Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-39/2020 22.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı Balakən rayonu Gərəkli kəndində yerləşən 0.025 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.025 hahəyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması və onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Gərəkli kəndində yaşayır. Balakən rayonu Gərəkli kəndində aparılan torpaq islahatı nəticəsində ailə üzvlərinə Balakən rayonu X3 xx xxxx 1998-ci il tarixli, 08 saylı qərarı ilə 0.1764 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən 0.52 torpaq sahəsinə JN 2xx xxx 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 716.14 kvm hissəsi istifadələrində olan həyətyanı torpaq sahəsindən, qalan hissəsi isə çöl sahəsindən verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Balakən rayonu Gərəkli kəndi ərazisində Cavabdeh, İddiaçı və X8 0.1764 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh 2018-ci ildə Balakən Rayon Məhkəməsinə müraciət edərək, RX seriyalı ******* nömrəli Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa və JN seriyalı 266 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən iddiaçı Cavabdeh ilə cavabdehlər İddiaçı və X5 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0,1764 ha yaşayış məntəqələri və 0,52 ha kənd təsərrüfatı təyinatlı (məqsədli istifadə növü:4460,09 kv.m-əkin, 716,74 kv.m-çoxillik əkmələr) torpaq sahələri üzərində onun payının müəyyən edilməsi və həmin əmlaklardan payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 2(019)-380/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Balakən rayonu Gərəkli kəndi) 0.0566 ha həyətyanı torpaq sahəsindən onun çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin Cavabdeh ona məxsus olan 0.025 ha torpaq sahəsində qanunsuz tikili inşa edərək, həmin torpaq sahəsini zəbt etmişdir. Cavabdeh isə torpaq sahəsindən çıxmaq istəmir. 0.025 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə qaytarılması barədə cavabdehə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Qeyd edilən mübahisə ilə bağlı müxtəlif orqanlarına şifahi qaydada müraciət etmişdir. Lakin mübahisələrinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Balakən rayonu Gərəkli kəndində yerləşən 0.025 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, ailəsi ilə birlikdə Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Gərəkli kəndi) yaşayır. O, öz torpaq sahəsindən istifadə edir. O, İddiaçı məxsus hər hansı torpaq sahəsini, o cümlədən 0.025 ha həyətyanı torpaq sahəsini zəbt etməmişdir. İddia tələbi əsassızdır. Qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan JN-2xx xxx 40110018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından görünür ki, Balakən rayon X3 1998-ciil 30 iyun tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Gərəkli kəndində yerləşən 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.1134 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə X5 mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Gərəkli kənd ərazisi) yerləşən 0,0566 ha torpaq sahəsinə Cavabdeh mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Gərəkli kənd ərazisi) yerləşən 0,023860 ha torpaq sahəsinə Cavabdeh mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (019)- 509/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər İddiaçı və X5 iddiaçı Cavabdeh mülkiyyətində olan Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Balakən rayonu Gərəkli kəndi) yerləşən 0,0566 ha həyətyanı və 0,023860 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılması, cavabdehlər İddiaçı və X5 iddiaçı Cavabdeh öz mülkiyyətində olan həmin torpaq sahələrindən istifadə və sahiblik hüququnu həyata keçirməsinə qarşı qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2020-ci il tarixli, 32425 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Nəsibovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla 1,2 hissədə İddiaçı və 1/2 hissədə X5 mülkiyyətinə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən 0.1134 ha torpaq sahəsinin (1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 payları) Cavabdeh tərəfindən qanunsuz istifadə olunub-olunmamasını naturada sərhədləri hasarlanmadığından aydınlaşdırmaq mümkün olmamışdır. İddiaçı və Cavabdeh hasarlanaraq istifadə etdikləri torpaq sahələri mütəxəssis rəyinə əlavə edilmiş sxem 1-də göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxx 2020-ci il tarixli, 32425 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyindən və məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 10/1497 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 mülkiyyətinə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən 0.1134 ha torpaq sahəsinin İddiaçı 1/2 hissədə və X5 1/2 hissədə paylarının naturada ölçüləri 0.1134 hektardır və hüquqmüəyyənedici sənədlərə uyğundur. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən X1 mülkiyyətinə verilmiş Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Gərəkli kənd ərazisi) yerləşən 0.0566 ha torpaq sahəsinin naturada ölçüləri 0.0566 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. Həmin 0.0566 hektar torpaq sahəsinin 0.0232 ha hissəsi X11 və qalan 0.0334 ha torpaq sahəsini isə İddiaçı istifadə edir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 mülkiyyətinə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən 0.1134 ha torpaq sahəsinin İddiaçı 1/2 hissədə və X5 1/2 hissədə paylarının naturada ölçüləri ilə RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən X1 mülkiyyətinə verilmiş Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Gərəkli kənd ərazisi) yerləşən 0.0566 ha torpaq sahəsinin naturada ölçüləri ilə üst-üstə düşmür. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 mülkiyyətinə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən 0.1134 ha torpaq sahəsi (1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 payları) cavabdeh X12 tərəfindən istifadə olunmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx xxxxxxxx 2020-ci il tarixli, 10/1497 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə-10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon X3 1998-ciil 30 iyun tarixli, 08 nömrəli qərarı ilə Balakən rayonu Gərəkli kəndində yerləşən 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh və X5 ümumi birgə mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən Çıxarışa əsasən Balakən rayonu Gərəkli kəndində yerləşən 0.1134 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə X5 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən Çıxarışa əsasən Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Gərəkli kənd ərazisi) yerləşən 0,0566 ha torpaq sahəsinə Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Gərəkli kənd ərazisi) yerləşən 0,023860 ha torpaq sahəsinə Cavabdeh mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-509/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı və X5 iddiaçı Cavabdeh mülkiyyətində olan Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Balakən rayonu Gərəkli kəndi) yerləşən 0,0566 ha həyətyanı və 0,023860 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılması, cavabdehlər İddiaçı və X5 iddiaçı Cavabdeh öz mülkiyyətində olan həmin torpaq sahələrindən istifadə və sahiblik hüququnu həyata keçirməsinə qarşı qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. İş üzrə mütəxəssis rəyi və təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 10/1497 saylı rəyi ilə müəyyən olunur ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 mülkiyyətinə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən 0.1134 ha torpaq sahəsinin İddiaçı 1/2 hissədə və X5 1/2 hissədə paylarının naturada ölçüləri 0.1134 hektardır və hüquqmüəyyənedici sənədlərə uyğundur. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən X1 mülkiyyətinə verilmiş Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Gərəkli kənd ərazisi) yerləşən 0.0566 ha torpaq sahəsinin naturada ölçüləri 0.0566 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur. Həmin 0.0566 hektar torpaq sahəsinin 0.0232 ha hissəsi X11 və qalan 0.0334 ha torpaq sahəsini isə İddiaçı istifadə edir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 mülkiyyətinə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən 0.1134 ha torpaq sahəsinin İddiaçı 1/2 hissədə və X5 1/2 hissədə paylarının naturada ölçüləri ilə RX seriyalı, ******* Ns-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən X2 mülkiyyətinə verilmiş Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Gərəkli kənd ərazisi) yerləşən 0.0566 ha torpaq sahəsinin naturada ölçüləri ilə üst-üstə düşmür.Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla 1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 mülkiyyətinə verilmiş Balakən rayonu Gərəkli kəndində yerləşən 0.1134 ha torpaq sahəsi (1/2 hissədə İddiaçı və 1/2 hissədə X5 payları) cavabdeh X12 tərəfindən istifadə olunmur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X6 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X7”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. AzərbaycanRespublikasıMülkiMəcəlləsinin139.1-cimaddəsinəəsasənmülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-cimaddəsinəəsasənsahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cümaddəsinəəsasənistifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyriqanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya iddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 82.3-cümaddəsinəəsasənbir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdəki sübutlarla, o cümlədən mütəxəssis rəyi və məhkəmə-tikinti texniki ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 10/1497 saylı rəyi ilə sübut olunur ki, İddiaçı və X5 (hər birinə 1/2 hissədə) ümumi birgə mülkiyyətinə verilmiş 0.1134 ha torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş 0.0566 ha torpaq sahəsinin naturada ölçüləri ilə üst-üstə düşmür, Cavabdeh tərəfindən İddiaçı və X8 məxsus 0.1134 ha torpaq sahəsindən istifadə olunmur. İşdəki sübutlarla X12 tərəfindən İddiaçı məxsus hər hansı torpaq sahəsindən, o cümlədən iddia etdiyi 0.025 ha həyətyanı torpaq sahəsindən qanunsuz istifadə olunması və onun həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının pozulması sübut olunmur. İddiaçı X12 tərəfindən İddiaçı məxsus hər hansı torpaq sahəsindən, o cümlədən iddia etdiyi 0.025 ha həyətyanı torpaq sahəsindən qanunsuz istifadə etməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Əksinə Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-509/2019 nömrəli qətnaməsi ilə İddiaçı və X5 Cavabdeh mülkiyyətində olan Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Balakən rayonu Gərəkli kəndi) yerləşən 0,0566 ha həyətyanı və 0,023860 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə qanunsuz sahiblik etmələri və həmin torpaq sahələrindən qanunsuz istifadə etmələri müəyyən olunmuş, Cavabdeh İddiaçı və X8 qarşı iddiası təmin edilmiş və cavabdehlər İddiaçı və X5 iddiaçı Cavabdeh mülkiyyətində olan Balakən şəhəri, F.Əmirov küçəsində (keçmiş Balakən rayonu Gərəkli kəndi) yerləşən 0,0566 ha həyətyanı və 0,023860 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılması, cavabdehlər İddiaçı və X5 iddiaçı Cavabdeh öz mülkiyyətində olan həmin torpaq sahələrindən istifadə və sahiblik hüququnu həyata keçirməsinə qarşı qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. Həmin qətnamədə qanuni qüvvəyə minmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, məhkəmə tikinti-texniki ekspertizasının rəyini, mübahisəli 0.025 ha torpaq sahəsini Cavabdeh zəbt etməməsini, oradan istifadə etməməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Gərəkli kəndində yerləşən 0.025 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması və onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ekspertizalar məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən, iş üzrə 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı və 50 manatı Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət X4 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Balakən rayonu Gərəkli kəndində yerləşən 0.025 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı və 50 manatı Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət X4 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-39/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-39/2020
22.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver