Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-169/2021 22.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Nurəddinoviçin cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə həvalə edilməsi və Cavabdeh1 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Nurəddinoviç Abdullayeva cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən X1 miras qalmış 0,249745 ha torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə həvalə edilməsi və Cavabdeh1 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nurəddinoviç və cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, xx xxxxxx 2021-ci il tarixə, saat 14.45-ə və xx xxxxxx 2021-ci il tarixə, saat 16.05-ə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPMnin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-ci maddəsi tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı Nurəddinoviçin cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə həvalə edilməsi və Cavabdeh1 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Nurəddinoviçin cavabdehlər Cavabdeh1 və DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının DƏDRX –nin 18 saylı Zaqatala ərazi idarəsinə həvalə edilməsi və Cavabdeh1 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı Nurəddinoviçə qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-169/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-169/2021
22.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver