Məhkəmə qərarları › İş №2(019)-263/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-263/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-263/2021 06.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən şəhəri C.Məmmədquluzadə küçəsi 20 nömrəli evin Cavabdeh1 adına özəlləşdirmənin etibarsız hesab edilməsi və onun adına verilmiş sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh1 adına verilmiş 10 avqust 2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmin çıxarış əsasında Balakən şəhəri C.Məmmədquluzadə küçəsi 18 nömrəli ünvünda 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair 31 avqust 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, X9 atası, X14 isə onun anasıdır. ünvan 1 ünvanda X4 məxsus 2 fərdi yaşayış evi mövcud olmuşdur. Həmin fərdi yaşayış evlərinə dair X2 adına tərtib olunmuş 1976-cı il tarixli 8017 invertar nömrəli texniki pasportla müəyyən olunduğu kimi, həmin ünvanda onun mülkiyyətində A tikilisi 2 mərtəbəli, B tikilisi 1 mərtəbəli olmaqla 2 fərdi yaşayış evi olmuş, həmin yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi 0,17 ha kimi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunur ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar (bənd 1.11.) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. ünvan 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən həmin fərdi yaşayış evlərindən B tikilisi mərhum X5 adına dövlət qeydiyyatına alınmış, onun ölümündən sonra isə 02 mart 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəlik qaydasında 03 mart 2017-ci il tarixdə İddiaçı adına keçmişdir. Adına tərtib olunmuş 02 mart 2017-ci il tarixli, 3688 invertar nömrəli texniki pasportla müəyyən olunur ki, sözügedən fərdi yaşayış evi 1953-cü ildə inşa edilmiş, onun yerləşdiyi torpaq sahəsi 0.06 ha-dır. Həmin fərdi yaşayış evlərindən A tikilisi və onun yerləşdiyi 0,05 ha torpaq sahəsi ilə birlikdə hər hansı hüquqi əsas olmadan 10 avqust 2020-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış, qeydiyyatın aparılmasına əsas kimi Balakən şəhər inzibati ərazi dairəsinin 08 iyul 2020- ci il tarixli arayışı və Balakən Bələdiyyəsi tərəfindən təsdiq edilmiş sxem göstərilmişdir. Belə ki, Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsinin Balakən şəhər XDS İK-nin 20 fevral 1989-ci il tarixli, 2 saylı iclas protokol qərarına əsasən ona ayrılmış torpaq sahəsi olmasını qeyd etsə də, həmin qərarla müəyyən olunduğu kimi, sözügedən torpaq sahəsi ona Cəlil Məmmədquluzadə küçəsində olan boş sahədən ayrılmışdır. Həmin torpaq sahəsi ona ayrıldığı zaman mübahisə predmeti olan torpaq sahəsində artıq 1968-ci ildə inşa edilmiş yaşayış evi mövcud olmuş, torpaq sahəsi boş sahədən ibarət olmamışdır. Hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Balakən şəhər inzibati ərazi dairəsinin 08 iyul 2020-ci il tarixli arayışı ilə də təsdiq olunduğu kimi, orada yerləşən fərdi yaşayış evi 1968-ci il tarixdə inşa edilmişdir. Bununla yanaşı, Cavabdeh1 adına 07 avqust 2020-ci il tarixdə tərtib olunmuş 4223 inventar nömrəli texniki pasportla da müəyyən olunur ki, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2 mərtəbəli olmaqla X2 adına tərtib olunmuş 1976-ci il tarixli, 8017 invertar nömrəli texniki pasportda qeyd olunan A tikilisidir. Belə ki, həyətyanı sahədə tikilmiş fərdi yaşayış evi 1968-ci ildə, darvaza və hasar 1985-ci il tarixdə inşa edilmişdir. Göründüyü kimi, Balakən şəhər XDS İK -nin 20 fevral 1989-ci il tarixli, 2 saylı iclas protokol qərarına əsasən, Cavabdeh1 adına ayrılmış torpaq sahəsi ilə hazırda mübahisə predmeti olan torpaq sahəsi eyni olmamaqla fərqli ərazilərdə yerləşir. Bununla yanaşı, Azərbaycan SSR-in 1970-ci il 7 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüququ torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, torpaqdan müddətsiz (daimi) istifadə hüququ barəsində dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququ barəsində şəhadətnamələr istifadəyə verilmiş torpaq sahələri hansı rayon və ya şəhər (respublika tabeliyində olan şəhər) X26 icraiyyə komitəsinin ərazisində yerləşirsə, həmin icraiyyə komitəsi tərəfindən kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai müəssisələrinə, idarələrinə və təşkilatlarına, habelə vətəndaşlara verilir. Yenə də həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Cavabdeh1 1989-cu ildə torpaq sahəsi ayrılan zaman qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə görə, torpaq sahəsi o zaman ayrılmış hesab olunur ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, Cavabdeh1 Balakən şəhər XDS İK-nin 20 fevral 1989-ci il tarixli, 2 saylı iclas protokol qərarına əsasən torpaq sahəsinin ayrılmasına dair qərar verilsə də, torpaq sahəsinin ayrılması prosesi tam başa çatmamış, torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmiş və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdir. Bundan başqa, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İşin faktiki halları ilə müəyyən olunduğu kimi, mübahisə predmeti olan torpaq sahəsi torpaq islahatı aparılan zaman Cavabdeh1 qanuni istifadəsində olmamışdır, onun qanuni istifadəsində olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Buna baxmayaraq, sonuncu həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarını əsassız olaraq adına dövlət qeydiyyatına aldırmış, 21 gün sonra, yəni 31 avqust 2020-ci il tarixdə həmin fərdi yaşayış evini torpaq sahəsi ilə birgə Cavabdeh2 satmışdır. Göründüyü kimi, 10 avqust 2020-ci il tarixdə Cəlil Məmmədquluzadə küçəsi 18 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi Cavabdeh1 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan zaman hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanan əsaslar mövcud olmamış, həmin fərdi yaşayış evi X2 adına tərtib olunmuş 1976-ci il tarixli, 8017 invertar nömrəli texniki pasporta əsasən ona məxsus 2 mərtəbəli A tikilisi olmasına baxmayaraq, onun adına qeydiyyata alınmışdır. Buna görə də, Cavabdeh2 adına verilmiş çıxarış ləğv olunmalı, həmin əmlaka dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Eyni zamanda bildirir ki, atası X9 09 yanvar 1982-ci ildə, anası X15 isə 15 oktyabr 1990-cı ildə ölmüşdür. 09 yanvar 1982-ci ildə ölmüş X2 ünvan 2 ünvanda yerləşən 1947-ci ildə tikilən iki otaqlı 34 kvm-də ibarət fərdi yaşayış evinin yarısına X6 adına 17 aprel 1983-cü il tarixli mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi X6 və İddiaçı adına 01 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 02 mart 2017-ci il tarixdə anası X7 məxsus olmuş əmlaka onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi onun adına 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********91-10301 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh1 satdığı ev ünvan 2 ünvanıdır. Həmin evdə sonuncu dəfə nə vaxt yaşadığı yadında deyil. Həmin evdə təmir işləri aparmamış, kommunal ödənişlər etməmişdir. 15 oktyabr 1990-cı ildə anası X15 öləndən sonra orada Cavabdeh1 yaşamışdır. Həmin əmlakı ata mirası hesab edir. Cavabdeh1 həmin əmlakı başqasına satdığına görə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı cavabdehin əmisidir. Cavabdeh1 babası X9 09 yanvar 1982ci ildə, nənəsi X15 isə 15 oktyabr 1990-cı ildə ölmüşdür. 09 yanvar 1982-ci ildə ölmüş X2 ünvan 2 ünvanda yerləşən 1947-ci ildə tikilən iki otaqlı 34 kv.m-dən ibarət fərdi yaşayış evinin yarısına X6 adına 17 aprel 1983-cü il tarixli mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi X6 və İddiaçı adına 01 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 02 mart 2017-ci il tarixdə X7 məxsus olmuş əmlaka İddiaçı öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi İddiaçı adına 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********91-10301 nömrə ilə qeydiyyata alınmışdır. Lakin Cavabdeh1 satdığı ev ünvan 2 ünvanıdır. Cavabdehin atası X3 yaşadığı ərazidə yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi Balakən şəhər XDS İcraiyyə Komitəsinin 20 fevral 1989-cu il tarixli, 2 saylı iclas protokoluna əsasən Cavabdeh1 verilmişdir. 2020-ci il ilin avqust ayına qədər Cavabdeh1 orada yaşamışdır. 31 avqust 2020-ci il tarixdə Cavabdeh1 ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Cavabdeh2 22500 manata satmışdır. Bundan sonra mübahisələndirilən daşınmaz əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçının mübahisələndirdiyi ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 131.30 kvm-dən ibarət ev iddiaçının atası X2 adına olmamışdır. İddiaçı həmin evdə yaşamamışdır. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, 31 avqust 2020-ci il tarixdə Cavabdeh1 ona məxsus olan ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Balakən rayon Notariat Ofisində bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ona 22500 manata satmışdır. Bundan sonra daşınmaz əmlak onun mülkiyyətinə keçmişdir. İddiaçının mübahisələndirdiyi ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 131.30 kvm-dən ibarət evi iddiaçının atası X2 adına olmamışdır. Daşınmaz əmakı notariat qaydasında alarkən onun mübahisəli olması ilə bağlı heç bir məlumatı olmamış, əmlak alındıqdan sonra da həmin əmlak barəsində hər hansı mübahisənin olmasından xəbəri olmamışdır. Ona görə də o, özünü hazırki əmlakın vicdanlı sahibi hesab edir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Balakən rayon Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlər Balakən rayon Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 18 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh1 xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 10.08.2020-ci il tarixdə 30 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş müqavilədən görünür ki, 31 avqust 2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Balakən rayon Notariat Ofisində bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 22500 manata satmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 18 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh2 xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 18.09.2020-ci il tarixdə 30 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 aprel 1983-cü il tarixdə Balakən rayon Dövlət Notariusu tərəfindən verilmiş mülkiyyət hüququna dair şəhadətnamənin surətindən görünür ki, 09 yanvar 1982-ci ildə ölmüş X2 ünvan 4 ünvanda yerləşən 1947-ci ildə tikilən iki otaqlı 34 kvm-də ibarət fərdi yaşayış evinin yarısına X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında X6 və İddiaçı xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 01.03.2017-ci il tarixdə 19 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş 02 mart 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15.10.1990-cı il tarixdə ölmüş X6 vərəsəsi İddiaçıdur, ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evinin mərhuma X7 düşən 1/2 hissəsinə İddiaçı miras əmlak verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətidir və Daşınmaz əmlakın dövlət reyestrində 03.03.2017-ci il tarixdə 19 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İƏD-nin 03 iyun 2021-ci il tarixli, 106 nömrəli arayışdan görünür ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyində 1968-ci illər üzrə əhalinin qeydiyyat kitabları aşkar olunmadı. Nümayənədəlikdə 2012-ci ildən sonra ev təsərrüfatlarının uçotu kitabları verilmişdir və 2013-2018-ci illər üzrə 14 saylı ev təsərrüfatları uçotu kitabının 50 saylı səhifəsində şəhərin C.M.Quluzadə küçəsi 18 saylı ünvanda Cavabdeh1 təsərrüfatı qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İƏD-nin 08 iyul 2020-ci il tarixli, 1730 nömrəli arayışın surətindən görünür ki, Balakən şəhər İƏD-nin 14 nömrəli təsərrüfatbaşına kitabın 49-50 səhifəsində Cavabdeh1 adına ünvan 5 ünvanda 1968-ci ildə tikilmiş 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 140 kvm, yaşayış sahəsi 70 kvmdən ibarət fərdi yaşayış evi və 0.05 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər XDS İcraiyyə Komitəsinin 20 fevral 1989-cu il tarixli, 2 saylı iclas protokolundan çıxarışdan görünür ki, Balakən şəhəri, Cəlil Məmmədquluzadə küçəsində boş sahədən Cavabdeh1 torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İƏD-nin 08 iyul 2020-ci il tarixli, 1730 nömrəli arayışın surətindən görünür ki, Balakən şəhər İƏD-nin 14 nömrəli təsərrüfatbaşına kitabın 49-50 səhifəsində Cavabdeh1 adına ünvan 5 ünvanda 1968-ci ildə tikilmiş 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 140 kvm, yaşayış sahəsi 70 kvmdən ibarət fərdi yaşayış evi və 0.05 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən şəhər İƏD-nin 17 noyabr 2020-ci il tarixli, 2689 nömrəli arayışının surətindən görünür ki, mərhum X2 vəfat etdiyi 1982-ci il tarixdə ünvan 6 ünvanda daimi qeydiyyatda olmuşdur. Mərhumun vərəsələri-həyat yoldaşı X15, oğlu X10, qızı X11, oğlu X12, qızı X13, oğlu İddiaçı, oğlu X8r. Həmin ünvanda X15, X10, İddiaçı qeydiyyatda qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin 09 oktyabr 2020-ci il tarixli, AZ-İİ 095485 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09.01.1982-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin 09 oktyabr 2020-ci il tarixli, AZ-İİ 095486 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 15.10.1990-cı ildə ölmüşdür. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunan səbəblərdən əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı Cavabdeh1 əmisidir. X9 09 yanvar 1982-ci ildə, X15 isə 15 oktyabr 1990-cı ildə ölmüşdür. 09 yanvar 1982-ci ildə ölmüş X2 ünvan 2 ünvanda yerləşən 1947-ci ildə tikilən iki otaqlı 34 kvm-də ibarət fərdi yaşayış evinin yarısına X6 adına 17 aprel 1983-cü il tarixli mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi X6 və İddiaçı adına 01 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 02 mart 2017-ci il tarixdə X7 məxsus olmuş əmlaka İddiaçı öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra ünvan 2 ünvanda 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 39 kvm-dən ibarət fərdi yaşayış evi İddiaçı adına 03 mart 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********91-10301 nömrə ilə qeydiyyata alınmışdır. Lakin Cavabdeh1 satdığı ev ünvan 2 ünvanıdır. Cavabdeh1 atası X3 yaşadığı ərazidə yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi Balakən şəhər XDS İcraiyyə Komitəsinin 20 fevral 1989cu il tarixli, 2 saylı iclas protokoluna əsasən Cavabdeh1 verilmişdir. 2020-ci il ilin avqust ayına qədər Cavabdeh1 orada yaşamışdır. 31 avqust 2020-ci il tarixdə Cavabdeh1 ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Cavabdeh2 22500 manata satmışdır. Bundan sonra mübahisələndirilən daşınmaz əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçının mübahisələndirdiyi ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən 131.30 kvm-dən ibarət ev iddiaçının atası X2 adına olmamış, onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı həmin evdə yaşamamış, atası X1 qalmış mirası qəbul etməmişdir. İddiaçı hazırda mövcud olmayan ləğv olunan Cavabdeh1 adına olan çıxarışın və alqı-satqı müqaviləsinin ləğv olunması tələbi ilə, həmçinin mübahisələndirilən daşınmaz əmlakın X2 adına olmadığı, sözügedən evə və torpaq sahəsinə heç bir hüququ olmadığı halda hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X16 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. İddiaçı sözügedən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı etibarsızlığını tələb etdiyi 10.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan 30 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində hüquqların qeydiyyatının və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın hazırda mövcud olmasını, qüvvədə olmasını, qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə bildirir ki, iddiaçı 10.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan 30 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydə alınmış qeydin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmənin isə iddia tələbindən kənara çıxmaq səlahiyyəti yoxdur, həmçinin hazırki işdə iddia tələbindən kənara çıxmaq üçün qanunda nəzərdə tutulmuş müstəsna hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə onu da qeyd edir ki, 10.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan 30 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydə alınmış qeydiyyat və çıxarış mövcud olsaydı belə, işdə həmin qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktiki hallar müəyyən edilməmişdir. Belə ki, qanunda əqdlərin etibarsızılığ üçün əsaslar və şərtlər nəzərdə tutulmuşdur və yalnız qanunvericilikdə göstərilən hallar olduğu təqdirdə əqd etibarsız hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində (339.1-339.6-cı maddələr) hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində (340.1-340.2-ci maddələr) uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində (341.1-341.2-ci maddələr) qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində (342.1-342.2-ci maddələr) fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343cü maddəsində (343.1-343-2-ci maddələr) fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində (344.1-ci maddə) on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində (345.1-345.2-ci maddələr) on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində (346.1-346.4-cü maddələr) öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində (347.1- 347.7-ci maddələr) vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının şərtləri, əsasları və qaydaları təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd edilməlidir ki, 10.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan 30 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydə alınmış çıxarış mövcud olduğu təqdirdə, onların etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş yuxarıda sadalanan halların və əsasların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir və iddiaçı da tələb etdiyi çıxarışın etibarsız sayılması üçün qanunda göstərilmiş halların və əsasların mövcud olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Onu da nəzərə çatdımaq lazımdır ki, əslində daşınmaz əmlakla bağlı reyestrdə çıxarışın etibarsız sayılması üçün həmin çıxarışa əsas olmuş qeydin etibarsızlığı ilə bağlı iddia tələbi qoyulmalıdır ki, hazırki iddia ərizəsində də bu tələb qoyulmamışdır. Məhkəmənin isə qeyd edildiyi kimi, iddia tələbindən kənara çıxmaq səlahiyyəti yoxdur. İş materiallarından görünür ki, sözügedən evə və evin yerləşdiyi torpaq sahəsinə hazırda Cavabdeh2 mülkiyyət hüquqları vardır və onun mülkiyyət hüquqları qanunla qorunur. Cavabdeh2 evə mülkiyyət hüquqlarına müdaxilə edilməsi üçün qanunda göstərilmiş hallar və əsaslar isə mövcud deyildir. Cavabdeh2 evə və torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı reyestrin tamlığı və düzlüyü prezumpsiyası qüvvədədir və məhkəmə bu mülkiyyət hüquqlarının qeydiyyatının və çıxarışının etibarsızlığı üçün əsas görmür. Həmçinin məhkəmə hesab edir ki, etibarsızlığı barədə tələb qoyulan daşınmaz əmlakla bağlı 10.08.2020-ci il tarixli çıxarış mövcud olduğu təqdirdə belə, İddiaçı onun etibarsızılığı barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı hazırda mövcud olmayan Cavabdeh1 adına olan çıxarışın və alqı-satqı müqaviləsinin ləğv olunması tələbi ilə, həmçinin mübahisələndirilən daşınmaz əmlakın X2 adına olmadığı, sözügedən evə və torpaq sahəsinə heç bir hüququ olmadığı halda, evə qeydiyyat sənədinin onun hansı hüquqlarına zidd olması və onları məhdudlaşdırılması məhkəmə üçün aydın deyildir və iddiaçı da bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericilikdən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, o cümlədən apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçı hazırkı tələblə müraciət etməsi üçün müvafiq subyektiv hüquqa malik olubolmaması məhkəmə tərəfindən araşdırılarkən məlum olmuşdur ki, İddiaçı hazırda mövcud olmayan Cavabdeh1 adına olan çıxarışın və alqı-satqı müqaviləsinin ləğv olunması tələbi ilə, həmçinin mübahisələndirilən daşınmaz əmlakın X2 adına olmadığı, sözügedən evə və torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada heç bir hüquqa malik olmamışdır. Yəni iddiaçının hazırki tələblə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İş üzrə iddiaçı yuxarıda qeyd edilən hallarla bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün sübyektiv hüququnun olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlər iddia tələbinin heç bir faktiki və hüquqi əsaslara malik olmamasını və tamamilə əsassız olmasını təsdiq edir. Ona görə də iddia tələbi təmin olunmamalıdır. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarından məlum olur ki, Cavabdeh2 sözügedən 0.05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini vicdanlı (alıcı) əldə edəndir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən 31 avqust 2021-ci il tarixli alqısatqı müqaviləsindən də göründüyü kimi, Cavabdeh1 ona məxsus olan ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Cavabdeh2 22500 manata satmışdır. İşdəki sübutlardan birmənalı görünür ki, iddia predmetini təşkil edən 31 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. Avropa Məhkəməsi “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqısatqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Bununla yanaşı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında göstərilmişdir ki, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, həmin qanun normalarına görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı pezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri- dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Məhkəmə yuxarıdakı qənaəti ilə yanaşı qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 18 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh1 xüsusi mülkiyyəti olmuş və Daşınmaz əmlakın dövlət reyestrində 10.08.2020-ci il tarixdə 30 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. 31 avqust 2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 131.30 kvm-dən ibarət evi ailə üzvlərinin razılığı ilə Balakən rayon Notariat Ofisində bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 22500 manata satmışdır. Yuxarıda göstərildiyi kimi, Cavabdeh2 həmin torpaq sahəsinin vicdanlı alıcısıdır və onun hüquqlarının müdafiə olunması vacib əhəmiyyət daşıyır. Göstərilənlər də iddianın tamamilə əsassız olmasını göstərir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin77.1-ci maddəsinə görə hər bir tərəf öz və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar