Məhkəmə qərarları › İş №2(019)-152/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-152/2021

28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-152/2021 28.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə və Maraqlı şəxs1 iştirakı ilə Ərizəçi mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum X7 və xx.xx.1996-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə Ərizəçi tərəfindən məhkəməyə verilmiş ərizədəki tələbi dəqiqləşdirərək, Ərizəçi atası və anası tərəfindən qalmış mirası faktiki qəbul etdiyini, lakin hüquqi savadı olmadığı üçün mirasın qəbul müddətini bilmədiyini, onu ötürdüyünü, digər vərəsələrin atası və anasından qalmış mirasın Ərizəçi tərəfindən qəbul edilməsi müddətinin uzadılmasına və miras əmlakın Ərizəçi adına rəsmiləşdirilməsinə razı olduqlarını bildirərək, Ərizəçi tərəfindən xx.xx.2002-ci tarixdə vəfat etmiş mərhum X7 və xx.xx.1996-ci il tarixdə vəfat etmiş X5 mirasın qəbulu üçün ötürülmüş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi xx.xx.1963-cü ildə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur. 1993-ci ildə Rusiya Federasiyasına getmişdir. Gedərkən arvadı Maraqlı şəxs2 və qızı X8 da özü ilə Rusiya Federasiyasına aparmışdır. Onlar ildə bir dəfə Balakən rayonuna gəlib-gedirlər, gələrkən valideynlərinə məxsus evdə yaşayırlar. X1, anaları isə X17 olmuşdur.Ataları xx.xx.1996-cı ildə, anaları isə xx.xx.2002-ci ildə ölmüşdür.Valideynlərindən qalmış miras analarının adına keçmişdir. Həmin miras əmlaka- 0.99 ha pay torpaq sahələrinə dair verilmiş JN-3xx xxx 40100048 olan dövlət aktı, 2497,55 kv.m həyətyanı torpaq sahəsinə dair verilmiş AR DTXK-nin plan ölçü sənədi mövcuddur. Valideynlərinin ölümündən sonra həmin miras əmlaka ərizəçi və onun ailə üzvləri gəlib getmiş, oraya baxmışlar və faktiki olaraq mirası qəbul etmişlər. Valideynlərinin vərəsələri qardaşı Ərizəçi, özü və X9r. Qeyd olunan bütün vərəsələr miras qalmış əmlakların Ərizəçi adına keçirilməsinə heç vaxt etiraz etməmişlər. Qardaş və bacılarının hər birinin öz təsərrüfatları və yaşayış yerləri vardır.Ərizəçi valideynlərindən miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxs4nə müraciət etmişdir. Maraqlı şəxs4ndə valideynlərinin ölümündən sonra mirasın qəbulu üçün müddət ötdüyünü bildirərək, məhkəməyə müraciət etməsi izah edilmişdir. Buna görə də nümayəndəsi oduğu ərizəçi göstərilən ərizə ilə məhkəməyə müraciət elməli olmuşdur. Ərizəçi hüquqi cəhətdən savadsız olduğundan və qanunu bilmədiyndən miras şəhadətnaməsi almaq üçün vaxtında notariusa müraciət etməmişdir. Qeyd edilənləri nəzərə alıb, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizənin təmin edilməsinə razı olduğunu, onun mərhum anası və atasından qalmış mirası qəbul etmədiyini, həmin mirasın qardaşı Şabana məxsus olduğunu və Şaban tərəfindən faktiki qəbul edildiyini və mirasın Ərizəçi adına sənədləşməli olduğunu bildirmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ilə müraciət edərək Ərizəçi tələbi ilə razı olduqlarını və etirazlarının olmadığını bildirmiş və məhkəmənin onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Maraqlı şəxs4 nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 3xx xxx 40100048 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Balakən rayon X13 xx xxx 1998-ci il tarixli qərarı ilə ünvan 2i 0.99 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X14, X6, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qızına verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X14 ünvan 2indən 2497.55 kvm həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd soveti tərəfindən x xxxxxx 1964-ci il tarixdə verilmiş AZ 596061 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1963-ci il tarixdə anadan olmuş, atası X18 oğlu, anası X17 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd soveti tərəfindən xx xxxxxx 1961-ci il tarixdə verilmiş AZ 070702 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X22 qızı x xxxxxx 1961-ci il tarixdə anadan olmuş, atası X18 oğlu, anası X17 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd soveti tərəfindən x xxxx 1971-ci il tarixdə verilmiş AZB 067341 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Nümayəndə xx.xx.1956-ci il tarixdə anadan olmuş, atası X18 oğlu, anası X17 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ünvan 2 inzibati ərazi dairəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 299 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X11 xx xxxxxx 2002-ci ildə ölmüş və bu barədə xx xxxxxx 2002-ci il tarixli, 06 №-li akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şərif icra nümayəndəliyi tərəfindən yanvar 1997-ci il tarixdə verilmiş İV-JQ seriyalı 471148 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1996-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Notariat Kontoru tərəfindən Ərizəçi ünvanlanmış xx xxx 2020-ci il tarixli, 422 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2002-ci ildə vəfat etmiş mərhum X12 və xx.xx.1996-cı ildə vəfat etmiş X4 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Kontoru müraciət etmişdir. Mirasın qəbulu üçün nəzərdə tutlumuş müddət ötürülmüşdür, müddətin bərpası üçün məhkəməyə müraciət edilməlidir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyətinin Şərif kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 731 №-li arayışından görünür ki, mərhum X25 qızı vəfat etdiyi xx xxxxxx 2002-cı il tarixdə Balakən rayonu Şərif kəndi ünvanda daimi qeydiyyatda olmuşdur və mərhumun aşağıda adları qeyd edilən vərəsələri olmuşdur:1) əri-X10 (xx.xx.1996-ci ildə vəfat edib); 2) oğlu- Nümayəndə oğlu; 3) qızı-X15; 4) oğlu-X16 İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyətinin Şərif kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 732 №-li arayışından görünür ki, mərhum X10 vəfat etdiyi xx xxxxxx 1996-cı il tarixdə Balakən rayonu Şərif kəndi ünvanda daimi qeydiyyatda olmuşdur və mərhumun aşağıda adları qeyd edilən vərəsələri olmuşdur:1) arvadı-X17 (xx.xx.2002-ci ildə vəfat edib); 2) oğlu- Nümayəndə oğlu; 3) qızı-X15; 4) oğlu-X16 Məhkəmə, ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi oğlu xx.xx.1963-cü il tarixdə Balakən rayonunun Şərif kəndində anadan olmuşdur. Hal-hazırda Rusiya Federasiyasında yaşayır. X2 xx xxxxxx 1996-ci ildə, anası X17 isə 26 dekabr 2002-ci ildə ölmüşlər. X2 və anası X12 ərizəçidən başqa digər vərəsələri X15 və Nümayəndədur. Qeyd olunan vərəsələr- X15 və Nümayəndə mərhum anaları və atalarından miras qalmış əmlakların ərizəçinin adına keçirilməsinə etiraz etmirlər. Ərizəçi atasından və anasından qalmış mirası faktiki olaraq qəbul etmişdir, miras torpaq sahəsini istifadə etmiş və həmçinin miras evin kommunal xərclərini ödəmişdir. Ərizəçi oğlu mərhum atasının və mərhum anasının qanun üzrə vərəsəsidir. Digər vərəsələrlə hazırki məsələ ilə bağlı mübahisə yoxdur. Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxs4nə müraciət etmişdir. Maraqlı şəxs4ndən anası və bacısının ölümündən sonra mirasın qəbulu üçün müddətin ötürüldüyünü bildirərək, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ərizəçi hüquqi cəhətdən savadsız olduğundan və qanunu bilmədiyindən mərhum anasından və mərhum atasından qalmış mirasın qəbulu üçün qanunda nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. Buna görə də o, göstərilən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi Ceerov oğlunun mərhum anası X7 və mərhum X2ndan qalmış mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermişdir. Belə ki, o, mirası faktiki qəbul etməklə, hüquqi cəhətdən savadsızlığından, qanunun bilmədiyindən mərhum anasından və atasından qalmış mirasın qəbulu üçün miras açıldıqdan sonra qanunda nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməli olmasını bilməmişdir. Hazırki mirasın qəbulu müddətinin uzadılmaması isə ərizəçinin vərəsəsi olduğu mərhum anası və mərhum atasının mirasına yiyələnməsindən məhrum olunmasına gətirib çıxarar. Bu da onun hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılmasına səbəb olacaqdır və ona görə də yolverilməzdir. Ona görə də Ərizəçi Ceerov oğlunun mərhum anası və mərhum atasından qalmış mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətiin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi Ceerov oğlunun mərhum anası X7 və mərhum X2ndan qalmış mirasın qəbul edilməsi üçün müyyənləşdirilmiş müddətin gecikdirməsi üzürlü hesab edilməklə həmin müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X7 və mərhum X2ndan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar