Məhkəmə qərarları › İş №2(019)-43/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-43/2022

01.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-43/2022 01.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Təyibhacı qızının və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Təyibhacı qızına, Cavabdeh2 və Cavabdeh3 Camal oğluna qarşı ümumi istifadəyə verilmiş ictimai yolun açılmasında cavabdehlərin yaratdıqları maneələrin aradan qaldırılması (dəmir darvazaların öz hesabına sökülərək götürülməsi) tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Təyibhacı qızına, Cavabdeh2 və Cavabdeh3 Camal oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ümumi istifadəyə verilmiş ictimai yolun açılmasında cavabdehlərin yaratdıqları maneələrin aradan qaldırılması (dəmir darvazaların öz hesabına sökülərək götürülməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 aprel tarixli 05 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün 0,22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpagın Mülkiyyətə Veriməsinə Dair JN-1018F (kod ********) saylı Şəhadətnamə verilmişdir. Vətəndaşlara həyətyanı torpaq sahəsi verilərkən həmin torpaq sahələrinə gediş-gəliş üçün onun torpaq sahəsinin yanı ilə ictimai yol qoyulmuşdur (adı çəkilən mübahisəli yolun elektron bazada çıxarışını əlavə edir). Ailədə 4 ogul övladı vardır, onlardan artıq ikisini evləndirmişdir. Ailədə darısqallıq olduğundan öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinini bir hissəsini böyük oğluna vermək qərarına gəldi ki, ona ayırdığı torpaq sahəsində fərdi yaşayış evi inşa etsinlər və onu ailəlikcə həmin evə köçürtsün. Həmin torpaq sahəsinə keçmək üçün mütləq adıçəkilən mübahisəli yoldan istifadə edilməlidir. Həmin yolun giriş hissəsində cavabdehlərin qanunsuz yerləşdirdikləri dəmir darvazalar olduğuna görə vətəndaşlar üçün nəzərdə tutulmuş ictimai yoldan istifadə edə bilmirlər. Bununla bağlı onlar dəfələrlə Qullar kənd icra nümayəndəliyinə, Qullar kənd bələdiyyəsinə, cavabdehlərə yolun açılması üçün müraciət etsələr də, cavabdehlər bu müraciətlərinə məhəl qoymadan yoldan istifadələrinə əngəllər törətmişlər. Cavabdehlərin qanunsuz hərəkətlərini görüb işin həll edilməsi üçün o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin Şəki ərazi şöbəsinə xx.xx.2021-ci il tarixli şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsi əsasında həmin əraziyə aidiyyatı qurumun mütəxəssisləri və Qullar kənd rəhbərliyinin birgə iştirakı ilə yerində baxış keçirilərək araşdırılmışdır. Şikayət ərizəsində xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin yan tərəfindən keçən ictimai yolun qonşusu tərəfindən dəmir darvaza qoyularaq bağlanması bildirilmişdir. Həmin həyətyanı torpaq sahəsinin yanından açılan ictimai yoldan ancaq cavabdehlər yox, digər sakinlərin də gediş-gəlişi üçün yol qoyulmuşdur. Əvvəllər həmin ictimai yoldan Novruzovlar ailəsi özləri istifadə etdikləri üçün dəmir darvaza onlara verilmiş həyətyanı torpaq sahəsində deyil, ictimai yolun giriş hissəsində qoyulduğundan, bunun ucbatından da onun mülkiyyətində olan 0,22 ha həyətyanı torpaq sahəsinin arxa hissəsindən istifadə edə bilmirlər. Mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində ailənin böyük övladına mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaq sahəsi ayıraraq, fərdi yaşayış evi inşa etmək üçün inşaat materialları gətirə bilmir. Çünki cavabdehlərin yolun giriş hissəsində yerləşdirdikləri dəmir darvaza ictimai yola daxil olmalarına imkan vermir. Mübahisənin aradan qaldırılması üçün, şikayəti əsasında İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki ərazi şöbəsinin 08 iyun 2021-ci il tarixli Xidməti Məktubunda əlaqəli mütəxəssislərin,Qullar İƏD-sinin və Qullar Bələdiyyəsinin iştirakı ilə xx.xx.2021-ci il tarixli akt tərtib olnaraq cavabdehlərə həmin yolun ictimai olduğu izah olunsa da, onlar buna məhəl qoymadıqlarına görə xəbərdarlıq edilmiş, lakin cavabdehlər bununla razılaşmayaraq, işin məhkəmə qaydasında həll olunmasına tərəfdar olduğunu bildirmişlər. Odur ki, ictimai yolun açılaraq ictifadəyə verilməsi razılıq yolu ilə baş tutmadığından işin ədalətli həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da bildirir ki, o, mexaniki səhv olaraq iddia ərizəsində cavabdehlərin mübahisə predmetini təşkil edən ictimai yolun başlanğıcında qoyduqları dəmir davazaların cavabdehlərin öz hesabına sökülərək götürülməsi tələbini qoymuşdur. Əslində isə cavabdehlər tərəfində orada bir darvaza qoyulmuşdur. Ona görə də mexaniki səhv olaraq darvaza sözü darvazalar sözü kimi işlənmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsində göstərilən ümumi istifadəyə verilən ictimai yolun açılmasında cavabdehlərin yaratdıqları maneələrin aradan qaldırılması-dəmir darvazaların öz hesabına sökülərək götürülməsi tələbini ümumi istifadəyə verilən ictimai yolun açılmasında cavabdehlərin yaratdıqları maneələrin aradan qaldırılması-dəmir darvazaların öz hesabına sökülərək götürülməsi tələbi kimi qəbul edilməsini xahiş edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. İş materiallarında, o cümlədən 04 iyul 2022-ci il tarixli 10/3186 nömrəli ekspertiza rəyindən görünür ki, əslində sözügedən ictimai yolun başlanğıcında bir dəmir darvaza qoyulmuşdur. İddiaçı da iddia predmetində sökülərək götürülməsi tələb edilən dəmir darvaza sözünü mexaniki səhv olaraq darvazalar kimi göstərilməsini qeyd etmişdir. Qeyd edilməlidir ki, burada söhbət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsində göstərilən iddianın əsasının və ya predmetinin dəyişilməsindən və ya iddia tələbinin həcminin artırılmasından və ya azaldılmasından getmir, sırf texniki səhvdən gedir. Ona görə də məhkəmə bu halı texniki səhv kimi qəbul etməklə iddia tələbini ümumi istifadəyə verilən ictimai yolun açılmasında cavabdehlərin yaratdıqları maneələrin aradan qaldırılması-dəmir darvazanın öz hesabına sökülərək götürülməsi tələbi kimi qəbul edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Təyibhacı qızı və Cavabdeh2 iddianı qəbul edərək, izahatlarında göstərmişlər ki, həqiqətən də onlar, yəni Cavabdeh1 Təyibhacı qızı, Cavabdeh2 və Cavabdeh3 Camal oğlu bir yerdə iddiaçının qeyd etdiyi Balakən rayonu Qullar kəndi ərazisində yerləşən ictimai yola dəmir darvaza qoymuşlar. Belə ki, həmin yol ictimai yol olsa da, birbaşa onların həyətinə gəlir. Həmin yol bir neçə qonşunun həyətinə, o cümlədən İddiaçı həyətyanı sahəsinə getmək üçün də istifadə olunmalıdır. Onların həyətyanı sahəsinə kənar şəxslər və hər hansı mal-heyvan gəlməsin deyə, onlar həmin yolu dəmir darvaza çəkməklə bağlamışlar. Onlarla İddiaçı arasında İddiaçı məxsus həyətyanı sahə ilə bağlı mübahisə vardır. Bununla əlaqədər məhkəməyə müraciət etmək istəyirlər. iddianın təmin edilməsinə etirazları yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 Camal oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Balakən rayonu Qullar Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh3 Camal oğlunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Balakən rayonu Qullar Bələdiyyəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan JN-1018F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı, X16, X17, X21, X22 və X7 Balakən rayonu Qullar kəndi ərazisində ümumi birgə mülkiyyətinə 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin müdiri X18 rayonu Qullar kənd sakini İddiaçı ünvanladığı 08 iyun 2021-ci il tarixli **********49 №-li xidməti məktubdan görünür ki, Balakən rayonu Qullar kənd sakni İddiaçı İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki ərazi şöbəsinə ünvanlandırdığı xx.xx.2021-ci il tarixli şikayət ərizəsi aidiyyəti yoldaşların iştirakı ilə birlikdə yerində araşdırılmışdır. Qullar kənd sakini ərizəsində xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin yan tərəfindən keçən ictimai yolun qonşusu tərəfindən dəmir qapı qoyularaq bağlanmasını qeyd edir. Araşdırma zamanı məlum oldu ki, İddiaçı ailəsinə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1018 (kod ********) saylı şəhadətnaməyə əsasən 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin yanından digər kənd sakini mərhum X4 ailə üzvləri və digərlərinə də gediş-gəliş üçün ictimai yol verilmişdir. Əvvvəllər həmin ictimai yoldan Novruzovlar ailəsi özləri istifadə etdikləri üçün dəmir qapını onlar verilmiş həyətyanı torpaq sahəsində deyil, ictimai yolun giriş hissəsində qoymuşdurlar. Bu hal bir müddət belə davam etmişdir. Şikayətçi İddiaçı 0.22 ha mülkiyyətində olan torpaq sahəsinin müəyyən bir hissəsindən ailənin böyük övladına mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsi ayıraraq fərdi yaşayış evi inşa etmək üçün inşaat materialları gətirmək istəmişdir. Lakin mərhum X4 həyat yoldaşı Cavabdeh1 Təyyibhacı qızı ictimai yolun giriş hissəsinə qoyulmuş dəmir qapının oradan götürülməsinə icazə verməmişdir. Bu da narazılığın yaranmasına səbəb olmuşdur. Tərəflərindən həmin yolun ictimai yol olduğu və onların mülkiyyətinə daxil olmadığı Cavabdeh1 izah edildi. Lakin o, bununla razılaşmayaraq məsələnin məhkəmə qaydasında həll olunmasına tərəfdar olduğunu bildirdi. Bu barədə şikayətçiyə bildirildi və məsələnin həll olunması üçün məhkəməyə müraciət etmələri tərəflərindən tövsiyyə olundu. Nəzərə alınması xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin məsləhətçi-müfəttişi X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin məsləhətçisi X8, Qullar İƏD-nin nümayəndəsi X2, Qullar Bələdiyyəsinin sədri X14 və Qullar kənd sakini İddiaçı iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Balakən rayonu Qullar kənd sakni İddiaçı İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin Şəki ərazi şöbəsinə ünvanlandırdığı xx.xx.2021-ci il tarixli şikayət ərizəsi aidiyyəti yoldaşların iştirakı ilə birlikdə yerində araşdırılmışdır. Qullar kənd sakini ərizəsində xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsinin yan tərəfindən keçən ictimai yolun qonşusu tərəfindən dəmir qapı qoyularaq bağlanmasını qeyd edir. Araşdırma zamanı məlum oldu ki, İddiaçı ailəsinə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 1018 (kod ********) saylı şəhadətnaməyə əsasən 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin yanından digər kənd sakini mərhum X4 ailə üzvləri və digərlərinə də gediş-gəliş üçün ictimai yol verilmişdir. Əvvvəllər həmin ictimai yoldan Novruzovlar ailəsi özləri istifadə etdikləri üçün dəmir qapını onlar verilmiş həyətyanı torpaq sahəsində deyil, ictimai yolun giriş hissəsində qoymuşdurlar. Bu hal bir müddət belə davam etmişdir. Şikayətçi İddiaçı 0.22 ha mülkiyyətində olan torpaq sahəsinin müəyyən bir hissəsindən ailənin böyük övladına mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsi ayıraraq fərdi yaşayış evi inşa etmək üçün inşaat materialları gətirmək istəmişdir. Lakin mərhum X4 həyat yoldaşı Cavabdeh1 Təyyibhacı qızı ictimai yolun giriş hissəsinə qoyulmuş dəmir qapının oradan götürülməsinə icazə verməmişdir. Bu da narazılığın yaranmasına səbəb olmuşdur. Tərəflərindən həmin yolun ictimai yol olduğu və onların mülkiyyətinə daxil olmadığı Cavabdeh1 izah edildi. Lakin o, bununla razılaşmayaraq məsələnin məhkəmə qaydasında həll olunmasına tərəfdar olduğunu bildirdi. Məsələnin həll olunması üçün tərəflərin məhkəməyə müraciət etmələri tərəflərindən tövsiyyə olunmuşdur. İş materiallarında olan Balakən rayon Qullar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 518 nömrəli arayışdan görünür ki, 10 may 2008-ci ildə vəfat etmiş X1 rayon Qullar kəndində daimi qeydiyyatda olmuşdur. Mərhumun həyat yoldaşı Cavabdeh1 Təyibhacı qızı, oğlu Cavabdeh2, qızı X6 və oğlu Cavabdeh3 Camal oğlu onun vərəsələri olmuşlar. İş materiallarında olan 31 mart 1980-cı il tarixdə Balakən rayonu Qullar kəndi sabiq H.Nəsibov adına kolxozda tərtib edilmiş aktdan görünür ki, 20 mart 1980-cı il tarixli 2 nömrəli heyət iclasının qərarına əsasən Cavabdeh3 0.25 ha torpaq sahəsindən 0.03 ha sahəsi ölçülübb oğlu Camaldin Novruzova həyətyanı sahə kimi verilib. Sahənin eni 18 metr, uzunluğu 17 metr olmaqla Novruzov Camaldinin həyətyanı sahəsi olub. Qeyd olunan sahədən 4 metr əlavə atasının həyətyanı sahəsindən verilib. İş materiallarında olan Balakən rayon Dövlət Arxivindən xx.xx.2012-ci il tarixdə verilmiş 372 nömrəli arayışdan görünür ki, Balakən rayon Qullar kəndi H.Nəsibov adına kolxozun 31 dekabr 1982-ci il tarixli 06 nömrəli protokoluna əsasən Novruzov Camaldinin atasının, anasının həyətyanı torpaq sahəsindən hər iki tərəfin razılığı ilə torpaq sahəsi kəsilərək yeni bir ailəyə verilməsi barəsindəki qərar təsdiq edilmişdir. Cavabdeh3 0.25 ha torpaq sahəsindən 0.03 hektarı oğlu Novruzov Camaldinə verilmişdir. Özünə 0.22 ha qalmışdır. İş materiallarında olan JN-1028F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki,Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə X9, Cavabdeh1 Təyibhacı qızı, Cavabdeh2 və Cavabdeh3 Balakən rayonu Qullar kəndi ərazisində ümumi birgə mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 04 iyul 2022-ci il tarixli №10/3186 rəyində göstərilir ki, Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-1018F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı, X16, X17, X21, X22 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin cizgilərinə bitişik Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətinə aid 2156B/0.04 ha cizgisində göstərilən torpaq sahəsi iddiaçıların naturada istifadəsindədir. Torpaq sahəsinin naturada ümumilikdə ölçüləri 0.2853 hektardır; Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-1028F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı əsasında X5, Cavabdeh1 Təyibhacı qızı, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi elektron məlumat bazasında həmin 0.10 ha həyətyanı torpaq sahəsi 1027 nömrə ilə X10, Cavabdeh1 Təyibhacı qızı, Cavabdeh2 və Cavabdeh3 Camal oğlunun ümumi birgə mülkiyyətlərinə işlənmişdir. Həmin 0.10 ha həyətyanı torpaq sahəsinə bitişik 1409 cizgisində 0.10 ha, 1409F cizgisində isə 0.08 ha pay torpaqları işlənilmiş və naturada istifadə etdikləri torpaq sahəsinin ümumilikdə ölçüləri 0.2739 hektardır; Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-1018F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı, X16, X17, X21, X22 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ictimai yol nəzərdə tutulmuşdur. Həmin yolun giriş hissəsində dəmir darvaza qoyulmuş və nəzərdə tutulmuş yolda hər hansı bir tikililər inşa edilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 04 iyul 2022-ci il tarixli №10/3186 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İşə əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Balakən Rayon Məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə mübahisə predmetini təşkil edən ərazidə yerində müayinə aparılmış və JN-1018F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı, X16, X17, X21, X22 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə gedi-gəliş üçün nəzərdə tutulmuş ictimai yolun giriş hissəsinə dəmir darvazanın qoyulduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli mədaxil qəbzi ilə hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli qəbzlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə 406 manat mütəxəssis xərci ödəmişdir. Məhkəmə İddiaçı və cavabdehlər Cavabdeh1 Təyibhacı qızının və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, JN-1018F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı, X16, X17, X21, X22 və X7 Balakən rayonu Qullar kəndi ərazisində ümumi birgə mülkiyyətinə 0.22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi verilərkən həmin torpaq sahəsinə gediş-gəliş üçün torpaq sahəsinin yanı ilə ictimai yol müəyyən edilmişdir. İddiaçı ona və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsində böyük oğlu üçün fərdi yaşayış evi inşa etmək istəyir. Bu məqsədlə həmin torpaq sahəsinə getmək üçün mübahisəli yoldan istifadə edilməlidir. İddiaçının həyətyanı torpaq sahəsinə getmək, orada ev tikilməsi məqsədilə tikinti materialları gətirmək üçün başqa yolu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli №10/3186 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, JN-1018F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı, X16, X17, X21, X22 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ictimai yol nəzərdə tutulmuşdur; həmin yolun giriş hissəsində dəmir darvaza qoyulmuş və nəzərdə tutulmuş yolda hər hansı bir tikililər inşa edilməmişdir. JN-1018F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı, X16, X17, X21, X22 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün ictimai yolun nəzərdə tutulması, cavabdehlər Cavabdeh1 Təyibhacı qızı, Cavabdeh2 və Cavabdeh3 Camal oğlu tərəfindən həmin yolun giriş hissəsində dəmir darvazanın qoyulması və nəticədə iddiaçının ona və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə gedə bilməməsi və həmin torpaq sahəsinə getmək üçün başqa yolun olmaması iddiaçının izahatı ilə yanaşı, cavabdehlər Cavabdeh1 Təyibhacı qızının və Cavabdeh2 məhkəmədə verdiyi izahatları, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin müdiri X18 rayonu Qullar kənd sakini İddiaçı ünvanladığı 08 iyun 2021-ci il tarixli **********49 №-li xidməti məktub, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin məsləhətçi-müfəttişi X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin məsləhətçisi X8, Qullar İƏD-nin nümayəndəsi X2, Qullar Bələdiyyəsinin sədri X14 və Qullar kənd sakini İddiaçı iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli akt, Balakən Rayon Məhkəməsinin 01 sentyabr 2022ci il tarixli yerində müayinə protokolu və sair iş materialları ilə də təsdiq olunur. Nəticədə iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqları məhdudlaşdırılmaqla pozulur,o, öz torpaq sahəsinə gedib-gələ bilmir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli iş üzrə qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:…158.1.2. əmlakdan istifadə hüququ… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 80.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir:…ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri… Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 20-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir;yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəniməişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir; ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə əsasən şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ümumi istifadədə olan torpaqlara aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən 1.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır; 3. torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, JN-1018F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı, X16, X17, X21, X22 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş ictimai yolun açılmasında cavabdehlərin yaratdıqları maneələr aradan qaldırılmalı-cavabdehlər Cavabdeh1 Təyibhacı qızının, Cavabdeh2 və Cavabdeh3 Camal oğlunun həmin 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun giriş hissəsinə qoyduqları dəmir darvaza cavabdehlər Cavabdeh1 Təyibhacı qızının, Cavabdeh2 və Cavabdeh3 Camal oğlunun öz hesabına sökülərək götürülməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və iş üzrə ödənilmiş 406 manat mütəxəssis xərci cavabdehlər Cavabdeh1 Təyibhacı qızından, Cavabdeh2 və Cavabdeh3 Camal oğlundan alınıb İddiaçı verilməli, həmçinin iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 Təyibhacı qızından, Cavabdeh2 və Cavabdeh3 Camal oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X25 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. JN-1018F KOD-40107018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı əsasında İddiaçı, X16, X17, X21, X22 və X7 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş ictimai yolun açılmasında cavabdehlərin yaratdıqları maneələr aradan qaldırılsın- cavabdehlər Cavabdeh1 Təyibhacı qızının, Cavabdeh2 və Cavabdeh3 Camal oğlunun həmin 0.22 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun giriş hissəsinə qoyduqları dəmir darvaza cavabdehlər Cavabdeh1 Təyibhacı qızının, Cavabdeh2 və Cavabdeh3 Camal oğlunun öz hesabına sökülərək götürülsün. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və iş üzrə ödənilmiş 406 manat mütəxəssis xərci cavabdehlər Cavabdeh1 Təyibhacı qızından, Cavabdeh2 və Cavabdeh3 Camal oğlundan alınıb İddiaçı verilsin; iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 Təyibhacı qızından, Cavabdeh2 və Cavabdeh3 Camal oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X25 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar