Məhkəmə qərarları › İş №2(019)-171/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-171/2020

15.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-171/2020 15.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Ziyavəddin oğlunun nümayəndəsi Nümayəndə1 Ziyaviddin oğlunun və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq sahəsinə giriş üçün gediş-gəliş yolunun yerinin müəyyən edilərək açılması və həmin yolun kəndarası yola bitişik hissəsində tikilmiş kubik (mişar daşı) hasarın sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-694/2018 saylı qətnaməsi əsasında ona verilmiş 0,0667 ha olan həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyəyə məxsus ərazidən eni 7 metr, uzunluğu 30 metr olan yol yerinin müəyyənləşdirilərək açılması və həmin yol yerinin kəndarası yola bitişik hissəsində tikilmiş hündürlüyü 2 metr olan kubik (mişar daşı) hasarın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qazma kəndində yaşayır. Qazma kəndində onun ümumi sahəsi 0,0667 ha olan həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi 1998-ci ildə kəndlərində torpaq islahatı aparılarkən Balakən rayon X2 xx xxx 1998-ci il tarixli, 06 saylı qərarı ilə ona verilmişdir. Sonradan bu torpaq sahəsi ilə əlaqədar ailədə mübahisə yarandığı üçün o, Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2 019)-694/2018 saylı qərardadı ilə həmin yerə məhkəmə mühəndis-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)- 694/2018 saylı qətnaməsi ilə mütəxəssis rəyi ilə Şəki Layihə- Tədqiqat idarəsinin tərtib etdiyi sxemlər əsasında onun ümumi sahəsi 0,0667 ha olan həyətyanı torpaq sahəsi ümumi təsərrüfatdan ayrılmışdır. Həmin torpaq sahəsi Balakən Rayon Məhkəməsinin icra qrupu tərəfindən xx xxxx 2019-cu ildə onun sərəncamına verilmişdir. Onun həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yol yeri nəzərdə tutulmuşdur, lakin işlək halda deyildir. Yol yeri nəzərdə tutulan ərazi bələdiyyəyə məxsusdur. Belə ki, onun həyətyanı torpaq sahəsi ilə kəndarası yolun arasında bələdiyyəyə məxsus ümumi sahəsi təqribən, 0,007 ha (7 sot) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi cavabdeh tərəfindən tutulmuşdur. Cavabdeh bələdiyyəyə məxsus bu torpaq sahəsinin onun həyətyanı torpaq sahəsi ilə sərhədinə dəmir tor tutub, bu torpaq sahəsinin kəndarası yol ilə sərhədinə isə kubikdən (mişar daş) 2 metr hündürlüyündə hasar çəkmişdir. Bələdiyyə sədri dəfələrlə cavabdehə yol yerinin boşaldılmasını təklif etsə də, o (cavabdeh), buna qəti əhəmiyyət vermir. Kəndarası yoldan onun həyətyanı torpaq sahəsinə 30 metr məsafə var. Buranın quruluşu elədir ki, yolun eni ən azı 7 metr olmalıdır. Bütün hallarda yol yeri bələdiyyənin mülkiyyətində olur. Bələdiyyə sədri ona bu işi ancaq məhkəmə vasitəsilə həll edə biləcəyini bildirmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçının mülkiyyətində olan 0.0667 hektar torpaq sahəsinə bitişik ərazi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin Elektron Baza məlumatlarına əsasən bələdiyyəyə məxsus əkin sahəsidir. Həmin əkin sahəsi onun özü tərəfindən istifadə olunur. İddiaçının torpaq sahəsinə yol nəzərdə tutulmamışdır. Həmin ərazidən iddiaçıya yol verilə bilməz. Kubik hasar isə onun pay torpağında tikilmiş və o, həmin hasarı tikməmişdir. İddiaçının tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayonu Qazma Bələdiyyəsinin nümayəndəsi-bələdiyyənin sədri Nümayəndə2 Cavabdeh tərəfindən bələdiyyəyə məxsus olan və İddiaçı aid 0,0667 ha olan həyətyanı torpaq sahəsinə gedən yol ərazisini qanunsuz olaraq tutduğunu və bu barədə ona rəsmi qaydada xəbərdarlıq edildiyini göstərərək, qeyd olunan məsələnin həllini məhkəmənin öhdəsinə buraxdığını göstərmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayonu Qazma Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş vəməhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayonu Qazma Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********79 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndi 0.0667 ha yaşayış məntəqələrinin torpaqları 85 №li reyestr kitabının 14 №li vərəqində xx.xx.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********79 olan, 475899 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndi 0.0667 ha yaşayış məntəqələrinin torpaqları (həyətyanı) İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 10/324 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********79 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə giriş üçün Balakən rayonu Qazma bələdiyyəsinə məxsus ərazidən eni 7 metr, uzunluğu 30 metr olan yol yerinin müəyyənləşdirərək açılması idarələrinin səlahiyyətləri xaricindədir. Mübahisəli torpaq sahəsi X3 öz əksini tapan Kompleks yer quruluşu layihələrində yol deyil, Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətinə aid 0.0664 ha əkin torpaq sahəsidir və həmin torpaq sahəsinə yol tərəfdən mişar daşından hasar inşa edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə bitişik ərazi X3 öz əksini tapan Kompleks yer quruluşu layihələrində Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətinə aid 0.0664 ha əkin torpaq sahəsidir. Baxış zamanı cavabdehin özünün bildirdiyinə görə həmin 0.0664 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi özü tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinə yol tərəfdən mişar daşından hasar inşa edilmişdir və həmin hasarın kim tərəfdən inşa edildiyini müəyyən etmək idarəmizin səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxxxx 2020-ci il tarixli, 10/324 №li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 20 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin fikrini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayon X2 xx xxx 1998-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı 0.0667 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı onun həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yol yeri nəzərdə tutulduğunu, lakin işlək halda olmadığını, yol yeri nəzərdə tutulan ərazinin bələdiyyəyə məxsus olduğunu göstərərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 10/324 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi X3 öz əksini tapan Kompleks yer quruluşu layihələrində yol deyil, Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətinə aid 0.0664 ha əkin torpaq sahəsidir və həmin torpaq sahəsinə yol tərəfdən mişar daşından hasar inşa edilmişdir. İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 0.0667 ha həyətyanı torpaq sahəsinə bitişik ərazi X3 öz əksini tapan Kompleks yer quruluşu layihələrində Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətinə aid 0.0664 ha əkin torpaq sahəsidir. Baxış zamanı cavabdehin özünün bildirdiyinə görə həmin 0.0664 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi özü tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinə yol tərəfdən mişar daşından hasar inşa edilmişdir və həmin hasarın kim tərəfdən inşa edildiyini müəyyən etmək mütəxəssisin səlahiyyətləri xaricindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X4 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.3-cü maddəsinə əsasən əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin255.5-cimaddəsinə əsasən mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.6-cı maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 256.1-ci maddəsinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 256.2-cı maddəsinə əsasən servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin257.1-ci maddəsinə əsasən servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 257.2-ci maddəsinə əsasən servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 258.1, 258.2 və 258.3-cü maddələrinə əsasən servitutun məzmununa servitutun qüvvədə olma müddəti və şərtləri daxildir. Servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə qoşulur; servitutun məzmunu daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısında qeyd olunmalıdır; qeydiyyat yazısında servitutla yüklü olan daşınmaz əşyanın planı servitutun yeri ilə birlikdə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 261.1 və 261.2-ci maddələrinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər; haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Qanun normalarının tələbindən görünür ki, torpaq sahəsinin mülkiyyətçisinin ictimai yola keçidi yoxdursa, o, əvəzi ödənilməklə qonşulardan zəruri keçidin ayrılmasını tələb edə bilər. Eyni zamanda digər daşınmaz əmlakın mülkiyyətçisi daşınmaz əmlakdan istifadə üçün müvafiq haqq ödənilməklə həmin daşınmaz əmlakın xeyrinə yüklü edilməsi barədə mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə bağlaya bilər. Lakin işdəki sübutlardan görünür ki, İddiaçı gediş-gəliş yolunun açılmasını tələb etdiyi torpaq sahəsi Cavabdeh deyil, Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Həmçinin iddiaçının sökülməsini tələb etdiyi mişar daşından tikilmiş hasar Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan həmin torpaq sahəsində yerləşir və onun kim tərəfindən tikilməsi də iş materialları ilə müəyyən olunmur. Belə ki, Cavabdeh həmin hasarın onun tərəfindən tikilməməsini göstərmişdir. İddiaçı onun mülkiyyətində olmayan torpaq sahəsi üzərində sərəncam vermək, o cümlədən ona aid olmayan torpaq sahəsində tikilmiş hasarın sökülməsini tələb etmək barədə subyektiv hüququ yoxdur. Ekspertiza rəyi ilə həmin hasarın Balakən rayonu Qazma Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində tikilməsi müəyyən edildiyindən, yalnız bələdiyyənin onun sökülməsini tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Eynilə Balakən rayonu Qazma Bələdiyyəsinin cavabdehin qeyri-qanuni sahiblik etdiyi təqdirdə həmin torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri tələb etmək hüququ vardır. Balakən rayonu Qazma bələdiyyəsi də nə iddiaçı kimi, nə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi belə bir iddia ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin İddiaçı torpaq sahəsinin mülkiyyətçisi kimi müvafiq əvəz ödənilməklə ictimai yola zəruri keçidin verilməsi üçün Balakən rayonu Qazma Bələdiyyəsinə müraciət etməkdə, bələdiyyə tərəfindən bundan imtina edildikdə bu məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda İddiaçı zəruri keçidlə (cediş-gəliş yolu ilə) bağlı Balakən rayonu Qazma Bələdiyyəsi ilə servitut müqaviləsi bağlaya, buna razılıq əldə edilmədikdə isə məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı əvəz ödənilməklə zəruri keçidlin verilməsi və ya servitut müqaviləsi bağlanması ilə bağlı bələdiyyəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, Balakən rayonu Qazma Bələdiyyəsinin cavabdeh kimi işə cəlb edilməsi və ya əsl olmayan tərəfin əvəz olunması barədə müraciət etməmiş, buna razılıq verməmişdir. İddiaçının hazırki tələbləri Cavabdeh qarşı irəli sürməsi əsassızdır və ona görə də təmin oluna bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçıCavabdeh qarşı Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-694/2018 saylı qətnaməsi əsasında ona verilmiş 0,0667 ha olan həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyəyə məxsus ərazidən eni 7 metr, uzunluğu 30 metr olan yol yerinin müəyyənləşdirilərək açılması və həmin yol yerinin kəndarası yola bitişik hissəsində tikilmiş hündürlüyü 2 metr olan kubik (mişar daşı) hasarın sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin iş üzrə 50 manat ekspertiza xərci İddiaçı alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(019)-694/2018 saylı qətnaməsi əsasında ona verilmiş 0,0667 ha olan həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün bələdiyyəyə məxsus ərazidən eni 7 metr, uzunluğu 30 metr olan yol yerinin müəyyənləşdirilərək açılması və həmin yol yerinin kəndarası yola bitişik hissəsində tikilmiş hündürlüyü 2 metr olan kubik (mişar daşı) hasarın sökülməsi tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin;iş üzrə 50 manat ekspertiza xərci İddiaçı alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar