Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-443/2021 15.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X29 qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, maraqlı şəxslər Maraqlı şəxs2 Saleh oğlunun, Maraqlı şəxs3 və Aşırova (Nəbiyeva) Kainət Saleh qızının iştirakları ilə Ərizəçi qohumluq faktının müəyyən edilməsi və mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2004-cü ildə ölmüş X12 onun nənəsi olması faktının müəyyən edilməsi və mərhum X10 qalmış mirasın qəbulu üçün ötürülmüş müddətin altı həftə müddətinə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur və həmin ünvanda yaşayır. Yaşadığı mülk nənəsindən qalmışdır. Onun, ailə üzvülərinin və ana nənəsi X19 daxil olmaqla, ümumi birgə mülkiyyətlərində pay torpaq sahəsi vardır. X1 xx.xx.1991-ci ildə, anası X16 xx.xx.2016-cı ildə, nənəsi X19 isə xx.xx.2004-cü ildə ölmüşlər. O,nənəsi X19 daxil olmaqla ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsini adına rəsmiləşdirmək istəyir. Mərhum X3 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayon Notariat Ofisinə müraciət etmiş, lakin, Balakən rayon Notariat Ofisinə təqdim etdiyi sənədlərdə, anası X11 doğum haqqında şəhadətnaməsi aşkar olmadığından mərhumə X12 onun nənəsi olması öz əksini tapmamış və eyni zamanda mərhum X2 qalmış mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürdüyünə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və bu barədə xx.xx.2021-ci il tarixli 289 nömrəli imtina məktubu ilə ona cavab ünvanlamışdır. Balakən rayon Notariat Ofisinin xüsusi notariusu ona X12 qohum olması və mirasin qəbulu faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyi izah etmişdir. X3 tək varisi odur, ondan başqa vərəsəsi yoxdur. Miras qalmış torpaq sahəsini 1985-ci ildən bəri faktiki olaraq qəbul etmiş və hal-hazırda onun istifadəsindədir, həmçinin vergiləri ödəyir. Buna görə də göstərilən ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilən Maraqlı şəxs2 Saleh oğlu göstərdi ki, Ərizəçi onun qardaşıdır. Rasul ailə üzvləri ilə birlikdə Balakən rayonu Katex kəndində nənəsi X14 məxsus olmuş evdə yaşayır. X1 xx.xx.1991-ci ildə, anası X16 xx.xx.2016-cı ildə, nənəsi X19 isə xx.xx.2004-cü ildə ölmüşlər.X2 qalan bütün miras Ərizəçi sahibliyində və istifadəsindədir. Mərhum X3 mirası ilə bağlı heç bir mübahisə yoxdur. Ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs3 və Aşırova (Nəbiyeva) Kainət Saleh qızı Maraqlı şəxs2 Saleh oğlu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs X34 Xidmət mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs X34 Xidmət mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan X34 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “mərhum X12 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X34 Xidmət mərkəzində Notariat Ofisinə müraciət etmişsiniz. Notariat hərəkətinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinin 5-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohum və digər münasibətləri aşağıdakı sənədlərlə müəyyən edilir. Vətəndaşlıq aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Lakin sizin təqdim etdiyiniz sənədlərdə ananız X11 doğum haqqında şəhadətnaməsi aşkar edilməmişdir. Bu səbəbdən mərhum X5 nənəsiz olması faktı öz əksini tapmır. Odur ki, Sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X8 ilə qohum olma faktını və mirasın qəbulu faktının müəyyən edən məhkəmə qətnaməsi təqdim etməlisiniz”. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Mazıx kənd soveti tərəfindən verilmiş xx xxxxxx 1964-cü il tarixli İ-İE-seriyalı 443874 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X18 arasında x xxxxxx 1964-cü ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Nəbiyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex kənd soveti tərəfindən xx xxxx 1971-ci il tarixdə verilmiş AZB seriyalı 066570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1960-cı ildə anadan olmuş, atası X20, anası X18 qeyd edilmişdir. İşdə olan Balakən rayon Katex kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 135464 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X6 xx.xx.1991-ci ildə ölmüşdür. İşdə olan Balakən rayon Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 842937 nömrəli ölüm qeydi haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2016-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 fevral 2020-ci il tarixdə verilmiş 278 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X19 xx xxxxx 2004-cü il tarixdə ölmüşdür İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Katex İƏD-si üzrə nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 21 nömrəli arayışdan görünür ki, X19 vəfat etdiyi xx.xx.2004-cü il tarixdə Balakən rayonu Katex kəndində daimi qeydiyyatda olmuşdur. X4 adlı vərəsəsi olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 343 nömrəli arayışdan görünür ki, Ərizəçi X3 mirasından 1985-ci ildən istifadə edir və halhazırda həmin mirasda yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli 320 nömrəli arayışdan görünür ki, Ərizəçi Dövlət aktında qeyd olunan Nəbiyev Rəsul MəmmədSalah oğlu ilə AZE №0******* Ərizəçi eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 279 nömrəli arayışdan görünür ki, X19 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşları vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.2004-cü ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd: Balakən rayonu Katex kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2004-cü il tarixli 31 nömrəli ölüm haqqında akt qeydinə əsasən X19 xx.xx.2004-cü ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən verilmiş JN-05xx xxx 40105018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 01 saylı qərarı ilə X14, Ərizəçi Məmmədsalah oğluna, X15, Nümayəndə Rəsul oğluna və X21 1.39 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir . Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1960-cı ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. Halhazırda da həmin ünvanda yaşayır. X1 xx.xx.1991-ci ildə, anası X16 xx.xx.2016-cı ildə, ana nənəsi X19 isə xx.xx.2004-cü ildə ölmüşlər. Onun, ailə üzvlərinin və ana X3 ümumi birgə mülkiyyətlərinə Balakən rayonu Katex kəndi ərazisindən 1,39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. O, nənəsi X19 da daxil olmaqla ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir. Bununla bağlı ərizəçi X12 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X34 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. X34 Xidmət Mərkəzində Notariat Ofisi təqdim edilmiş sənədlərdə anası X11 doğum haqqında şəhadətnaməsinin aşkar edilməməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməməsi əsası ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11.qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-1.4-cü bəndlərinə əsasən məhkəmələr nəzərə alınmalıdırlar ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Sözügedən Qərarın 2.2-ci bəndində göstərilmişdir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər. Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Məhkəmə işin hallarını, anası X11 doğum haqqında şəhadətnaməsi olmamasına görə ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ərizə qohumluq faktının müəyyən edilməsinə aid hissədə təmin edilməməlidir. Ərizəçiyə izah olunur ki, o, anası X13 doğum haqqında şəhadətnamə verilməsi üçün rəsmi qaydada Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etməli, Qeydiyyat Şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina etdikdə ərizəçi Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsinə uyğun olaraq doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli, qəbul edilmiş məhkəmə qətnaməsi əsasında anasına doğum haqqında şəhadətnamə almalıdır. Ərizənin mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1,1159.1.1-1159.1.5-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi mərhum X14 məxsus mülkdə yaşayıb,ona məxsus torpaq sahəsindən istifadə edir, həmin əmlaklara sahiblik edir, yəni faktiki olaraq mirası qəbul etmişdir. Ərizəçiyə izah olunur ki, belə olan halda o mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsinə dair deyil, mirasın qəbulu faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, Ərizəçi qohumluq faktının müəyyən edilməsi və mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: Ərizəçi qohumluq faktının müəyyən edilməsi və mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-443/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-443/2021
15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver