Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-187/2020 26.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi,İddiaçı1 nümayəndəsi-vəkili, iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Balakən rayonu Talalar kəndində yerləşən 0.1079 ha torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Talalar kəndində yerləşən iddiaçılara məxsus JN 4xx xxx 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında planşet nömrəsi 484A ilə göstərilən 1079.68 kvm torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi-vəkili, iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkili Vəkil məhkəməyə ərizə verərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Balakən rayonu Talalar kəndində yerləşən 0.1079 ha torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını və bu əsasla ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanmasına razı olduğunu və işin mahiyyəti üzrə baxılıb həll olunmasını tələb etmədiyini bildirmiş və bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X1 nümayəndəsiməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin ondan işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı hər hansı müraciət məhkəməyə daxil olmamışdır. Ona görə də məhkəmə hazırki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsinştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfin nümayəndəsi və vəkili iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanması barədə ərizə verdiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Balakən rayonu Talalar kəndində yerləşən 0.1079 ha torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarlmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Balakən rayonu Talalar kəndində yerləşən 0.1079 ha torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 geri qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-187/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-187/2020
26.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver