Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-369/2021 21.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Kiçiliyev Muhuma Abdulla oğluna, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Balakən rayonu Gərəkli kəndində yerləşən 0.0884 ha və 0.0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 , Cavabdeh2 və X2 İddiaçı mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.0884 ha və 0.0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə məxsus olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0.0884 ha və 0.0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2010-cu ildə cavabdehlərin istifadəsinə vermişdir. Cavabdehlər bu yaxınlara kimi ona məxsus torpaq sahəsindən istifadə etmişlər. Bu barədə onlara etibarnamə vermişdir. O, bu yaxınlarda cavabdehlərə torpağı boşaltmalarını və özü istifadə edəcəyini bildirmiş, lakin cavabdehlər torpağı ona verməyəcəklərini bildirmişlər. Ona görə də o,cavabdehlərin məhkəmə qaydasında torpaqdan çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 , Cavabdeh2 və X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 ilə telefon əlaqəsi saxlanmış o,məhkəmə iclasına gəlməyəcəklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı atasının əmisi qızının qızıdır. 2010-cu ildə İddiaçı onlara yaxınlaşaraq 10000 ABŞ dolları pula ehtiyacı olduğunu bildirərək özünə məxsus olan torpaq sahəsini satmaq istədiyini bildirib torpaq sahəsini almağı onlara təklif etmişdir. Həmən torpaq sahəsi öz ata yurdları olduğu üçün kənar adam almasın deyə torpağı almağa razılıq vermişlər. Qısa müddət ərzində torpağı almaq üçün 11400 ABŞ dollarını Arzuya vermişlər. Həmin pulla Arzu Qabaqçöl vağzalı deyilən yerdə özünə çörək bişirmə sexi və mağaza tikdirmişdir. Onlar Arzudan torpağı sənədləşdirməsini tələb etdikdə Arzu hazırda imkanı olmadığını, anasının yeni öldüyünü, imkanı olan zaman torpağa “kupça” alaraq sənədləşdirəcəyini bildirmişdir. Onlar bir neçə müddət gözlədikdən sonra yenə Arzuya torpağı sənədləşdirməsini təklif etdikdə Arzu yenə də imkanı olmadığını bildirmişdir. Daha sonra Arzu torpağa “kupça” alaraq özünə vəkil tutub onları məhkəməyə verərək torpaqdan çıxmalarını tələb etmişdir.O, həmin torpaq sahəsində oğluna ev tikmək üçün ora daş tökmüşdür. Arzu ilə razılığa gəlməyi ona təklif etsələr də o razılığa gəlmək istəmir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.0884 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş A seriyalı 399633 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və məhkəmə iclasına gəlmiş cavabdehlərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı xüsusi mülkiyyətində Balakən rayonu Gərəkli kəndi ərazisində 0.0884 ha və 0.0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı mülkiyyətində olan həmin torpaq sahələrini 2010-cu ildə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 istifadəsinə vermişdir. Hazırda o cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 mülkiyyətində olan torpaq sahəsindən çıxmalarını tələb etsə də cavabdehlər onun torpaq sahəsindən çıxmırlar. Nəticədə iddiaçı mülkiyyətində olan həmin torpaq sahələrindən istifadə edə bilmir, onun mülkiyyət hüquqları pozulur. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə mübahisə predmeti olan 0,0884 ha və 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin İddiaçı xüsusi mülkiyyətində olmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etmələrini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı mülkiyyətində olan torpaq sahələrini onlara satmaları barədə cavabdehlərin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 -ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Cavabdehlər torpaq sahələrinin iddiaçı tərəfindən onlara satılmasına dair heç bir sübut təqdim edə bilmədiyindən məhkəmə onların bu etirazlarını əsaslı hesab etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli,cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0,0884 ha və 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0,0884 ha və 0,0264 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsınlar. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-369/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-369/2021
21.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver