Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-18/2022 15.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil, iddiaçı X2 və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 X6 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onlara məxsus Balakən rayonu Şambul kəndində yerləşən Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi Yanında Əmlak Məsəslələri Dövlət Xidməti DƏDRX –nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********38 qeydiyyat nömrəsi ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən onlara məxsus olan 1,15 ha kənd təsərüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin boşaldılması, cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 X6 iddialarını onunla əsaslandırmışlar ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 qızma və İddiaçı3 1,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə iddiaçılar Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-m 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət qeydiyyatından Daşınmaz Əmlakın Reyestr nömrəsi **********8 qeydiyyat nömrəsi ********** nömrəli hüquqların dövlət qeydiyyatıdan çıxarış almışlar. Onlar həmin torpağı icarəyə həmkəndliləri Cavabdeh vermişlər. Lakin Cavabdeh icarə müqaviləsi bağlamadan onlara heç bir ödəniş etmədən neçə ildir ki, həmin torpaq sahəsindən istifadə edir. Dəfələrlə onunla məhkəmədən kənar pretenziya qaydasında aparılan danışıqlar heç bir müsbət nəticə verməmişdir. Cavabdeh onlara məxsus 1,15 ha torpaq sahəsini boşaltmaq istəmir, orada əkin işləri aparır. Odur ki, Cavabdeh iddiaçılara məxsus Balakən rayonu Şambul kəndində yerləşən 1,15 ha kənd təsərrfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 1,15 ha torpq sahəsinin boşaldılması, cavabdehin onlara məxsus 1,15 ha torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil və iddiaçı X6 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil, iddiaçı X3 və cavabdehin nümayəndəsi-vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan və reyestr nömrəsi **********38olan, AA seriyalı 525791qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Şamnbul kəndi 1.15 ha kənd təsərüfatı təyinatlı torpaqları 90 №li reyestr kitabının 19 №li vərəqində xx.xx.2020-ci il tarixdə 1/5 hissə X2, 1/5 hissə İddiaçı2 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********01 №-li məktubla məhkəməyə göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki Layihə Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, X4 ümumi paylı mülkiyyətində olan 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin naturada ölçüləri 1.14 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir.(sxem 1). reyestr nömrəsi **********38 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, X2 ümumi paylı mülkiyyətində olan 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 0.2377 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz istifadə olunur. (sxem 2) İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 iyun 2022-ci il tarixli, 10/3189 №-li saylı rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021 -ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, X2 ümumi paylı mülkiyyətində olan 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin naturada ölçüləri 1.14 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir; Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən reyestr nömrəsi **********38 olan, ********** qeydiyyat nmrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 məxsus Balakən rayonu Şambul kəndində yerləşən 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 0.2377 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Qeyd: Mübahisə predmeti olan torpaq sahəsinə dair plan-sxemlər mütəxəssis rəyinə əlavə edilib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 28 iyun 2022-ci il tarixli, 10/3189 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu və xx.xx.2022-ci il tarixli qəbzlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsinə 312,40 manat mütəxəssis xərci ödəmişlər. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Şamnbul kəndində yerləşən 1.15 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi 90 №li reyestr kitabının 19 №li vərəqində xx.xx.2020-ci il tarixdə 1/5 hissə X2, 1/5 hissə İddiaçı2 və 3/5 hissə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 iyun 2022-ci il tarixli, 10/3189 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021 -ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********38 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı1, İddiaçı2, X2 ümumi paylı mülkiyyətində olan 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin naturada ölçüləri 1.14 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən reyestr nömrəsi **********38 olan, ********** qeydiyyat nmrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 məxsus Balakən rayonu Şambul kəndində yerləşən 1.15 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə olunmuş sxem 2-də göstərilən 0.2377 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçılar hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş 10 manat məbləğdə dövlət rüsumu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsinə 312,40 manat mütəxəssis xərci ödəmişlər və hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh, iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 xüsusi mülkiyyətində olan 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2377 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 2) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1, İddiaçı2 və X2 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehin iddiaçılara məxsus 1.15 ha torpaq sahəsinin sözügedən 0.2377 ha hissəsindən artıq hissəsini qanunsuz istifadə etməsi isə işdəki sübutlarla müəyyən olunmur. Ona görə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 xüsusi mülkiyyətində olan sözügedən 1.15 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.2377 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) hissəsini boşaltmalı və həmin 0.2377 ha hissədən çıxarılmalı, iddia cavabdehin 1.15 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.2377 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) hissəsindən artıq torpaq sahəsi hissəsini boşaltması və 0.2377 ha hissədən artıq torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1, İddiaçı2 və X2 ümumi mülkiyyətlərində olmasını, cavabdehin heç bir hüququ olmadan həmin 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2377 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 2) qanunsuz istifadə etməsini və ona qeyri-qanuni sahiblik etməsini, nəticədə iddiaçıların öz mülkiyyətində olan torpaq sahəsinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməsini, bununla da onların mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə olunmuş sxem 2-də göstərilən 0.2377 ha hissəsini boşaltmalı və həmin 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bu 0.2377 ha torpaq sahəsi hissəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun 5 manatı Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 verilməli, iş üzrə ödənilmiş 312,40 manat mütəxəssis xərcinin yarısı-156.2 manatı Cavabdeh alınıb iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 verilməli, həmçinin iddia qismən təmin edildiyindən və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası məhkəmənin təşəbbüsü ilə keçirildiyindən, 50,0 manat ekspertiza xərcinin 25,0 manatı Cavabdeh və 25,0 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Şambul kəndində yerləşən 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC- nin Şəki Layihə Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə olunmuş sxem 2-də göstərilən 0.2377 ha hissəsini boşaltsın və həmin 1.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bu 0.2377 ha torpaq sahəsi hissəsindən çıxarılsın; iddia qalan hissədə təmin edilməsin; ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun 5 manatı Cavabdeh alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 verilsin; iş üzrə ödənilmiş 312,40 manat mütəxəssis xərcinin yarısı-156.2 manatı Cavabdeh alınıb iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 verilsin; iş üzrə 50,0 manat ekspertiza xərcinin 25,0 manatı Cavabdeh və 25,0 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-18/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-18/2022
15.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver