Məhkəmə qərarları › İş №2(019)-21/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-21/2023

09.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-21/2023 09.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı Balakən şəhəri Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Balakən şəhəri Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın və darvazanın sökülməsi, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh qarşı torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın və darvazanın sökülməsi tələbi hissəsində iddia tələbinin həcmini azaldaraq, qalan hissədə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbinin həcmini Balakən şəhəri Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçının həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması kimi qəbul edir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1977-ci ildə Balakən rayonunda anadan olmuşdur. İxtisasca həkimdir. Demək olar ki, 2000-ci ildən Balakən rayonunda yaşamır. X2 Xəstəxanasında həkim işləyir. Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə ona Balakən rayonu Qazbinə kəndinin (indiki həmin ərazi Balakən şəhəri Aşıq Sənəm küçəsi) ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.08 ha həyətyanı torpaq sahəsinə JN 147A KOD 40108038 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin əslini itirdiyinə görə 27 avqust 2019-cu il tarixdə öz adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** nömrəli çıxarış almışdır. Lakin onun Balakən rayonunda olmamağından istifadə edən cavabdeh qanunsuz olaraq həmin ərazinin boş olmasından istifadə edərək ora girmiş, özbaşına həmin ərazinin ətrafına hasar çəkmiş və giriş qapıları qoymuşdur. Bundan sonra o, cavabdehdən torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdeh isə ona bildirmişdir ki, indi Balakən rayonunda yoxdur, bura gələndə onunla məsələni həll edəcəkdir. Uzun müddətdir ki, Balakən rayonunda yaşamadığına görə həmin torpaq sahəsinə nəzarət edə bilmir. Hazırda həmin torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdehə həmin torpaq sahəsini boşaltması, torpaq sahəsinin sahəsində qanunsuz inşa edilmiş hasarın və darvazanın çıxarılması ilə bağlı müraciət etsə də, cavabdeh ona məxsus olan torpaq sahəsini qanunsuz tutmaqda davam edir. Torpaq sahəsindən çıxması ilə əlaqədar cavabdehə dəfələrlə müraciət etmiş, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlara şifahi qaydada müraciət etmişdir. Lakin mübahisəninn mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və Balakən şəhəri Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçının həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-289 KOD-40100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Balakən rayonu Qazbinə kəndi ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********66 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən şəhəri Aşıq Sənəm küçəsi 0.08 ha yaşayış məntəqələrinin torpaqları xx.xx.2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********66 olan xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən şəhəri Aşıq Sənəm küçəsi 0.08 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi idarəsinin 20 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı hüquqların Döclət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********66 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı xüusi mülkiyyətinə verilmiş Balakən şəhəri, Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri faktiki olaraq 0.0950 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərdən çoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********66 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən şəhəri Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən Cavabdeh tərəfindən bütövlükdə istifadə edilir. 3-cü sualın cavablandırılması ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 30 noyabr 2022-ci il tarixli №10/6416 nömrəli rəyində göstərilir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı hüquqların Döclət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********66 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı xüusi mülkiyyətinə verilmiş Balakən şəhəri, Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri faktiki olaraq 0.0950 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərdən çoxdur; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********66 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən şəhəri Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən Cavabdeh tərəfindən bütövlükdə istifadə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 30 noyabr 2022-ci il tarixli №10/6416 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış tikinti-texniki obyektlərin tədqiqi ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli mədaxil qəbzi ilə hazırki iddianın qaldırılması ilə əlaqədar 10 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi idarəsinə 95 manat mütəxəssis xərci ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, JN- 289 KOD-40100038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı əsasında İddiaçı mülkiyyətinə Balakən rayonu Qazbinə kəndi ərazisindən (hazırda Balakən şəhəri Aşıq Sənəm küçəsi) 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəs daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********66 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 30 noyabr 2022-ci il tarixli №10/6416 saylı rəyi ilə müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi əsasında RX seriyalı hüquqların Döclət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********66 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı xüxüsusi mülkiyyətinə verilmiş Balakən şəhəri, Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri faktiki olaraq 0.0950 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçülərdən çoxdur, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********66 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən şəhəri Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən Cavabdeh tərəfindən bütövlükdə istifadə edilir. Həmçinin Cavabdeh tərəfindən İddiaçı həmin torpaq sahəsinə sahib olmasına və ondan istifadə etməsinə müxtəlif maneələr yaratmaqla iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlər və qəsdlər edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X1 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh, RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********66 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən şəhəri Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsini qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə iddia təmin edilməklə, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan sözügedən 0.08 ha həyətyanı torpaq sahəsindən çıxarılmalı, Cavabdeh İddiaçı məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.08 ha həyətyanı torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, cavabdehin heç bir hüququ olmadan həmin 0.08 ha həyətyanı torpaq sahəsindən qanunsuz istifadə etməsini və ona qeyriqanuni sahiblik etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən şəhəri Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən çıxarılmalı, Cavabdeh İddiaçı məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərci Cavabdeh alınıb İddiaçı verilməli, iş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan, Balakən şəhəri Aşıq Sənəm küçəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsindən çıxarılsın; Cavabdeh İddiaçı məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulsun; iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərci Cavabdeh alınıb İddiaçı verilsin; iş üzrə 50,0 manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar