Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-31/2022 29.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahələrindən payının müəyyən olunması və naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli, 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndində İddiaçı, X3 və Cavabdeh verilmiş 1.12 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsindən (JN 484 KOD 4********) və 0.11 ha həyətyanı torpaq sahəsindən (JN 130 A KOD 4********) payının müəyyən olunması və naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu, Hənifə kəndində İddiaçı, X5ma və X4 1.12 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi (JN 484 KOD 4********) və 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində cavabdehin və onun yaşayış evi vardır. Torpaq sahəsinin naturada payının müəyyən olunmasını xahiş etsə də, cavabdeh tərəfindən maneçilik törədilir. Bu səbəbdən göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək 31 mart 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuş 0,11 ha həyətyanı torpaq sahəsinə dair bölgü variantı və 7005.15 kvm torpaq sahəsinə dair bölgü variantı üzrə razı olduqlarını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 iddianı qəbul edərək, 31 mart 2022-ci il tarixli 10/396 nömrəli ekspert rəyində göstərilən 1.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının 1/3 hissə payının təklif olunan bölgü variantı üzrə, yəni 7005.15 kvm torpaq sahəsindən eni 24.08 m, uzunluğu 155.0 m sahənin ayrılaraq İddiaçı verilməsinə, sahəsi 0.11 ha təşkil edən həyətyanı torpaq sahəsindən rəydə göstərilən bölgü variantı üzrə 1/3 sahənin İddiaçı verilməsinə etiraz etmədiklərini bildirərək qeyd olunan bölgü üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-0484 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna X13 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı, X1 və Cavabdeh ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 1.12 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-130A KOD 40102018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə mühəndisi-texniki ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 10/2749 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTl-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən JN-0484 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna X15 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 14 İyul 2001-ci il tarixli 07 nömrəli qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 1.12 ha torpaq sahəsi 3 cizgidə işlənilmişdir. 484 saylı Dövlət Aktının 484F cizgisində 0.38 ha göstərilsə də, naturada ölçüləri 0.4 hektar, 484N cizgisində 0.04 ha göstərilsə də, həmin torpaq sahəsi naturada iddiaçıların istifadəsində deyildir. Dövlət Aktının 484R cizgisində göstərilən 0.70 ha torpaq sahəsi naturada 0.70 ha olmaqla Dövlət Aktının cizgilərinə uyğun deyil, tam fərqli konfiqurasiya fərqi ilə istifadə edilir. Torpaq sahəsinin naturada istifadə vəziyyəti və sənəd üzrə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı 2-də göstərilmişdir. - JN-130A KOD 40102018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı əsasında İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsinin cizgiləri ilə naturada istifadə qaydası arasında və coğrafi yerləşməsində uyğunsuzluqlar mövcuddur. Həmin 0.11 ha torpaq sahəsinin döngə nöqtələrində hər hansı bir mərz nişanı və fiziki sərhəddi mövcud deyildir. İddiaçılar 484 nömrəli Dövlət Aktında göstərilən 484F cizgisindəki 0.38 ha torpaq sahəsi ilə JN-130A Şəhadətnamənin cizgisində göstərilən 0.11 ha torpaq sahəsi ilə birlikdə həmin ərazi bütövlükdə 0.45 hektar olmaqla istifadə edirlər. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. - JN-0484 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna X15 ilə Balakən rayon AlK-nın 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 1.12 ha torpaq sahəsindən İddiaçı 1/3 payının naturada ayrılacağı təqdirdə, bölgünün ölüçlərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. -JN- 130A KOD 40102018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Balakən rayon AlK-nın 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı, X2 və Cavabdeh ümumi ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsindən iddiaçı X6 1/3 payının naturada ayrılması həmin torpaq sahəsindəki tikililər və köməkçi tikililər bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 18 noyabr 2021-ci il tarixli, 10/2749 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təkrar məhkəmə mühəndisi-texniki ekspertizasının 31 mart 2022-ci il tarixli, 10/396 saylı rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən təkrar ekspertiza tədqiqatı ilə bağlı tərtib edilməli müvafiq mütəxəssis rəyi Mərkəzə daxil olmadığından, həmin suallar üzrə tədqiat aparılması mümkün olmamışdır. Kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,12 ha torpaq sahəsinin ayrı- ayrılıqda 3 hissədən ibarət olduğunu nəzərə alaraq, həmin torpaq sahəsindən İddiaçı məxsus 1/3 payın ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün sahəsi 3843,69 kv.metr təşkil edən torpaq sahəsi bütövlükdə (paydan kənara çıxmaqla) və ya həmin sahədən 110,36 kv.metr çıxılmaqla, qalan 3733,33 kv.metr sahə iddiaçının istifadəsinə verilə bilər. Eyni zamanda 2ci variant üzrə sahəsi 7005,15 kv.metr təşkil edən torpaq sahəsindən eni 24,08 metr, uzunluğu 155,0 metr sahə ayrılaraq İddiaçı verilə biiər. Sahəsi 0,11 ha təşkil edən həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsini, bir tərəfdən məhəllə daxili yol ilə əhatə olunduğunu, faktiki vəziyyətdə Cavabdeh və İddiaçı məxsus yaşayış evlərinin torpaq sahəsinin ayrı-ayrı hissələrində yerləşdiyini və həmin hissələrə ayrıca giriş-çıxış yollarının olduğunu nəzərə alaraq, həmin torpaq sahəsindən İddiaçı məxsus 1/3 payın ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün İddiaçı faktiki yaşadığı hissənin giriş tərəfindən 17,0 metr enində, həyətin içəri hissəsində 10,0 metr enində, uzunluğu mövcud hasar tərəfdən 27,0 metr uzunluğunda trapesiya formada torpaq sahəsi ayrılaraq İddiaçı verilə bilər. Təklif olunan bölgü variantları rəyə əlavə olunmuş bölgü sxemində ətraflı göstərilmişdir. Rəyə 3 vərəqdən ibarət bölgü sxemi əlavə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 31 mart 2022-ci il tarixli, 10/396 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Cavabdeh nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, cavabdeh tərəf 31 mart 2022-ci il tarixli ekspertiza rəyi üzrə bölgü variantına əsasən sahəsi 7005,15 kv.metr təşkil edən torpaq sahəsindən eni 24,08 metr, uzunluğu 155,0 metr sahənin ayrılaraq İddiaçı verilməsinə və 0,11 ha həyətyanı torpaq sahəsindən İddiaçı məxsus 1/3 payın İddiaçı faktiki yaşadığı hissənin giriş tərəfindən 17,0 metr enində, həyətin içəri hissəsndə 10,0 metr enində, uzunluğu mövcud hasar tərəfdən 27,0 metr uzunluğunda trapesiya formada torpaq sahəsinin ayrılaraq İddiaçı verilməsinə razıdır. İş materiallarına əlavə olunmuş İddiaçı nümaynədəsi-vəkili Vəkil2 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, iddiaçı tərəf də 31 mart 2022-ci il tarixli ekspertiza rəyi üzrə bölgü variantına əsasən sahəsi 7005,15 kv.metr təşkil edən torpaq sahəsindən eni 24,08 metr, uzunluğu 155,0 metr sahənin ayrılaraq İddiaçı verilməsinə və 0,11 ha həyətyanı torpaq sahəsindən İddiaçı məxsus 1/3 payın İddiaçı faktiki yaşadığı hissənin giriş tərəfindən 17,0 metr enində, həyətin içəri hissəsndə 10,0 metr enində, uzunluğu mövcud hasar tərəfdən 27,0 metr uzunluğunda trapesiya formada torpaq sahəsinin ayrılaraq İddiaçı verilməsinə razıdır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini və cavabdehin nümayəndəsi-vəkilini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, JN-0484 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna X14 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı, X1 və Cavabdeh ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 1.12 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmçinin JN-130A KOD 40102018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndi ərazisindən 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçının cavabdeh ilə mübahisəni məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınması üçün dəfələrlə cavabdehlə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Təkrar məhkəmə mühəndisi-texniki ekspertizasının 31 mart 2022-ci il tarixli, 10/396 saylı rəyinə əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,12 ha torpaq sahəsinin ayrıayrılıqda 3 hissədən ibarət olduğunu nəzərə alaraq, həmin torpaq sahəsindən İddiaçı məxsus 1/3 payın ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün sahəsi 3843,69 kv.metr təşkil edən torpaq sahəsi bütövlükdə (paydan kənara çıxmaqla) və ya həmin sahədən 110,36 kv.metr çıxılmaqla, qalan 3733,33 kv.metr sahə iddiaçının istifadəsinə verilə bilər. Eyni zamanda 2-ci variant üzrə sahəsi 7005,15 kv.metr təşkil edən torpaq sahəsindən eni 24,08 metr, uzunluğu 155,0 metr sahə ayrılaraq İddiaçı veriiə bilər. Sahəsi 0,11 ha təşkil edən həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsini, bir tərəfdən məhəllə daxili yol ilə əhatə olunduğunu, faktiki vəziyyətdə Cavabdeh və İddiaçı məxsus yaşayış evlərinin torpaq sahəsinin ayrı-ayrı hissələrində yerləşdiyini və həmin hissələrə ayrıca giriş-çıxış yollarının olduğunu nəzərə alaraq, həmin torpaq sahəsindən İddiaçı məxsus 1/3 payın ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün İddiaçı faktiki yaşadığı hissənin giriş tərəfindən 17,0 metr enində, həyətin içəri hissəsndə 10,0 metr enində, uzunluğu mövcud hasar tərəfdən 27,0 metr uzunluğunda trapesiya formada torpaq sahəsi ayrılaraq İddiaçı verilə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə işin hallarını yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, JN-0484 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna X14 əsasən Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 1.12 ha torpaq sahəsinə və JN-130A KOD 40102018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə əsasən Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı pay hüququ vardır. Təkrar məhkəmə mühəndisi-texniki ekspertizasının 31 mart 2022-ci il tarixli, 10/396 saylı rəyinə əsasən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,12 ha torpaq sahəsindən və 0,11 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/3 hissə payı naturada ayrıla bilər. Lakin məhkəmə iş materiallarını hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, İddiaçı 31 mart 2022-ci il tarixli ekspertiza rəyi üzrə 3843,69 kv.metr təşkil edən torpaq sahəsinin bütövlükdə (paydan kənara çıxmaqla) və ya həmin sahədən 110,36 kv.metr çıxılmaqla, qalan 3733,33 kv.metr sahənin iddiaçının istifadəsinə verilməsi barədə bölgü variantı qanun normasına və tərəflərin mənafeyinə uyğun deyildir. Belə ki, qanun normasının tələbinə əsasən (Mülki Məcəllənin 214.1-ci maddəsi) ümumi birgə mülkiyyətdə paylar bərabər sayılır və bərabər qaydada da ayrılmalıdır. Ümumi birgə mülkiyyətin bir subyektinə paydan kənara çıxılmaqla torpaq sahəsinin ayrılması qanunun tələblərinə ziddir. Digər tərəfdən həmin bölgü variantına cavabdeh tərəf də etiraz edir və bu bölgü variantının reallaşdırılması tərəflərin hüquqlarına və qanuni mənafelərinə zidd olacaqdır. Tərəflərin razılığı ilə İddiaçı 1,12 ha torpaq sahəsindən 1/3 hissə payı üzrə 31 mart 2022-ci il tarixli ekspert rəyinə əsasən sahəsi 7005,15 kv.metr təşkil edən torpaq sahəsindən eni 24,08 metr, uzunluğu 155,0 metr sahənin naturada ayrılaraq İddiaçı verilməsi isə qanunun tələblərinə və tərəflərin qarşılıqlı mənafelərinə uyğundur. Həmçinin həmin ekspertiza rəyinə əsasən İddiaçı 0,11 ha həyətyanı torpaq sahəsindən 1/3 hissə payının İddiaçı faktiki yaşadığı hissənin giriş tərəfindən 17,0 metr enində, həyətin içəri hissəsndə 10,0 metr enində, uzunluğu mövcud hasar tərəfdən 27,0 metr uzunluğunda trapesiya formada naturada ayrılaraq İddiaçı verilməsi qanunun tələblərinə və tərəflərin qarşılıqlı mənafelərinə uyğundur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı JN-0484 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna X15 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 1.12 ha torpaq sahəsindən 1/3 payı və JN-130A KOD 40102018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı əsasında İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsindən 1/3 payı müəyyən edilməli, İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətində olan 1.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/3 payı olaraq təkrar məhkəmə mühəndis-texniki ekspertizasının 31 mart 2022-ci il tarixli, 10/396 saylı rəyinə əlavə edilmiş bölgü variantı üzrə, yəni sahəsi 7005,15 kv.metr təşkil edən torpaq sahəsindən eni 24,08 metr, uzunluğu 155,0 metr sahə naturada ayrılaraq İddiaçı verilməli və İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.11 ha həyətyanı torpaq sahəsindən 1/3 payı olaraq təkrar məhkəmə mühəndis-texniki ekspertizasının 31 mart 2022-ci il tarixli, 10/396 saylı rəyinə əlavə edilmiş bölgü variantı üzrə, yəni İddiaçı faktiki yaşadığı hissənin giriş tərəfindən 17,0 metr enində, həyətin içəri hissəsndə 10,0 metr enində, uzunluğu mövcud hasar tərəfdən 27,0 metr uzunluğunda trapesiya formada torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 150 manatın 75 manatı Cavabdeh və 75 manatı İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı JN-0484 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna X15 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 1.12 ha torpaq sahəsindən 1/3 payı və JN-130A KOD 40102018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı əsasında İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsindən 1/3 payı müəyyən edilsin. İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətində olan 1.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1/3 payı olaraq təkrar məhkəmə mühəndis-texniki ekspertizasının 31 mart 2022-ci il tarixli, 10/396 saylı rəyinə əlavə edilmiş bölgü variantı üzrə, yəni sahəsi 7005,15 kv.metr təşkil edən torpaq sahəsindən eni 24,08 metr, uzunluğu 155,0 metr sahə naturada ayrılaraq İddiaçı verilsin. İddiaçı Balakən rayonu Hənifə kəndində yerləşən İddiaçı, X2 və Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.11 ha həyətyanı torpaq sahəsindən 1/3 payı olaraq təkrar məhkəmə mühəndis-texniki ekspertizasının 31 mart 2022-ci il tarixli, 10/396 saylı rəyinə əlavə edilmiş bölgü variantı üzrə, yəni İddiaçı faktiki yaşadığı hissənin giriş tərəfindən 17,0 metr enində, həyətin içəri hissəsndə 10,0 metr enində, uzunluğu mövcud hasar tərəfdən 27,0 metr uzunluğunda trapesiya formada torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 150 manatın 75 manatı Cavabdeh və 75 manatı İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-31/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-31/2022
29.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver