Məhkəmə qərarları › İş №2(019)-33/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-33/2020

15.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-33/2020 15.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehəddin oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu Qullar kənd sakini Cavabdehəddin oğlunun onun mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehəddin oğlunun onun xüsusi mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.0993 ha həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Beləki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırılmışdır ki, Balakən rayonu Qullar kəndində yaşayır və qeydiyyatdadır. 2015-ci ildə torpaq sahəsi almaq üşün Qullar Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin xx xxxxxxxx 2015-ci il tarixli, 10 saylı iclasının qərarı ilə ona 0.10 ha torpaq sahəsi satılması qərara alınmışdır. Bu torpaq sahəsinin Plan ölçü sənədi və “Çıxarış” alındıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə Balakən rayonu Qullar Bələdiyyəsi ilə onun arasında 0.10 ha torpaq sahəsinin alqısatqı müqaviləsi bağlanmışdır. Bundan sonra öz adına DƏDRX X12 tərəfindən seriya RX ******* saylı “Çıxarış” verilmiş, çıxarışda torpaq sahəsi 0,0993 ha olaraq ona adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, Cavabdehəddin oğlu ona məxsus torpaq sahəsini dəmir torla hasara almaqla zəbt etmişdir və həmin sahədən qanunsuz istifadə edir. Cavabdeh bildirir ki, torpaq sahəsini uzun müddətdir ki, istifadə etmişdir və Saramanov Natiq üçün almışdır. Dəfələrlə tələb etsə də, cavabdeh ona məxsus torpaq sahəsindən çıxmır. Buna görə də torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdehəddin oğlu iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı tərəfindən irəli sürülən, iddia ərizəsinə əlavə edilmiş İddiaçı məxsus Seriya RX ******* nömrəli Çı-xarışda qeyd olunan 0.0993 ha həyətyanı torpaq sahəsi ilə onun heç bir əlaqəsi yoxdur. Həmin mübahisə obyekti olan bu torpaq sahəsi onun, ailələrinin həyətyanı torpaq sahəsinə bitişikdir. İddiaçı RX ******* nömrəli çıxarişda olan 0.0993 ha torpaq sahəsini qeyri-qanuni üsulla etibardan sui-istifadə edərək, Qullar Bələdiyyəsini alqı-satqı zamanı aldararaq, başqa onlara məlum olmayan şəxslər vasitəsi ilə ələ keçirmişdir. Mübahisə obyekti olan həmin torpaq sahəsi ailələrinin həyətyanı torpaq sahəsinə bitişik ərazidə yerləşən H.Nəsibov adına kolxozun sarayaltı torpağı olmuşdur. Kolxoz dağılıb Torpaq islahatı keçirilən vaxtdan həmin torpaq sahəsindən o və qardaşı oğlu X7 istifadə etmişdir. 2013-cü ilədək istifadə etdikləri hə-min torpağın vergisini Qullar Bələdiyyəsinə ödəmişlər. Qardaşı oğlu Natiq Saramanov 16 ildən çox müddətdə istifadə etdiyi həmin torpaq sahəsində yaşayış evi tikmək üçün Qullar Bələdiyyəsinə 2013-cü ildə ərizə ilə müraciət edərək, mübahisə obyekti olan həmin torpaq sahəsini alqi-satqı qaydasında satmağı xahiş etmişdir. Qullar Bələdiyyəsinin xx xxxxx 2013-cü il, 04 saylı iclasının qərarı ilə Natiq Saramanovun uzun müddət istifadə etdiyi və ərizəsində göstərdiyi Cavabdeh həyətyanı sahəsinə bitişik sökülmüş sarayaltı torpaq sahəsindən 0.10 ha Natiq Saramanova satılması haqqında qərar çıxarmışdır. Həmin torpaq sahəsi üzərində Natiq Saramanovun hüquqları yaran-mış olur. İddiaçı 0.0993 ha həyətyanı torpaq sahəsi almaq üçün 2015-ci ildə Qullar Bələdiyyəsinə müraciət etmişdir. Qullar Bələdiyyəsinin xx xxxxxxxx 2015-ci il tarixli, 10 saylı iclas qərarı ilə ona torpaq sahəsi “Təpənin qabağı’ adlanan ərazidən verilmişdir. İddiaçı orda balaca bir yaşayış evi və mal saxlamaq üçün tövlə də inşa etmişdir. İddiaçı məlum olmayan şəxslər vasitəsilə özünə məxsus torpaq sahəsinə deyil, X4 aid torpaq sahəsinə Çıxarış götürmüşdür. İddia üzrə mübahisənin qanun əsasında həll olunmasını xahiş edir. Cavabdehəddin oğlu xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan həmin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə iddiaçının və xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdehəddin oğlunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Balakən rayon Qullar Bələdiyyəsinin “30” “Aprel” 2013-cü il “ 04” saylı protokolundan çıxarışdan görünür ki, Qullar Bələdiyyəsinin mülkiyyətində olan, K.P.İ fonduna aid torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0,10 ha olmaqla 1 sahə üçün ayrı-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması məqsədilə DTXK -nin Balakən rayon şöbəsinə müraciət edilməsi barədə Qullar Bələdiyyəsinin sədri R.M.Ömərovun verdiyi məlumatın nəzərə alınması, Qullar Bələdiyyəsinin mülkiyyətində X.Saramanövun həyətyanı sahəsinə bitişik sökülmüş sarayaltı torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0,10 ha olmaqla 1 sahə üçün ayrı-ayırılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanmasının DTXK-nin Balakən rayon şöbəsindən xahiş edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X12ndən, bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin qeydiyyata alınıb çıxarışın və məhdudlaşdırmaya (yüklülüyə) dair arayışın verilməsini təmin etməsinin xahiş edilməsi, qərardan çıxarışın DTXK- nin Balakən rayon şöbəsinə göndərilməsi vəsənədlərin hazırlanmasına başlanması işinin bələdiyyə qulluqçusu M.C.Bodurovaya həvalə edilməsi, qərarın icrasına nəzarətin Qullar Bələdiyyəsinin üzvü X9 həvalə edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li reyestr nömrəsi **********57 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qullar kəndi 0.0993 ha yaşayış məntəqəsinə aid torpaq 69 №li reyestr kitabının 38 №li vərəqində xx.xx.2018ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-604/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər Balakən rayon Qullar kənd Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X10, Balakən rayon X11 və İddiaçı qarşı 4-Ə-517 nömrəli xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-2769/2019 saylı qətnaməsindən görünür ki, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)- 604/2019 saylı qətnaməsinin iddiaçı X5 münasibətdə dəyişdirilmədən, onun apelyasiya şikayəti isə təmin edilmədən saxlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il traixli, 2-1 (116)-630/2020 №-li qərardadından görünür ki, iddiaçı Azərbaycan Rekspublikası Balakən rayonu Qullar Bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X6rşı (üçüncü şəxslər İddiaçı və X7) «4-ə-517 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən texniki səhv olaraq xx.xx.2018-ci il tarixdə tərtib edilmiş AN 322240 saylı «torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi, iş üzrə üçüncü şəxs İddiaçı Qullar Bələdiyyəsi tərəfindən satılmış 0.10 ha torpaq sahəsinə naturada yenidən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası və iddiaçı X2 cavabdeh Balakən rayonu Qullar Bələdiyyəsinə qarşı (üçüncü şəxs İddiaçı) «Qullar Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 4-ə-517 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız (qanunsuz) hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 18 saylı X12 tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin 18 saylı X8 üzərinə qoyulması» barədə qarşılıqlı iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilməmiş və bu qərardad qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli müqavilədən görünür ki, Qullar kəndinin sökülmüş saray yerindən bələdiyyə mülkiyyətinə aid 025 ha torpaq sahəsi xx xxxxxx 2004-cü il tarixdən xx xxxxxx 2004-ci il tarixə qədər 1 hektarı 162000 min manat hesabı ilə cəmi 40500 manat pulu ödəmək şərti ilə Cavabdehəddin oğluna icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2020-ci il tarixli, 28993 saylı rəyindən görünür ki, Balakən rayonu Qullar kəndində yerləşən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə İddiaçı adına qeydiyyata alınmış 0.10 ha həyətyanı torpaq sahəsinin naturada ölçüsü 0.10 hektardır və hüquqmüəyyənedici sənədlərə uyğundur. Balakən rayonu Qullar kəndində yerləşən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə İddiaçı adına qeydiyyata alınmış 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdehəddin oğlu tərəfindən tam istifadə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 28993 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Qullar Bələdiyyəsinin xx xxxxxxxx 2015-ci il tarixli 10 saylı iclasının qərarı ilə İddiaçı 0.10 ha torpaq sahəsi satılması qərara alınmışdır. Bu torpaq sahəsinin Plan ölçü sənədi və “Çıxarış” alındıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə Balakən rayon Qullar Bələdiyyəsi ilə İddiaçı arasında 0.10 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra öz adına DƏDRX X12 tərəfindən adına seriya RX ******* saylı “Çıxarış” verilmiş və həmin çıxarışda 0,0993 ha həyətyanı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin buna baxmayaraq Cavabdehəddin oğlu iddiaçıya məxsus torpaq sahəsini dəmir torla hasara almışdır və həmin torpaq sahəsindən qanunsuz istifadə edir. İş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının xx xxx 2020-ci il tarixli, 28993 saylı rəyi ilə müəyyən olunur ki, Balakən rayonu Qullar kəndində yerləşən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə İddiaçı adına qeydiyyata alınmış 0.10 ha həyətyanı torpaq sahəsinin naturada ölçüsü 0.10 hektardır və hüquqmüəyyənedici sənədlərə uyğundur. Balakən rayonu Qullar kəndində yerləşən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə İddiaçı adına qeydiyyata alınmış 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdehəddin oğlu tərəfindən tam istifadə edilir. Həmin torpaq sahəsi hazırda cavabdeh Azərbaycan Cavabdehəddin oğlunun qanunsuz sahiblik və istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X1 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-cimaddəsinəəsasənsahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cümaddəsinəəsasənistifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaqsahəsinigeri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyriqanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək,mübahisə predmeti olan 0.0993hahəyətyanıtorpaqsahəsinin İddiaçı xüsusi mülkiyyətində olmasını, Cavabdehəddin oğlunun heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etməsinivə ona qeyriqanuni sahiblik etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da iddiaçının mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdehəddin oğlu İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qullarkəndində yerləşən 0.0993ha həyətyanıtorpaqsahəsindənçıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdehəddin oğlundan alınaraq, İddiaçı ödənilməli, iş üzrə aparılmış məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat Cavabdehəddin oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X3 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdehəddin oğlu İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qullar kəndində yerləşən 0.0993 ha həyətyanı torpaq sahəsindən çıxarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdehəddin oğlundan alınaraq, İddiaçı ödənilsin; iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat Cavabdehəddin oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X3 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar