Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-382/2020 11.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş paylarına düşən hissənin naturada ayrılması, paylarına verilmiş torpaq sahəsindən cavabedhin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Balakən rayonu Tülü kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan 0.9513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən müəyyən edilmiş 5/20 hissə İddiaçı2, 4/20 hissə İddiaçı4, 4/20 hissə İddiaçı3, 5/20 hissə Nümayəndə1 paylarının naturada ayrılması və paylarına düşən torpaq sahələrindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən rayon X8 qərarı ilə birgə mülkiyyətlərinə Balakən rayonu Tülü kəndində Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktına əsasən 0,95 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Cavabdeh X10 mərhum oğlu X6 arvadı olmuşdur. Oğlu X9 xx.xx.2011-ci ildə ağır xəstəlikdən ölmüşdür. Onlar həmin torpaq sahəsində paylarının müəyyən olunması ilə bağlı Balakən rayon Notariat ofisinə müraciət etmişlər. Balakən rayon Notariat Ofisinin xüsusi notariusu X7 2V-91 nömrəli xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və mübahisəli torpaq sahəsindən 5/20 hissə İddiaçı2, 4/20 hissə İddiaçı4, 4/20 hissə İddiaçı3, 5 /20 hissə Nümayəndə1 və 2/20 hissə X6 payları müəyyən edilmişdir. Bunun əsasında mübahisəli torpaq sahəsinə plan-ölçü sənədi hazırlanmış və xüsusi mülkiyyətlərinə verilməsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. Onların həmin torpaq sahəsinin üzərində sərəncam vermək hüquqlarını cavabdeh X10 etiraz etməklə məhdudlaşdırır. Ona görə də onlar paylarının naturada ayrılması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı Nümayəndə1 onun qaynatasıdır. Əri X9 xx.xx.2011-ci ildə ağır xəstəlikdən ölmüşdür. İki uşaq onun himayəsində qalmışdır. Mübahisəli torpaq sahəsindən2/20 hissə mərhum əri X3 miras qalmışdır.Lakin bu günə kimi onlar həmin torpaq sahəsindən istifadə etməmişlər. Növbə ilə o da həmin torpaq sahəsindən istifadə etmək istəyir. Qeyd etdiklərin nəzərə alınmaqla qanuni qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 0,9513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/20 hissə İddiaçı2, 4/20 hissə İddiaçı4, 4/20 hissə İddiaçı3, 5/20 hissə Nümayəndə1, 2/20 hissə isə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixli 369 nömrəli ölüm haqqında çıxarışdan görünür ki, X9 xx xxxx 2011-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********77 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən Nümayəndə1, İddiaçı2, X1, İddiaçı3, X6 umumi paylı mülkiyyətdə olan 0 9513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada olçuləri 0.8905 hektardır. Həmin ölçülər hüquqmüəyyənedıci sənədlərdə göstərilən cizgilərlə naturada istifadə qaydası eynilik təşkil etmir (sxem 1). Hüquqmüəyyənedıci sənəddə göstərilən 0,9513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar X4 5/20 hissə, İddiaçı2 5/20 hissə, X5 4/20 hissə, İddiaçı3 4/20 hissə paylarının ayrı-ayrılıqda və birlikdə 18/20 hissənin naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir (Aparılmış təhqiqatın dəyəri 53.40 manatdır). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 10/1178 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən Nümayəndə1, İddiaçı2, X2, İddiaçı3, X6 ümumi paylı mülkiyyətdə olan 0.9513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.8905 hektardır. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərlə naturada istifadə qaydası eynilik təşkil etmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin rəyindən görünür ki, hüquqmüəyyənedici sənəddə göstərilən- 0, 9513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar X4 5/20 hissə, İddiaçı2 5/20 hissə, X5 4/20 hissə İddiaçı3 4/20 hissə paylarının ayrı-ayrılıqda və birlikdə 18/20 hissənin naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh mərhum əri X6 yaxın qohumlarıdır. Tərəflərin ümumi paylı mülkiyyətində Balakən rayonu Tülü kəndində 0, 9513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsinin 5/20 hissəsi İddiaçı2, 4/20 hissəsi İddiaçı4, 4/20 hissəsi İddiaçı3, 5/20 hissəsi Nümayəndə1 paylı mülkiyyətindədir. Cavabdehlə aralarında olan narazılığa görə iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylarının naturada ayrılması və paylarına düşən torpaq sahələrindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mütəxəssis və ekspert rəyinə əsasən hüquqmüəyyənedıci sənəddə göstərilən 0,9513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar X4 5/20 hissə, İddiaçı2 5/20 hissə,İddiaçı4 4/20 hissə, İddiaçı3 4/20 hissə paylarının ayrı-ayrılıqda və birlikdə 18/20 hissənin naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X18 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 53,40 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital Bank ASC-nin 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab:AZ37NABZ ********************, SWİFT kod: AİİBAZ2X, Benefisar: Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC, VÖEN:**********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN:**********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN:********** Müxbir hesab:AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş paylarına düşən hissənin naturada ayrılması, paylarına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 53,40 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital Bank ASC-nin 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab:AZ37NABZ ********************, SWİFT kod: AİİBAZ2X, Benefisar: Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC, VÖEN:**********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN:**********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN:********** Müxbir hesab:AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-382/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-382/2020
11.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver