Məhkəmə qərarları › İş №2(019)-212/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-212/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-212/2025 28.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, *928-ci ildə Balakən rayonunun Qazma kəndində doğulub 2*.**.*999-cu il tarixdə vəfat etmiş X3 onun bibisi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxx *968-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində doğulmuş, Qazma kəndində yaşayır. Onun valideynləri atası *927-ci ildə Balakən rayonunun Hənifə kəndində doğulub 08 oktyabr *979-cu ildə vəfat etmiş X5, anası isə *938-ci ildə doğulub 03.06.20*6-cı il tarixdə vəfat etmiş X*2 olmuşdur. Valideynlərinin arasında rəsmi nikah olmadığından ona anasının soyadı olan Qunduzov soyadı ilə doğum şəhadətnaməsi verilmişdir. Balakən Rayon Məhkəməsinin *9.09.2024-cü il tarixli 2(0*9)-64*/2024 saylı qətnaməsi ilə onun atasının mərhum X5 olması faktı müəyyən edilmişdir. Qətnamə qəbul edildikdən sonra ona 25.**.2024-cü il tarixdə Balakən rayonu Hənifə kənd İcra Nümayəndəliyində AZ-V N 04966* saylı doğum şəhadətnaməsi verilmişdir. Balakən rayonu Qazma kəndində yaşadığı evdə onunla eyni təsərrüfatda *928ci ildə Balakən rayonunun Qazma kəndində doğulub 2*.**.*999-cu il tarixdə vəfat etmiş bibisi X6 yaşamışdır. Bibisi ərə getməmişdir, onun əri və uşaqları olmamışdır. Dövlət tərəfindən Aqrar İslahat aparılarkən JN-*573 KOD 40*030*8 saylı Dövlət Aktına əsasən mərhum X*0 və onun ailə üzvlərinin mülkiyyətinə *.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd “Çıxarış” almaq istəyir. Bu məqsədlə vərəsəliyin açılması ilə bağlı Balakən rayon Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Orada ondan X3 bibisi olmasını təsdiq edən sənəd tələb edilmişdir. X*0 və atası Mehdihacı Abdullayevin doğum haqqında şəhadətnamələri olmadığından lazımi sənədləri notariusa təqdim edə bilməmişdir. Notarius tərəfindən ona bu faktın müəyyən edilməsi ilə bağlı Məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Buna görə də Məhkəməyə müraciət etməli olmuşdur. X*3 ölən gününə qədər onunla eyni təsərrüfatda yaşamışdır. Bibisinin mülkiyyətinə verilmiş torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Torpağın vergilərini də müntəzəm olaraq ödəyir. Qeyd edilənləri nəzərə alaraq X3 onun bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsində qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Balakən rayon Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində ərizəçinin atasının əmisi oğlu olduğunu, X3 ərizəçinin bibisi olduğunu, X3 heç vaxt evlənmədiyini, *999-cu ildə öldüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ərizəçi qonşuları olduğunu, X3 ərizəçinin bibisi olduğunu, Abdullayeva Həlimat və Abdullayev Mehdihacının bir bacı qardaş-olduqlarını göstərmişdir. İş materiallarında olan Balakən rayon Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş *5 may 2024-cü il tarixli arayışda göstərilir ki, Ərizəçi 2*.**.*999-cu il tarixdə X* miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə müraciət etmiş, müəyyən olunmuşdur ki, miras qoyan X7 (miras qoyanın qardaşı oğlu olması faktı) ilə qohumluq faktını təsdiq edən sənədlər təqdim edə bilməmişdir. Odur ki, qohumluq münasibətlərinin müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *6 mart 2024-cü il tarixli, 05/69-**2 №-li arayışdan görünür ki, X6 barəsində Balakən rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Balakən rayon qeydiyyat şöbəsinin *948-*6.03.2024-cü illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Qeyd edilən şəxs ünvan 1 icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 22.**.*999-cu il tarixli 42 nömrəli ölüm haqqında akt qeydinə əsasən 2*.**.*999-cu il tarixdə vəfat etmişdir. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *6.03.2024-cü il tarixli, 05/09İS/020*63-24 №-li arayışdan görünür ki, X6 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 2*.**.*999-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. O, öldüyü 2*.**.*999-cu il tarixədək subay olmuşdur. Balakən rayonu İcra Hakimiyyətinin Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 26.**.2024-cü il tarixdə verilmiş *239 nömrəli arayışda göstərilmişdir ki, həqiqətən X6 vəfat etdiyi 2*.**.*999- cu il tarixdə ünvan 1i ünvanında daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri vardır: qardaşı X5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli arxiv arayışında göstərilir ki, Balakən rayonu VVAQ/VAQ/ Şöbəsinin *928-ci ilə aid doğum haqqında aktların qeydiyyatı kitabları Dövlət Arxivinə təhvil verilməyib. *938-*940,*940-*94*, *942- *943, *944-*945, *946, *947-ci illərə aid doğum haqqında aktların qeydiyyatı (bərpa) kitablarında X4 doğumu barədə qeydiyyat aparılmamışdır. Balakən rayon Hənifə kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-V 04966* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxxx *968-ci il tarixdə Balakən rayonu Hənifə kəndində doğulmuş, atası X5, anası X*2 qeyd edilmişdir. Balakən rayon Qeydiyyat Şöbəsinin *6 mart 2024-cü il tarixli 05/69-**3 nömrəli arayışından görünür ki, X5 barəsində Balakən rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı; arxiv məlumatları Balakən rayon Qeydiyyat Şöbəsinin *948-*6.03.2024-cü illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli arxiv arayışında göstərilir ki, Balakən rayonu VVAQ/VAQ/ Şöbəsinin *927-ci ilə aid doğum haqqında aktların qeydiyyatı kitabları Dövlət Arxivinə təhvil verilməyib. *938-*940, *940-*94*, *942- *943, *944-*945, *946, *947-ci illərə aid doğum haqqında aktların qeydiyyatı (bərpa) kitablarında X2 doğumu barədə qeydiyyat aparılmamışdır. Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 29 noyabr 2024-cü il tarixdə verilmiş 05/69-398 nömrəli arayışdan görünür ki, X5 08 oktyabr *979-cu il tarixdə ölmüşdür. JN *573 Kod 40*030*8 saylı Torpağa Mülkiyyət Hüququna X*5 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının *998-ci il 08 may tarixli qərarı ilə X3 və qeyrilərinin ümumi birgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.*-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının 2.*-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: **59.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); **59.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, 2*.**.*999cu ildə vəfat etmiş X6 ərizəçinin doğma bibisidir. X3 doğumu qeydiyyat orqanında qeydə alınmamış, evlənməmiş və uşağı olmamışdır. X3 əvvəlki növbə vərəsələri yox, onun qardaşı X5 08 oktyabr *979-cu il tarixdə vəfat etmişdir. Ərizəçi vərəsəliyin açılması ilə bağlı Notariat Ofisinə müraciət etmiş, X*0 və atası Mehdihacı Abdullayevin doğum haqqında şəhadətnamələri olmadığından lazımi sənədləri notariusa təqdim edə bilməmişdir. Notarius tərəfindən ona qohumluq faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, 2*.**.*999-cu ildə vəfat etmiş X3 Ərizəçi bibisi olması barədə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 2*.**.*999-cu ildə vəfat etmiş X3 Ərizəçi bibisi olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar