Məhkəmə qərarları › İş №2(019)-254/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-254/2021

06.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-254/2021 06.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3ində yerləşən mülkiyyətində olan 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılması və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. ünvan 3 sakinləri olan X12, X10, X7, X13 və X5 0.7761 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 12 yanvar 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində həmin şəxslərin adına qeydiyyata alınmış, çıxarışla rəsmiləşdirilmişdir. X18 ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsini satmaq istədiklərini bildirmişdir. 10 iyul 2017-ci il tarixdə Balakən rayon Notariat Kontorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmaqla X12, X10, X7, X13 və X5 məxsus 0.7761 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini 2000 manat almışdır. ünvan 3i ünvanında yerləşən 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş və ona bildirilmişdir ki: ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, satılması üçün təqdim edilmiş torpaq sahəsi ilə sənəd üzrə əldə etdiyi torpaq sahəsi eyni torpaq sahəsi deyildir. Belə ki, elektron baza xəritələrinə əsasən sənəd üzrə 0.7761. ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.2858 ha hissəsi başqa şəxslər tərəfindən hasarlanaraq həyətyanı torpaq sahəsi kimi və 0.0453 ha hissəsi həmin həyətyanı torpaq sahəsinə giriş üçün yol kimi istifadə olunur. Mülkiyyətimdə olan 0.7761 ha torpaq sahəsinin 0.33 ha hissəsi X6 və X14 tərəfindən zəbt edildiyindən sözügedən şəxslərin mülkiyyətimdə olan torpaq sahəsindən çıxarılınası və mülkiyyət hüququmun bərpa olunması tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(019)-611/2019 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər X3 və X8 mülkiyyətimdə olan, ünvan 3ində yerləşən 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini almış, icra edilməsi üçün Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin 20.09.2019-cu il tarixli qərarına əsasən icra sənədi üzrə cavabdehlər X6 və X2 rayonu Qullar kəndində yerləşən torpaq sahəsinin ona məxsus 0.33 ha hissəsindən çıxarılmış və icra sənədi tam icra olunaraq icraata xitam verilmişdir. Həmin icra olunan sənəd əsasında mülkiyyətində olan torpaq sahəsinə hasar çəkərkən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 buna maneçilik törətmiş, çəkdiyi hasarı dağıtmış, beton dirəkləri çıxarıb atmışlar, hal-hazırda mülkiyyətində olan torpaq sahəsinə daxil olmağına imkan vermirlər. O, cavabdehlərə torpaq sahəsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında onun mülkiyyətinə aid olduğunu bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdehlər özbaşınalıq edir, torpaq sahəsindən çıxmır və istifadə etməyinə maneçilik törətməkdə davam edirlər. Beləliklə, xüsusi mülkiyyətində olan torpaq sahəsi cavabdelər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qanunsuz sahiblik və istifadəsindədir. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlara şifahi qaydada müraciət etmiş, lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edilən mübahisə ilə bağlı iddiaçı müxtəlif orqanlarına şifahi qaydada müraciət etmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 09.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək, iş üzrə ekspertiza təyin edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 06 dekabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə iddiaçının və Cavabdeh2 izahatını və 09.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********74 olan, ********** qeydiyyat nömrəli 30.04.2019-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 3i 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 30.04.2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********74 olan, 385293 qeydiyyat nömrəli 30.04.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 3i 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli 2(019)-611/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X3 və X8 İddiaçı mülkiyyətində olan, ünvan 3ində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin mütəxəssis rəyindən görünür ki, 1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********74 olan, ********** qeydiyyat nömrəli 30.04.2019-cu il tarixli X1 xüsusi mülkiyyətinə verilmiş ünvan 3ində yerləşən 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.3813 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. 2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən ünvan 3ində yerləşən 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1 tərəfindən 0.0173 hektar hissəsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən isə 0.18 hektar hissəsi istifadə edilir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021ci il tarixli, 10/4691 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********74 olan, ********** qeydiyyat nömrəli 30.04.2019-cu il tarixli X1 xüsusi mülkiyyətinə verilmiş ünvan 3ində yerləşən 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.3813 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən ünvan 3ində yerləşən 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən 0.0173 hektar hissəsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən isə 0.18 hektar hissəsi istifadə edilir. (Həmin torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İş materiallarına əlavə edilmiş 21.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin dəyəri kimi 311 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 10 noyabr 2021-ci il tarixli, 10/4691 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 15.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində Balakən rayonunun Qullar kəndində 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********68 olan, ********** qeydiyyat nömrəli 30.04.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2021-ci il tarixli, 10/4691 saylı rəyi ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********74 olan, ********** qeydiyyat nömrəli 30.04.2019-cu il tarixli X1 xüsusi mülkiyyətinə verilmiş ünvan 3ində yerləşən 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.3813 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən ünvan 3ində yerləşən 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən 0.0173 hektar hissəsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən isə 0.18 hektar hissəsi istifadə edilir. Beləliklə İddiaçı xüsusi mülkiyyətində olan 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0173 ha hissəsi Cavabdeh1 və 0.18 ha hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahiblik və istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, RX seriyalı, 385293 nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0173 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 2), cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 0.18 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 2) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşlar. Ona görə iddia qismən təmin edilməklə, Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan sözügedən 0.7761 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0173 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 2), cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 0.18 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) hissəsindən çıxarılmalı və iddiaçının həmin sahələrə mülkiyyət hüququ bərpa edilməli, iddia cavabdehlərin 0,7761 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0173 ha və 0.18 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) hissələrindən artıq torpaq sahələri hissəsindən çıxarılması və 0.0173 ha və 0.18 ha hissələrindən artıq torpaq sahələri hissələrinə mülkiyyət hüququnun bərpa edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, cavabdehlərin heç bir hüququ olmadan həmin 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0173 ha hissəsindən və 0.18 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 2) qanunsuz istifadə etmələrini və ona qeyri-qanuni sahiblik etmələrini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 3ində yerləşən 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.0173 ha hissəsindən və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.18 ha hissəsindən çıxarılmalı, həmin 0.0173 ha və 0.18 ha torpaq sahələrinə İddiaçı mülkiyyət hüququ bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin dəyəri kimi ödənilmiş 311 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq, İddiaçı və 50,0 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X17 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 3ində yerləşən 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.0173 ha hissəsindən və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin 0.7761 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.18 ha hissəsindən çıxarılsın; həmin 0.0173 ha və 0.18 ha torpaq sahələrinə İddiaçı mülkiyyət hüququ bərpa edilsin; iddia qalan hissədə təmin edilməsin; iş üzrə 10 manat ödənilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin dəyəri kimi ödənilmiş 311 manat cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq, İddiaçı ödənilsin; iş üzrə 50,0 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X17 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar