Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-253/2025 27.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi-rəisi Nümayəndə iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *3.02.*998-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində oğlan uşağının (X3) və *0.03.2002-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində oğlan uşağının (X2) doğulmasına (anadan mənşəyinin müəyyən edilməsinə) dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, faktiki nikah münasibətində olduğu Həsənov Akif Şahid oğlundan Balakən rayonunun Hənifə kəndində ev şəraitində *3.02.*998-ci il tarixdə və *0.03.2002-ci il tarixdə 2 oğlan uşağı dünyaya gətirmişdir. Ev şəraitində doğulduqlarından və ataları Həsənov Akif Şahid oğlu ilə rəsmi nikahları olmadığından onların doğumu hal-hazıradək qeydə alınmayıb, X3 26, X2 isə 22 yaşı var, onlar hazırda Balakən rayonunun Hənifə kəndində yaşayırlar, şəxsiyyət müəyyən edən sənədləri olmadığına görə heç bir yerdə işləyə bilmirlər. Şəxsiyyət vəsiqəsinin alınması üçün isə onlara doğum haqqında şəhadətnamə verilməlidir. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir, lakin tibb müəssisəsindən uşağın anadan mənşəyini (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını (doğum faktını, vaxtını və yerini) təsdiq edən sənəd olmadığı üçün Maraqlı şəxs doğumunun qeydə alınmasından imtina etmiş, məhkəməyə müraciət edə bilməsi ona izah edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsində qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi izahatında bildirmişdir ki, Ərizəçi oğlu Arif və Rədxana doğum haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə şöbəyə müraciət etmiş, lakin tibb müəssisəsindən uşaqların anadan mənşəyini (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını (doğum faktını, vaxtını və yerini) təsdiq edən sənəd olmadığı üçün şöbə doğumun qeydə alınmasından imtina etmiş, məhkəməyə müraciət edə bilməsi ona izah edilmişdir. Ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ərizəçinin qonşusu olmasını, onun 4 uşağının olmasını, iki oğlan uşağının 2002 və *998-ci ildə evdə doğulduğunu, özünün də doğuş zamanı orada olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində Ərizəçi qonşusu olduğunu, 3 oğlundan ikisinin - Arifin və Rədxanın evdə doğulduğunu, özünün də həmin vaxt orada olduğunu göstərmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış *4.*2.2024-cü il tarixli məktubundan görünür ki, *3.02.*998-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində doğulmuş oğlu Arifin və *0.03.2002-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində doğulmuş oğlu Rədxanın doğumunun qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən ev şəraitində doğulmuş oğlu Arifin və Rədxanın doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi «Balakən Rayon Mərkəzi Xəstəxanası» X5 23 noyabr 2024-cü il tarixli arayışlarından görünür ki, xx.xx.*969-cu il təvəllüdlü Ərizəçi *0.03.2002-ci və *3.02.*998-ci il tarixində oğlan uşaqlarının doğulmasına dair xəstəxanada qeydiyyat aparılmamışdır. Maraqlı şəxs *4.*2.2024-cü il tarixli 05/69-430 nömrəli arayışından görünür ki, X6 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları Maraqlı şəxs doğum haqqında *995-200*-ci illərə dair ilkin, *999-2024-cü illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Maraqlı şəxs *4.*2.2024-cü il tarixli 05/69-430 nömrəli arayışından görünür ki, X4 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları Maraqlı şəxs doğum haqqında *999-2005-ci illərə dair ilkin, 2003-2024-cü illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın *.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.*. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.*9-cu və 2.*9-*-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi *3.02.*998-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində Arif adlı, *0.03.2002-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində Rədxan adlı uşaqları doğulmuşdur. Uşaqlar ev şəraitində doğulduğundan və tərəflər arasında rəsmi nikah olmadığından onların doğumu hal-hazıradək qeydə alınmamışdır. Onların şəxsiyyət vəsiqələrinin alınması üçün isə onlara doğum haqqında şəhadətnamə verilməlidir. Bununla əlaqədar ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edə bilmədiyinə görə doğumunun qeydə alınmasından imtina edilmişdir. Ərizəçi övladlarının doğum faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi *3.02.*998-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində Arif adlı oğlunun və *0.03.2002-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində Rədxan adlı oğlunun doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi *3.02.*998-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində Arif adlı oğlunun və *0.03.2002-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində Rədxan adlı oğlunun doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №2(019)-253/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-253/2025
27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver