Məhkəmə qərarları › İş №2(019)-158/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-158/2021

07.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-158/2021 07.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi , Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi mirasın qəbul üçün müddətin uzadılmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X3ndan qalmış 1895.15 manat vəsaitin-mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1938-ci ildə Balakən rayonu Şərif kəndində doğulmuşdur və Balakən rayonu Yeni Şərif kəndində yaşayır. X9, anası X31 olmuşdur. xx xxxxxx 1961-ci il tarixdə X23 ilə evlənmişdir. X10 onun bacısıdır. O 1929-cu ildə Balakən rayonu Şərif kəndində doğulmuşdur. Onun doğulması ilə bağlı Balakən rayon qeydiyyat şöbəsində heç bir qeyd aşkar edilməmişdir. X10 xx xxxx 1968-ci il tarixdə X14 ilə evlənmişdir. Onların birgə nikahlarından uşaqları olmamışdır. X14 xx xxx 1987-ci ildə ölmüşdür. X3 isə xx xxxxx 2019-cu il tarixdə ölmüşdür. Bacısının ölümündən sonra onun hesabında ödənilməmiş 1895.15 manat pensiya qalmışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. X2 doğum haqqında şəhadətnaməsi olmadığına görə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bacısının doğum haqqında şəhadətnaməsi olmadığına görə ondan miras qalmış əmlakı Notariat Ofisində rəsmiləşdirmək mümkün olmamışdır.O, Balakən rayon Qeydiyyat şöbəsinə bacısı Əsiyyət Nurtanayeva üçün doğum haqqında şəhadətnamə almaq məqsədi ilə müraciət etmiş, lakin onun barəsində Balakən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bacısı ev şəraitində doğulduğuna görə ona xəstəxana tərəfindən arayış verilməsi mümkün olmamış, buna görə də Balakən rayon Qeydiyyat şöbəsi doğumun qeyd edilməsi üçün heç bir sənəd olmadığından həmin sənədi verməkdən imtina etmişdir. Buna görə də X2 anadan mənşəyinin müəyyən olunması və atalıq faktının müəyyən olunması, eyni zamanda X9, anası X31 olmaqla 1929-cu ildə Balakən rayonu Şərif kəndində doğulmasının müəyyən edilməsi tələbinə dair Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-275/2020 saylı qətnaməsi ilə X2 1929-cu ildə Balakən rayonu Şərif kəndində X21 doğulması və mərhum X12 1929-cu ildə doğulmuş X6 atası olması faktı müəyyən edilmişdir. Bundan sonra o, X6 adına doğum haqqında şəhadətnamə almışdır. Bundan sonra o, yenidən Maraqlı şəxsnə müraciət edərək bacısından qalmış mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Maraqlı şəxs ona cavab məktubu göndərərək göstərmişdir ki, “siz mirasın qəbulu üçün müddəti ötürmüsünüz. Odur ki, müddətin bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz”. Mərhumun yeganə vərəsəsi odur. Bu barədə Yeni Şərif kənd İnzibati Ərazi Dairəsinin xx xxxx 2020-ci il tarixli 353 saylı arayışını təqdim edir. Mərhum X3ndan qalmış mirasın qəbulu üçün müddətin uzadılmasını istəyir. Mərhum X3na özü baxmışdır. Onun dəfnini özü təşkil etmişdir. Qoca olduğuna görə altı ay müddətində Maraqlı şəxsnə müraciət etməmişdir. Buna görə də göstərilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verib ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Ərizəçi qonşusudur. Cavharatın bacısı Əsiyyətin uşağı olmamış, əri isə 1987-ci ildə ölmüşdür.Əsiyyət özü isə 2019-cu ildə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Ərizəçi gəlinidir. Cavharatın bacısı Əsiyyətin uşağı olmamış, əri isə 1987-ci ildə ölmüşdür. Əsiyyət özü isə 2019-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, pensiyaçı X10 xx xxxxx 2019-cu il tarixdə vəfat etmişdir.Balakən Rayon Qeydiyyat şöbəsinin vəfat edənlər barədə şöbəyə daxil olmuş müvafiq məktubuna əsasən mərhumun pensiya işi bağlanmışdır. ABB Balakən rayon Şöbəsinin pensiya plastik kartlarındakı qalıq pensiya məbləğləri barədə aylıq məlumatına əsasən məlum olmuşdur ki, mərhumun pensiya plastik kartında 1895.15 manat alınmamış vəsaiti qalmışdır. Həmin alınmamış pensiya məbləği mərhumun varislərinə müvafiq təsdiqedici sənədləri təqdim etdikdən sonra barat vasitəsilə ödənişi təmin ediləcəkdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Yeni Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 353 nömrəli arayışdan görünür ki, mərhum X17 xx.xx.2019-cu ildə vəfat etmiş, Balakən rayonu Yeni Şərif ünvanına daimi qeydiyyatda olmuş və X18 onun vərəsəsidir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli 255 nömrəli məktubdan göstərilmişdir ki, “mərhum bacınız X8 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmisiniz. Bildiririk ki, mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürmüsünüz. Ötürülmüş müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməlisiniz». İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-275/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən ərizə təmin olunmuş,ərizəçi X15 mərhum X2 1929-cu ildə Balakən rayonu Şərif kəndində X21 doğulması və mərhum X13 1929-cu ildə doğulmuş X6 atası olması faktı müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 383871 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X20 1929-cu ildə X19 doğulmuş X11 atası hesab edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 533 nömrəli arayışdan görünür ki, X14 xx xxx 1987-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 528 nömrəli arayışdan görünür ki, X16 xx xxxxxx 1938-ci ildə Balakən rayonunun Şərif kəndində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 2020-ci il tarixdə verilmiş 498 nömrəli arayışdan görünür ki, X17 1929cu ildə Balakən rayonunun Şərif kəndində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 530 nömrəli çıxarışdan görünür ki, X14 ilə X10 arasında xx xxxx 1968-ci il tarixdə nikah haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 520 nömrəli çıxarışdan görünür ki, X10 xx xxxxx 2019-cu ildə ölmüşdür. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1938-ci ildə Balakən rayonu Şərif kəndində doğulmuş, X9, anası X31 olmuşdur. X4 ərizəçinin bacısıdır. O 1929-cu ildə Balakən rayonu Şərif kəndində doğulmuşdur. Onun doğulması ilə bağlı Balakən rayon qeydiyyat şöbəsində heç bir qeyd aşkar edilməmişdir. X10 xx xxxx 1968-ci il tarixdə X14 ilə evlənmişdir. Onların birgə nikahlarından uşaqları olmamışdır. X14 xx xxx 1987-ci ildə, X10 isə xx xxxxx 2019-cu il tarixdə ölmüşdür. X6 ölümündən sonra onun hesabında ödənilməmiş 1895.15 manat pensiya qalmışdır. Ərizəçi həmin vəsaiti almaq üçün vərəsəlik hüququ ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxsndən bacısının ölümündən sonra mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürdüyünü bildirərək məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərək mirasın qəbulu müddətinin uzadılmasını xahiş etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Ərizəçi yaşlı və xəstə olduğu, bacısı Əsiyyət Nurtanayevanın doğumu barədə sənədlər olmadığına görə mirası qanunla müəyyən edilmiş müddətdə qəbul edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,işin hallarını, Ərizəçi yaşlı və xəstə olduğu, bacısı Əsiyyət Nurtanayevanın doğumu barədə sənədlər olmadığına görə, yəni üzürlü səbəbdən qanunla müəyyən edilmiş müddətdə qəbul edə bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X1 qalmış 1895.15 manat vəsaitin- mirasın Ərizəçi tərəfindən qəbulu müddəti uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. X1 qalmış 1895.15 manat vəsaitin- mirasın Ərizəçi tərəfindən qəbulu müddəti uzadılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar