Məhkəmə qərarları › İş №2(019)-268/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-268/2025

23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-268/2025 23.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası Dibirova (Qurbanova) Cavahir Əli qızı ilə mərhum X8 bacılar olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1966-cı ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuşdur. X3, anası Qurbanova (Dibirova) Cavahir Əli qızı olmuşdur. Anası və atasının nikahları xx.xx.1964-cü ildə keçmiş Püştətala kənd sovetliyində 10 nömrə ilə qeydə alınmışdır. X3 ölmüşdür.X5 isə xx.xx.2010-cu ildə ölmüşdür.X6 xx.xx.1942-ci ildə Püştətala kəndində anadan olmuşdur.Kovxayeva (Dibirova) Pədimat Əli qızı isə anasının bacısı olmuşdur.Kovxayeva (Dibirova) Pədimat Əli qızı 1934cü ildə anadan olmuş,lakin onun doğum haqqında akt qeydi olmamışdır.X28 qeyri-rəsmi nikahla evlənmiş, sonradan ona qeyri rəsmi ər soyadı verilmişdir. Eyni zamanda onun rəsmi nikahı qeydə alınmamış, onun övladı olmamışdır. X21 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Eyni zamanda anası Qurbanova (Dibirova) Cavahir Əli qızının doğum haqqında şəhadətnaməsi olsa da, xalası Kovxayeva (Dibirova) Pədimat Əli qızının doğum haqqında şəhadətnaməsi olmadığına görə onların bacı olmasını təsdiq etmək mümkün olmamışdır.Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X8 mülkiyyətinə 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X1 ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ona məlum olmuşdur ki, X5nın və X1 doğumları qeydə alınmadığına görə onların bacılar olmasını müəyyən etmək mümkün deyildir. Bundan sonra o, xalası X7 miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 rayon Qeydiyyat Şöbəsinə icraatında olan vərəsəlik işi ilə əlaqədar olaraq X8 ölüm akt qeydinə dair arayış, nikah akt qeydinə dair arayış, övladlarının olub olmaması barədə məlumat, doğum akt qeydinə dair arayış, valideynlərinin ölüm akt qeydinə dair arayış, bacı-qardaşlarının doğum akt qeydinə dair arayış, bacı-qardaşlarının övladlarının doğum akt qeydinə dair arayış, Qurbanova (Dibirova) Cavahir Əli qızının doğum akt qeydinə dair arayış verilməsini xahiş etmiş , Balakən rayon Qeydiyyat Şöbəsi notariat sorğusuna cavab vermiş və xx.xx.2024-cü il tarixli 3165/8-12-1120/2024 saylı məktubda göstərilmişdir:“Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1934-cü il təvəllüdlü, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X12 dair yoxlama aparılarkən barəsində doğum və nikah haqqında akt qeydi,övladı barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirirəm ki, xx.xx.1934-cü il təvəllüdlü,xx.xx.2024-ci il tarixdə vəfat etmiş X8 doğumu haqqında akt qeydi Balakən rayon qeydiyyat şöbəsində aşkar edilmədiyindən müvafiq sorğunuzda qeyd edilən X8 valideynlərinin ölümü, bacı-qardaşlarının doğumu,bacı-qardaşlarının övladlarının doğumu haqqında akt qeydinə dair məlumatın verilməsi mümkün deyildir. Həmçinin bildirirəm ki, xx.xx.1934-cü il təvəllüdlü, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X8 barəsində ölüm haqqında akt qeydi Balakən regional “ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə 218 sayla tərtib edildiyindən həmin ölüm haqqında akt qeydinin surətinin də göndərilməsi mümkün deyildir.Bundan sonra Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Maraqlı şəxs məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və xx.xx.2024-cü il tarixli 2709 saylı arayışında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X8 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə Ərizəçi müraciət etmişdir.Təqdim olunmuş sənədlərə əsasən bildiririk ki,mərhum Kovxayeva (Dibirova) Pədimat Əli qızının doğum haqqında şəhadətnaməsi və mirasdan pay tələb edən Ərizəçi anası və miras qoyan mərhum X8 bacısı olan Dibirova (Qurbanova) Cavahir Əli qızının doğum haqqında şəhadətnaməsi aşkar olunmadığından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır.Odur ki,mirasdan vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mərhum Kovxayeva (Dibirova) Pədimat Əli qızının Dibirova (Qurbanova) Cavahir Əli qızının bacısı olması faktını müəyyən edən məhkəmə qətnaməsi olmalıdır. Buna görə mərhum anası Dibirova (Qurbanova) Cavahir Əli qızı ilə mərhum X8 bacılar olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək istəyir. Eyni zamanda iş materiallarından da görünür ki, X21 xx.xx.2024-cü il tarixdə ölmüş, həmin vaxt miras qoyanın birinci növbələri vərəsələri- əri və uşağı olmamış, valideynləri isə sağ olmamışdır. İddia ərizəsinə əlavə edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Kortala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 578 saylı arayışından da görünür ki, həqiqətən də Ərizəçi mərhum X5 ilə mərhum X21 bacılar olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini göstərərək,işə onun iştirakı olmadan baxıb qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi ilə bir kənddə yaşayırlar. Onun X3,X6dır. Ərizəçi tanıdığı xalaları Cavharat,Ayşə,Padimat və Eminatdır.Kovxayeva Padimat kənddə yaşamışdır. Birinci əri Kovxayev Muhuma olmuş, onunla rəsmi nikahı olmamışdır. X25 Məmmədin atasının əmisi olmuşdur. X29 öldükdən sonra Kovxayev Paşa ilə evlənmiş,onunla da rəsmi nikahı olmamışdır.X30 Padimatdan əvvəl ölmüş, onların evliliklərindən uşağı olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun xalası oğludur. X4, anası Qurbanova (Dibirova) Cavahir Əli qızıdır. Kovxayeva (Dibirova) Padimat xalasıdır.Qurbanov Nürəddin 2008-2010-cu illər arası, anası Qurbanova (Dibirova) Cavahir isə 5-6 il olar ölüblər . Anasıgil 6 bacı olublar.Əsiyət,Eminat,Ayşə,Padimat,Cavharat,Cavahir.Padimatın birinci əri Kovxayev Muhuma olmuş və Kortala kəndində yaşamışlar. Muhuma Kovxayev öldükdən sonra X19 Paşa ilə evlənmiş,onların rəsmi nikahı və uşaqları olmamışdır.Kovxayev Muhuma və X30 Patimatdan əvvəl ölmüşlər.Kovxayeva Padimatın bacılarından sağ qalan yoxdur.Son vaxtlarında Kovxayeva Padimata bacısı Cavharatın nəvəsi Xədicət baxmışdır. Padimatın evi olmuş, o öldükdən sonra orada kimin yaşadığını bilmir. Kovxayeva Padimatın birinci əri X25 Məmmədin atasının əmisi olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi tərəfindən 16 iyul 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 423847 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2010-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Balakən rayonu Püştətala kənd soveti tərəfindən 20 iyul 1960-cı il tarixdə verilmiş İ-E seriyalı 808008 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X23 28 may 1942-ci ildə anadan olmuş,atası X32, anası X17 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Püştətala kənd soveti tərəfindən 12 may 1964-cü ildə verilmiş İ-İE seriyalı 361650 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X23 arasında 17 may 1964-cü ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Dibirova soyadı verilmişdir . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Püştətala kənd soveti tərəfindən 31 oktyabr 1966-cı il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Ərizəçi xx xxxxxxx 1966-cı il tarixdə anadan olmuş, X3, X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən Balakən Regional “Asan xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu Səbuhi Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-2/8-12-1120/2024 nömrəli məktubunda göstərilmişdir: Balakən rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli 2262 saylı sorğunuza cavab olaraq Qurbanova (Dibirova) Cavahir Əli qızı barəsində doğum haqqında akt qeydinin aşkar edilməməsi barədə arayış Sizə göndərilir. Həmçinin bildirirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1934-cü il təvəllüdlü ,xx.xx.2024-cü il tarixdə vəfat etmiş X12 dair yoxlama aparılarkən barəsində doğum və nikah haqqında akt qeydi, övladı barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildirir ki, xx.xx.1934-cü il təvəllüdlü,xx.xx.2024-cü il tarixdə vəfa etmiş X8 doğumu haqqında akt qeydi Balakən rayon qeydiyyat şöbəsində aşkar edilmədiyindən müvafiq sorğunuzda qeyd edilən X8 valideynlərinin ölümü,bacı-qardaşlarının doğumu,bacı-qardaşlarının övladlarının doğum haqqında akt qeydinə dair məlumatın verilməsi mümkün deyildir. Həmçinin bildirirəm ki,xx.xx.1934-cü il təvəllüdlü,xx.xx.2024-cü il tarixdə vəfat etmiş X8 barəsində ölüm haqqında akt qeydi Balakən Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə 218 sayla tərtib edildiyindən həmin ölüm haqqında akt qeydinin surətinin də göndərilməsi mümkün deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 29.11.204-cü il tarixdə verilmiş 05/09/S/109637-24 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. X21 xx.xx.1934 (öldüyü tarix xx.xx.2024) Azərbaycan Respaublikası Balakən rayonu Püştətala kəndində anadan olmuşdur. Qeyd.P.Kovxayeva öldüyü xx.xx.2024-cü il tarixədək subay olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 noyabr 2024-cü il tarixdə verilmiş 05/69-396 nömrəli arayışdan görünür ki,X21 barəsində Balakən rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir.Arxiv məlumatları Balakən rayon qeydiyyat şöbəsinin 1949-xx.xx.2024-cü illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır.Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 218 nömrəli ölüm haqqında akt qeydinə əsasən X21 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli 05/69/397 nömrəli arayışdan görünür ki,Qurbanova (Dibirova) Cəvahir Əli qızı barəsində Balakən rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Balakən rayon qeydiyyat şöbəsinin 1949-xx.xx.2024-cü illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli 13 nömrəli ölüm haqqında akt qeydinə əsasən X20 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-611 KOD40106018 Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X12 Balakən rayonu Kortala kəndi ərazisindən 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən 19 dekabr 2024-cü il tarixdə verilmiş 2709 nömrəli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X8 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə Ərizəçi müraciət etmişdir.Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci maddəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir:vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri,arayışları,eləcə də akt qeydlərindən çıxarışlar,qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Təqdim olunmuş sənədlərə əsasən bildliririk ki, mərhum Kovxayeva (Dibirova) Pədimat Əli qızının doğum haqqında şəhadətnaməsi və mirasdan pay tələb edən Ərizəçi anası və miras qoyan mərhum X8 bacısı olan Dibirova (Qurbanova) Cəvahir Əli qızının doğum haqqında şəhadətnaməsi aşkar olunmadığından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Odur ki,mirasdan vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mərhum Kovxayeva (Dibirova) Pədimat Əli qızının Dibirova (Qurbanova) Cavahir Əli qızının bacısı olması faktını müəyyən edən məhkəmə qətnaməsi təqdim olunmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 12664 nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Kortala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən13 dekabr 2024-cü il tarixdə verilmiş 578 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum X5 ilə mərhum X21 bacılar olmuşlar. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxxx 1966-cı ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuşdur. X3,anası Qurbanova (Dibirova) Cavahir Əli qızı olmuşdur.Anası və atasının nikahları xx.xx.1964-cü ildə Balakən rayon Püştətala kənd icra nümayəndəliyində qeydə alınmışdır. X3,X5 ölmüşdürlər.X11 adlı bacısı olmuşdur.X22 xx.xx.1934-cü ildə anadan olmuş, lakin onun doğum haqqında akt qeydi olmamışdır.Eyni zamanda onun nikahı və övladları olmamışdır. X22 xx.xx.2024-cü ildə ölmüşdür.Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə ərizəçinin X1 mülkiyyətinə 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinə JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanıb təqdim edilmişdir.Ərizəçinin xalası X10 ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı ərizəçi Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş,lakin Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Maraqlı şəxs vərəsəlik işi açmaqdan imtina etmiş, miras qoyan X22 ilə qohumluq faktını təsdiq edən sənədlərin təsdiqi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.Buna görə mərhum X5 ilə mərhum X8 bacılar olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş hallarda şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələblərinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi mərhum X5 ilə mərhum X8 bacılar olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X5 ilə mərhum X8 bacılar olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar