Məhkəmə qərarları › İş №2(019)-45/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-45/2021

09.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-45/2021 09.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, X2 Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpağın sahibinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1,İddiaçı3, İddiaçı2, İddiaçı4, X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonunun Kortala kəndi ərazisində «Şahlıq» adlanan yerdə yerləşən və qanuni ailələrinə məxsus olan ümumi 0.50 ha torpaq sahəsinin Cavabdeh alınıb onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı4 Məhəmməd qızı və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə İsa oğlu ərizə ilə məhkəməyə müraciət edərək , iş üzrə müstəqil ekspert-mütəxəssis rəyinin alınması ilə bağlı işin baxılmamış saxlanmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin özlərinə geri qaytarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2, X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Cavabdeh Ramazan oğlu məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini göstərərək iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, iddiaçılar İddiaçı2 və X2 məhkəmə iclasına gəlməmələrini , iddiaçılar İsmayılov Tacəddin İsmayıl oğlunun, İsmaylova Rəisət Məhəmməd qızının və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə İsa oğlunun ərizənin baxılmamış saxlanması barədə ərizə vermələrini, Cavabdeh oğlunun işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, ərizəyə əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalıdır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, X1 müştərək qaydada 321,40 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərci tutulub Kаpitalbаnkın 1 sаylı Xətаi filiаlı, Kоd 200071, VÖEN (bаnk) **********, Müxbir hesаb АZ37NАBZ **********0000001944, SMİFT: АİİBАZ2X.Kаdаstr və Yerquruluşu Lаyihə-Tədqiqаt Mərkəzi MMC VÖEN: **********, АZ23АİİB ******************** №li hesаbа , 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İddiaçılar İddiaçı1,İddiaçı3, İddiaçı2, İddiaçı4, X3 izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, X2 Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpağın sahibinə qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, X1 müştərək qaydada 321,40 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair xərci tutulub Kаpitalbаnkın 1 sаylı Xətаi filiаlı, Kоd 200071,VÖEN (bаnk) **********,Müxbir hesаb АZ37NАBZ **********0000001944, SMİFT: АİİBАZ2X.Kаdаstr və Yerquruluşu Lаyihə-Tədqiqаt Mərkəzi MMC VÖEN: **********, АZ23АİİB ******************** №li hesаbа , 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X6, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba köçürülsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, X3 izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar