Məhkəmə qərarları › İş №2(019)-2/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-2/2021

21.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-2/2021 21.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Tülü kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0.0208 ha torpaq sahəsindən cavabdehin çıxarılması, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Balakən rayonunun Tülü kəndində yaşayır. X1 və ailə üzvlərinə məxsus olmuş, ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin X7 məxsus olan 1/12 -0.0208 ha hissəsini xx xxxx 2017-ci ildə Balakən rayon Notariat kontorunda rəsmiləşdirməklə 4500 manata almışdır. Sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********44 olan “çıxarış” da almışdır. Bundan xəbər tutan X4 qardaşı, iş üzrə Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan 0.0208 ha torpaq sahəsini zəbt edərək onun ora girməsinə mane olmuşdur. Cavabdeh hazıradək həmin torpaq sahəsini zəbt etməkdə davam edir. O, cavabdehi məcburi olaraq torpaq sahəsindən çıxara bilməmiş, buna görə də Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı müxtəlif yerlərə şifahi müraciətlər etmişdir. Lakin qeyd olunan orqanlar tərəfindən Cavabdeh zəbt etdiyi ona məxsus olan torpaq sahəsindən çıxarılması qeyri- mümkün olmuşdur. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsində göstərilənlər qeyri-obyektivdir ,real vəziyyəti əks etdirmir. Belə ki, həmin torpaq sahəsini iddiaçı X10 onun narkoman,Balakən rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində qeydiyyatda olan, anlaqsız qardaşı Tofiq Seyidovu aldadaraq ələ keçirmişdir. X10 hələ həmin torpaq sahəsini almazdan əvvəl dəfələrlə bu torpaq sahəsini almaq istəyib-istəmədiyini,iddiaçıdan soruşduqda Elsevər balasının, əzizlərinin canına and içərək bildirmişdir ki, həmin torpaq sahəsini almaq istəmir.Lakin ondan gizlincə o , alqı- satqını həyata keçirmişdir. O, cavabdehlər X7, İddiaçı ,Balakən rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X9 ilə İddiaçı arasında bağlanmış Aİ- 10597860 saylı alqı-satqı müqaviləsinin ,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən mərhum X4 adına verilmiş, Reyestr nömrəsi **********2910301 olan fərdi yaşayış evinə texniki pasportun, mərhum X4 adına xx xxxx 2017-ci ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın, İddiaçı verilmiş RX seriyalı №1038938 nömrəli çıxarışın, X5 adına xx xxx 2016cı ildə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi , onun miras əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(019)- 18/2019 nömrəli qətnaməsi ilə iddiasının qismən təmin edilməsi, mərhum X9 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli , X4 adına verilmiş RX seriyalı ******* nömrəli və İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab olunması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-700 /2020 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş ;qətnamə dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.10. 2020-ci il tarixli 2(102)-4425/2020 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-700/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə mərhum X9 arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsi və İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab olunduğundan iddiaçının adıçəkilən torpaq sahəsinə heç bir hüququ yoxdur, iddia tələbi əsassızdır. O, atası X3 miras qalmış əmlakı idarə edir, həyətyanı, pay torpaq sahəsinin ətrafına hasar çəkmişdir . İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək Cavabdeh izahatına uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 0.0208 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş A seriyalı 137948 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 0.0208 ha həyətyanı torpaq sahəsi İddiaçı adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 09 mart 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X2 rayonu Tülü kəndində yerləşən, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 1/12-0.0208 ha hissəsini İddiaçı satmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-18/2019nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiasının qismən təmin edilməsi, mərhum X9 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş RX seriyalı ******* nömrəli, X4 adına verilmiş RX seriyalı ******* nömrəli və İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)-700/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(019)-18/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli 2(102)-4425/2020 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-700/2020 nömrəli iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə –iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh mərhum qardaşı-X9 arasında AN-İ ******* nömrəli xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsinə əsasən X9 özünə məxsus olan, Balakən rayonu Tülü kəndində yerləşən 0.0208 ha torpaq sahəsini İddiaçı satmışdır.Həmin alqı- satqı müqaviləsinə əsasən 0.0208 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış, sonuncuya RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı bundan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-18/2019 nömrəli qətnaməsinə əsasən isə mərhum X9 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı alqı-satqı müqaviləsi və İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab olunmuşdur. İddiaçı həmin iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, İddiaçı mübahisəli torpaq sahəsinə görə Cavabdeh mərhum qardaşı-X9 ilə aralarında bağlanmış AN-İ ******* nömrəli xx xxxx 2017ci il tarixli alqı-satqı müqaviləsinə və öz adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsaslanaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-18/2019 nömrəli qətnaməsinə əsasən AN-İ ******* nömrəli xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab olunmasını, bu səbəbdən iddiaçının sözügedən torpaq sahəsinə heç bir hüququnun olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Tülü kəndində yerləşən 0.0208 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin çıxarılması, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Balakən rayonu Tülü kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0.0208 ha torpaq sahəsindən cavabdehin çıxarılması, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar