Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-183/2022 17.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, iddiaçı Makhmad İbrahim oğlunun və onun nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Makhmad İbrahim oğlunun Cavabdeh qarşı iddiaçının adına qeydə alınan İnzibati tənbeh vermə haqqında elektron protokol cərimə borclarının ödənilməsinin cavabdeh Nissan Teana TE 111 AN avtomobilinin mülkiyyətçisi Cavabdeh öhdəsinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Makhmad İbrahim oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək iddiaçının adına qeydə alınan İnzibati tənbeh vermə haqqında elektron protokol cərimə borclarının ödənilməsinin cavabdeh Nissan Teana TE 111 AN avtomobilinin mülkiyyətçisi Cavabdeh öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Makhmad İbrahim oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, o, uzun müddətdir ki müvəqqəti Azərbaycan Respublikası Balakən rayon ərazisində yaşayır. Özü isə Gürcüstan vətəndaşıdır. Azərbaycanda isə qanunun tələblərinə uyğun yaşayır. Qonşuluqda yaşayan iş üzrə cavabdeh ona yaxınlaşaraq bildirmişdir ki,Gürcüstandan avtomobil almaq istəyir ancaq aldığı avtomobilin Azərbaycana gətirilməsi üçün deyirlər ki, mütləq əcnəbi vətəndaş (qeyri rezident) olmalıdır. Ona bildirmişdir ki, belə şeyləri bilmir, öyrənib ona cavab verər. Bu minvalla cavabdeh ona imkan verməmiş, onu dilə tutaraq “ narahat olmamasını, ayda və yaxud da 3 aydan bir onunla postu keçib dərhal geri qayıdacaqlarını demişdir. O da onun şirin dillərinə inanıb onun aldığı avtomobiin etibarnamə üzrə gömrükdən keçirilməsinə razılıq vermiş, bu minvalla cavabdeh nə vaxt desə o da onunla birlikdə aldığı avtomobillə gömrüyü keçib qayıtmışdır. İşi ilə bağlı daim qeydiyyatda olduğu Gürcüstana getməli olduqda gömrüyə sənədlərini təqdim edəndə ona bildirmişlər ki, “siz ancaq Gürcüstana etibarnamə üzrə götürdüyünüz avtomobillə keçə bilərsiniz və sizin üzərinizdə hələ cərimələr də tətbiq olunub”. Naəlac qalıb gömrükdən geri qayıtmalı olmuşdur. Axtarıb cavabdehi tapıb ona bu barədə söyləyəndə o yenə də şirin dillərini işə salaraq cəriməni ödəyəcəyini bildirmişdir. Karonavirusla bağlı o, Gürcüstana gedə bilməmiş,bir müddətdən sonra ona avtomobillə bağlı cərimələr gəlməyə başlamışdır. Beləliklə öyrənmişdir ki, cavabdeh Gürcüstandan aldığı avtomobili ilə Bakı şəhərinə sərnişin daşıyır və əksər cərimələr də elə həmin ərazilərdə tətbiq olunub. O, dərhal cavabdehi taparaq onun adına gələn cərimələri sildirməyini xahiş etsə də yenə öz yalanlarından əl çəkməyərək onu aldatmağa başlamış və bundan sonra etdiyi telefon zənglərinə cavab verməmişdir. Bununla bağlı 16.10.2021-ci il tarixində ona təklif (pretenziya) məktubu ilə müraciətinə isə heç məhəl də qoymamışdır. O, Zaqatala rayonu 2 saylı notariat ofisində 2751 saylı reyestr nömrəsi olan və etibar edilən şəxs kimi müraciət edərək etibarlıq müddəti 06.05.2019-cu ildən 06.05.2022-ci ilə qədər qüvvədə olan etibarnamənin ləğv edilməsini xahiş etmiş və etibarnaməyə 01.06.2021-ci il tarixində xitam verilmişdir. Buna baxmayaraq cavabdehin mülkiyyətində olan TE 111 AN Nissan Teana avtomobilinə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında Elektron Qərarlarına əsasən cavabdehin mülkiyyətində olan avtomobilə yönələn cərimələr etibarnamə üzrə onun üzərinə yönəldilmişdir.Cərimələr aşağıdakı kimi qeyd edilmişdir. 19.09.2020-ci il tarixində Bakı şəhəri Neftçilər prospekti- 20 AZN;22.09.2020-ci il tarixində Hüseynbala Əliyev küç 139- 20 AZN; 24.10.2020-ci il tarixində Bakı Səid Rüstəmov 3 GPS.40.3680521.498293677-20 AZN; 17.11.2020- ci il tarixində DİN Baş Dövlət Yol Polisi İdarəsi-150 AZN:22.11.2020-ci il tarixində Yevlax -Zaqatala -Gürcüstan yolunun 46-cı km-60 AZN; 25.12.2020-ci il tarixində DİN Baş Dövlət Yol Polisi İdarəsi- 50 AZN;14.03.2021-ci il tarixində DİN Baş Dövlət Yol Polisi İdarəsi- 50 AZN;14.03.2021-ci il tarixində Yevlax- Zaqatala- Gürcüstan yolunun 46-cı km-60 AZN; 14.03.2021-ci il tarixində DİN Baş Dövlət Yol Polisi İdarəsi-50 AZN; 20.04.2021-ci il tarixində Bakı, X3 79b.GPS.4********.49.8057087-20 AZN;27.04.2021-ci il tarixində DİN Baş Dövlət Yol Polisi İdarəsi- 40 AZN;15.09.2021-ci il tarixində Bakı, Mikayıl Müşfiq l.GPS.40.3540746,49.79859453-20 AZN -ümumi məbləğ 560 AZN təşkil etmişdir. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı Makhmad İbrahim oğlunun nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddiaçı Makhmad İbrahim oğlunun izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16.09.2020-ci il tarixli EQ-4396421 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22.09.2020-ci il tarixli EQ-4443924 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24.10.2020-ci il tarixli EQ-4718974 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17.11.2020-ci il tarixli EQ-4940485 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-ci maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22.11.2020-ci il tarixli EQ-4979181 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25.12.2020-ci il tarixli EQ-5235152 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 14.03.2021-ci il tarixli EQ-5872284 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 14.03.2021-ci il tarixli EQ-5869142 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 14.03.2021-ci il tarixli EQ-5871954 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15.09.2021-ci il tarixli EQ-7777756 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27.04.2021-ci il tarixli EQ-6278158 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20.04.2021-ci il tarixli EQ-6206438 nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Makhmad İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsinin dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı X1 vətəndaşıdır, uzun müddətdir ki,Balakən rayonu ərazisində yaşayır. Cavabdeh onunla qonşuluqda yaşamışdır. 2019-cu ilin may ayında Cavabdeh Gürcüstandan TE 111 AN dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomaşını almış, avtomaşının istifadəsi üçün iddiaçıya Zaqatala rayonu 2 saylı notariat ofisində 06.05.2019-cu ildən 06.05.2022-ci ilə kimi olan müddət üçün, 3 illik etibarnamə vermişdir. Həmin etibarnamə DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınmışdır. 19.09.2020-ci il tarixindən 15.09.2021-ci il tarixinə kimi sözügedən avtomaşınla dəfələrlə yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar törədilmiş və İnzibati tənbeh vermə haqqında elektron qərarlarla iddiaçı Makhmad İbrahim oğluna 560 AZN məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Sözügedən qərarlar qüvvədədir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomaşının cavabdeh tərəfindən idarə edilməsini,yol hərəkəti qaydalarının onun tərəfindən pozulmasını göstərərək cərimələrin ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı Makhmad İbrahim oğlu ilə Cavabdeh Vahid oğlu arasında iddiaçıya tətbiq edilmiş inzibati cərimələrin ödənməsi ilə bağlı hər hansı müqavilə yoxdur. Bundan başqa “Nissan Teana” markalı TE 111 AN dövlət qeydiyyat nişanlı avtomaşınla törədilmiş inzibati xətalara görə inzibati cərimə tənbehi İnzibati tənbeh vermə haqqında elektron qərarlarla iddiaçı Makhmad İbrahim oğluna tətbiq edilmişdir.Həmin qərarlar isə qüvvədədir. Qeyd edilən əsaslara görə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i : İddiaçı Makhmad İbrahim oğlunun Cavabdeh qarşı iddiaçının adına qeydə alınan İnzibati tənbeh vermə haqqında elektron protokol cərimə borclarının ödənilməsinin “Nissan Teana” markalı TE 111 AN dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin . Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-183/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-183/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver