Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-463/2020 05.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı 1.64 ha torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2,İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh JN12xx xxx 40103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ailələrinə verilmiş 1.64 ha pay torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən rayonunun Qazma kənd sakinləridir. Balakən Rayon X1 xx xxx 1998-ci il tarixli 06 nömrəli qərarı ilə ailələrinin mülkiyyətinə 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi çöl ərazisindən verilmişdir. 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-12xx xxx 40103018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Mülkiyyətlərinə verilmiş 1.64 ha pay torpaq sahəsini İddiaçı1 2015-ci ildə Cavabdeh aralarında olan şifahi razılaşma əsasında 4 il müddətinə müvəqqəti istifadə üçün vermişdir. Həmin dövrdə uşaqlarından Eltun Vəliyev hərbi xidmətdə, İddiaçı3 isə Bakı şəhərində olmuşlar. Həmçinin Asim və Asimənin də həmin torpaq sahəsinin icarəyə verilməsindən xəbərləri olmamışdır. Cavabdeh torpaq sahəsinin icarəyə verilməsi müddəti bitdiyindən ondan həmin torpaq sahəsini geri tələb edirlər. Lakin cavabeh özbaşınalıq edir. Torpaq sahəsindən çıxmır və istifadə etməyə davam edir. Onlar Azəri məcburi qaydada torpaq sahəsindən çıxara bilmirlər. Cavabdeh onları hədələyir, torpaq sahəsidən çıxmayacağını bildirir. Onun hərəkətləri ilə bağlı lazımi təşkilatlara müraciət etmişlər. Lakin heç bir nəticə alınmamışdır. Buna görə də cavabdehin onlara məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Onlar məhkəməyə ərizə göndərərək iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan JN-12xx xxx 40103018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon X1 xx xxx 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisindən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə 1,64 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Balakən rayon X1 xx xxx 1998-ci il tarixli 06 nömrəli qərarı ilə JN-12xx xxx 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Balakən rayonu Qazma kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə verilmişdir. Həmin 1.64 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi çöl sahəsindən verilmişdir. Göstərilən torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Torpaq sahəsinin mülkiyyətçiləri hazırda cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsələr də, cavabdeh torpaq sahəsindən çıxmır. Buna görə də, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən X3 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-463/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-463/2020
05.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver