019-cu il tarixli AZ-İİ seriyalı 053262 №-li şəhadətnamə verilmişdlir. Balakən Rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2(019)-1057/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin uşaqları ilə birlikdə ona məxsus olan yaşayış evindən çıxarılması tələbinə dair mülki işin icraatı ölmüş Cavabdeh1 hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 01 oktyabr 2021-cı il tarixli, 1867 saylı arayışından görünür ki, Cavabdeh1 vəfat etdiyi 06.11.2019-cu il tarixdə ünvan 1 ünvanında daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: yoldaşı-Cavabdeh2, qızı-X2, oğlu-X3, oğlu- X4 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Həmin hüquqi mövqe MPM-nin 13.4-cü maddəsinə əsasən qanunun analogiyası üzrə hazırki işə də tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respeublikası MPM) 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Göstərilənlərə əsasən məhkəmə ölmüş Cavabdeh1 onun hüquqi varisi olan arvadı- Cavabdeh2 ilə əvəz etmiş və hazırki mülki iş üzrə icraatı təzələyərək, məhkəmə baxışına təyin etmişdir. İddiaçı və cavabdeh və ölmüş Cavabdeh1 hüquq varisi Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, 21 oktyabr 2021-ci il tarixə, saat 10.10-a təyin olunmuş məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6 və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də İddiaçı ölmüş Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 qarşı uşaqları ilə birlikdə ona məxsus olan yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ölmüş Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 qarşı uşaqları ilə birlikdə ona məxsus olan yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar