Məhkəmə qərarları › İş №2(019)-210/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-210/2021

02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-210/2021 02.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydində ana adının düzgün qeyd edilməməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, tələbini dəqiqləşdirib, X5 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, mərhum anası, Balakən rayon Hənifə kənd sakini X8 1957-ci ildə Gürcüstan Respublikası Saqareco rayonuna ərə köçən zaman atası X18 oglu ilə rəsmi ninahı olmamışdır. Anası Gürcüstana köçdükdən sonra onun adı və soyadı dəyişdirilərək, X4 qeydə alınmışdır. Anası ərə getməzdən əvvəl Balakən rayon Hənifə kənd inzibati ərazisində X2 qeydiyyatda olmuşdur. Anasının sonradan xarici dövlətdə adının və soyadının nə məqsədlə dəyişdirilməsi ona məlum deyildir. O, ata və anasının qeyri rəsmi-nikahından 1978-ci ildə dünyaya gəlmişdir. Onlar ailəlikcə Gürcüstan Respublikasında yaşadıqları zaman ona doğum haqqında şəhadətnamə verilərkən doğum şəhadətnaməsində ana qrafasında anasının adı Xətaiə, soyadı Əliyeva kimi qeydə alınmışdır. Lakin sonradan ailəsi Balakən rayon Hənifə kəndinə köçərkən anasının adı Solmaz, soyadı isə Kərimova kimi qeydə alınmışdır. Anasının adının və soyadının bu üsullarla qeydə alınması onun anasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına bir sıra problemlər yaramışdır. Bunun üçün də o, Balakən rayon Dövlət Notariat Kontoruna müraciət edəndə, ona cavab olaraq 161 saylı xx.xx.2020-ci il tarixli məktubunda, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqmda məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini təqdim etdiyi sənədlərdə doğum haqqında şəhadətnamənin ana qrafasında ana adının Əliyeva Xətaiə kimi, anasının ölüm şəhadətnaməsində isə X2 qeyd edilməsi bildirilmişdir. Bu səbəbdən Əliyeva Xətaiə ilə X5 eyni şəxs olması faktını sübut edən məhkəmə qətnaməsi təqdim etməlidir. Eyni zamanda Hənifə kənd inzibati ərazi dairəsinin 260 saylı xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki,Hənifə kənd sakini olmuş X8 1957-ci ildə Gürcüstan Respublikasının Saqareceo rayonuna ərə köçmüş, lakin o,1993-cü ildə Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kəndinə daimi gəldiyi zaman soyadı Əliyeva,adı isə Xətayə İskəndər qızı kimi qeydiyyata alınmışdır. Sonradan adı və soyadı dəyişərək, X3 qeydə alınmışdır. Anasının AZ-İ N 761833 saylı ölüm haqqında şəhadətnamədə öz adının olması öz əksini tapmışdır. Anasınn adına verilmiş bəzi sənədlərdə adının və soyadının fərqli formada qeydə alınması ucbatından, anasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir,ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq X5 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nümayəndə oğlu ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. X6, anaları isə X7r. Onların valideynləri qeyri-rəsmi evlənmişlər və aralarında rəsmi nikah bağlanmamışdır. X8 xx.xx.2016-cı ildə ölmüşdür. Həqiqətən Ərizəçi anası mərhum X7r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən **********8 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1978-ci il tarixdə anadan olmuş, atası Əliyev Calal, anası Əliyeva Xətaiə yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 761833 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Balakən rayonu Hənifə kəndində yaşayan Ərizəçi ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli 161 nömrəli məktubda göstərilir ki, mərhum X5 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat hərəkətinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinin 5-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə müəyyən edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatım aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Onun təqdim etdiyi sənədlərdə doğum haqqında şəhadətnaməsinin ana qrafasında ana adı Əliyeva Xətaiə kimi, anasının ölüm şəhadətnaməsində isə X2 qeyd edilmişdir. Bu səbəbdən Əliyeva Xətaiə ilə X5 eyni şəxs olması faktını sübut edən məhkəmə qətnaməsi təqdim etməlisiniz. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 260 nömrəli arayışda göstəriliri ki, həqiqətən Hənifə kənd sakini X8 1957-ci ildə Gürcüstan Respublikasının Saqareceo rayonuna ərə köçmüşdür. O, 1993-cü ildə Azərbaycan Respublikasının Balakən rayonunun Hənifə kəndinə daimi gəldiyi zaman soyadı Əliyeva, adı isə Xətayə İskəndər qızı kimi qeydiyyata alınmışdır. Sonrada adını və soyadını dəyişərək X3 qeydə alınmışdır. 2016-cı ildə vəfat etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Ərizəçi hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1978-cı ildə Gürcüstan Respublikası Saqareco rayonunda anadan olmuşdur. X19, anası isə Kərimova Solmazdır. Onlar qeyri-rəsmi evlənmiş və aralarında rəsmi nikah bağlanmamışdır. Ərizəçiyə doğum haqqında şəhadətnamə verilərkən doğum şəhadətnaməsində ana qrafasmda anasının adı Xətaiə, soyadı Əliyeva kimi qeydə alınmışdır. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla bağlı ərizəçi Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. Notariusa doğum haqqında şəhadətnaməni təqdim edərkən məlum olmuşdur ki, onun doğum haqqında şəhadətnaməsinin ana qrafasında ana adı Əliyeva Xətaiə kimi, anasının ölüm şəhadətnaməsində isə X2 qeyd edilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin X5 öldüyü, ərizəçinin hazırki məsələnin məhkəmədən kənar qaydada həlli üçün Balakən rayon Notariat Ofisinə müraciət etməsi və bu müraciətin heç bir nəticə verməməsi səbəbindən X5 xx xxxxx 1978-cı ildə doğulmuş Ərizəçi anası olması faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün lazım olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd anasının ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, xx.xx.2016-cı ildə ölmüş mərhum X5 xx xxxxx 1978-cı ildə doğulmuş Ərizəçi anası olması barədə qohumluq münasibətləri faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. xx.xx.2016-cı ildə ölmüş mərhum X5 xx xxxxx 1978-cı ildə doğulmuş Ərizəçi anası olması barədə qohumluq münasibətləri faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar