Məhkəmə qərarları › İş №2(019)-279/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-279/2021

29.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-279/2021 29.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X21 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən aldığı 1 hektar kənd təsərrüfatı təyinatlı torpağın alqı-satqısı üçün verdiyi pul və torpağın yaxşılaşdırılması üçün çəkdiyi xərc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Balakən rayonu Şərif kənd sakini Cavabdeh 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı üçün verdiyi 2000 (iki min) manat pulun və həmin torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 1000 (bir min) manat-cəmi 3000 (üç min) manat pulun ona qaytarılması ilə torpaq sahəsinin qaytarılması ilə eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, həmkəndlisi olan Cavabdeh və ailə üzvüləri- X15, X8, X11 və X4 Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, cavabdehlər onlara verilmiş həmin torpaq sahəsinin 1,06 ha hissəsini 15 dekabr 2004-cü ildə torpağın bağışlama müqaviləsi və Aktı ilə onun adına rəsmiləşdirmişlər. O, torpağı ******* (iki milyon) manata almışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsinin münbitləşdirilməsi üçün o, 1000 (bir min) manat pul xərcləmiş, torpaq sahəsini daşlardan təmizləmiş, ora gübrə vermişdir. Torpaq sahəsini aldıqdan sonra o, dəfələrlə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün cavabdehdən Notariat kontoruna gəlmələrini tələb etsədə, cavabdeh və onun ailə üzvləri X13, X16, X9 Notariat ofisinə gəlməkdən boyun qaçırtmışlar. İndi isə Cavabdeh torpaq sahəsini geri tələb edir. O, torpağın verilməsinə razıdır. Ancaq cavabdeh ona hal- hazırkı həmin 1 ha torpaq sahəsinin indiki qiyməti olan 2000 manatı və həmin torpaq sahəsinin yaxşılaşdırılması üçün xərclədiyi 1000 manat pulu, cəmi 3000 (üç min) manat pulu qaytarmalıdır. Pulun qaytarılması torpaq sahəsinin qaytarılması ilə eyni vaxtda icra edilməlidir. Qeyd edilənləri nəzərə alib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, 2004-cü ildə ona və ailə üzvlərinə 1,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsini iddiaçı İddiaçı satmamışdır. İddiaçı həmin torpaq sahəsini 400 manata 10 il müddətinə ondan icarəyə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş bağışlama müqaviləsindəki və aktdakı imzalar ona və ailə üzvülərinə aid deyildir. Onlar heç bir sənədə imza etməmişlər. Ona görə də iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş,Balakən rayonu Şərif kənd sakinləri Cavabdeh, X12, X14, X9 və İddiaçı tərəfindən tərtib edilərək imzalanmış 15 dekabr 2004cü il tarixli Torpaq bağışlama müqaviləsində göstərilir ki, həmin müqavilə Balakən rayonu Şərif kəndində yerləşən 1,06 ha torpaq sahəsinin Cavabdeh, X12, X14 və X9 tərəfindən İddiaçı birdəfəlik bağışlanması ilə əlaqədar bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şərif Bələdiyyəsi tərəfindən 24.12.2020-ci il tarixdə verilmiş 36 nömrəli arayışdan görünür ki, Şərif kənd sakini İddiaçı istifadə etdiyi JN-20 nömrəli dövlət aktında olan 1.0666 ha pay torpaq sahəsindən özü istifadə edir və vergini özü ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Sahibkar-X1 tərəfindən 13 yanvar 2021-ci il tarixdə verilmiş 44 nömrəli arayışdan görünür ki, Balakən rayonu Şərif kəndində kənd təsərrüfatı təyinatlı 1 hektar torpaq sahəsinin orta satış qiyməti 2000 (iki min) manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0020 KOD-40100048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X15, Cavabdeh, X8, X10 və X4 Balakən rayonu Şərif kəndi ərazisindən 1.59 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidlməti Hüquqların Dövləti qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 07.12.2020-ci il tarixdə verilmiş çıxarışdan görünür ki,Balakən rayonu Şərif kəndi ərazisində yerləşən 1.0666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi X6, 1/5 hissəsi X3, 1/5 hissəsi X7, 2/5 hissəsi isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 06 may 2021-ci il tarixdə verilmiş 4/238 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş imzalar 15 dekabr 2004cü il tarixli aktın sonunda “Cavabdeh” yazısının qarşısındakı imza,15 dekabr 2004-cü il tarixli Torpaq bağışlama müqaviləsində “Balayev M R “ yazısının qarşısındakı imza- Cavabdeh tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş 15 dekabr 2004-cü il tarixli aktın sonunda “H. .Balayev” yazısının qarşısındakı imza,15 dekabr 2004-cü il tarixli Torpaq bağışlama müqaviləsində “Balayeva H M” yazısının qarşısındakı imza-Balayeva Həcər Ramazan qızı tərəfindən icra edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 127 (bir yüz iyirmi yeddi manatdır)). Məhkəmə iddiaçının,onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh və ailə üzvüləri- X15, X8, X11 və X4 Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə Balakən rayonu Şərif kəndi ərazisindən 1,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh 15 dekabr 2004-cü ildə İddiaçı ******* AZM (400 AZN) alaraq həmin torpaq sahəsinin 1,06 ha hissəsini ona satmışdır. Lakin tərəflər arasında qanunvericiliyin tələbinə uyğun,yəni notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmamışdır.Hazırda da torpaq sahəsi cavabdeh Cavabdeh və ailə üzvülərinin mülkiyyətindədir. Onlar öz mülkiyyətlərində olan torpaq sahəsini İddiaçı geri tələb edirlər. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin mübahisəli 1 ha torpaq sahəsinin indiki qiyməti olan 2000 manat tələbinə aid hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, torpaq sahəsinə görə iddiaçı ******* AZM, yəni 400 AZN pul vermişdir. Ona görə də məhkəmə hesab edir ki, torpaq sahəsinin hazırkı bazar qiyməti deyil, torpaq sahəsinə görə iddiaçının ödədiyi 400 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbinin torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 1000 (bir min) manat pul tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı mübahisəli torpaq sahəsinin yaxşılaşdırılması üçün 1000 manat xərc çəkdiyini göstərsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Eyni zamanda iddiaçı hər hansı yaxşılaşdırma işləri görsə də hal-hazıra kimi həmin torpaq sahəsindən də istifadə edərək gəlir əldə etmişdir.Ona görə də məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərdən iddia tələbinin təmin edilən hissəsinə uyğun tutulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh torpaq sahəsinə görə aldığı 400 (dörd yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manatın 3,9 manatı, cəmi 403,90 manat alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərcinin 16,51 manatı Cavabdeh,110,49 manatı isə İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh torpaq sahəsinə görə aldığı 400 (dörd yüz) manat və dövlət rüsumu xərcinə görə 3,9 manat , cəmi 403,90 (dörd yüz üç manat doxsan qəpik) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərcinin 16,51 manatı Cavabdeh,110,49 manatı isə İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X5, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar