Məhkəmə qərarları › İş №2(019)-16/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-16/2022

18.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-16/2022 18.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyəti olan 1.4833 ha kənd təsərüfatı təyinatlı sahəsinin zəbt etdiyi 0.45 ha ölçüdə hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən rayon Dövlət Notariat Kontorunda 23 mart 2006-cı il tarixdə bağladığı 4Ə-66 nömrəli alqı-satqı müqaviləsi əsasında Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) 0.70 ha ölçüdə torpaq sahəsi almışdır. Aldığı bu kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 14 aprel 2016-cı il tarixdə Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və elə həmin tarixdə DƏDRX 18 saylı Zaqatal Ərazi İdarəsi tərəfindən əmlakın reyestr nömrəsi **********17, qeydiyyat nömrəsi ********** olan Seriya RX №:0849632 olan Çıxarış da tərtib edilmişdir. Qeyd edilən bu torpaq sahəsini aldıqdan xeyli müddət sonra Balakən rayon notariatının xüsusi notariusu X5 (şəhadətnamə N:157) tərəfindən 05 aprel 2018-ci il tarixdə bağlanan 4Ə-197 saylı alqı-satqı müqaviləsinə əsasən əvvəl aldığı 0.70 ha torpaq sahəsinə bitişik 0.7833 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsi almışdır.Elə həmin vaxt torpaq sahəsinin ölçülərini yerində müəyyən edən zaman ölçüləri müəyyən edən DƏDRX 18 saylı Zaqata Ərazi İdarəsinin əməkdaşı bitişik olan torpaq sahəsindən ən azı 0.40 ha çox torpağın Cavabdeh tərəfindən zəbt olunduğunu bildirmişdir. O da cavabdehə indiyə qədər torpaqdan istifadə etməsini, indidən etibarən zəbt etdiyi torpağı boşaltmasını, hasarı da söküb öz yerindən çəkməsini bildirmişdir. Cavabdeh də cavabında torpaq sahəsini zəbt etməməsini, torpaq sahəsinin ona və ailəsinə məxsus olduğunu demişdir. Belə olduğu halda 2018-ci ildə aldığı 0.7833 ha torpaq sahəsinə DƏDR 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 27 oktyabr 2020-ci il tarixdə AAN:545596 olan torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və 0.7833 ha torpaq sahəsinə reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020 olan çıxarış da tərtib edilmişdir. Bundan sonra o, DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək, bir-birinə bitişik olan 0.70 ha və 0.7833 ha torpaq sahəsi haqda məlumat verilməsini xahiş etmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsi bitişik olan torpağın Cavabdeh iştirakı ilə birlikdə ölçərək müəyyən etdi ki, bitişik olan 1.4833 ha torpaq sahəsinin uzunluğu 165 metr, eni isə 90 metrdir. Cavabdehə də 90 metr eninə, 50 metr uzununa olmaqla iddiaçı olan şəxsin torpağını tutması, nəticədə İddiaçı 0.45 ha torpaq sahəsini zəbt etməsi bildirilmişdir. İş üzrə cavabdeh bununla razılaşmamışdır. Daha doğrusu Cavabdeh 90 metr eninə, 50 metr uzununa olmaqla 0,45 ha torpaq sahəsini açıq şəkildə hasara alaraq zəbt edib öz torpağına birləşdirmişdir. O, DƏDRX-nin işçisindən bu haqda rəsmi arayış verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, məhkəmə olduğu halda məhkəmənin sorğusu ilə bu haqda məhkəməyə rəsmi arayış verəcəklər. Xidmətin fikri ilə razılaşmamış, öz əmlakı haqqında ondan məlumat verilməsini istəmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Torpaqa Mülkiyyət Hüququna Dair JN-1051 KOD 40102018 olan Dövlət Aktına əsasən Cavabdeh və onun ailəsinə Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd edilən 1.32 ha torpaq sahəsi cavabdeh və ailə üzvlərinə Dövlət Aktında göstərilən qaydada ayrı-ayrı planşetlərdə verilmişdir. Dövlət Aktında qeyd edilən 1051 saylı planşetdə göstərilən 0.4205 ha və 1051F ssaylı planşetdə göstərilən 0.3739 ha cəmi 0.80 ha torpaq sahəsi mübahisə edilən ərazidə yerləşir. 1051 R planşetindəki 0.5290 ha torpaq sahəsi isə çol ərazisində yerləşir. Cavabdeh və onun ailəsinin mübahisə edilən ərazidə 0.80 ha pay torpaqları olduğu halda onlar 1.5 ha çox torpaq sahəsindən istifadə edirlər ki, onun zəbt edilmiş 0.45 ha torpağı da həmin zəbt etdikləri torpağın içərisindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis, əlavə olaraq iddia ərizəsində iddianın predmetini təşkil edən 1.4833 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətində olan 0.7833 ha və 0.70 ha torpaq sahələrinin cəmi kimi qeyd edildiyini,həmçinin Cavabdeh ümumi 1.4833 ha torpaq sahəsinin 0.45 ha hissəsinin çıxarılması tələbinin o cümlədən həmin 0.70 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması tələbini əks etdirdiyini, bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə məhkəmə qətnaməsi olduğunu bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, həmçinin iddiaçının cavabdehə qarşı 0.70 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılması tələbinin rədd edilməsi ilə bağlı eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-106/2020 nömrəli qətnaməsi olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüqqui şəxsi «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyəti Cəmiyyətinin Şəki LTİ-nin mühəndisi X6 ifadəsində bildirmişdir ki, hazırki mülki iş üzrə mütəxəssis rəyini o, vermişdir. Mütəxəssis rəyi torpaq kadastr məlumatlarına əsasən verilmişdir. İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha və 0.7833 ha torpaq sahələrinə plan-ölçü sənədləri tərtib edilərək, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin çıxarışlar verilərkən torpaqların koordinatları kadastra işlənir və həmin sərhədlər daxilində mülkiyyət hüquqları qeydə alınır. Torpağa Mülkiyyət Hüququna X19 göstərilən torpaq sahələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeyd olunan sahələr üst-üstə düşə bilər. Lakin Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinin koordinatları daha üstün sayılır. X3 Əjdər Vaçan oğluna məxsus 0.70 ha torpaq sahəsi ilə bağlı verdiyi rəyi şərh edə bilmir və həmin ekspertizanın nəyə görə belə rəyə gəlməsini bilmir. Balakən Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2 (019)-16/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh xüsusi mülkiyyəti olan 1.4833 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.45 ha ölçüdə hissəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına Cavabdeh RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha torpaq sahəsinin zəbt etdiyi 0.25 ha hissəsindən çıxarılması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilmişdir. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin və onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndi 0.70 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 50 №li reyestr kitabının 58 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndi 0.7833 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 68 №li reyestr kitabının 34 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan JN-1051 KOD-40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna X18 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 nömrəli qərarı ilə X2, X4, X9 və X11 ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 1.32 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********17 olan, 046379 qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95 olan, 545596 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2 (019)- 559/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamədə məhkəmə tərəfindən tərəflərin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında iddia tələbinə dair Balakən rayonu Hənifə kəndində yerləşən mübahisələndirilən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi, iddiaçının mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi, torpaq sahəsinin mülkiyyətçisinin hazırda cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdehin torpaq sahəsini aldığını bildirərək, torpaq sahəsindən çıxmaması halları müəyyən edilərək, bu hallara hüquqi qiymət verilməklə İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-106/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə məhkəmə kollegiyasının apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşması, iş materiallarında olan 01 iyun 2020-ci il tarixli ekspert rəyində İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunması, bundan əlavə iş materiallarında olan Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli ərazidə aparılan ekspertiza tədqiqatının nəticəsi olaraq hüquqmüəyyənedici sənədlərə, Ərazinin Ümumi Kompleks Yerquruluşu (İslahat) Xəritəsinə və Google Earth xəritə məlumatlarına əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh istifadəsində olmamasının müəyyənləşdirilməsi, Cavabdeh X7 məlumatları (İslahat DVVJ-si) bazasına əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə hazırlanan JN-1051 (kod ********) saylı Dövlət Aktının 1051 və 1051F planşetində qeyd olunan sahələrlə əhatə olunan, hüdudları məlum olan torpaq sahəsindən faktiki olaraq istifadə etməsi, iddiaçıya verilən RX seriyalı ******* nömrəli çıxarış və onun 046379 nömrəli plan ölçü sənədində qeyd olunan 0.70 ha torpaq sahəsinin 3-cü və 4-cü koordinatlarının Cavabdeh məxsus olan torpaq sahəsinin hüdudları daxilinə düşməsi, beləliklə məhkəmə kollegiyasının 27 avqust 2020-ci il tarixli ekspert rəyinin daha ağlabatan olduğu qənaətinə gələrək həmin rəyə istinad etməyini məqsədəmüvafiq hesab etməsi, belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2020-ci il tarixli rəyi ilə iş üzrə hərtərəfli ekspertizanın aparılmamasının, Əmlak Məsələləri Dövlət Xidmətinin 04 fevral 2020-ci il tarixli mütəxəssis rəyinin ekspert rəyi kimi məhkəmə kollegiyasına göndərilməsinin görünməsi, halbuki mütəxəssis rəyinin eksper rəyini əvəz etməməsi, iş üzrə hərtərəfli və obyektiv şəkildə aparılmış ekspertiza tədqiqatının nəticəsindən ibarət yeganə ekspert rəyinin Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyi olduğundan məhkəmə kollegiyasının həmin rəyi mötəbər sübut olaraq qəbul etməsi kimi hallar müəyyən edilib bu hallara hüquqi qiymət verilməklə, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2 (019)-559/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, iddaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2022-ci il tarixli, 10/3192 saylı rəyindən görünür ki, Məhkəmə Ekspetizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Höquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixil Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.6182 hektardır və həmin ölçülər hüquqmüəyyenedici sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-ci il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balaken rayonu Hənifə kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.5385 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Məhkəmə Ekspetizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövİət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş BaLakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqlann dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-d il tarixli X1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixil Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş BaLakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüqquqi şəxsi «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyəti Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş həmin Cəmiyyətin mütəxəssis rəyində də öz əksini tapmış və Cavabdeh İddiaçı mülkiyyətində olan 0.7833 ha torpaq sahəsinin hansı 0.16 ha hissəsindən istifadə etməsi həmin rəyə əlavə olunmuş 1 saylı Sxemdə göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 26 iyul 2022-ci il tarixli, 10/3192 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmiş, həmçinin xx.xx.2021-ci il tarixli qəbzlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüqqui şəxsi «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyəti Cəmiyyətinə 622 manat mütəxəssis xərci ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********17 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışla Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 50 №li reyestr kitabının 58 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərüfatlı təyinatlı torpaqlar 68 №li reyestr kitabının 34 №li vərəqində İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2 (019)-559/2019 nömrəli qətnaməsilə məhkəmə tərəfindən tərəflərin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında iddia tələbinə dair Balakən rayonu Hənifə kəndində yerləşən mübahisələndirilən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi, iddiaçının mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi, torpaq sahəsinin mülkiyyətçisinin hazırda cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdehin torpaq sahəsini aldığını bildirərək, torpaq sahəsindən çıxmaması halları müəyyən edilərək, bu hallara hüquqi qiymət verilməklə İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)- 106/2020 nömrəli qətnaməsilə məhkəmə kollegiyasının apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşması, iş materiallarında olan 01 iyun 2020-ci il tarixli ekspert rəyində İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunması, bundan əlavə iş materiallarında olan Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli ərazidə aparılan ekspertiza tədqiqatının nəticəsi olaraq hüquqmüəyyənedici sənədlərə, Ərazinin Ümumi Kompleks Yerquruluşu (İslahat) Xəritəsinə və Google Earth xəritə məlumatlarına əsasən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh istifadəsində olmamasının müəyyənləşdirilməsi, Cavabdeh X7 məlumatları (İslahat DVVJ-si) bazasına əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə hazırlanan JN-1051 (kod ********) saylı Dövlət Aktının 1051 və 1051F planşetində qeyd olunan sahələrlə əhatə olunan, hüdudları məlum olan torpaq sahəsindən faktiki olaraq istifadə etməsi, iddiaçıya verilən RX seriyalı ******* nömrəli çıxarış və onun 046379 nömrəli plan ölçü sənədində qeyd olunan 0.70 ha torpaq sahəsinin 3-cü və 4-cü koordinatlarının Cavabdeh məxsus olan torpaq sahəsinin hüdudları daxilinə düşməsi, beləliklə məhkəmə kollegiyasının 27 avqust 2020-ci il tarixli ekspert rəyinin daha ağlabatan olduğu qənaətinə gələrək həmin rəyə istinad etməyini məqsədəmüvafiq hesab etməsi, belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2020-ci il tarixli rəyi ilə iş üzrə hərtərəfli ekspertizanın aparılmamasının, Əmlak Məsələləri Dövlət Xidmətinin 04 fevral 2020-ci il tarixli mütəxəssis rəyinin ekspert rəyi kimi məhkəmə kollegiyasına göndərilməsinin görünməsi, halbuki mütəxəssis rəyinin eksper rəyini əvəz etməməsi, iş üzrə hərtərəfli və obyektiv şəkildə aparılmış ekspertiza tədqiqatının nəticəsindən ibarət yeganə ekspert rəyinin Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyi olduğundan məhkəmə kollegiyasının həmin rəyi mötəbər sübut olaraq qəbul etməsi kimi hallar müəyyən edilib bu hallara hüquqi qiymət verilməklə, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2 (019)-559/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, iddaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 iyul 2022-ci il tarixli, 10/3192 saylı rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövİət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh Mahamarəsul oğlu tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Höquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixil Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş BaLakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüqqui şəxsi «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyəti Cəmiyyətinin xx.xx.2022-ci il tarixli **********97 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş həmin Cəmiyyətin mütəxəssis rəyində də öz əksini tapmış və Cavabdeh İddiaçı mülkiyyətində olan 0.7833 ha torpaq sahəsinin hansı 0.16 ha hissəsindən istifadə etməsi həmin rəyə əlavə olunmuş 1 saylı Sxemdə göstərilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş 10 manat məbləğdə dövlət rüsumu ödəmiş, həmçinin xx.xx.2021-ci il tarixli qəbzlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüqqui şəxsi «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyəti Cəmiyyətinə 622 manat mütəxəssis xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Hazırki iddia tələbindən görünür ki, İddiaçı cavabdehin xüsusi mülkiyyətində olan 0.7833 ha və 0.70 olmaqla, cəmi 1.4833 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.45 ha hissəsindən çıxarılmasını tələb edir. İddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, cavabdehin iddiaçıya məxsus cəmi 1.4833 ha torpaq sahəsinədə çıxarılma tələbi həmçinin iddiaçının mülkiyyətində olan 0.70 ha torpaq sahəsinin 0.25 ha hissəsindən çıxarılma tələbini özündə əks etdirir ki, bununla bağlı da eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Belə ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-106/2020 nömrəli qətnaməsilə Müstəqil Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli ekspert rəyi mötəbər sübut sayılaraq həmin rəyə istinadən Cavabdeh İddiaçı mülkiyyətinə verilmiş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha hissəsindən qanunsuz istifadə etməməsi halı müəyyən edilərək, Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2020-ci il tarixli rəyi isə mötəbər sübut saylımayaraq Balakən Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2 (019)-559/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestri ilə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki iddianın 0.70 ha torpaq sahəsinin qanunsuz istifadə olunmuş 0.25 ha hissəsindən cavabdehin çıxarılması tələbi hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)- 106/2020 nömrəli qətnaməsi olduğundan Balakən Rayon Məhkəməsinin 18 avqust 2022ci il tarixli 2 (019)-16/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh xüsusi mülkiyyəti olan 1.4833 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0.45 ha ölçüdə hissəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işin icraatına Cavabdeh RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.70 ha torpaq sahəsinin zəbt etdiyi 0.25 ha hissəsindən çıxarılması hissəsində xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və ya eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmə qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İddianın Cavabdeh İddiaçı xüsusi mülkiyyəti olan 0.7833 ha torpaq sahəsinin qanunsuz istifadə olunan hissəsindən çıxarılması tələbinə hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, bu hissədə iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan sözügedən 0,7833 ha torpaq sahəsinin qanunsuz sahiblik və istifadə etdiyi 0.16 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 1) hissəsindən çıxarılmalı, iddia cavabdehin iddiaçının mülkiyyətində olan 0.7833 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.16 ha hissəsindən artıq torpaq sahəsi hissəsindən çıxarılması tələbi hissəsində isə təmin edilməməlidir. Belə ki, iş üzrə mötəbər sübut kimi qəbul edilmiş məhkəmə tikintitexniki ekspertizasının 26 iyul 2022-ci il tarixli, 10/3192 saylı rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövİət Reyestrindən reyestr nömrəsi ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş BaLakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüqqui şəxsi «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyəti Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, **********97 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş həmin Cəmiyyətin Şəki LTİ-nin rəisi İ.Süleymanovun və mühəndisi Z.Mollayevin mütəxəssis rəyində də öz əksini tapır və Cavabdeh İddiaçı mülkiyyətində olan 0.7833 ha torpaq sahəsinin hansı 0.16 ha hissəsindən istifadə etməsi həmin rəyə əlavə olunmuş 1 saylı Sxemdə göstərilmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh, İddiaçı xüsusi mülkiyyətində olan 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 1) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə iddia qismən təmin edilməklə, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan sözügedən 0.7833 ha torpaq sahəsinin qanunsuz sahiblik və istifadə etdiyi 0.16 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 1) hissəsindən çıxarılmalı, iddia cavabdehin 0.7833 ha torpaq sahəsinin qanunsuz sahiblik və istifadə etdiyi 0.16 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 1) hissəsindən artıq torpaq sahəsi hissəsindən çıxarılması tələbi hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, Cavabdeh heç bir hüquqi əsas olmadan həmin 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.16 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 1) qanunsuz istifadə etməsini və ona qeyri-qanuni sahiblik etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan həmin torpaq sahəsinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq, yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyəti Cəmiyyətinin Şəki LTİ-nin rəisi İ.Süleymanovun və mühəndisi Z.Mollayevin mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0.16 ha hissəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin olunduğu və iddianın qismən təmin olunması nəticəsinə gəlindiyi üçün iş üzrə 622 manat mütəxəssis xərcinin yarısı-311 manat Cavabdeh alınıb İddiaçı verilməli, mütəxəssis xərcinin digər yarısı-311 manat İddiaçı aid edilməli, iş üzrə 50,0 manat ekspertiza xərcinin 25,0 manatı Cavabdeh və 25,0 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X15 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.7833 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyəti Cəmiyyətinin Şəki LTİ-nin rəisi İ.Süleymanovun və mühəndisi Z.Mollayevin mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0.16 ha hissəsindən çıxarılsın; iddia qalan hissədə təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin;iş üzrə ödənilmiş 622 manat mütəxəssis xərcinin yarısı-311 manat Cavabdeh alınıb İddiaçı verilsin; 622 manat mütəxəssis xərcinin digər yarısı-311 manat İddiaçı aid edilsin; iş üzrə 50,0 manat ekspertiza xərcinin 25,0 manatı Cavabdeh və 25,0 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X15 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar