Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-174/2022 24.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh Məhəmməd qızına qarşı cavabdehin ona məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.10 ha həyətyanı və 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində qanunsuz olaraq tikilmiş evin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 0.10 ha həyətyanı və 0.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsində qanunsuz olaraq tikilmiş evin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, onun mülkiyyətində Balakən rayonu Hənifə kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi və ona bitişik olan 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsi JN 1470 nömrəli dövlət aktı ilə Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli qərarına əsasən onun və həyat yoldaşı X1 mülkiyyətinə verilmişdir. Həyat yoldaşı X4 ilə rəsmi olaraq evli olsada, o Rusiya Federasiyasında yaşadığından faktiki ailə münasibətləri yoxdur.O, və həyat yoldaşı 2002-ci il tarixdə Rusiya Federasiyasına işləmək və yaşamaq üçün getmişlər. Həmin vaxt sözügedən torpaq sahəsində və onun üzərində tikilmiş köhnə evdə yaşamış, eyni zamanda torpağa və evə baxması üçün bibisi Cavabdeh etibar etmişlər. Həmin vaxt aralarında heç bir alqı-satqı və ya digər sənədləşmə ilə bağlı heç bir hadisə baş verməmişdir. Cavabdeh həmin vaxt ərzində ona və həyat yoldaşına məxsus olan 0.10 ha torpaq sahəsinin üzərində yerləşən köhnə evi sökərək, yerində özünə yeni ev tikmişdir. O, 2015-ci ildə Rusiya Federasiyasından qayıtmışdır. Həmin vaxt evinin söküldüyünü və yerində yeni evin tikildiyini görmüşdür. Bu barədə cavabdehə evdən və torpaq sahəsindən çıxmasını və evi sökməsini tələb etmişdir. Lakin cavabdeh buna etiraz etmiş, evin və torpağın ona aid olmasını ifadə etmişdir.Ona məxsus olan köhnə evi o, 1998-ci ildə tikmiş və həmin evdə həyat yoldaşı ilə yaşamışdır.Eyni zamanda 2002-ci ildə Rusiya Federasiyasına getdiyi zaman, evi və torpaq sənələrini cavabdehə yalnız yaşaması və istifadə etməsi üçün vermişdir. Bu faktı təsdiq edən şahidləri məhkəmə zalına dəvət edəcəkdir. Cavabdeh tələbini dəfələrlə bildirməyinə baxmayaraq o, icra etməmiş, ona məxsus olan torpaq sahəsindən çıxmamış eyni zamanda evi sökmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı onun qohumudur. 2002-ci ildə Mehman Rusiya Federasiyasında yaşamaq üçün getmiş və həmin vaxt özünə və arvadına məxsus olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsini və ona bitişik olan 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona satmışdır. Lakin alqı-satqı notariat qaydasında təsdiq olunmamışdır. O, da aldığı həmin torpaq sahəsindəki köhnə evi söküb orada yeni ev tikdirmişdir. Torpaq sahələrinin alqı-satqısının notariat qaydasında bağlanmamasından istifadə edərək İddiaçı hazırda onun torpaq sahələrindən çıxmasını və evin sökülməsini tələb edir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1470,KOD 40102018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı İslam oğluna və X3 Balakən rayonu Hənifə kəndi ərazisindən 0.64 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1052 A, KOD 40102018 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı və X3 Balakən rayonu Hənifə kəndi ərazisindən 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 dekabr 2021-ci il tarixdə verilmiş 1119 nömrəli arayışdan görünür ki, İddiaçı adına olan həyətyanı torpaq sahəsində ev tikilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli qərarına əsasən İddiaçı və arvadı X1 ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 0.10 ha həyətyanı torpaq sahəsi və ona bitişik olan 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı 2002-ci il tarixdə Rusiya Federasiyasına işləmək və yaşamaq üçün getmiş və həmin vaxt mülkiyyətlərində olan həmin torpaq sahələrini qohumu Cavabdeh istifadəsinə vermişdir. Məmmədova Şamay Məhəmməd qızı iddiaçıya məxsus 0,10 hektar həyətyanı torpaq sahəsində olan köhnə evi söküb orada fərdi yaşayış evi tikdirmişdir. İddiaçı Rusiya Federasiyasından qayıtdıqdan sonra cavabdehdən özünə məxsus torpaq sahəsindən çıxmasını və orada tikdirdiyi qanunsuz tikilinin sökülməsini tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir və iddiaçını həmin torpaq sahəsinə buraxmamışdır. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, mübahisəli torpaq sahələrinin İddiaçı və onun arvadının ümumi birgə mülkiyyətində olmasını, cavabdehin həmin torpaq sahələrinə heç bir hüququnun olmamasını,cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahələrindən istifadə etməklə,orada qanunsuz tikili tikməklə onun öz torpağından istifadə etməsinə maneçilik törətməsini, nəticədə iddiaçının mülkiyyət hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Sözügedən torpaq sahələrini alması barədə cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Cavabdeh iddiaçının tələb etdiyi torpaq sahələrini almasını göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmə cavabdehin etirazını əsaslı hesab etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı İddiaçı və arvadı X1 mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi və ona bitişik olan 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı,Cavabdeh həmin 0.10 ha həyətyanı torpaq sahəsində qanunsuz olaraq inşa etdirdiyi tikili onun özünün hesabına sökülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı və arvadı X1 mülkiyyətində olan,Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən və ona bitişik olan 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın.Cavabdeh həmin 0.10 ha həyətyanı torpaq sahəsində qanunsuz olaraq inşa etdirdiyi tikili onun özünün hesabına sökülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-174/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-174/2022
24.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver