Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-422/2020 11.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Rəcəb oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsindən payının naturada müəyyən edilməsi, cavabdehlərin ona düşən 1/6 hissədən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Rəcəb oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Yeni-Şərif kənd sakinləri Cavabdeh1 Rəcəb oğlunun, İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərinə verilmiş Balakən rayonu Yeni-Şərif kəndində yerləşən 2.59 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən 1/6 hissə payının naturada ayrılması və cavabdehlərin ona ayrılmış torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxışı iclasında məhkəməyə ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanmasını, sənədlərinin özünə qaytarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Rəcəb oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyətiüzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı 190,92 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC, VÖEN: **********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN:**********, Müxbir hesab:AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 Rəcəb oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsindən payının naturada müəyyən edilməsi, cavabdehlərin ona düşən 1/6 hissədən çıxarılmaları tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı 190.92 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab:AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdənsonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-422/2020
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-422/2020
11.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver