Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-143/2021 17.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X71 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Şıxamir oğlunun, onun nümayəndəsi və vəkili Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21, X28 və X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı Cavabdeh Şıxamir oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Notariat Ofisinə qarşı irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ilk, iddiaçı Cavabdeh Şıxamir oğlunun cavabdeh İddiaçı qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi tələbinə dair qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 Cavabdeh Şıxamir oğluna və Balakən rayon Notariat ofisinə qarşı irsi transmissiya üzrə mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair iddialar üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Şıxamir oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X20ndan və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum babası X18 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus olan 0.70 ha hissəsindən 1/2 hissənin, yəni içərisində fındıq bağı olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın 1/2 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianın predmetinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X20ndan və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum babası X18 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus olan 0.70 ha hissəsindən irsi transmissiya üzrə mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Cavabdeh Şıxamir oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ilk iddianı rədd edən, qarşılıqlı iddianı təmin edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şıxamir oğlu tərəfindən mərhum X13 miras qalmış və faktiki qəbul etdiyi 1,05 ha kənd təsərrüfatı torpaq sahəsinə miras əmlakın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Şıxamir oğlu məhkəmə baxışı iclasında qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şıxamir oğlu tərəfindən xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum X13 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum atası X18 miras qalmış, ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan,faktiki olaraq qəbul etdiyi 0.70 ha hissəsinə miras əmlakın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X29 Cavabdeh Şıxamir oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2006-cı il tarixdə vəfat etmiş X9 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum X18 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan 0.70 ha hissəsindən irsi transmissiya üzrə mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının xx xxx 1999-cu il tarixli 05 saylı qərarı ilə babası X30, X20na və iş üzrə Cavabdeh Şıxamir oğluna 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 6xx xxx 40112018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X20 xx xxxxxxx 2006-cı ildə, babası X44 xx xxxxxx 2012-ci il tarixdə vəfat edəndən sonra onlardan Balakən rayonu Sarıbulaq kəndində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxx 1999-cu il tarixli 05 saylı qərarı əsasında JN 6xx xxx 40112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən verilmiş kənd təsərrüfatı təyinatlı 1.05 ha torpaq sahəsi miras qalmışdır. Hələ X3, onun da razılığı ilə X44 ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan 0.70 ha hissəsindən içərisində fındıq bağı olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini oğluna, yəni onun X11na və onun ailə üzvlərinin istifadəsinə vermişdir. Atasının sağlığında ailələri həmin torpaq sahəsindən istifadə etmiş, bağa aqrotexniki qulluq göstərmiş, onun qorunmasını təmin etmiş və məhsulunu yığmışlar. X11 xx xxxx 2012-ci ildə ölmüşdür. Atasının ölümündən sonra o və anası Kifayət Musayeva həmin torpaq sahəsindən istifadə etmiş, bağa qulluq göstərmiş, ağacların budanmasını təmin etmiş, məhsulunu yığmışlar. Bununla da X44 və X39 miras qalmış əmlakın yarısını irsi transmissiya üzrə vərəsə olaraq faktiki qəbul etmişlər. Bu illər ərzində mərhumların digər vərəsələrinin, eləcə də X31 buna etirazları olmamışdır. Hüquqi savadsızlığından, eyni zamanda digər vərəsələrlə miras əmlakın qəbulu ilə bağlı mübahisələri olmadığından, fasiləsiz olaraq miras onların idarəçiliyində olduğundan miras əmlakın qəbulu ilə bağlı notariat orqanına rəsmi müraciət etməmişlər. 2020-ci ilin mart ayının əvvəllərində o fındıq ağaclarını budamış və xx xxxx 2020-ci ildə kəsilmiş hissələri apararkən Cavabdeh Şıxamir oğlu ondan bir daha bağa gəlməməsini tələb etmişdir. O, vaxtdan da Cavabdeh mərhumlardan miras qalmış 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onları girməyə qoymamış və bildirmişdir ki, bundan sonra bütün bağa o, sahiblik edəcəkdir. Həmin vaxtdan sonra onlar babadan və nənədən miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Ofisinə müraciət etmişlər. Balakən rayon Notariat Ofisinin ona ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki: ”xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum nənəniz X45 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum babanız X23 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayonu Notariat Ofisinə müraciət etmişsiniz. Bildiririk ki, siz mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüsünüz. Eyni zamanda mərhumların digər vərəsələri ilə aranızda mübahisə olduğunu bildirirsiniz. Odur ki, ötürülmüş müddətin bərpası və mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməlisiniz”. Mərhum X11 miras açıldıqdan sonra mirası qəbul etmiş,lakin mirasın qəbulu rəsmiləşdirilənədək ölmüşdür. X12 və X1 onların razılığı ilə onlara məxsus olan mirası X11nun ölümündən sonra özü və anası X29 faktiki qəbul etmişlər, həmin miras əmlak fasiləsiz onların istifadəsində olmuşdur.Eyni zamanda heç bir vərəsə mübahisələndirilən miras əmlakın qəbulu ilə bağlı Balakən rayon Notariat Kontoruna ərizə verməmişdir. Qeyd edilənləri nəzərə alıb ilk iddianın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddiasının təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddianı müdafiə, qarşılıqlı iddianı isə etiraf etməyərək İddiaçı izahatına uyğun izahat verərək ilk iddianın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddiasının təmin edilməsi,qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Şıxamir oğlu qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını etiraf etməyərək göstərdi ki , o, xx xxxxxx 1990-cı ildə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuşdur. X8r. Atası Şıxamir xx xxxxxx 2012-ci ildə vəfat etmişdir.Onun vərəsəliyi tərəfindən qəbul edilmiş, onun adına olan Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evinə və 0,1804 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi 4010 **********301qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından 29.07 2020-ci ildə çıxarış almışdır. X26 xx xxxxxxx 2006-cı ildə vəfat etmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxx 1999-cu il tarixli 05 saylı qərarı ilə atası X30, X26na və ona Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.X13 və atası X18 miras qalmış 0,70 ha kənd təsərrüfatı torpaq sahəsini faktiki olaraq özü qəbul etmiş və həmin torpaq sahəsini əkib becərərək vergilərini ödəyir.Həmin torpaq sahəsi hazırda da onun istifadəsindədir. Orada tərəfindən çoxillik əkmələr fındıq bağı salınmışdır.Odur ki, mərhum X13 və atası X18 miras qalmış, ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan, faktiki olaraq qəbul etdiyi 0.70 ha hissəsinə miras əmlakın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, həmçinin göstərdi ki, ilk iddia ərizəsində və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsində göstərilənlər qeyri-obyektivdir, real vəziyyəti əks etdirmir. İddiaçı və onun anası Kifayət Musayeva mərhum X26nın və atası X24 onlara miras qoyduğu torpaq sahəsindən heç vaxt istifadə etməmişdirlər. Ümumiyyətlə ilk iddia üzrə İddiaçı və onun anası Kifayət Musayeva ikinci dərəcəli vərəsədirlər. Qabaqda birinci dərəcəli vərəsələr ola-ola mirasdan ona pay düşə bilməz. İddiaçı və anası mirası qəbul etmək üçün müəyyən edilmiş müddəti də ötürmüşdürlər. İddiaçı atası Zübahir Musayevin maddi vəziyyəti ağır olduğundan X26 və atası X44 hələ öz sağlıqlarında hər il özlərinin mülkiyyətində olan bağ sahəsindəki 35 ədəd fındıq tomasının məhsulunu Zübahirin və ailə üzvülərinin yığmalarına icazə vermişlər.Bu səbəbdən hər il həmin 35 ədəd fındıq tomasının məhsulunu Zübahir və ailə üzvüləri yığmışlar. Zübahir öldükdən sonra 2020-ci ilə kimi həmin 35 ədəd fındıq ağacının məhsulunu onun ailə üzvüləri yığmışlar. 2020-ci ildə o, Samirin və ailə üzvülərinin 35 ədəd fındıq tomasının məhsulunu yığmalarına son verməyi qərara almışdır və 2020-ci ilin mart ayının əvvəllərində Samir fındıq ağaclarının budanmış budaqlarını bağdan apararkən ona bir daha bağa gəlməməsini bildirmişdir. Ondan sonra da onları həmin bağa buraxmamışdır. Qeyd edilənləri nəzərə alıb ilk iddianın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Şıxamir oğlunun nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını etiraf etməyərək Cavabdeh Şıxamir oğlunun izahatına uyğun izahat verərək ilk iddianın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X29 iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonu Tülü kəndində yaşayır. X16 olmuşdur. xx xxxx 1980-cı il tarixdə 25 sayla Balakən rayonu Talalar kənd sovetində qeyd etdirməklə X40 ilə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından üç övladı olmuşdur. Balakən rayonu Aqrar İslahat komissiyasının xx xxx 1999-cu il tarixli 05 saylı qərarı ilə X6na, qaynX26na və onların övladlığa götürdükləri Cavabdeh Şıxamir oğluna Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 6xx xxx 40112018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X65 xx xxxxxxx 2006-cı ildə, X44 xx xxxxxx 2012-ci il tarixdə vəfat edəndən sonra onlardan Balakən rayonu Sarıbulaq kəndində yerləşən, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxx 1999-cu il tarixli 05 saylı qərarı əsasında verilmiş JN 6xx xxx 40112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən kənd təsərrüfatı təyinatlı 1.05 ha torpaq sahəsi miras qalmışdır. Hələ X3, onun da razılığı ilə X44 ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan 0.70 ha hissəsindən içərisində fındıq bağı olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini oğlu X19 və onun ailə üzvlərinin istifadəsinə vermişdir. Ərinin sağlığında onlar həmin torpaq sahəsindən istifadə etmiş, bağa aqrotexniki qulluq göstərmiş, onun qorunmasını təmin etmiş və məhsulunu yığmışlar. X16 xx xxxx 2012- ci ildə ölmüşdür. Ərinin ölümündən sonra o və oğlu İddiaçı həmin torpaq sahəsindən istifadə etmişlər, bağa qulluq göstərmiş, ağacların budanmasını təmin etmiş, məhsulunu yığmışlar. Bununla da X44 və X39 miras qalmış əmlakın yarısını irsi transmissiya üzrə vərəsə olaraq faktiki qəbul etmişlər. Bu illər ərzində mərhumların digər vərəsələrinin, eləcə də X31 buna etirazları olmamışdır. Hüquqi savadsızlığından, eyni zamanda digər vərəsələrlə miras əmlakın qəbulu ilə bağlı mübahisələri olmadığından miras əmlakın qəbulu ilə bağlı notariat orqanına rəsmi müraciət etməmişlər. Lakin 2020-ci ilin mart ayında onlar bağdan budanmış hissələri apararkən Cavabdeh Şıxamir oğlu mərhumlardan miras qalmış 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onu və oğlu İddiaçı girməyə qoymamış və bildirmişdir ki, “indiyə qədər fındıq məhsulunu yığmısız bəsdir, bundan sonra bütün buralara mən sahiblik edəcəyəm”.Həmin vaxtdan sonra oğlu Samir baba və nənəsindən miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Ofisinə müraciət etmişlər. Balakən rayon X68 Musayevə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki: ”xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum nənəniz X45 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum babanız X23 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayonu Notariat Ofisinə müraciət etmişsiniz. Bildiririk ki, Siz mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüsünüz. Eyni zamanda mərhumların digər vərəsələri ilə aranızda mübahisə olduğunu bildirirsiniz. Odur ki, ötürümüş müddətin bərpası və mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməlisiniz”. Mərhum X16 miras açıldıqdan sonra mirası qəbul edərək ölmüşdür. X9 və X18 miras qalmış əmlakı,0,35 hektar torpaq sahəsini X16, onun ölümündən sonra isə o və İddiaçı faktiki qəbul etmiş, həmin miras əmlak fasiləsiz onların istifadəsində olmuşdur.Qeyd edilənləri nəzərə alıb iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxs X46 məhkəmə iclasında göstərdi ki, İddiaçı qardaşı oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X29 qardaşı arvadıdır. Cavabdeh Şıxamir oğlu onun oğludur, lakin atası Şıxamir tərəfindən övladlığa götürülmüşdür, hazırda qardaşı hesab olunur. X26, atası isə X33r. Valideynlərinin Bayram, Zübahir, Rüfət, Məhəmməd adlı oğulları və Tanzilə, Zeycan və Zenfira adlı qızları vardır. X50 2012-ci ildə, Zeycan Əzimova 2010-cu ildə, Məhəmməd Musayev isə 1985-ci ildə vəfat etmişdir. Məhəmməd Musayevin heç bir vərəsəsi yoxdur. Zeycan Əzimovanın uşaqları Rusiyadadır, Zübahirin arvadı Kifayət Musayeva,uşaqları İddiaçı, Zamir Musayev və Aysel Rüstəmovadır (Musayeva ) .O və Cavabdeh valideynlərinə məxsus olan, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. X7 ,anası X45 və Cavabdeh Şıxamir oğlunun ümumi birgə mülkiyyətinə Balakən rayonu Sarıbulaq kəndinin ərazisindən Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxx 1999-cu il tarixli 05 saylı qərarı əsasında verilmiş JN 6xx xxx 40112018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. O və oğlu Zaur ata- anasından qalan mirası qəbul etmişlər. Digər vərəsələr isə mirası qəbul etməmişlər. Qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasında göstərdi ki, İddiaçı qardaşı oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X29 qardaşı Zübahirin arvadıdır. Cavabdeh qardaşı oğludur, lakin atası Şıxamir tərəfindən övladlığa götürülmüşdür. X26, atası isə X33r. Valideynlərinin Bayram, Zübahir, Rüfət, Məhəmməd adlı oğulları və Tanzilə, Zeycan və Zenfira adlı qızları vardır. X50 2012-ci ildə, Zeycan Əzimova 2010-cu ildə, Məhəmməd Musayev isə 1985-ci ildə vəfat etmişdir. Məhəmməd Musayevin heç bir vərəsəsi yoxdur. Zeycan Əzimovanın uşaqları Rusiyadadır, Zübahirin arvadı Kifayət Musayeva və uşaqları İddiaçı, Zamir Musayev və Aysel Rüstəmovadır (Musayeva ) .O, 1976-cı ildə ailə qurmuş və o vaxtdan da Balakən rayonu Hənifə kəndində yaşayır. O, əvvəllər valideynlərindən miras qalan əmlakdan pay istəməmiş, hazırda o, da valideynlərindən qalan mirasdan pay istəyir.Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxs X52 məhkəmə iclasında göstərdi ki, İddiaçı qardaşı oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X29 qardaşı Zübahirin arvadıdır. X26, atası isə X32r. Valideynlərinin Bayram, Zübahir, Rüfət, Məhəmməd adlı oğulları və Tanzilə, Zeycan və Zenfira adlı qızları vardır. Cavabdeh qardaşı oğludur, lakin atası Şıxamir tərəfindən övladlığa götürülmüşdür. X50 2012-ci ildə, Zeycan Əzimova 2010-cu ildə, Məhəmməd Musayev isə 1985-ci ildə vəfat etmişdir. Məhəmməd Musayevin heç bir vərəsəsi yoxdur. Zeycan Əzimovanın uşaqları Rusiyadadır, Zübahirin arvadı Kifayət Musayeva və uşaqları İddiaçı, Zamir Musayev və Aysel Rüstəmovadır (Musayeva ) .O, 1976-cı ildən Rusiya Federasiyasının vətəndaşıdır və o vaxtdan sonra atasına məxsus əmlakdan istifadə etməmişdir. Ancaq qardaşı Zübahir, o öləndən sonra ailə üzvüləri atasına məxsus fındıq bağının 40 toma fındığından həmişə istifadə etmişlər, bağı təmizləyib məhsulunu yığmışlar. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxs Rüstəmova (Musayeva) Aysel Zübahir qızı göstərdi ki, mərhum atası Zübahir öz valideynlərinə məxsus fındıq bağının 0,35 hektar hissəsinə sahiblik etmiş , bağı təmizləyib məhsulunu yığmışdır. Atası Zübahir öləndən sonra anası Kifayət, qardaşı Samir 2019-cu ilə kimi babasına məxsus həmin 0,35 hektar fındıq bağını təmizləyib, ağacları budayıb, qoruyub məhsulunu yığmışlar.Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxs Balakən rayon Notariat Ofisi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X53 və mərhum X25 vərəsəsi X66 və X34 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Balakən rayon Notariat Ofisi məhkəməyə ərizə göndərərək işə iştiraklarının olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq işə məhkəmə iclasına gəlməmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, tərəfləri bu işlə əlaqədar tanıyır.O, 2016-cı ilin dekabr ayından Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Sarıbulaq kəndi ərazisində mərhum X24 ailəsinə məxsus, içərisində fındıq bağı olan 1.05 ha. torpaq sahəsi vardır. Tərəflərin qohumlarının deməsinə görə mərhum X4 özünə düşən və içərisində fındıq bağı olan 0.35 ha. torpaq sahəsini birdəfəlik olaraq mərhum oğlu Musayev Zübahirin ailəsinin istifadəsinə vermişdir. X40 vəfat etdiyi 2012-ci ilə qədər ailəsi ilə birgə həmin torpaq sahəsindən istifadə etmiş , bağa aqrotexniki qulluq göstərmiş , qorunmasını təmin etmiş və fındıq məhsulunu yığmışdır. 2012-ci ildən sonra isə onun oğlu- İddiaçı həmin torpaq sahəsindən istifadə etmiş , bağa qulluq göstərmiş ağacların budanmasını təmin etmiş və fındıq məhsulunu yığmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini işləyən Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, İddiaçı onun bacısının oğludur. O, hər il hazırda mübahisə edilən torpaq sahəsinə gedərək bacısına və bacısı oğluna fındıq yığmağa kömək etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 göstərdi ki, İddiaçı onun qaynı oğlu, Cavabdeh isə oğludur. O, Musayev Bayram Şıxamir oğlu ilə 1987-ci ildə evlənmiş və Şıxamir Musayevə məxsus evə gəlin gəlmişdir. X6 da onlarla birlikdə yaşamışdır. Gəlin gəldiyi gündən hal-hazıra kimi həmin evdə yaşamaqla mübahisə edilən bağdan istifadə etmişdir. X69 maddi vəziyyəti ağır olduğundan qaynatası Şıxamir kolxoz dağılan vaxtdan özünə məxsus bağın 35 ədəd fındıq tomasının məhsulunu yığmaq üçün Zübahirə vermişdir. Zübahir də ölənə kimi həmin 35 ədəd fındıq tomasının məhsulunu yığmışdır. Zübahir öləndən sonra isə onun arvadı Kifayət və oğlu Samir həmin ağacların fındığını yığmışdırlar. 2020-ci ilin əvvəllərindən oğlu Zaur Samirin və ailə üzvülərinin bağa gəlməsinə icazə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, İddiaçı əmisi oğlu, Cavabdeh isə əmisidir. Samir 2015-ci ildə Rusiya Federasiyasına getmiş və 2019-cu ildə qayıtmışdır. İddiaçı 2019-cu ilə kimi babası Şıxamirə məxsus fındıq bağından fındığı yığmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki,Balakən rayonu Sarıbulaq kəndində yaşayır,Samiri və Zauru tanıyır. X61 fındıq bağının məhsulunu həmişə Zaur və ailə üzvüləri yığmışlar. Samirin həmin bağdan fındıq yığdığını görməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X83 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 19 nömrəli məktubda göstərilmişdir ki, “xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum nənəniz X45 və xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum babanız Musayev Şıxamirin mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayonu Notariat Ofisinə müraciət etmisiniz. Bildirilir ki, Siz mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüsünüz. Eyni zamanda mərhumların digər vərəsələri ilə aranızda mübahisə olduğunu bildirirsiniz. Odur ki, ötürülmüş müddətin bərpası və mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməlisiniz”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş AZ-İ 487123 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx xxxx 2012-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyəti Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 250 nömrəli arayışdan görünür ki, Sarıbulaq kəndi ərazisində mərhum X24 ailəsinə məxsus JN-602 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən və içərisində fındıq bağı olan 1.05 ha torpaq sahəsi vardır. Qohumlarının deməsinə görə mərhum X4 özünə düşən və içərisində fındıq bağı olan 0.35 ha. torpaq sahəsini birdəfəlik olaraq mərhum oğlu Musayev Zübahirin ailəsinin istifadəsinə vermişdir. X40 vəfat etdiyi 2012- ci ilə qədər ailəsi ilə birgə həmin torpaq sahəsindən istifadə etmiş , bağa aqrotexniki qulluq göstərmiş, qorunmasını təmin etmişdir. 2012-ci ildən sonra isə oğlu Balakən rayonu Tülü kənd sakini İddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, bağa qulluq göstərmiş, ağacların budanmasını təmin etmiş , bununla da babası X18 və X20ndan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 iyul 2020-ci il tarixli Aktdan görünür ki, həmin akt İddiaçı nümayəndəliyə şifahi müraciəti əsasında tərtib edilmişdir.Aktda göstərilmişdir ki, Sarıbulaq kəndi ərazisində mərhum X23 ailəsinə məxsus JN- 602 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən və içərisində fındıq bağı olan 1.05 ha. torpaq sahəsi vardır. Qohumlarının deməsinə görə mərhum X4 özünə düşən və içərisində fındıq bağı olan 0.35 ha. torpaq sahəsini birdəfəlik olaraq mərhum oğlu Musayev Zübahirin ailəsinin istifadəsinə vermişdir. X40 vəfat etdiyi 2012-ci ilə qədər ailəsi ilə birgə həmin torpaq sahəsindən istifadə etmiş , bağa aqrotexniki qulluq göstərmiş , qorunmasını təmin etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-602, KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxx 1999-cu il tarixli 05 saylı qərarı ilə X30, X51 və Cavabdeh Şıxamir oğluna Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.05 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon ZAQS bürosu tərəfindən xx xxxx 1966-cı il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.1950-ci il tarixdə anadan olmuş, X80 Bayram oğlu, X26 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Oktyabr rayon ZAQS şöbəsi tərəfindən 11 aprel 1981-ci il tarixdə verilmiş Vİİ JQ seriyalı 325302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1981-ci ildə anadan olmuş, X11, anası X29 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli 735 nömrəli məktubdan görünür ki, ləğv edilmiş Torpaq və Xəritəçəkimə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında sorğuda qeyd olunan X19 və ailə üzvlərinin ( subyektilərin sayı-5 nəfər) ümumibirgə mülkiyyətində ünvan 3i ünvanında JN-829 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı “ sənədində qeyd olunan 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 205 nömrəli arayışdan görünür ki, X40 vəfat etdiyi xx xxxx 2012-ci il tarixdə Balakən rayonu Tülü kəndində daimi qeydiyyatda olan, mərhumun aşağıda adları qeyd edilmiş vərəsələri olmuşdur:X17 qızı, oğlu Musayev Samir Zübahir oğlu, oğlu İddiaçı və qızı X41. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd bələdiyyəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 59 nömrəli arayışdan görünür ki, bələdiyyədə 2006-cı ildən başlayaraq mərhum X30 və X9 miras qalmış torpaq sahələrinin və evin vergisi Cavabdeh Şıxamir oğlu və X46 tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 10 nömrəli arayışdan görünür ki, Sarıbulaq kənd sakinləri X46 və Cavabdeh Şıxamir oğlu qohumlarının deməsinə görə mərhum ataları X44 və anaları X45 dəfn xərclərini özləri çəkmiş, yas mərasimlərini yola salmış, baş daşını qoymuş, vəfat etdiyi vaxtdan halhazıradək torpaq vergilərini və kommunal xərcləri ödəmiş, torpağı əkib becərmiş, həmin təsərrüfatı hal-hazırda da idarə edirlər. Bununla da mirası qəbul etdiyini şəksiz bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Sarıbulaq kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 266 nömrəli arayışdan görünür ki, X44 vəfat etdiyi xx.xx.2012-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində qeydiyyatda olmuş və aşağıda adları qeyd olunmuş vərəsələri vardır.X42 oğlu, oğlu-Cavabdeh Şıxamir oğlu, oğlu-X40, oğlu-Musayev Rüfət Şıxamir oğlu, qızı-Musayeva Tanzilə Şıxamir qızı, qızı-Əzimova Zeycan Şıxamir qızı, qızı-Ocaqverdiyeva Zenfira Şıxamir qızı, oğlu-X36. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Sarıbulaq kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 470575 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X44 xx.xx.2012-ci ildə ölmüşdür . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon VVAQ şöbəsi tərəfindən xx xxxxx 1993-cü il tarixli İ-JQ seriyalı 270064 saylı övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, 05 yanvar 1990-cı ildə doğulmuş Cavabdeh Bayram oğlu X44 tərəfindən övladlığa götürülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd soveti tərəfindən xx xxxxx 1993-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Şıxamir oğlu xx xxxxxx 1990-cı ildə anadan olmuş, atası X44, anası Şahid7 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki,Balakən rayonu Sarıbulaq kəndində 1.1804 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 219.70 kv.m olan fərdi yaşayış evi X24 xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxxx 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 192818 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X65 xx xxxxxxx 2006-cı il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 559 nömrəli çıxarışdan görünür ki, X44 ilə Akubayeva Ayşa Sadıq qızı arasında xx xxxxx 1968-ci il tarixdə 10 nömrəli nikah akt qeyd tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 22 iyul 2020-ci il tarixdə verilmiş fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evi X24 adına qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Talalar kənd soveti tərəfindən xx xxxx 1980-cı ildə verilmiş İİ-JQ seriyalı 310100 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki,X40 ilə X37 arasında 17 iyun 1980-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Musayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2010-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X47 xx xxx 2010-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Tülü kənd soveti tərəfindən xx xxxxxx 1990-cı il tarixdə verilmiş Vİİ-JQ seriyalı 363156 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X54 xx xxxx 1990-cı ildə doğulmuşdur. X11, anası X29 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Tülü kənd soveti tərəfindən xx xxx 1982-ci il tarixdə verilmiş Xİİİ-JQ seriyalı 378135 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X48 xx xxxx 1980-cı ildə doğulmuşdur, X11, anası X29 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq bələdiyyəsi tərəfindən xx xxxx 2021-ci il tarixdə verilmiş 04 nömrəli arayışdan görünür ki, bələdiyyədə 2006-cı ildən 2013-cü ilə kimi 1.05. ha torpaq sahəsinin vergisi mərhum X44 tərəfindən ödənilmişdir. 2013-cü ildən 2020-ci ilə kimi isə Cavabdeh Şıxamir oğlu tərəfindən ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, ilk iddia və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı babası X24 və X20nın Bayram, Zübahir, Rüfət, Məhəmməd adlı oğulları və Tanzilə, Zeycan və Zenfira adlı qızları olmuşdur. X44 1993-cü ildə nəvəsi Cavabdeh Bayram oğlunu övladlığa götürmüşdür. Bundan sonra Cavabdeh atası olaraq Musayev Şıxamir Bayram oğlu , anası olaraq isə Şahid7 qeyd edilmişdir. Uşaqlardan Məhəmməd Musayev 1985-ci ildə vəfat etmişdir, onun heç bir vərəsəsi qalmamışdır. Zeycan Əzimova isə xx xxx 2010-cu ildə ölmüşdür. X38 adında vərəsəsi vardır. X24 və X45 mülkiyyətində Balakən rayonu Sarıbulaq kəndində ümumi sahəsi 219.70 kv.m olan fərdi yaşayış evi, onlarla Cavabdeh Şıxamir oğlunun ümumi birgə mülkiyyətində Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.1804 ha həyətyanı torpaq sahəsi və 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi fındıq bağıdır. X24 və X45 mülkiyyətində olan Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evində onlarla bərabər oğulları Bayram ailə üzvüləri ilə birlikdə, həmçinin Şıxamir Musayevin övladlığa götürdüyü Cavabdeh yaşamışdır. Eyni zamanda Bayram və Zaur onlara məxsus torpaq sahəsindən də istifadə etmişlər. Musayev Şıxamir Bayram oğlu və X65 hələ öz sağlıqlarında Cavabdehlə ümumi birgə mülkiyyətlərində olan 1,05 hektar fındıq bağının 35 ədəd fındıq toması əkilmiş təxminən 0,35 hektar hissəsini oğulları Zübahir Musayevin istifadəsinə və sahibliyinə vermişlər. xx.xx.2006-cı il tarixdə X65 ölmüşdür. Onun vəfatından sonra vərəsələrdən heç biri mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişlər, lakin X49 və X46 miras əmlak olan fərdi yaşayış evinə və torpaq sahəsinə sahiblik etməklə və oradan istifadə etməklə, X40 isə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin təxminən 0,35 hektar hissəsinə sahiblik etməklə və oradan istifadə etməklə X88dan qalan mirası faktiki qəbul etmişlər.Digər vərəsələr isə mirası ümumiyyətlə qəbul etməmişlər. xx.xx.2012ci il tarixdə X49 ölmüşdür. Onun vəfatından sonra vərəsələrdən Cavabdeh Şixamir oğlu və X46 miras əmlak olan fərdi yaşayış evinə və torpaq sahəsinə sahiblik etməklə və oradan istifadə etməklə, X40 isə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin təxminən 0,35 hektar hissəsinə sahiblik etməklə və oradan istifadə etməklə mirası faktiki qəbul etmişlər. Digər vərəsələr yenə də mirası qəbul etməmişlər. Zübahir Musayev miras əmlakın bölgüsü rəsmiləşdirilənədək, yəni xx xxxx 2012-ci ildə ölmüşdür. Onun vərəsələri – İddiaçı və X29 mərhum Zübahir Musayevdən miras qalan əmlaka, o cümlədən onun valideynlərindən miras qalan əmlaka - 35 ədəd fındıq tomasının yerləşdiyi torpaq sahəsinə sahiblik etməklə və oradan istifadə etməklə mirası faktiki qəbul etmişlər. X2 və X45 mirasının rəsmi bölgüsü aparılmamış, miras əmlakla bağlı vərəsələr arasında mübahisə olmamışdır. xx xxxx 2020ci il tarixdə İddiaçı 35 ədəd fındıq tomasından budadığı ağacları yaşadığı ünvana apararkən Cavabdeh ondan bir daha bağ sahəsinə gəlməməsini tələb etmiş və o vaxtdan onları mübahisəli bağ sahəsinə buraxmamışdır. Bununla da vərəsələr arasında mübahisə başlamışdır. Bundan sonra tərəflər hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə vəsiyyət üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə vərəsəlik hüquq münasibətlərini tənzimləyən normalar tətbiq olunmalıdır. X88 xx.xx.2006-cı il tarixdə, mərhum X44 isə xx.xx.2012-ci il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1,1159.1.1-1159.1.5-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-1253.2-ci maddələrinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhkəmə işin hallarını, İddiaçı atası, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Kifayət Musayevanın əri mərhum Zübahir Musayevin anası Ayşa Musayeva öldükdən sonra, habelə atası Şıxamir Musayev öldükdən sonra qanunla müəyyən edilmiş müddətdə onlardan miras qalan əmlakın bir hissəsi olan 35 ədəd fındıq tomasının yerləşdiyi torpaq sahəsindən istifadə etməsini və həmin hissəyə faktik sahiblik etməsini,bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsini, belə olan halda İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Kifayət Musayeva tərəfindən irsi transmissiya qaydasında mərhumlar Ayşa Musayeva və Şıxamir Musayevdən qalan mirasın qəbulu müddətinin uzadılmasına zərurət olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ilk iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından görünür ki, Cavabdeh miras qoyanlardan Şıxamir Musayev tərəfindən övladlığa götürülsə də digər miras qoyan Ayşa Musayeva tərəfindən övladlığa götürülməmişdir. Belə olan halda isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.2-ci maddəsinə əsasən Cavabdeh yalnız onu övladlığa götürən Şıxamir Musayevin vərəsəsidir, o, X88nın vərəsəsi sayılmır və ondan qalan mirasdan pay ala bilməz. Cavabdeh mərhum Şıxamir Musayevdən qalan mirası faktiki qəbul etdiyindən bu fakt müəyyən olunmalı, Şıxamir Musayevin vərəsələrindən Bayram Musayev, Zübahir Musayev və Cavabdeh miras əmlakı faktiki qəbul etdiklərindən Şıxamir Musayevdən miras qalan əmlakın o,cümlədən 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X30 aid hissəsinin 1/3 hissəsinə onun vərəsəlik hüququ tanınmalıdır. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X14 irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddiaları təmin edilməməli, Cavabdeh Şıxamir oğlunun qarşılıqlı iddiası qismən təmin edilməli, Cavabdeh Şıxamir oğlu tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən Cavabdeh Şıxamir oğlunun , X45 və X24 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum atası X30 aid hissə üzrə mirasın qəbulu faktı müəyyən edilməli, miras əmlakın ,o cümlədən 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X30 aid hissəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququ tanınmalı, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X14 irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddiaları təmin edilməsin. Cavabdeh Şıxamir oğlunun qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh Şıxamir oğlu tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən Cavabdeh Şıxamir oğlunun , X45 və X24 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X26na və mərhum atası X30 aid hissə üzrə mirasın qəbulu faktı müəyyən edilsin. Miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X51 və mərhum X30 aid hissəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququ tanınsın. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-143/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-143/2021
17.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver