Məhkəmə qərarları › İş №2(019)-36/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-36/2022

17.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-36/2022 17.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və onun vəkili Vəkil iştirakı ilə İddiaçılar Xodayeva Xətı̇ mat Həmı̇ d qızının və Xodayev Şəhruddı̇ n Rəşı̇ d oğlunun Cavabdeh qarşı Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt etdiyi hissəsindən çıxarılması, metal torun sökülməsi və keçid yolunun bağlanması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar Xodayeva Xətı̇ mat Həmı̇ d qızı və Xodayev Şəhruddı̇ n Rəşı̇ d oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin qanunusuz olaraq zəbt etdiyi hissəsindən çıxarılması, metal torun sökülməsi və keçid yolunun bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar Xodayeva Xətı̇ mat Həmı̇ d qızı və Xodayev Şəhruddı̇ n Rəşı̇ d oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan 0,20 ha torpaq sahəsinin 0.0250 ha hissəsindən çıxarılması, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca çəkdiyi metal torun sökülməsi və başlanğıc hisəssində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açdığı keçid yolunun bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi brədə əsas ekspertiza rəyindən sonra məhkəmə baxışı gedişində əmələ gəldiyi üçün bu ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçılar Xodayeva Xətı̇ mat Həmı̇ d qızı və Xodayev Şəhruddı̇ n Rəşı̇ d oğlu iddialarını onunla əsaslandırmışlar ki, onların ailəsinin ümumi birgə mülkiyyətində Balakən rayonu Katex kəndində 0,20 ha yaşayış məntəqələri təyinatlı torpaq sahələri vardır. Torpaq adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq DƏDRX-in ərazi idarəsi tərəfindən çıxarış da verilmişdir. Balakən rayonu Katex kənd sakini Cavabdeh uzun illərdir ki, torpaq sahələrini qanunsuz zəbt edərək ora metal tor çəkib qanunsuz olaraq gediş-gəliş yolu kimi istifadə edir. Belə ki, Ralakən Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli 2 (019)-45/2012 saylı qətnaməsinin qət etdiyi hissəsində torpaq sahəsinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. Sözügedən qətnamənin qət etdiyi hissəsində elə bir qeyd yoxdur ki, Cavabdeh keçid yolu onların xüsusi mülkiyyətində olan torpaq sahəsindən verilsin. Anxanım Xodayevanın keçid yolu kimi qanunsuz olaraq zəbt edib istifadə etdiyi torpaq sahəsi isə qanuni olaraq DƏDRX-nin ərazi idarəsi tərəfindən onlara verilmiş çıxarışa əsasən onların xüsusi mülkiyyətindəki torpaq sahəsidir. Dəfələrlə Cavabdeh torpaq sahələrini qanunsuz zəbt etdiyi barədə xəbərdarlıq etsələr də, xəbərdarlıqlarına məhəl qoymadan və torpaqlarından qanunsuz istifadə edərək, onların mülkiyyət hüquqlarını pozur. Onlar həm kəndli, həm qohum, həm də qonşu olduqları üçün bu mübahisəni məhkəmə səviyyəsinə çatdırmaq istəməmişlər. Lakin artıq cavabdeh xoşluqla qanunsuz hərəkətindən vaz keçmədiyi üçün onlarda bu qanunsuzluğa son qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iddiaçılar Xodayeva Xətı̇ mat Həmı̇ d qızı və Xodayev Şəhruddı̇ n Rəşı̇ d oğlu və onun vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 və X14 ifadələrində Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,20 ha torpaq sahəsinin müəyyən hissəsindən qanunsuz istifadə etdiyini, torpaq sahəsi boyunca metal tor çəkdiyini və həmin xüsusi mülkiyyətdə olan torpaq sahəsindən qanunsuz olaraq keçid yolu açdığını bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Texniki pasportdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli 07.07.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi və 0.20 ha yaşayış məntəqələrinin torpaqları fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə X8, İddiaçı2, X1, X5, X6 və X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 24 yanvar 2011-ci il tarixli, 2(019)-45/2012 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X15 Balakən rayonunun Katex kəndində 283.82 kv.m həyətyanı torpaq sahəsinə dair verilmiş A №206262 saylı və 515,54 kv.m həyətyanı torpaq sahsinə dair verilmiş A №- 206263 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, X16 və onun ailə üzvlərinə- Cavabdeh, X3, X9 və X7 Balakən rayonu Katex kəndində 1.53 ha torpaq sahəsi verilməsinə dair JN-1553 saylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ləğv edilməsi, A №-206263 saylı və A №-206262 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən verilmiş 515,54 və 283,82 kv.m həyətyanı torpaq sahələrinə mərhum X12 adına torpaq sahəsinin plan və ölçü sənədlərinin hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi, 1553 Süylı 40105018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonunun Katex kəndində verilmiş 1.53 ha torpaq sahəsinə X16, Cavabdeh, X4, X10 və X7 torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə həvalə edilməsi, torpaq sahələrinin ayrılması və torpaq sahələrinə keçid yolunun açılmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə həvalə edilməsi və şöbənin təqdim etdiyi torpaq sahəsinin yerquruluşu planına və mütəxəssis rəyinə uyğun aparılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin İddiaçı1 və X13 ünvanladığı 16 iyul 2021-ci il tarixli, **********60 saylı məktubda göstərilir ki, ləğv edilmiş DTXK-si tərəfindən ərazi idarəsinin xidməti istifadəsinə verilmiş 2002-ci ildə təsdiq edilmiş elektron kadastr baza məlumatlarında Balakən rayonu Katex kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində mülkiyyətlərində olan 0,20 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yol göstərilməmişdir. İş materiallarında olan Balakən rayonu Katex Bələdiyyəsinin 11 avqust 2017-ci il tarixli 83 nömrəli arayışından görünür ki, həqiqətən X11 istifadəsində olan 0.20 ha həyətanı, 0.23 ha kənd daxili, 0.23 ha pay torpaq sahəsinin torpaq vergiləri bu günə qədər ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********094-10301 olan, ********** qeydiyyat nömrəli 07.07.2020-ci il tarixli Çıxarışla İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin naturada ölçüləri 0.175 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən 0.0250 ha hissəsinin istifadə edilən 0.0250 torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi müəyyən olundu. Keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolu açılmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 mart 2022-ci il tarixli, 10/1069 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********094-10301 olan, ********** qeydiyyat nömrəli 07.07.2020-ci il tarixli Çıxarışla İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin naturada ölçülərinin 0.175 hektar olduğu və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olmadığı müəyyən olundu. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən 0.0250 ha hissəsinin istifadə edildiyi müəyyən edildi. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi müəyyən olundu. Keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolunun açıldığı müəyyən olundu. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 30 mart 2022-ci il tarixli, 10/1069№-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 05.05.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir. İş materiallarından həmçinin görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin smetasında mütəxəssis xərcinin 311 manat olması göstərilmiş və həmin 311 manat iddiaçılar tərəfindən həmin mərkəzə ödənilmişdir. Məhkəmə iş üzrə iddiaçı və digər iddiaçının nümayəndəsini, onun vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli 07.07.2020-ci il tarixli Çıxarışla Balakən rayonu Katex kəndində yerləşən fərdi yaşayış evi və 0.20 ha yaşayış məntəqələrinin torpaqları fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə İddiaçı1, torpaq sahəsi ümumi birgə X8, İddiaçı2, X1, X5, X6 və X2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının 30 mart 2022-ci il tarixli, 10/1069 saylı rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********094-10301 olan, ********** qeydiyyat nömrəli 07.07.2020-ci il tarixli Çıxarışla İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən 0.0250 ha hissəsinin istifadə edildiyi İddiaçı1, X8, İddiaçı2, X1, X5, X6 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi kimi 1, 2, 3, 4, 5, 6 nöqtələr boyunca metal torun çəkildiyi, keçid yolun başlanğıc hissəsində 6.1 metr, son hissəsində 5.8 metr, uzunluğu 47 metr olmaqla keçid yolunun açıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin verdiyi məlumata görə ləğv edilmiş DTXK-si tərəfindən ərazi idarəsinin xidməti istifadəsinə verilmiş 2002-ci ildə təsdiq edilmiş elektron kadastr baza məlumatlarında Balakən rayonu Katex kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində iddiaçıların mülkiyyətlərində olan 0,20 ha həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yol göstərilməmişdir. İş üzrə ekspertiza xərci 50 manat, iddiaçılar tərəfindən ödənilmiş mütəxəssis xərci 311 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X18 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçıların torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Muülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mulkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə birmirsə və bütün mülkiyyətçilərin razılaşdırılması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh, RX seriyalı, ********** qeydiyyat nömrəli çıxarışda göstərilən koordinatlara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan 0.20 ha həyətyanı torpaq sahəsinin 0.0250 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə iddia təmin edilməklə, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0.20 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0250 ha (mütəxəssis rəyinə əlavə edilən sxem) hissəsindən çıxarılmalı, Cavabdeh həmin 0,20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal tor sökülməli, başlanğıc hissəsində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolu bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.20 ha həyətyanı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olmasını, cavabdehin heç bir hüququ olmadan həmin 0.20 ha həyətyanı torpaq sahəsinin 0.0250 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem) qanunsuz istifadə etməsini və ona qeyri-qanuni sahiblik etməsini, nəticədə iddiaçıların öz mülkiyyətində olan torpaq sahəsinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.0250 ha hissəsindən (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ- mütəxəssis rəyinə əlavə edilən sxemdə göstərilən) çıxarılmalı, Cavabdeh tərəfindən həmin 0.20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal tor sökülməli və başlanğıc hissəsində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolu bağlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 50,0 manat ekspertiza xərci cavabdeh Xodayeva Anaxanım Hüseyn qızından alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X26 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməli, iddiaçılar X19 və İddiaçı2 tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİyə mütəxəssis xərci kimi ödənilmiş 311 manat Cavabdeh alınaraq iddiaçılar X19 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0.20 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0.0250 ha hissəsindən (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ- mütəxəssis rəyinə əlavə edilən sxemdə göstərilən) çıxarılsın;Cavabdeh tərəfindən həmin 0.20 ha torpaq sahəsi boyunca-həmin torpaq sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərilən 1,2,3,4,5,6 nöqtələr boyunca çəkdiyi metal tor sökülsün və başlanğıc hissəsində 6.1 m, son hissəsində 5.8 m, uzunluğu 47 m olmaqla açılmış keçid yolu bağlansın. İş üzrə 50,0 manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X26 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin; iddiaçılar X19 və İddiaçı2 tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİyə mütəxəssis xərci kimi ödənilmiş 311 manat Cavabdeh alınaraq iddiaçılar X19 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar