Məhkəmə qərarları › İş №2(019)-40/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-40/2022

12.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-40/2022 12.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onların nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq paylarının naturada ayrılması və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan reyestr nömrəsi **********67 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və reyestr nömrəsi **********66 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/5 hissə paylarının naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahib olmağı və ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********67 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.4315 ha və xx.xx.2020-ci il tarixli, RX seriyalı reyestr nömrəsi **********66 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.9650 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahələrinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Balakən Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli 2(019)-40/2022 nömrəli qərardadına əsasən İddiaçı nümayəndəsi-vəkili Vəkil2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********67 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.4315 ha və xx.xx.2020-ci il tarixli, RX seriyalı reyestr nömrəsi **********66 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.9650 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahələrinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsində iddiaçıya iddianın əsasını və ya predmetini dəyişmək hüququ verilir. İddianın əsasını iddiaçının cavabdehə qarşı öz tələbini əsaslandırmaq üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddihüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hüquqi faktlar təşkil edir. İddianın predmeti iddiçının cavabdehə qarşı irəli sürdüyü tələbdir. MPM-nin 53cü maddəsinin tələbinə görə iddiaçı iddianın ya predmetini, ya da əsasını dəyişə bilər. İddiaçı eyni zamnada iddianın həm əsasını, həm də predmetini dəyişdikdə mahiyyət etibarı ilə yeni iddia irəli sürmüş olur bu da MPM-nin 53-cü maddəsinin tələblərinə ziddir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ümumi paylı mülkiyyətdə olan reyestr nömrəsi **********67 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və reyestr nömrəsi **********66 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/5 hissə paylarının naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahib olmağı və ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbi ilə bağlı olmuşdur. İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iddianın predmetinin dəyişdirilməsi adı ilə məhkəməyə verdiyi ərizəsində isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********67 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.4315 ha və xx.xx.2020-ci il tarixli, RX seriyalı reyestr nömrəsi **********66 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.9650 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahələrinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Göründüyü kimi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə istinadən iddiaçının nümayəndəsi-vəkilinin ərizəsi ilə əvvəlki iddianın həm əsası, həm də predmeti dəyişdirilmiş, cavabdehlərə qarşı mahiyyətcə yeni iddia irəli sürülmüşdür. Bu da qanunun tələblərinə ziddir. Ona görə də məhkəmə tərəfindən iddiaçının nümayəndəsi-vəkilinin iddianın predmeti və əsasının dəyişdirilməsi barədə həmin ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan reyestr nömrəsi **********67 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və reyestr nömrəsi **********66 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/5 hissə paylarının naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahib olmağı və ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmasına dair əvvəlki iddia tələbində işə baxılmasını və işin mahiyyəti üzrə həll olunmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onlar Balakən rayonu Şambul kəndində yaşayırlar. Cavabdehlər onun qaynı və qaynanasıdır. Onlarla əvvəllər münasibətləri yaxşı olmuş, sonradan münasibətləri pozulmuşdur. Balakən rayonu Şambul kəndində yerləşən 0.9650 ha kənd təsərrüfatı təyinatlı və 0.4315 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri paylı mülkiyyət hüququ üzrə tərəflərin mülkiyyətindədir. Həmin torpaq sahələrinin 3/5 hissəsi onun, 1/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi isə Cavabdeh2 paylı mülkiyyətində olmaqla həmin hüququnu xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırda cavabdehlərlə aralarında münasibətlər son həddə çatmışdır. Buna görə də göstərilən əmlaklardan payının naturada ayrılmasını istəyir. Lakin cavabdehlər ümumiyyətlə mübahisələndirilən əmlaklardan istifadə etməsinə və paylarının ayrılmasına qəti etiraz edirlər. Bu səbəbdən göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların nümayəndəsivəkili Nümayəndə iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu göstərərək, onun rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********66 olan X2 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Şambul kəndində yerləşən 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1 və 3/5 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********67 olan X2 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Şambul kəndində yerləşən 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1 və 3/5 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli qəbzlə 406 manat mütəxəssis xərci ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2022-ci il tarixli №10/303 nömrəli ekspertiza rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə- Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyestr nömrəsi **********67 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/5 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təynatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yarasız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə- Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yamında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinən verilmiş xx.xx.2020- ci il tarixli, RX seriyalı reyestr nömrəsi 4**********66 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətində olan 0.9650 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpag sahəsindən İddiaçı 3/5 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təynatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yarasız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 04 may 2022-ci il tarixli, №10/303 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehlərin və onların nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********66 olan X2 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1 və 3/5 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********67 olan X2 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Cavabdeh1 və 3/5 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, sözügedən torpaq sahələrindən onun 3/5 hissə payının naturada ayrılmasını,cavabdehlərin həmin paylardan çıxarılmasını, cavabdehlərin onun həmin torpaq sahələrinə sahib olması, onlardan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli №10/30 nömrəli ekspertiza rəyi ilə xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyestr nömrəsi **********67 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/5 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təynatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yarasız hala düşəcəyi səbəbindən naturada real bölgüsünün mümkün olmaması, həmçinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yamında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinən verilmiş xx.xx.2020- ci il tarixli, RX seriyalı reyestr nömrəsi 4**********66 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətində olan 0.9650ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpag sahəsindən İddiaçı 3/5 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsünün mümkün olmaması müəyyən edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli qəbzlə 406 manat mütəxəssis xərci ödənilmişdir. İş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin bəkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəisndə sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyytəinə daxil olması zamanı yaranır. Bölünən əşyaya mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətçin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayırlan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz; 2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, müasir tədqiqat metodlarına və torpaq kadastr məlumatlarına əsaslanmaqla verildiyi və iş üzrə obyektiv həqiqəti əks etdirdiyi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli №10/30 nömrəli ekspertiza rəyi mötəbər sübut kimi qəbul olunmalıdır. Bu ekspertiza rəyi də xüsusi bilik tələb olunan sahənin tədqiqat nəticəsini əks etdirməklə iddiaçının torpaq sahələri üzrə paylarının naturada bölünməsi ilə bağlı iddia tələbinin həlli üçün mühüm əhəmiyyətə malikdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli №10/30 nömrəli ekspertiza rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, RX seriyalı reyestr nömrəsi **********67 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/5 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təynatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yarasız hala düşəcəyi səbəbindən naturada real bölgüsünün mümkün olmaması, həmçinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yamında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfinən verilmiş xx.xx.2020- ci il tarixli, RX seriyalı reyestr nömrəsi 4**********66 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Şambul kəndində yerləşən Cavabdeh2, Cavabdeh1 və X1 ümumi birgə mülkiyyətində olan 0.9650 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpag sahəsindən İddiaçı 3/5 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsünün mümkün olmması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ümumi paylı mülkiyyətdə olan reyetsr nömrəsi **********67 olan hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və reyestr nömrəsi **********676 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/5 paylarının naturada ayrılması tələbi əsassızdır və təmin oluna bilməz. Həmçinin həmin 0.4315 ha və 0.9650 ha torpaq sahələrindən iddiaçının 3/5 hissə payının naturada ayrılması mümkün sayılmadığından, yəni iddiaçının həmin torpaq sahələri üzrə payları real olaraq bölünüb, müəyyən olunaraq iddiaçının titul sahibliyinə verilə bilinmədiyindən paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması tələbi də əsassızdır və təmin olunmamalıdır. Bundan başqa iddia ümumi paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbi hissəsində də əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, qeyd edildiyi kimi, iddiaçının sözügedən torpaq sahələrindən 3/5 hissə payının naturada ayrılması işdəki sübutlarla mümkün sayılmamış və bununla bağlı iddia tələbinin, həmçinin cavbadehlərin həmin paylardan çıxarılması tələbinin rədd olunması nəticəsinə gəlinmişdir. Belə olan şəraitdə cavabdehlər, iddiaçı kimi həmin 0.4315 ha və 0.9650 ha torpaq sahələrinin ümumi paylı mülkiyyət hüquqlarının subyektləridir və paylar naturada ayrılmadığı təqdirdə paylı mülkiyyətdə olan həmin sahələrə sahiblik etmək və ondan istifadə etmək hüququna, həmçinin əşyanın bütün mülkiyyətçilərinin razılaşması ilə paylı mülkiyyətdə olan həmin sahələrə dair sərəncam verilməsi hüququna malikdirlər. Cavabdehlərin ümumi paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan torpaq sahələri üzərində mülkiyyət hüquqları vardır və həmin hüquqlar Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin, Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 213, 215, 216-cı maddələrinin və sair qanun normalarının müdafiəsi altına düşür. Ona görə də hazırki halda cavabdehlərin sözügedən ümumi paylı mülkiyyət hüququ üzrə onlara da məxsus olan 0.4315 ha və 0.9650 ha torpaq sahələrinə hüquqlarına qanunda nəzərdə tutulmayan, qanuni məqsəd daşımayan və təxirəsalınmaz ictimai tələbata cavab verməyən əsassız müdaxiləsi onların bu mülkiyyət hüquqlarını pozmaqla yolverilməzdir. Digər tərəfdən iddiaçı cavabdehlərin hansı qərəzli hərəkətləri və qəsdləri ilə onun 0.4315 ha və 0.9650 kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə sahib olması və onlardan istifadə etməsinə maneçilik yaratmasını, bu qərəzli hərəkətlərin və qəsdlərin nədə ifadə olunmasını göstərməmiş və onların onun ümumi paylı muülkiyyət hüququnu həyata keçirməsinə necə mane olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslılğını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlar hazırki iddianın heç bir hüquqi və faktoloji əsaslara malik olmadığını və bununla da əsassız olmasını göstərir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, tərəflərin ümumi paylı mülkiyyətində olan 0.4315 ha və 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçının 3/5 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsinin mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsünün mümkün olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan reyestr nömrəsi **********67 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və reyestr nömrəsi **********66 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/5 hissə paylarının naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahib olmağı və ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə 50 manat ekspertiza xərci İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu:142319 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFTBİKCTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Eyni zamanda İddiaçı tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-yə ödənilmiş 406 manat mütəxəssis xərci İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin sağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi paylı mülkiyyətdə olan reyestr nömrəsi **********67 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və reyestr nömrəsi **********66 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/5 hissə paylarının naturada ayrılması, paylarına verilmiş torpaq sahələrindən cavabdehlərin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə ona məxsus olan 0.4315 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.9650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahib olmağı və ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin olunmasın. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCyə ödənilmiş 406 manat mütəxəssis xərci İddiaçı aid edilsin; iş üzrə 50 manat ekspertiza xərci İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu:142319 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X3 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFTBİKCTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin; Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar