Məhkəmə qərarları › İş №2(019)-250/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-250/2021

23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-250/2021 23.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə Ərizəçi X22 Xidmət X5suz hərəkətlərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X22 Xidmət Mərkəzinin Notariat ofisinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Balakən rayonu Şərif kəndində yerləşən X9 məxsus 0,6526 ha kənd təsərrüfatlı torpaq sahəsinin alqı-satqısı müqaviləsinin bağlanması üçün X22 Xidmət Mərkəzinin Notariat Ofisinin üzərinə öhdəlik qovulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı X7 cavabdehlər Ərizəçi və Balakən rayon Notariat Ofisinə qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2 V-733 reyestr nömrəli, xx xxxx 2012-ci il tarixli, 2V-452 reyestr nömrəli, xx xxxxxx 2019-cu il tarixli, 2V- 734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X12 və anası X18 məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakda payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasımı xahiş etmişdir. Məhkəmə icraatı zamanı xx xxxxxx 2020-ci ildə X2 Federasiyasında vəfat etmişdir. Bununla bağlı Balakən Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(019)- 256/2020 nömrəli qərardadı ilə iddiaçı X3 mülki işin icraatı ölmüş iddiaçı X3 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Lakin məhkəmə qərardadından 6 aydan çox vaxt keçməsinə baxmayaraq, iddiaçı X3 hüquqi varisi müəyyən edilməmişdir. Bundan əlavə, Balakən Rayon İcra Hakimiyyəti Başçısının Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, mərhum X2 Federasiyasının vətəndaşıdır və Şərif kəndində ona məxsus yaşayış evi, pay torpaq sahəsi və digər əmlakı olmamışdır. Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX- lin 18 saylı Zaqatala Ərazi İdarəsindən alınan arayışdan görünür ki, X3 adına heç bir daşınmaz əmlak qeydə alınmamışdır. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən reyestr nömrəsi **********2 olan qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət qeydiyyatından çıxarış almışdır. Balakən rayonu Şərif kəndində yerləşən 0,6526 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsinin üzərində heç bir yüklülük yoxdur. Həmin torpaq sahəsinin üzərində həbs qoyulmamışdır. Torpaq sahəsinin alqı-satqısı ilə bağlı o, X22 Xidmət Mərkəzində yerləşən Notariat Ofisinə rəsmi ərizə ilə müraciət etmişdir. X22 Xidmət Mərkəzinin Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli, 438 nömrəli məktubundan görünür ki, onun xx.xx.2020-ci il tarixli, 341 saylı ərizəsinə cavab olaraq bildirilir ki, alqı-satqı müqaviləsi bağlanacaq əmlak mərhum atası X8, mərhum anası X16 miras qalmışdır və həmin əmlaka Balakən rayon Notariat Ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə 2V-733 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhumların qanun üzrə digər vərəsəsi olan X7 mirasdan pay tələbi ilə əlaqədar Balakən rayon Notariat Ofisinə ərizə ilə müraciət etmiş, ona həmin mirasa qardaşı Ərizəçi Heybulla oğluna vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə əlaqədar Balakən Rayon Məhkəməsinə müraciət etməli olduğu izah edilmişdir. X7 vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi və mirasdan pay tələbi ilə bağlı Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)- 256/2020 nömrəli qərardadı əsasında mülki işin icraatı X3 hüquq varisi miiəyən edilənədək dayandırılmışdır. X22 Xidmət Mərkəzinin Notariat Ofisinin hərəkətləri qanunsuzdur. Ona görə də X23 Xidmət X5suz hərəkətlərindən məhkəməyə şikayət vermək məcburiyyətində qalmışdır. Belə ki, Notariat haqqında Azərbaycan Respublikası Qanununun 34-cii maddəsinin 3-cü bəndinə əsasən təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənə kimi dayandırılmalıdır. Halbuki artıq 2(019)-256/2020 nömrəli mülki iş üzrə icraat həmin iş üzrə X3 hüquq varisi müəyyən edilənədək dayandırılmış və həmin vaxtdan 6 ay keçməsinə baxmayaraq, onun hüquqi varisi müəyyən edilməmişdir. Bundan əlavə, Balakən Rayon İcra Hakimiyyəti başçısının Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, mərhum X2 Federasiyasının vətəndaşıdır və Şərif kəndində ona məxsus yaşayış evi, pay torpaq sahəsi və digər əmlakı olmamışdır. Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX- nin 18 saylı Zaqatala Ərazi İdarəsindən alınan arayışdan görünür ki, X3 adına heç bir daşınmaz əmlak qeydə alınmamışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Balakən rayon Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləib, iş materiallarını araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 Maksud Heybullah oğluna və Balakən rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2 V-733 reyestr nömrəli, xx xxxx 2012-ci il tarixli, 2V-452 reyestr nömrəli, xx xxxxxx 2019-cu il tarixli, 2V- 734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X12 və anası X18 məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakda payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasımı xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2(019)- 256/2020 nömrəli,xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı X3 cavabdehlər Ərizəçi və Balakən rayon Notariat Ofisinə qarşı Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 2V-733 reyestr nömrəli, xx xxxx 2012-ci il tarixli 2V-452 reyestr nömrəli, xx xxxxxx 2019-cu il tarixli 2V734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X12 və anası Xutrayeva Havva İsa qızına məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi tələbinə dair mülki işin icraatının ölmüş iddiaçı X3 hüquq varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Notariat ofisinin Ərizəçi Heybulla oğluna ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 438 nömrəli məktubunda göstərilmişdir ki, onun xx.xx.2020-ci li tarixli, 341 saylı ərizəsinə cavab olaraq bildirilir ki, alqı-satqı müqaviləsi bağlanacaq əmlak mərhum atası X8 mərhum anası X16 miras qalmışdır və həmin əmlaka Balakan rayonu Notariat Ofisi tərəfindən xx.xx.2019-cıı il tarixdə 2V-733 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Marhumların qanun üzrə digər vərəsəsi olan X7 mirasdan pay tələbi ilə əlaqədar Balakan ravon Notariat Ofisinə ərizə ilə müraciət etmiş, ona həmin mirasa qardaşı X13 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə mirasdan pay etdiyi halda vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi ilə əlaqədar Balakan Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. X10 vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi və mirasdan pay tələbi ilə Balakan Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-256 2020 nömrali qərardadı əsasında mülki işin icraatı X3 hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 34cıi maddasinin 3-cü bəndinə əsasən təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır. Qanunvericiliyin tələblərinə əsasİanaraq təqdim etdiyi mülkiyyət sənədi əsasında notariat hərəkətlərinin aparılması mümkün deyildir. İşdə olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, xx.xx.2021 03:36:58 tarixinə olan məlumata əsasən Ərizəçin mülkiyyətində olan əmlaka məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şərif kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 514 nömrəli arayışdan görünür ki, Rusiya Federasiyasının vətəndaşı mərhum X4 məxsus Şərif kəndində yaşayış evi, pay torpaq sahəsi və digər əmlakı olmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin 3-cü bəndinə əsasən təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 4 0 - c ı m a d d ə s i n ə ə s a s ə n n o tarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli şəxslər hərəkətin aparılmasına rədd cavabı almış şəxsin xahişi ilə üç gün müddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı və ondan şikayət verilməsi qaydasını izah etməlidirlər. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şübhə yaradan əməliyyatlarla bağlı aparılan notariat hərəkətlərinin icrası maliyyə monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 4 1 - c i m a d d ə s i n ə ə s a s ə n aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin icraatında iddiaçı X3 cavabdehlər Ərizəçi və Balakən rayon Notariat Ofisinə qarşı Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-733 reyestr nömrəli, xx xxxx 2012-ci il tarixli 2V-452 reyestr nömrəli, xx xxxxxx 2019-cu il tarixli 2V734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X12 və anası Xutrayeva Havva İsa qızına məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş vardır və Balakən Rayon Məhkəməsinin 2(019)-256/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı X3 cavabdehlər Ərizəçi və Balakən rayon Notariat Ofisinə qarşı Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-733 reyestr nömrəli, xx xxxx 2012ci il tarixli, 2V-452 reyestr nömrəli, xx xxxxxx 2019-cu il tarixli, 2V734 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mərhum atası X12 və anası Xutrayeva Havva İsa qızına məxsus olmuş 1.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi tələbinə dair mülki işin icraatı ölmüş iddiaçı X3 hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. İş materiallarından həmçinin görünür ki, Xutrayev X14 rayon Notariat Ofisinə müraciət edərək, alqı-satqı müqaviləsi bağlamaq əmlak mərhum atası X8 və mərhum anası X16 miras qalmışdır və mərhum X7 da Ərizəçi Heybulla oğlunun adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi və mərhum atası X8 və mərhum anası X16 qalmış mirasdan pay tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, iddiaçı X7 öldüyündən onun hüquqi varisi müəyyən edilənək işin icraatı dayandırılmış, yəni Yəni Balakən Rayon Məhkəməsinin icraatında olan həmin mülki iş hələ həll edilməmişdir. Belə olan halda Balakən rayon Notariat Ofisi tərəfindən əsaslı olaraq Notariat haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin 3-cü bəndinə istinad edilməklə hazırda Balakən Rayon Məhkəməsinin icraatında olan və hələ həll edilməyən mülki işin predmeti olan Ərizəçi mülkiyyət hüquqları qeydə alınmış əmlakın alqı-satqısı müqaviləsinin təsdiqi ilə bağlı notariat hərəkətlərinin aparılması mümkün sayılmamışdır. Məhkəmə hesab edir ki, Ərizəçi mülkiyyət hüquqları qeydə alınmış əmlakın-0,6526 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı müqaviləsinin təsdiqi ilə bağlı notariat hərəkətlərinin aparılmasının mümkün sayılmaması barədə Maraqlı şəxs xüsusi notariusunun hərəkəti tamamilə qanunidir və qanunun tələbinə əsaslanmışdır. Ona görə də sözügedən notariat hərəkətinin qanunsuz sayılması və bu hərəkətin aparılması öhdəliyinin notariat ofisinin üzərinə qoyulması üçün heç bir faktoloji və hüquqi əsas yoxdur. Digər tərəfdən Azərbaycan Respublikası MPM-nin 305.1.8-ci maddəsində notariat hərəkətlərindən və ya həmin hərəkətlərdən imtinaya dair şikayətlərdən söhbət gedir. Həmin qanun normasında notariat hərəkətinin aparılması öhdəliyinin notariat ofisinin üzərinə qoyulması məsələsinə baxılması təsbit edilməmişdir.Həm də artıq məhkəmə sözügedən notariat hərəkətlərindən imtinanın qanuni olması və ərizənin əsassız olması nəticəsinə gəlmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Ərizəçi X22 Xidmət Mərkəzinin Notariat ofisinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Balakən rayonu Şərif kəndində yerləşən X9 məxsus 0,6526 ha kənd təəsrriifatı torpaq sahəsinin alqı-satqısı müqaviləsinin bağlanması üçün X22 Xidmət Mərkəzinin Notariat Ofisinin üzərinə öhdəlik qovulması barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi X22 Xidmət Mərkəzinin Notariat ofisinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Balakən rayonu Şərif kəndində yerləşən X9 məxsus 0,6526 ha kənd təsərrüfatlı torpaq sahəsinin alqı-satqısı müqaviləsinin bağlanması üçün X22 Xidmət Mərkəzinin Notariat Ofisinin üzərinə öhdəlik qovulması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar