Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-342/2020 24.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı 0.07 ha torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Hənifə kəndində yerləşən mülkiyyət hüququ ilə ona və ailə üzvülərinə məxsus olan 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Balakən rayonunun Hənifə kəndində yaşayır. Balakən rayonu Hənifə kəndində aparılan torpaq islahatı nəticəsində ona və ailə üzvlərinə Balakən rayonu X3 qərarı ilə 0.5830 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixdə Çıxarış almışdır. Həmin Çıxarışla 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı, X9, X4 və X1 ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona və ailə üzvlərinə məxsus olan 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.07 ha hissəsini Cavabdeh qanunsuz olaraq zəbt etmişdir. Cavabdeh hazırda 0.07 ha torpaq sahəsindən çıxmaq istəmir. 0.07 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin onların mülkiyyətinə qaytarılması barədə cavabdehə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlara, o cümlədən Balakən rayon Hənifə bələdiyyəsinə şifahi qaydada müraciət etmiş, lakin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də o göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 20 ildir ki, o, mübahisəli qobu və kolluq sahədən istifadə edir. Həmin torpaq sahəsinin yanında onun bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsi vardır. İddiaçının tələbi əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X5, X2 və X1 ümumi birgə mülkiyyətinə verilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə kənd bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 18 nömrəli arayışdan görünür ki, İddiaçı Aqrar İslahat zamanı Roçəhməd yaşayış məntəqəsində yerləşən əhali arasında «Samalyotdüşənçöl» adlanan ərazidə 0.58 ha pay torpaq sahəsi verilmişdir. Bələdiyyə torpaqlarının monitorinqi keçirilən zaman məlum olmuşdur ki, Hənifə kənd sakini Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan 3.00 ha torpaq sahəsini və İddiaçı məxsus 0.07 ha torpaq sahəsini zəbt etmiş, müraciətlərə baxmayaraq İddiaçı 0,07 ha torpaq sahəsindən istifadə etməyə qoymur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki Layihə-Tədqiqat idarəsi tərəfindən xx xxxxxx 2020-ci l tarixdə verilmiş **********67 nömrəli mütəxəssis rəyindən görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən MA seriyalı ******* nömrəli Çıxarış ilə İddiaçı və ailə üzvlərinə məxsus 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğundur. Balakən rayonu Hənifə kəndlində yerləşən MA seriyalı ******* nömrəli Çıxarış ilə İddiaçı və ailə üzvlərinə məxsus 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.06 ha hissəsi kolluq qobu ərazisinə düşür. İddiaçı mülkiyyətində olan qobu və kolluq əraziyə düşən 0.06 ha torpaq sahəsindən istifadə etməsinə Cavabdeh icazə vermir. (Aparılmış tədqiqatın dəyəri 99.56 manatdır.) İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 10/1064 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Balakən rayonu Hənifə kəndində yerləşən MA seriyalı ******* nömrəli Çıxarış ilə İddiaçı və ailə üzvlərinə məxsus 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri hüquqmüəyyənedici sənədlərə uyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxxxx 32020-ci il tarixdə verilmiş 10/1064 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Balakən rayonu Hənifə kəndlində yerləşən MA seriyalı ******* nömrəli Çıxarış ilə İddiaçı və ailə üzvlərinə məxsus 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.06 ha hissəsi kolluq qobu ərazisinə düşür. İddiaçı mülkiyyətində olan qobu və kolluq əraziyə düşən 0.06 ha torpaq sahəsindən istifadə etməsinə Cavabdeh icazə vermir. (Aparılmış ekspertizanın dəyəri 50.00 manatdır). Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Hənifə kəndində aparılan torpaq islahatı nəticəsində İddiaçı və ailə üzvlərinə Balakən rayonu X3 qərarı ilə 0.5830 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.5830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2012-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin torpaq sahəsinin 0.06 ha hissəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Torpaq sahəsinin mülkiyyətçisi cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh torpaq sahəsindən çıxmır. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X8 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri,istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, Cavabdeh heç bir hüququ olmadığı halda iddiaçının və ailə üzvülərinin mülkiyyətində olan, Balakən rayonunun Hənifə kəndində yerləşən 0,06 hektar torpaq sahəsini zəbt etməsini, torpaq mülkiyyətçilərinin həmin sahədən istifadə edə bilməmələrini, nəticədə onların mülkiyyət hüqiuqlarının pozulmasını, eyni zamanda iddiaçının 0,07 hektar deyil, 0,06 hektar torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ bərpa edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən 99.56 manat torpaq sahəsinin inventarlaşdırılması xərcinin 49,78 manatı İddiaçı, 49,78 manatı isə Cavabdeh tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutulub dövlət büdcəsinə AZMEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. 99.56 manat torpaq sahəsinin inventarlaşdırılması xərcinin 49,78 manatı İddiaçı, 49,78 manatı isə Cavabdeh tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-342/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-342/2020
24.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver