Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-15/2023 15.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən reyestr nömrəsi **********78 olan 0.69 ha kənd təsərrüfatıf təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onların mülkiyyətində Balakən rayonu Hənifə kəndində yerləşən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, DƏDRX-nin Ərazi İdarəsi tərəfindən **********78 reyestr nömrəli Çıxarış verilmişdir. Həmin torpaq sahəsinə AA №544981 torpaq sahəsinin plan və ölçüsü sənədini almışlar. Torpaq sahəsinə sənəd alarkən müəyyən edilmişdir ki, onların adlarına olan 0.69 torpaq sahəsi cavabdehlərin istifadəsindədir. Artıq 3 ildir ki, cavabdehlərə dəfələrlə bildirmiş və onlara məxsus olan torpaq sahəsindən çıxmalarını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə məhkəmədənkənar pretenziya qaydasında aparılan danışıqlar heç bir müsbət nəticə verməmişdir. 3 ildir ki, torpaqlarından istifadə edə bilmirlər, cavabdehlər onlara məxsus torpaq sahəsindən istifadə etməklə, gəlirə sahiblənirlər. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 **********78 №-li Çıxarışla onlara məxsus 0,69 ha torpaq sahəsindən çıxarılmaları barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 28 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh5 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh5 sonrakı məhkəmə iclaslarına gəlməmiş, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən tərəflərin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN-672 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən X1, İddiaçı1, İddiaçı2, X2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə 1.57 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi 672R manşetində 6900,0 kv.metr, 672 manşetində 2500 kv.metr və 672A manşetində 6265.06 kv.metr sahəni təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndi 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) 77 №li reyestr kitabının 87 №li vərəqində xx.xx.2020 il tarixdə 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq olunmuş JN-778 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh5, X4, X6, X7 və X5 ümumi birgə mülkiyyətinə 1.71 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq olunmuş JN-0779 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə 1.54 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərini iddiaçılar həmin torpaq sahəsindən naturada istifadə etmədiyinə görə müəyyən etmək mümkün olmamışdır; 2. JN-778 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon AlK-nın 14 iyul 2001-cİ il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh5, X4, X6, X7 və X5 ümumi birgə mülkiyyətinə verilmiş 1.71 ha kənd təsərrüfatı mehsullan istehsallı torpaq sahəsinin mübahisəli ərazisi 778R cizgindinde göstərilən 0.63 ha hissəsində və ona bitişik olan JN-779 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon AlK-nın 14 iyul 2001-ci İl tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş 1.54 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin mübahisəli ərazisi 779 cizgisində göstərilən 0.80 ha hissəsindədir. Cavabdehlər öz adına tərtib edilmiş JN-779 saylı Dövlət Aktının 779R cizgisində göstərilən 0.80 ha torpaq sahəsini və JN-778 saylı Dövlət Aktının və JN-778 cizgisində gösterilən 0.63 ha torpaq sahəsini biriikdə naturada ümumilikdə 1.20 hektar ərazidən istifadə edirlər. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir; 3. JN-778 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon AİK-nın 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh5, X4, X6, X7 ve X5 ümumi birgə mülkiyyətinə verilmiş 1.71 ha kənd təsərrüfatı məhsullan istehsallı torpaq sahəsinin mübahisəli ərazisi 778R cizgisində göstərilən 0.63 ha hissəsində və ona bitişik olan JN-779 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon AİK-nın 14 iyul 2001-cİ İİ tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş 1.54 ha kənd təsərrüfatı məhsullan istehsallı torpaq sahəsinin mübahisəli ərazisi 779 cizgisində göstərilən 0.80 ha hissəsindədir. Cavabdehlər öz adına tərtib edilmiş JN-779 saylı Dövlət Aktının 779R cizgisində göstərilən 0.80 ha torpaq sahəsini və JN-778 saylı Dövlət Aktının ve JN-778 cizgisində gösterilən 0.63 ha torpaq sahəsini biriikdə naturada ümumilikdə 1.20 hektar ərazidən istifadə edirlər. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir; 4. Azərbaycan Respublikası Əmlak Məsələlər} Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-cl il tarixil Çıxarışla 1/5 hissə İddiaçı2 Şahruddln oğlunun, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənəsinin koordinatlarına əsasən həmin torpaq sahəsinin müəyyən bir hissəsi cavabdehlərin istifadə etdikləri 1.20 hektar torpaq sahəsinin hüdudları daxilinə düşür; 5. Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixil Çıxarışla 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dödət Reyestrində qeydiyyata alınmış Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən hansısa formada İstifadə edildiyi barədə bildirilir ki, həmin mübahisəli 778R cizgisində gösterilən 0. 63 ha torpaq sahəsi ilə 779R cizgisində göstərilən 0.80 ha torpaq sahələri Dövlət Aktında göstərilən cizgilərə uyğun olmayaraq fərqli cizgilərlə istifadə edilir və mübahisəli torpaq sahələrinin Çıxanşa əsasən yerləşmə vəziyyəti, naturada istifadə qaydası və kompleks yerquruluşu layihələrindəki yerləşmə vəziyyətləri yerquruluşu planı 1, 2 və 3-də göstərilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli №10/5931 nömrəli ekspert rəyində göstərilir ki, mülki iş materiallarında olan (səh.163) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olundu: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərini iddiaçılar həmin torpaq sahəsindən naturada istifadə etmədiyinə görə müəyyən etmək mümkün olmamışdır; JN-778 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balaken rayon AlKnın 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balaken rayonu Hənifə kəndi ərazisindən Cavabdeh5, X4, X6, X7 və X5 ümumi birgə mülkiyyətinə verilmiş 1,71 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin mübahisəli ərazisi 778R cizgindində göstərilən 0.63 ha hissəsində və ona bitişik olan JN-779 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon AlK-nın 14 İyul 2001-ci İl tarixil 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş 1.64 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin mübahisəli ərazisi 779 cizgisində gösterilən 0.80 ha hissəsindədir. Cavabdehler öz adına tərtib edilmiş JN-779 saylı Dövlət Aktının 779R cizgisində gösterilən 0.80 ha torpaq sahəsini və JN-778 saylı Dövlət Aktının və JN-778 cizgisində gösterilən 0.63 ha torpaq sahəsini birlikdə naturada ümumilikdə 1.20 hektar ərazidən istifadə edirlər. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir; JN- 778 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon AİK-nın 14 iyul 2001 -ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh5, X4, X6, X7 və X5 ümumi birgə mülkiyyətinə verilmiş 1.71 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin mübahisəli ərazisi 778R cizgisində göstərilən 0.63 ha hissəsində və ona bitişik olan JN-779 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon AİK-nın 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş 1.54 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin mübahisəli ərazisi 779 cizgisində göstərilən 0.80 ha hissəsindədir. Cavabdehlər öz adına tərtib edilmiş JN-779 saylı Dövlət Aktının 779R cizgisində göstərilən 0.80 ha torpaq sahəsini və JN-778 saylı Dövlət Aktının və JN-778 cizgisində göstərilən 0.63 ha torpaq sahəsini birlikdə naturada ümumilikdə 1.20 hektar ərazidən istifadə edirlər. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənəsinin koordinatlarına əsasən həmin torpaq sahəsinin müəyyən bir hissəsi cavabdehlərin İstifadə etdikləri 1.20 hektar torpaq sahəsinin hüdudları daxilinə düşür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən hansısa formada istifadə edildiyi barədə bildirilir ki, həmin mübahisəli 778R cizgisində göstərilən 0.63 ha torpaq sahəsi ilə 779R cizgisində göstərilən 0.80 ha torpaq sahəsi Dövlət Aktında göstərilən cizgilərə uyğun olmayaraq fərsli cizgilərlə istifadə edilir və mübahisəli torpaq sahələrinin Çıxarışa əsasən yerləşmə vəziyyəti, naturada istifadə qaydası və kompleks yerquruluşu layihələrindəki yerləşmə vəziyyətləri yerquruluşu planı 1,2 və 3-də göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 28 oktyabr 2022-ci il tarixli №10/5931 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 17 mart 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2 Sahruddin oğlunun, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.57 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən istifadə edilir. Torpaq sahəsinin naturada istifadə vəziyyəti, **********78 saylı çıxarışın planı və ölçüsü sənədindəki koordinatlara və kompleks yerquruluşu layihələrinə görə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı 1, yerquruluşu planı 2, yerquruluşu planı 3-də göstərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2023-cü il tarixli №10/3420 nömrəli ekspert rəyində göstərilir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2 Sahruddin oğlunun, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.57 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən istifadə edilir. Torpaq sahəsinin naturada istifadə vəziyyəti, **********78 saylı çıxarışın planı və ölçüsü sənədindəki koordinatlara və kompleks yerquruluşu layihələrinə görə yerləşmə vəziyyəti tərtib edilmiş sxemlər mütəxəssis rəyinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 18 iyul 2023-cü il tarixli №10/3420 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 hazırki iddianın qaldırılması ilə əlaqədar 10 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndi 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) 77 №li reyestr kitabının 87 №li vərəqində xx.xx.2020 il tarixdə 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3, 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 oktyabr 2022-ci il tarixli №10/5931 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, mülki iş materiallarında olan (səh.163) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərini iddiaçılar həmin torpaq sahəsindən naturada istifadə etmədiyinə görə müəyyən etmək mümkün olmamışdır. JN-778 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balaken rayon AlKnın 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balaken rayonu Hənifə kəndi ərazisindən Cavabdeh5, X4, X6, X7 və X5 ümumi birgə mülkiyyətinə verilmiş 1,71 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin mübahisəli ərazisi 778R cizgindində göstərilən 0.63 ha hissəsində və ona bitişik olan JN-779 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon AlK-nın 14 İyul 2001-ci İl tarixil 07 saylı qərarı ile Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş 1.64 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin mübahisəli ərazisi 779 cizgisində göstərilən 0.80 ha hissəsindədir. Cavabdehlər öz adına tərtib edilmiş JN-779 saylı Dövlət Aktının 779R cizgisində göstərilən 0.80 ha torpaq sahəsini və JN-778 saylı Dövlət Aktının və JN-778 cizgisində göstərilən 0.63 ha torpaq sahəsini birlikdə naturada ümumilikdə 1.20 hektar ərazidən istifadə edirlər. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. JN- 778 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon AİK-nın 14 iyul 2001 -ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh5, X4, X6, X7 və X5 ümumi birgə mülkiyyətinə verilmiş 1.71 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin mübahisəli ərazisi 778R cizgisində göstərilən 0.63 ha hissəsində və ona bitişik olan JN-779 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Balakən rayon AİK-nın 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndi ərazisindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmiş 1.54 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsinin mübahisəli ərazisi 779 cizgisində gösterilən 0.80 ha hissəsindədir. Cavabdehlər öz adına tərtib edilmiş JN-779 saylı Dövlət Aktının 779R cizgisində göstərilən 0.80 ha torpaq sahəsini və JN-778 saylı Dövlət Aktının və JN-778 cizgisində gösterilən 0.63 ha torpaq sahəsini birlikdə naturada ümumilikdə 1.20 hektar ərazidən istifadə edirlər. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçü sənəsinin koordinatlarına əsasən həmin torpaq sahəsinin müəyyən bir hissəsi cavabdehlərin İstifadə etdikləri 1.20 hektar torpaq sahəsinin hüdudları daxilinə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən hansısa formada istifadə edildiyi barədə bildirilir ki, həmin mübahisəli 778R cizgisində göstərilən 0.63 ha torpaq sahəsi ilə 779R cizgisində göstərilən 0.80 ha torpaq sahələri Dövlət Aktında göstərilən cizgilərə uyğun olmayaraq fərsli cizgilərlə istifadə edilir və mübahisəli torpaq sahələrinin Çıxarışa əsasən yerləşmə vəziyyəti, naturada istifadə qaydası və kompleks yerquruluşu layihələrindəki yerləşmə vəziyyətləri yerquruluşu planı 1, 2 və 3-də göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 17 mart 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2 Sahruddin oğlunun, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.57 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən istifadə edilir. Torpaq sahəsinin naturada istifadə vəziyyəti, **********78 saylı çıxarışın planı və ölçüsü sənədindəki koordinatlara və kompleks yerquruluşu layihələrinə görə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı 1, yerquruluşu planı 2, yerquruluşu planı 3-də göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2023-cü il tarixli №10/3420 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********78 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla 1/5 hissə İddiaçı2 Sahruddin oğlunun, 1/5 hissə İddiaçı3 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu Hənifə kəndində yerləşən iddiaçılara məxsus ümumi paylı 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.57 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən istifadə edilir. Torpaq sahəsinin naturada istifadə vəziyyəti, **********78 saylı çıxarışın planı və ölçüsü sənədindəki koordinatlara və kompleks yerquruluşu layihələrinə görə yerləşmə vəziyyəti tərtib edilmiş sxemlər mütəxəssis rəyinə əlavə edilmişdir. İddiaçılar tərəfindən tələb edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Tosov X10 rayonu Hənifə kəndində iddiaçılar İddiaçı2 Sahruddin oğlunun, İddiaçı3 və İddiaçı1 ümumi paylı mülkiyyətində olan 0.69 ha torpaq sahəsinin 0.57 ha hissəsindən çıxmırlar. Bununla da iddiaçılar İddiaçı2 Sahruddin oğlunun, İddiaçı3 və İddiaçı1 həmin 0.69 ha torpaq sahəsinin 0.57 ha hissəsinə mülkiyyət hüquqları pozulur. İş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu və 314 manat və 96 manat olmaqla cəmi 410 manat mütəxəssis xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçıların torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmin əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçılar tərəfindən tələb edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçılar İddiaçı2 Sahruddin oğlunun, İddiaçı3 və İddiaçı1 ümumi paylı mülkiyyətində olan 0.69 ha torpaq sahəsinin 0.57 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilmiş sxem) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı2 Sahruddin oğlunun, İddiaçı3 və İddiaçı1 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşlar. Ona görə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçılar İddiaçı2 Sahruddin oğlunun, İddiaçı3 və İddiaçı1 xüsusi mülkiyyətində olan sözügedən 0.69 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdikləri 0.57 ha (mütəxəssis rəyinə əlavə edilən sxem) torpaq sahəsi hissəsindən çıxarılmalı, iddia cavabdehlərin iddiaçılara məxsus 0.57 ha torpaq sahəsindən artıq torpaq sahəsindən çıxarılması hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətlərində olmasını, cavabdehlərin heç bir hüququ olmadan həmin 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.57 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən yerquruluşu planı 1, yerquruluşu planı 2, yerquruluşu planı 3) qanunsuz istifadə etmələrini və ona qeyri-qanuni sahiblik etmələrini, nəticədə iddiaçıların öz mülkiyyətində olan torpaq sahəsinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməsini, bununla da onların mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planı 1, yerquruluşu planı 2, yerquruluşu planı 3-də göstərilən 0.57 ha hissəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməli, iş üzrə ödənilmiş 410 manat mütəxəssis xərcinin yarısı-205 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməli, həmçinin iddia qismən təmin edildiyindən 100 manat ekspertiza xərcinin 50 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və 50 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planı 1, yerquruluşu planı 2, yerquruluşu planı 3-də göstərilən 0.57 ha hissəsindən çıxarılsın; iddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin; iş üzrə ödənilmiş 410 manat mütəxəssis xərcinin yarısı-205 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilsin; iş üzrə 100 manat ekspertiza xərcinin 50 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və 50 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-15/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-15/2023
15.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver