Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-4/2025 30.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Mahamalar kəndində ona məxsus 0.12 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən mal tövləsindən cavabdehin istifadə etməsinə son qoyulması və mülkiyyət hüququnun müdafiəsi tələbi barədə işə Balakən rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayonu Mahamalar kəndində ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən mal tövləsindən cavabdehin istifadə etməsinə son qoyulması və mülkiyyət hüququnun müdafiəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, işlədiyi Elektrik Şəbəkəsinin balansında olan köhnə SES ( X3) Ərazisindən Balakən Rayon İcraiyyə Komitəsinin 14 aprel 1971-ci il tarixli qərarı ilə ona daimi istifadə üçün 0,12 ha torpaq sahəsi verilib.Bu ərazidə həmin ildə şəxsi təsərrüfatının inkşafı üçün tövlə tikmişdir.Bu torpaq sahəsinin onun şəxsi mülkiyyəti olması barədə Zaqatala 18 saylı Ərazi Reyestri İdarəsinin verdiyi plan-ölçüsü sənədi və xx.xx.2018-ci il tarixli, AN 246430 RX seriyalı ******* saylı çıxarış vardır. Ona məxsus olan bu ərazidən və bu ərazidə yerləşən tövlədən fərdi təsərrüfatının inkişafı üçün Cavabdeh səbəbi ilə istifadə edə bilmir.1999-cu ilin noyabr ayında onunla evlənmişdir. Xasiyyətləri və səviyyələri düz gəlmədiyinə görə 2011-ci ilin iyul ayında boşanmışlar. Bu ərazi və tövləyə aid heç bir ortaqlığı yoxdur. Buna baxmayaraq bu ərazidən və tövlədən əl çəkmir. Tərəflər, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məlum olmuşdur ki, Cavabdeh 09 noyabr 2024-cü ildə ölmüşdür. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 noyabr 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 446402 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 09 noyabr 2024-cü il tarixdə ölmüş,bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-cü ilin 11 ayının 26 günündə 175 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayonu Mahamalar kəndində ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən mal tövləsindən cavabdehin istifadə etməsinə son qoyulması və mülkiyyət hüququnun müdafiəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Cavabdeh 09 noyabr 2024-cü il tarixdə ölmüşdür. Mülki Prossesual Məcəllənin: 261.0 və 261.0.7-ci maddələrinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə işin hallarını, İddiaçı Cavabdeh ona məxsus 0,12 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən mal tövləsindən istifadə etməsinə son qoyulmasını tələb etməsini, Cavabdeh öldüyündən mübahisənin həll olunduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Mahamalar kəndində ona məxsus 0.12 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən mal tövləsindən cavabdehin istifadə etməsinə son qoyulması və mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Ödənilmiş 10 manat İddiaçı vərəsəsi X1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı Balakən rayonu Mahamalar kəndində ona məxsus 0.12 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən mal tövləsindən cavabdehin istifadə etməsinə son qoyulması və mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat qərardad qanuni qüvvəsini aldıqdan sonra İddiaçı vərəsəsi X1 qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-4/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-4/2025
30.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver