Məhkəmə qərarları › İş №2(019)-184/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-184/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-184/2025 21.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi-rəisi X7 iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, *2.*0.*999-cu ildə vəfat etmiş X5 onun xalası olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Hənifə kəndi yaşayır. X* 30.*0.*996-cı ildə vəfat etmişdir. Mərhum *2.*0.*999-cu ildə vəfat etmiş X8 onun doğma xalasıdır. Xalası vəfat etməzdən öncə onların yanında yaşamışdır, həmin vaxt və xalası vəfat etdikdən sonra da ondan miras qalmış Balakən rayonu Hənifə kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini və Balakən rayonu Hənifə kəndində yerləşən 0,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq o, sahiblənmiş və istifadə etmişdir. Mərhum xalası X5 vərəsələri o və anası olmuşdur, onun uşaqları olmamışdır. Bu barədə Hənifə kənd İƏD üzrə nümayəndəliyindən arayış almışdır. O, mirasın qəbulu ilə bağlı X*6 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etdiyində oradan ona *0.*0.2024-cü il tarixli, 2*63 nömrəli imtina məktubu verilmişdir. Belə ki, mərhum X5 doğum haqqında akt qeydi olmadığından, onun onun xalası olması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubuna əsasən mərhum X5 doğum və nikah haqqında akt qeydinin, övladı barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq X5 onun xalası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsində qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi izahatında bildirmişdir ki, Ərizəçi ərizə ilə şöbəyə müraciət edərək, X5 doğum, nikah və ölüm haqqında akt qeydlərinin verilməsini xahiş etmişdir. X5 ölüm haqqında akt qeydinin surəti ərizəçiyə göndərilmiş, lakin doğum və nikah haqqında akt qeydləri barədə məlumat aşkar edilməmişdir. Ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində Ərizəçi onun əmisi olduğunu, X5 ərizəçinin xalası olduğunu, X5 ömrünün sonuna kimi ərizəçigildə yaşadığını, heç vaxt evlənmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ərizəçi qonşusu olduğunu, X5 ərizəçinin xalası olduğunu, ərizəçigildə yaşadığını, bacısının adının Şəmsiyyət olduğunu, heç vaxt evlənmədiyini göstərmişdir. İş materiallarında olan Zaqatala rayonu Qazma kənd soveti tərəfindən verilmiş AZ seriyalı 543979 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi *7 sentyabr *963-cu il tarixdə anadan olmuş, atası X*4, anası Mamedova Şəmsiyət Murtuz qızıdır. Maraqlı şəxs tərəfindən verilmiş 07 sentyabr 2024-cü il tarixli, 05/69-298 №-li arayışdan görünür ki, X6 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Maraqlı şəxs *949-xx.xx.2024-cü illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Balakən rayon Hənifə kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 0*.**.*996-cı il tarixli 32 nömrəli ölüm haqqında akt qeydinə əsasən X6 30.*0.*996-cı il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 07 sentyabr 2024-cü il tarixli, 05/69-299 №-li arayışdan görünür ki, X8 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs *949-xx.xx.2024-cü illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Balakən rayon Hənifə kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 22.*0.*999-cu il tarixli 4* nömrəli ölüm haqqında akt qeydinə əsasən X8 *2.*0.*999-cu il tarixdə vəfat etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/08006*-24 №-li arayışdan görünür ki, X8 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində *2.*0.*999-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. O, öldüyü *2.*0.*999-cu il tarixədək subay olmuşdur. Balakən rayonu İcra Hakimiyyətinin Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən *0 sentyabr 2024-cü il tarixdə verilmiş 223 nömrəli arayışda göstərilmişdir ki, həqiqətən mərhum X8 vəfat etdiyi, "*2" oktyabr *999-cu il tarixədək Balakən rayon Hənifə kəndinin ünvanda daimi qeydiyyatda olmuşdur və onun aşağıda qeyd edilmiş vərəsələri olmuşdur: bacısı X3, bacısı oğlu Ərizəçi. JN *02*A KOD 40*020*8 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 200*-ci il *4 iyul tarixli, 07 nömrəli qərarı ilə Balakən rayonu Hənifə kəndində 0,05 ha torpaq X5 mülkiyyətinə verilmişdir. JN-*526 KOD 40*020*8 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının *4 iyul 200*-ci il tarixli, 07 nömrəli qərarı ilə X5 mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 0.35 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli arxiv arayışında göstərilir ki, Balakən rayonu VVAQ Şöbəsinin *947-ci illərə aid doğum haqqında aktların qeyd kitabında ( bərpa) -- 47№-li qeydiyyatına əsasən Mamedova Şəmisiyat -- *928-ci ildə anadan olmuşdur. Atası: X20, Anası: X**. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli arayışda göstərilir ki, Balakən rayonu VVAQ/VAQ/ Şöbəsinin *928-*930-cu illərə aid doğum haqqında aktların qeydiyyatı kitabları Dövlət Arxivinə təhvil verilməyib, *938-*948-ci illərə aid doğum haqqında aktların qeydiyyatı (bərpa) kitablarında X2 doğumu barədə qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş *6 sentyabr 2024-cü il tarixli arayışda göstərilir ki, Balakən rayonuVVAQ/VAQ/ Şöbəsinin *930-*932-ci illərə aid doğum haqqında aktların qeydiyyatı(Qazma kəndi) kitabları Dövlət Arxivinə təhvil verilməyib, *938-*948-ci illərə aid doğum haqqında aktların qeydiyyatı (bərpa) kitablarında X5 doğumu barədə qeydiyyat aparılmamışdır. X*6 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *0.*0.2024-cü il tarixli 2*63 nömrəli arayışda göstərilir ki, təmsilçilik üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Ərizəçi müraciət etmiş, lakin təqdim olunmuş sənədlərdə X5 doğum haqqında akt qeydi aşkar olunmamış, mərhum X5 Ərizəçi xalası olması faktı sübut olunduqdan sonra təmsilçilik üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olması bildirilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının 2.*-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); **59.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, *2.*0.*999-cu ildə vəfat etmiş X8 ərizəçinin doğma xalasıdır. X5 doğumu qeydiyyat orqanında qeydə alınmamış, evlənməmiş və uşağı olmamışdır. X5 əvvəlki növbə vərəsələri yox, onun bacısı X6 30.*0.*996-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda ərizəçi X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Lakin Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisi mərhum X5 doğum haqqında akt qeydi aşkar olunmadığından, həmçinin X8 ilə qohumluq münasibətlərində olma faktını təsdiq edən sənədlər təqdim edilmədiyinə görə ərizəçiyə şəhadətnaməni verməkdən imtina etmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, *2.*0.*999-cu ildə vəfat etmiş X5 Ərizəçi xalası olması barədə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. *2.*0.*999-cu ildə vəfat etmiş X5 Ərizəçi xalası olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar