Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-34/2021 20.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Tülü kəndində yerləşən JN 860 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna X18 ilə verilmiş planşet nömrəsi 860A cizgidə göstərilən 1709.51 kvm torpaq sahəsindən Cavabdeh çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərə və qəsdlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı iddiasının həcmini ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərə və qəsdlərə son qoyulması tələbi hissəsində azaldaraq, həmçinin cavabdehin 1709.51 kv.metr torpaq sahəsindən çıxarılması hissəsində iddia tələbini dəqiqləşdirərək, JN 860 KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə X2, İddiaçı, X3 və X5 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 860A cizgisində göstərilən 0.17 ha hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Tülü kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. Balakən rayonu Tülü kəndində aparılan torpaq islahatı ilə əlaqədar ailə üzvlərinə Balakən rayonu Aqrar İslahat Komissiyasının 07.12.1997-ci il tarixli, 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.74 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 860 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna X18 verilmişdir. JN 860 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna X18 ilə verilmiş planşet nömrəsi 860A cizgidə göstərilən 1709.51 kvm torpaq sahəsini bir müddət olar ki, qaynı olan Cavabdeh istifadə etmək üçün vermişdir. Hazırda həmin torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh həmin torpaq sahəsini boşaltmaqla bağlı müraciət etsə də, cavabdeh ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsini zəbt etməkdə davam edir. Torpaq sahəsindən çıxması ilə əlaqədar Cavabdeh dəfələrlə müraciət etmişlər. Cavabdeh isə torpaq sahəsindən çıxmaq istəmir. 0.17 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin onların mülkiyyətinə qaytarılması, həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə cavabdehə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlarına müraciət etmiş, lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 860 KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna X15 görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli, 37 nömrəli qərarı ilə Balakən rayonu Tülü kəndində 0.74 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X2, İddiaçı, X3 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 yanvar 2021-ci il tarixli, **********79 nömrəli mütəxəssis rəyindən görünür ki, JN 860 KOO 40114018 olan Torpağa Mülkiyyət Hüququna X18 ilə X2, İddiaçı, X4 və X6 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 860A cizgisində göstərilən 0.17 ha hissəsində mübahisə vardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur (sxem 1,2). Balakən rayonu Tülü kəndində yerləşən X2, İddiaçı, Hüseynova Gülnar Ramiz qızının və X7 xüsusi mülkiyyətinə verilmiş 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 860A cizgisində göstərilən 0.17 ha hissəsi bütövlükdə Cavabdeh tərəfindan istifadə edilir (Sxem 1,2). İş materiallarına əlavə edilmiş 02/18/223 nömrəli torpaq sahəsininin inventarlaşdırılmasına dair xərclər smetasından görünür ki, iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri 66,60 manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının 18 mart 2021-ci il tarixli, 10/217 nömrəli rəyindən görünür ki, JN 860 KOO 40114018 olan Torpağa Mülkiyyət Hüququna X19 ilə X2, İddiaçı, X4 və X6 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 860A cizgisində göstərilən 0.17 ha hissəsində mübahisə vardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. Balakən rayonu Tülü kəndində yerləşən X2, İddiaçı, Hüseynova Gülnar Ramiz qızının və X7 xüsusi mülkiyyətinə verilmiş 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 860A cizgisində göstərilən 0.17 ha hissəsi bütövlükdə Cavabdeh tərəfindan istifadə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli, 10/217 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 14.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı qızı hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə-10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, JN 860 KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə Balakən rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli, 37 nömrəli qərarı əsasında Balakən rayonu Tülü kəndində 0.74 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X2, İddiaçı, X3 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. JN 860 KOO 40114018 saylı Torpağa Mülkiyyət Hüququna X19 ilə X2, İddiaçı, X4 və X6 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 0,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 860A cizgisində göstərilən 0.17 ha hissəsi bütövlükdə Cavabdeh tərəfindan istifadə edilir. Bununla da Cavabdeh JN 860 KOO 40114018 olan Torpağa Mülkiyyət Hüququna X19 ilə X2, İddiaçı, X4 və X6 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 860A cizgisində göstərilən 0.17 ha hissəsinə qanunsuz sahiblik etmək və qanunsuz istifadə etməklə, torpaq sahəsi mülkiyyətçilərinin, o cümlədən iddiaçının həmin torpaq sahəsinə qanunla qorunan mülkiyyət hüquqlarına qanunsuz və əsassız müdaxilə etmişdir. Ona görə mülkiyyətçilərin həmin torpaq sahəsinə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətin mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin faktoloji hallarına və hüquqi əsaslarına istinad edərək, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh JN 860 KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə X2, İddiaçı, X3 və X5 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 860A cizgisində göstərilən 0.17 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu üçün Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı X1 ödənilməli, 66,60 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li VÖEN ********** hesabına ödənilməli və 50 manat ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VGEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh JN 860 KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə X2, İddiaçı, X3 və X5 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Tülü kəndində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 860A cizgisində göstərilən 0.17 ha hissəsindən çıxarılsın; Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı X1 ödənilsin; Cavabdeh 66,60 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li VÖEN ********** hesabına və 50 manat ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X10 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-34/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-34/2021
20.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver