Məhkəmə qərarları › İş №2(019)-288/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-288/2020

22.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-288/2020 22.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı4 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2h qızının, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı Balakən rayonu Tülü kəndində yerləşən 0.45 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2h qızı, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu Tülü kəndində yerləşən JN 7xx xxx 40114018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə verilmiş 752W cizgidə göstərilən 4535,63 kvm kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh JN 7xx xxx 40114018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2h qızının, X1, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 752W cizgisində göstərilən 0.45 ha hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya zaaltmağa haqlıdır. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı4 iddialarını müdafiə edərək, onunla əsaslandırılmışdır ki, onlar Balakən rayonu Tülü kəndində yaşayırlar. Balakən rayonu Tülü kəndində aparılan torpaq islahatı nəticəsində ailə üzvlərinə Balakən rayonu X3 xx xxxxxx 1997-ci il tarixli, 37 saylı qərarı ilə 0.79 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.79 torpaq sahəsinə JN 7xx xxx 40114018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 3362.64 kvm hissəsi istifadələrində olan həyətyanı torpaq sahəsindən, planşet nömrəsi 752W cizgidə göstərilən 0,45 ha hissəsi isə çöl sahəsindən verilmişdir. JN 7xx xxx 40114018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə verilmiş 752W cizgidə göstərilən 0,45 ha torpaq sahəsini uzun müddət olar ki, istifadə edə bilmədiklərindən müvəqqəti istifadə etmək üçün vermişlər. Ailə vəziyyətləri ağır olduğuna görə torpağı indi özləri əkibbecərmək istəyirlər. Lakin Cavabdeh onlara məxsus olan torpaq sahəsini zəbt etmişdir. Torpaq sahəsindən çıxması ilə əlaqədar Cavabdeh müraciət etmişlər. Cavabdeh isə torpaq sahəsindən çıxmaq istəmir. 0.45 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin onların mülkiyyətinə qaytarılması barədə cavabdehə müraciət etsələr də, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlarına şifahi qaydada müraciət etmişlər. Lakin mübahisələrinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, həqiqətən də iddiaçılara məxsus 0,45 ha torpaq sahəsindən istifadə etdiyini, lakin həmin torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənədin olmadığını, iddianın əsassız olduğunu göstərərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçı və digər iddiaçıların nümayəndəsini və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 7xx xxx 40114018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Balakən rayon X3 xx xxxxxx 1997-ci il tarixli qərarı ilə Balakən rayonu Tülü kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi İddiaçı1, İddiaçı2h qızı, X7, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Tülü kənd soveti tərəfindən xx xxxxxxx 1984-cü il tarixdə verilmiş X-JQ seriyalı 308524 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı3 xx xxxxxxx 1984cü il tarixdə anadan olmuş, atası X8, anası İddiaçı2h qızı yazılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 10/1248 saylı rəyindən görünür ki, JN 7xx xxx 40114018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə Balakən rayon X3 xx xxxxxx 1997-ci il tarixli qərarı əsasında İddiaçı1, İddiaçı2h qızına, X2, İddiaçı3 və İddiaçı4 verilən Balakən rayonu Tülü kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 752A cizgisində göstərilən 0.34 ha hissəsi vətəndaşın həyətyanı torpaq sahəsinə bitişik hissədə, 752W cizgisində göstərilən 0.45 ha hissəsi isə başqa sahədə yerləşir və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. JN 7xx xxx 40114018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə Balakən rayon X3 xx xxxxxx 1997-ci il tarixli qərarı əsasında İddiaçı1, İddiaçı2h qızına, X2, İddiaçı3 və İddiaçı4 verilən Balakən rayonu Tülü kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 752W cizgisində göstərilən 0.45 ha hissəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxxxx 2020-ci il tarixli, 10/1248 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəf hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Balakən rayon X3 xx xxxxxx 1997-ci il tarixli qərarı ilə Balakən rayonu Tülü kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi İddiaçı1, İddiaçı2h qızı, X7, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 10/1248 saylı rəyi ilə müəyyən olunur ki, JN 7xx xxx 40114018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə Balakən rayon X3 xx xxxxxx 1997-ci il tarixli qərarı əsasında İddiaçı1, İddiaçı2h qızına, X2, İddiaçı3 və İddiaçı4 verilən Balakən rayonu Tülü kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 752A cizgisində göstərilən 0.34 ha hissəsi vətəndaşın həyətyanı torpaq sahəsinə bitişik hissədə, 752W cizgisində göstərilən 0.45 ha hissəsi isə başqa sahədə yerləşir və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. JN 7xx xxx 40114018 olan Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə Balakən rayon X3 xx xxxxxx 1997-ci il tarixli qərarı əsasında İddiaçı1, İddiaçı2h qızına, X2, İddiaçı3 və İddiaçı4 verilən Balakən rayonu Tülü kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinin 752W cizgisində göstərilən 0.45 ha hissəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə olunur.İddiaçı1, İddiaçı2h qızının, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətində olan 4535.63 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.45 ha hissəsi Cavabdeh qanunsuz sahiblik və istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X6”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasİ Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən AvropaİnsanHüquqları Konvensiyasıhər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçıların torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh, JN 752 40114018 nömrəli Dövlət Aktının planı sənədində göstərilən koordinatlara əsasən iddiaçılar İddiaçı1, İddiaçı2h qızının, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətində olan 0,79 ha torpaq sahəsinin 752W cizgidə göstərilən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hissəsini qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1, İddiaçı2h qızının, X1, İddiaçı3 və İddiaçı4 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə iddia təmin edilməklə, Cavabdeh, JN 7xx xxx 40114018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2h qızının, X1, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 752W cizgisində göstərilən 0.45 ha hissəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin olunmalı, CavabdehJN 7xx xxx 40114018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2h qızının, X1, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalıtəyinatlı torpaq sahəsinin 752W cizgisində göstərilən 0.45 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh oğlundan alınaraq, iddiaçılar İddiaçı1, İddiaçı2h qızı, İddiaçı3 və İddiaçı4 verilməli, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası məhkəmənin təşəbbüsü ilə keçirildiyindən, 50,0 manat ekspertiza xərcinin 25,0 manatı Cavabdeh və 25,0 manatı iddiaçılar İddiaçı1, İddiaçı2h qızından, İddiaçı3 və İddiaçı4 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X4 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh JN 7xx xxx 40114018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə İddiaçı1, İddiaçı2h qızının, X1, İddiaçı3 və İddiaçı4 xüsusi mülkiyyətində olan Balakən rayonu Tülü kəndində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 752W cizgisində göstərilən 0.45 ha hissəsindən çıxarılsın; ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh oğlundan alınaraq, iddiaçılar İddiaçı1, İddiaçı2h qızı, İddiaçı3 və İddiaçı4 verilsin; iş üzrə 50,0 manat ekspertiza xərcinin 25,0 manatı Cavabdeh və 25,0 manatı iddiaçılar İddiaçı1, İddiaçı2h qızından, İddiaçı3 və İddiaçı4 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X4 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar