Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-371/2021 15.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1, Balagözova (Musayeva) Cənnətey Şaban qızının, Maraqlı şəxs3 və Cumayeva (Musayeva) Xanım Şaban qızının iştirakı ilə Ərizəçi mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum atası X6 və xx.xx.1982-ci ildə vəfat etmiş mərhum anası X3 miras qalmış əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Balakən rayonunda anadan olmuşdur, hazırda da həmin rayonda yaşayır. X4, anası isə Musayeva Umuksu Qurban qızı olmuşlar. Onların nikahları xx.xx.1962-ci ildə Balakən rayonu Qazma kənd icra nümayəndəliyində rəsmiləşdirilmişdir. Atası xx.xx.2003-cü ildə, anası isə xx.xx.1982-ci ildə ölmüşlər. Valildeynlərinin ondan başqa 4 nəfər vərəsəsi vardır. Qardaşı Maraqlı şəxs1 və bacıları Balagözova (Musayeva) Cənnətey Şaban qızı, Maraqlı şəxs3, Cumayeva (Musayeva) Xanım Şaban qızı. Valideynlərinin ölümündən sonra onlara məxsus **********13 reyestr nömrəli, 10 ha yaşayış məntəqələrinin həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qalmış 10 ha yaşayış məntəqələrinin torpaq sahəsində hazırda qardaşı Maraqlı şəxs1 yaşayır və onların arasında heç bir qonşu olmadığından bir həyət kimi istifadə edirlər. Miras qalmış əmlakın onun adına keçirilməsinə heç bir etiraz yoxdur. Atası X8 ölümündən sonra həmin miras əmlakda qardaşı Adil yaşasa da, özü də gəlib-getmiş, oraya baxmış və faktiki olaraq mirası qəbul etmişdir. Valideynlərinin vərəsələri özü, Maraqlı şəxs1, Balagözova (Musayeva) Cənnətey Şaban qızı, Maraqlı şəxs3 və Cumayeva (Musayeva) Xanım Şaban qızı olmuşlar. O, valideynlərindən miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququq haqqında şəhadətnamə verilməsi ilə Balakən rayon Notariat ofisinə müraciət etmişdir. Balakən rayon Notariat Ofisində valideynlərinin ölümündən sonra mirasın qəbulu üçün müddət ötdüyünü bildirərək, məhkəməyə müraciət etməsi izah edilmişdir. Buna görə də o, göstərilən ərizə ilə məhkəməyə müraciət elməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb, ötürülmüş müddətin üzürlü hesab edilməsini və bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizənin təmin edilməsinə razı olduğunu, onun mərhum anası və atasından qalmış mirası qəbul etmədiyini, həmin mirasın qardaşı Ərizəçi məxsus olduğunu və Ərizəçi tərəfindən faktiki qəbul edildiyini və mirasın Ərizəçi adına sənədləşməli olduğunu bildirmişdir. Məhkəmə iclasında maraqlı şəxslər Balagözova (Musayeva) Cənnətey Şaban qızı, Maraqlı şəxs3 və Cumayeva (Musayeva) Xanım Şaban qızı maraqlı şəxs Maraqlı şəxs1 izahatına uyğun eyni məzmunlu izahat vermiş, mərhum ataları və atalarından qalmış mirası qəbul etmədiklərini, mirasın Ərizəçi tərəfindən faktiki qəbul edildiyini və mirasın Ərizəçi adına sənədləşməli olduğunu bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən şəhər İƏD üzrə nümayəndəsliyi tərəfindən 18 noyabr 2020-ci il tarixdə verilmiş 1703 nömrəli arayışdan görünür ki, X8 vəfat etdiyi 2003-cü il tarixə aşağıda qeyd edilən vərəsələri olmuşdur: yoldaşı-X10, oğlu Ərizəçi, oğlu X14, qızı-X9, qızı- Maraqlı şəxs3 və qızı- X13. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balkənv Rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 19 fevral 2020-ci il tarixli, 81 nömrəli məktubdan görünür ki, mirasın qəbulu üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti ötürmüsdür. Mirasın qəbulu müddətinin bərpası üçün məhkəməyə müracəit etməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli,169 nömrəli nikah akt qeydindən çıxarışından görünür ki, X12 ilə X7 nikahı haqqında xx xxxxx 1962-ci il tarixdə 31 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 014778 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 23 fevral 2003-cü ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon ZAQS şöbəsi tərəfindən xx xxxxxx 1982-ci il tarixdə verilmiş İİ-JQ seriyalı, 327565 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 18 noyabr 1982-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə kənd soveti tərəfindən xx xxxxxx 1969-cu il tarixdə verilmiş AZ seriyalı ******* №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi oğlu xx.xx.1958-ci il tarixdə anadan olmuş, X4, anası Musayeva Mukusu Qurban qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Hənifə kənd soveti tərəfindən xx xxxxxx 1968-cu il tarixdə verilmiş AZ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1960-cı il tarixdə anadan olmuş, X4, anası Musayeva Mukusu Qurban qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 fevral 2017-ci il tarixdə verilmiş 163 №-li doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, Maraqlı şəxs3 qızı 01 yanvar 1955-ci il tarixdə anadan olmuş, X4, anası X11 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 1969-cu il tarixdə verilmiş AZ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamədən görünür ki, X15 qızı xx.xx.1952-ci il tarixdə anadan olmuş, X4, anası Musayeva Mukusu Qurban qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 fevral 2017-ci il tarixdə verilmiş 73 №-li doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, Maraqlı şəxs1 xx xxxx 1962-ci il tarixdə anadan olmuş, X4, anası Musayeva Mukusu Qurban qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsit tərəfinldən xx.xx.2019-cu il tarixdə verilmiş A seriyalı 467125 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən şəhəri, S.Vurğun küçəsində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları (həyətyanı) torpaq sahəsi X8 xüsusi mülkiyyətindədir. Məhkəmə, ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Şaban oğlu xx.xx.1958-ci il tarixdə Balakən rayonunda anadan olmuşdur. Halhazırda da Balakən rayonunda yaşayır. Atası X20 oğlu xx.xx.2003-cü ildə, anası X10 xx.xx.1982-ci ildə ölmüşlər. X12 və X5 ərizəçidən başqa digər vərəsələri Maraqlı şəxs1, Balagözova (Musayeva) Cənnətey Şaban qızı, Maraqlı şəxs3 Şaban qızı və Cümayeva (Musayeva) Xanım Şaban qızıdır. Qeyd olunan vərəsələr- Maraqlı şəxs1, X9, Maraqlı şəxs3 Şaban qızı və X13 mərhum anaları və atalarından qalmış mirası qəbul etmədiklərini bildirmişlər və həmin miras əmlakların ərizəçinin adına keçirilməsinə etiraz etmirlər. Ərizəçi atasından və anasından qalmış mirası faktiki olaraq qəbul etmişdir, miras torpaq sahəsini istifadə etmişdir. Ərizəçi mərhum atasının və mərhum anasının qanun üzrə vərəsəsidir. Digər vərəsələrlə hazırki məsələ ilə bağlı mübahisə yoxdur. Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Balakən rayon Notariat Ofisindən atasının ölümündən sonra mirasın qəbulu üçün müddətin ötürüldüyünü bildirərək, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ərizəçi qanunu bilmədiyindən mərhum atasından və anasından qalmış mirasın qəbulu üçün qanunda nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməmişdir. Buna görə də o, göstərilən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi oğlunun mərhum atası X6 və anası X2 qalmış mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermişdir. Belə ki, o, mirası faktiki qəbul etməklə, hüquqi cəhətdən savadsızlığından, qanunun bilmədiyindən mərhum anasından və atasından qalmış mirasın qəbulu üçün miras açıldıqdan sonra qanunda nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməli olmasını bilməmişdir. Hazırki mirasın qəbulu müddətinin uzadılmaması isə ərizəçinin vərəsəsi olduğu mərhum anası və mərhum atasının mirasına yiyələnməsindən məhrum olunmasına gətirib çıxarar. Bu da onun hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılmasına səbəb olacaqdır və ona görə də yolverilməzdir. Ona görə də Ərizəçi mərhum anası və mərhum atasından qalmış mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətiin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi oğlunun xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X4ndan və xx.xx.1982-ci ildə vəfat etmiş mərhum anası X3 qalmış mirasın qəbul edilməsi üçün müyyənləşdirilmiş müddətin gecikdirməsi üzürlü hesab edilməklə həmin müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: Ərizə təmin edilsin. Ərizəçi oğlunun xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X4ndan və xx.xx.1982-ci ildə vəfat etmiş mərhum anası X3 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-371/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-371/2021
15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver