Məhkəmə qərarları › İş №2(019)-431/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-431/2020

23.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-431/2020 23.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X22 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı Balakən rayonu Şambul kəndində yerləşən ona məxsus 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən cavabdehlər tərəfindən zəbt edilmiş yolun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Şambul kəndində yerləşən ona məxsus 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən, cavabdehlər tərəfindən zəbt edilmiş yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh6 və Cavabdeh8 öldüklərindən cavabdeh qismində onların prosessual fəaliyyətinə xitam verilməsini xahiş etdi. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh6 və Cavabdeh8 cavabdeh qismində prosessual fəaliyyətinə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonunun Şambul kəndində yaşayır. Cavabdehlər onunla qonşuluqda yaşayırlar. Balakən rayon X14 xx xxx 1998-ci il tarixli 07 nömrəli qərarı ilə ona 0.12 hahəyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda Balakən rayon X14 xx xxx 2001-ci il tarixli 05 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 2.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 2.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-1xx xxx 40116018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, 0.12 ha torpaq sahəsinə isə torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlanmışdır. Dövlət Aktı verilmiş torpaq sahələri ayrıayrı yerlərdə yerləşir. Ona verilmiş 0.12 ha həyətyanı və 0.156 ha torpaq sahələri bir-birinə bitişikdir. Ona verilmiş 0.12 ha həyətyanı və 0.1546 ha torpaq sahələrinə gedən yol cavabdehlər Cavabdeh1, X15, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 tərəfindən zəbt edilmişdir. Yolun açılması ilə bağlı Balakən rayonu Şambul bələdiyyəsinə müraciət etsə də, bu məsələnin məhkəməyə aid olduğu bildirilərək yolun açılmasından imtina etmişlər. Cavabdehlərdən bu hərəkətlərinə son qoyulmasını tələb etsə də, onlar bundan qəti şəkildə imtina etmişlər. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi, Balakən rayonu Şambul kəndində yerləşən ona məxsus 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən, cavabdehlər Cavabdeh1, X15, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 tərəfindən zəbt edilmiş yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, X15, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş JN- 01xx xxx 40116018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon X14 xx xxx 2001-ci il tarixli 05 saylı qərarı ilə İddiaçı Osman oğlunun, X1, X8, X2, X9, Çixinova Cövharat Məhəmməd qızının və X3 ümumi birgə mülkiyyətinə Balakən rayonu Şambul kəndi ərazisindən 2.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş A seriyalı 092920 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, Balakən rayon X14 xx.xx.1998-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı 1200 kv/m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki Layihə-Tədqiqat İdarəsinin xx xxxxxx 2020ci il tarixli **********72 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan Balakən rayonu Şambul kəndində yerləşən 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yol nəzərdə tutulmuşdur. Elektron Baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrində iddiaçının pay və həyətyanı torpaq sahəsinə kimi nəzərdə tutulmuş yolun eni 4.50 metr, uzunluğu 298.0 metrdir. İddiaçı məxsus olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Elektron baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrinə əsasən yol nəzərdə tutulmuşdur. Tərtib edilmiş sxem 1-də göründüyü kimi nəzərdə tutulmuş yolun müəyyən hissələri cavabdehlər tərəfindən istifadə edilir. İddiaçı məxsus olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yol cavabdehlər Cavabdeh8 329 kv.m, Cavabdeh7 223 kv.m, Cavabdeh5 Nurəddin oğlu 52 kv.m, Cavabdeh4 77 kv.m, Cavabdeh3 138 kv.m, Cavabdeh1 Nurəddin oğlu 145 kv.m, X16 168 kv.m torpaq sahəsini istifadə edirlər. Aparılmış tədqiqatın dəyəri 73.20 manatdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 10/1984 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı məxsus olan Balakən rayonu Şambul kəndində yerləşən 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yol nəzərdə tutulmuşdur. Elektron Baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrində iddiaçının pay və həyətyanı torpaq sahəsinə kimi nəzərdə tutulmuş yolun eni 4.50 metr, uzunluğu 298.0 metrdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 10/1984 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı məxsus olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Elektron baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrinə əsasən yol nəzərdə tutulmuşdur. Tərtib edilmiş sxem 1-də göründüyü kimi nəzərdə tutulmuş yolun müəyyən hissələri cavabdehlər tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 10/1984 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı məxsus olan, Balakən rayonu Şambul kəndində yerləşən 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən yol cavabdehlər Cavabdeh8 329 kv.m, Cavabdeh7 223 kv.m, Cavabdeh5 Nurəddin oğlu 52 kv.m, Cavabdeh4 77 kv.m, Cavabdeh3 138 kv.m, Cavabdeh1 Nurəddin oğlu 145 kv.m, X16 168 kv.m torpaq sahəsini istifadə edirlər. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayon X14 xx xxx 1998-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 0.12 həyətyanı torpaq sahəsi, JN-01xx xxx 40116018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən isə İddiaçı Osman oğluna, X4, X12, X5, X13, Çixinova Cövharat Məhəmməd qızına və X6 ümumi birgə mülkiyyət hüququ ilə 2.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının mülkiyyətində olan 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə gedən yol cavabdehlər tərəfindən qanunsuz zəbt edilmiş, torpaq sahəsinin 223 kv.m hissəsindən Cavabdeh7, 52 kv.m hissəsindən Cavabdeh5 Nurəddin oğlu, 77 kv.m hissəsindən Cavabdeh4, 138 kv.m hissəsindən Cavabdeh3, 145 kv.m hissəsindən Cavabdeh1 Nurəddin oğlu, 168 kv.m hissəsindən X16 istifadə edir. Nəticədə iddiaçının hüquqları pozulur, o öz torpaq sahəsinə gedib gələ bilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə əsasən şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ümumi istifadədə olan torpaqlara aiddir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməli, Balakən rayonu Şambul kəndində yerləşən İddiaçı Osman oğluna məxsus 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış, Cavabdeh7 223 kv.m, Cavabdeh5 Nurəddin oğlunun 52 kv.m, Cavabdeh4 77 kv.m, Cavabdeh3 138 kv.m, Cavabdeh1 Nurəddin oğlunun 145 kv.m və X10 168 kv.m hissəsini zəbt edərək istifadə etdikləri 4.50 metr enində 298.0 metr uzunluğunda yol açılmalıdır. İddia təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə uyğun olaraq cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, X7 73.20 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Balakən rayonu Şambul kəndində yerləşən İddiaçı məxsus 0.12 ha həyətyanı və 0.156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün ayrılmış, Cavabdeh7 223 kv.m, Cavabdeh5 Nurəddin oğlunun 52 kv.m, Cavabdeh4 77 kv.m, Cavabdeh3 138 kv.m, Cavabdeh1 Nurəddin oğlunun 145 kv.m və X10 168 kv.m hissəsini zəbt edərək istifadə etdikləri 4.50 metr enində 298.0 metr uzunluğunda yol açılsın. Cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, X7 73.20 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod:210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar