Məhkəmə qərarları › İş №2(019)-47/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-47/2021

18.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-47/2021 18.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil1 və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sair tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən onlara məxsus Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsinin boşaldılması, cavabdehin həmin torpaq sahələrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh o-İddiaçı1 məxsus Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinin İddiaçı1 qaytarılması, İddiaçı2 ona məxsus Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsinin İddiaçı2 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Eyni zamanda Cavabdeh da İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixdə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, onlar iddiaçılar: İddiaçı1 Balakən rayonu Qullar Bələdiyyəsindən hərrac yolu ilə Balakən rayonu Çor-Çorbinə kəndində yerləşən ərazidən 0,12 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən 16 dekabr 2019-cu il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Reyestr nömrəsi **********95 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarış almışdır. Həmçinin həmin torpaq sahəsinin A№467012 nömrəli planı və ölçüsü sənədi də vardır. İddiaçı2 16 dekabr 2019-cu ildə Balakən rayonu Qullar Bələdiyyəsindən hərrac yolu ilə Balakən rayonu Çor- Çorbinə kəndində yerləşən 0,12 ha torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət Qeydiyyatından Reyestr nömrəsi **********94 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarış və həmin torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Həmin Torpaq sahəsinin planı və ölçüsünə dair A№467012 nömrəli sənəd almışdır. Lakin onlar iddiaçılar: İddiaçı1 və İddiaçı2 məxsus torpaq sahəsindən Cavabdeh istifadə etməyə qoymur. Cavabdehin əlində hec bir hüquqmüəyyənedici sənəd olmadığı halda onlara məxsus torpaq sahələrini boşaltmır. Dəfələrlə onunla məhkəmədənkənar pretenziya qaydasında aparılan danışıqlar hec bir müsbət nəticə verməmişdir. Cavabdeh onlara məxsus torpaq sahəsini boşaltmaq istəmir. Odur ki, onlar iddiaçılar: İddiaçı1 və X8 Cavabdeh qarşı onlara məxsus torpaq sahələrindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia ərizəsinə əlavə edilmiş və Balakən rayonu Çor-Çorbinə kəndində 0,12 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsi Reyestr nömrəsi **********95 qeydiyyat nömrəsi ********** olan çıxarışa və A№467012 nömrəli 16.12.2019-cu ildə verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı1 mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Reyster nömrəsi **********94 qeydiyyat nömrəsi ********** olan və A№467012 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,12 ha torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2,qarşılıqlı iddia üzrə Cavabdeh qarşı Balakən Rayon Məhkəməsində iddia qaldıraraq, bildirmişlər ki, Balakən rayonu Qullar Bələdiyyəsindən hərrac yolu ilə hər birinə Balakən rayonu Çor-çorbinə kəndində yerləşən ərazidən 0.12 ha torpaq sahəsi almışlar.Hər ikisi həmin torpaq sahələrini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 16 dekabr 2019-cu il tarixdə Hüquqların Dövlət Qeydiyyatı haqqında Reyestr nömrəsi **********95 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarış almışdır. Həmçinin həmin torpaq sahəsinin AN 467012 nömrəli planı və ölçüsü sənədi də almışlar.İlk iddia üzrə hər iki iddiaçı Qullar Bələdiyyəsindən torpaq sahələrini almaları barədə çıxarış və aldıqların torpaq sahəsinin planı və ölçüsünü məhkəməyə təqdim etmişlər. İlk iddia üzrə iddiaçılar iddiasında aldıqları torpaq sahələrini Bələdiyyədən hərrac vasitəsilə aldıqlarını bildirsələr də, məhkəməyə bu barədə heç bir sənəd təqdim edə bilməmişlər. İlk iddia üzrə İddiaçı1 əvvəlindən şəhərdə pasport qeydiyyatında olduğu zaman Qullar Bələdiyyəsindən hərrac vasitəsilə torpaq sahəsi aldığını iddia edir.Halbuki Bələdiyyələr haqqında qanunda göstərilir ki, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarına satıla bilər. Eyni zamanda X5 Həlimə Vəli qızına torpaq sahəsi satarkən 28 sentyabr 2018-ci il tarixli Ayrıcı AKT-ı tərtib edərək saxtakarlığa yol verərək, AKT-da göstərmişdir ki,Qullar Bələdiyyəsinin 84 saylı 24.09.2018-ci il tarixli məktubu əsasında əraziyə baxış keçirilərkən məlum oldu ki,Qullar Bələdiyyəsinin 31 Oktyabr 2006-cı il tarixli 11 saylı qərarı ilə Qullar kənd sakini İddiaçı1 qızma ayrılmış 0,12 ha torpaq sahəsi aşağıda göstərilən ərazidə yerləşir. Bununla bağlı Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivinə göndərilən sorğuya 35 saylı 09 sentyabr 2020-ci il tarixli cavabında Balakən rayon Dövlət Arxivində mühafizə olunan Qullar Bələdiyyəsinin 31 oktyabr 2006-cı il tarixli 11 nömrəli protokolunda İddiaçı1 həyətəyanı torpaq sahəsi verilməsi barədə qeydiyyat aparılmamışdır. Qullar Bələdiyyəsi torpaq sahəsini Qallacovaya satarkən daha bir saxtakarlığa yol vermişdir.Həmin torpaq sahəsi faktiki onun Bələdiyyə ilə bağladığı müqavilə əsasında istifadə etdiyi ərazini vətəndaşlara hərrc adı altında Balakən şəhər sakini olan Qallacovaya heç bir əsas olmadan mülkiyyətində olan torpaq sahəsini onun adına saxtalaşdırmışdır. Bu da Qallacova ilə Bələdiyyə arasında bağlanan alqı-satqı müqaviləsi və onun da nəticəsində DƏDRX-nin 18 saylı İdarəsi tərəfində verilən çıxarışın ləgv edilməsinə əsasdır. Digər tərəfdən ilk iddia üzrə İddiaçı2 ilə Qullar Bələdiyyəsi arasında hərrac yolu ilə alınan torpaq sahəsinə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışın ləgv edilməsinə səbəb isə Bələdiyyə ilə aralarında bağlanan icarə müqaviləsidir ki,hal-hazırda həmin müqavilə öz qüvvəsində olduğu zaman Qullar Bələdiyyəsi həmin torpaq sahəsini Əzimovaya qanunsuz olaraq sənədlərdə saxtakarlıq etmək yolu ilə satmışdır. Eyni zamanda sorğularına Qullar Bələdiyyəsinin 73 saylı 11.09.2020-ci il tarixli cavabında İddiaçı2 0,12 ha həyətyanı torpaq sahəsinin 16 dekabr 2020-ci il tarixində hərrac yolu ilə satılması barədə Qullar Bələdiyyəsində məlumatın olmaması barədə məktub göndərmişdir. Halbuki,həmin torpaq sahəsi əkin-biçin üçün yararsız olduğundan həmin ərazidə xeyli vəsait xərcləmələklə əməli istifadəyə yararlı vəziyyətə gətirmişdir, bunu ərazidə yaşayan sakinlər də sübut edər. Qanunun tələblərindən də göründüyü kimi, bu işdə onun haqlı olduğu qanunla müəyyən olunur.Belə ki, Balakən raynu Qullar bələdiyyəsi ilk növbədə müqavilə şərtlərinə görə icarəyə verdiyi torpaq sahəsinin hansı vəziyyətdə ona verməsini bilirdi və onun icarəyə götürdüyü ərazidə öz vəsaiti hesabına abadlaşdırdıqdan sonra həmin ərazini heç bir əsası olmadan xəlvəti olar hərrac adı altında hərrac elan etmədən, həmin ərazidə mübahisənin ola bilməsini araşdırmadan öz şəxsi maraqlarına görə Qullar ərazisində pasport qeydiyyatı olmayan vətəndaşa satmışdır.Halbuki həmin ərazi 21 sentyabr 2012-ci ildən 01 sentyabr 2020-ci il tarixinə qədər Qullar bələdiyyəsi ilə aralarında bağlanan müqavilə ilə icarəsindədir. İlk iddia üzrə iddiaçılar İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixli verilmiş çıxarış və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixli verilmiş çıxarış qanunvericiliyin tələbinin pozulması ilə bağlandığından ləgv edilməlidir. İlk iddia üzrə iddiaçıların tələblərinin qanunsuz və əsassız olduğundan ilk iddianın rədd,qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsivəkilini və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli 16.12.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Çör-Çörbinə kəndi 0.12 ha yaşayış məntəqələrinin torpaqları 83 №li reyestr kitabının 43 №li vərəqində 16.12.2019-cu il tarixdə İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95 olan, 467012 qeydiyyat nömrəli 16.12.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndi 0.12 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli 16.12.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Çör-Çörbinə kəndi 0.12 ha kənd yaşayış məntəqələrinin torpaqları 83 №li reyestr kitabının 44 №li vərəqində 16.12.2019-cu il tarixdə İddiaçı2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********94 olan, 467129 qeydiyyat nömrəli 16.12.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndi 0.12 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 10/4695 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, 16.12.2019-cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Ancaq DƏDRX tərəfindən İddiaçı1 adına reyestr nömrəsi **********95 olan torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin 0.12 ha torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti tərtib edilmişdir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tələfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, 16.12.2019-cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0595 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir (sxem 2)), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, 16.12.2019-cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı2 qızinın xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbİnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Ancaq DƏDRX tərəfindən reyestr nömrəsi **********94 olan İddiaçı1 Vəii qızının adına işlənilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin 0.12 ha torpaq sahəsinin coğrafi yerləşmə vəziyyəti tərtib edilmişdir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir (sxem 3)), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, 16.12.2019-cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0541 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (sxem mütəxəssis rəyinə əlavə edilmişdir (sxem 4)). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 23 sentyabr 2021-ci il tarixli, 10/4695 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan 13.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, ilk iddia üzrə iddiaçılar hazırki iddianın qaldırılması ilə əlaqədar qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişlər. İş materiallarından həmçinin görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı2 hər birinin mülkiyyətində Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 adına qeydə alınmış və onlara daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli və reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 23 sentyabr 2021ci il tarixli, 10/4695 saylı rəyi ilə müəyyən olunur ki, reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, 16.12.2019-cu il tarixli Çıxarışla ilk iddia Üzrə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Reyestr nömrəsi **********95 olan, ********** qeydiyyat nömrəli, 16.12.2019-cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör- Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0595 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, 16,12.2019cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı2 qızinın xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbİnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin hər hansı bir hissəsində mərz nişanları və naturada fiziki sərhədləri mövcud deyildir. Reyestr nömrəsi **********94 olan, ********** qeydiyyat nömrəli, 16.12.2019-cu il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən həmin torpaq sahəsinin 0.0541 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı1 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsi və İddiaçı2 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsi Cavabdeh qanunsuz sahiblik və istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X7 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçıların torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə ilk iddia ilə bağlı işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh, **********95 olan, ********** qeydiyyat nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0595 ha issəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və **********94 olan, ********** qeydiyyat nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilən sxem 4) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və onların mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə ilk iddia qismən təmin edilməklə, cavabdeh Qardaşov X3 Həlimə Vəli qızının xüsusi mülkiyyətində olan sözügedən 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 4) hissələrindən çıxarılmalı və həmin 0.12 ha torpaq sahəsinin ilk iddia üzrə cavabdehin qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha hissəsi İddiaçı1, həmin 0.12 ha torpaq sahəsinin ilk iddia üzrə cavabdehin qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha hissəsi isə İddiaçı2 qaytarılmalı, ilk iddia cavabdehin İddiaçı1 xüsusi mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və İddiaçı2 xüsusi mülkiyyətində olan sözügedən 0.12 ha torpaq sahəsinin müvafiq olaraq qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha (mütəxəssis rəyinə əlavə edilən sxem 4) hissələrindən artıq torpaq sahələrindən çıxarılması və 0.0595 ha və 0.0541 hahissələrindən artıq torpaq sahələrinin onlara qaytarılması hissəsində isə təmin edilməməlidir. Göstərilənlərin konteksində məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək, həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda əqdin etibarsızlığının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qarşılıqlı iddia üzrə iddiaçı, həmin iddia üzrə cavabdeh İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixdə verilmiş çıxarışın və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixdə verilmiş çıxarışın ləğvi tələbini həmin müqavilələr və çıxarışlarla ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərin xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin onun icarəsində olması ilə əsaslandırır. Lakin qarşılıqlı iddia üzrə iddiaçının məhkəmə təqdim etdiyi 19 sentyabr 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqavilənin Balakən rayonu Qullar Bələdiyyəsi ilə Cavabdeh arasında Qullar kəndi Çor-Çorbinə adı ərazidə yerləşən torpaq sahəsi ilə bağlı 01 sentyabr 2019-cu il tarixdə 1 il müddətinə bağlandığı və 01 sentyabr 2020-ci il tarixədək qüvvədə olduğu göstərilmiş, lakin həmin müqavilədə hansı ölçüdə və hansı kateqoriyada torpaq sahəsinin icarəyə verilməsi göstərilməmiş, bu torpaq sahəsinin məhz ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərin xüsusi mülkiyyətinə verilmiş torpaq sahələri olması müəyyən edilməmişdir. Ən əsası qanunun tələbinə görə həmin icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olduğu halda, qeydiyyata alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Göründüyü kimi qanunvericilik torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququnun yaranmasını birbaşa həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlayır. Hətta hipotetik olaraq qarşıqlı iddia üzrə iddiaçıya 01 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə icarəyə verilən ölçüsü göstərilməyən torpaq sahəsinin ilk iddia iddaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərin xüsusi mülkiyyətinə verilmiş sözügedən torpaq sahələrinin eyni olması qəbul olunsa belə, həmin icarə müqaviləsi on bir aydan çox müddlətə bağlanılmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından qarşılıqlı iddia üzrə iddiaçının həmin torpaq sahəsinə icarə hüququ yaranmır, həmin müqavilə heç bir hüquqi nəticəyə səbəb olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Göründüyü kimi Cavabdeh 01 avqust 2019-cu il tarixli icarə müqaviləsi üzrə torpaq sahəsinə icarə hüququ dövlət qeydiyyatına alınmadığından və bu icarə müddəti keçdiyindən iddia etdiyi torpaq sahəsinə icarə hüququ, istifadə hüququ və digər hüquqları mövcud olmamışdır və hazırda da mövcud deyildir. Həmçinin Cavabdeh Balakən rayonu Qullar Bələdiyyəsi ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 0,12 ha torpaq sahələrinin alqı-satqı müqavilələrinin tərəfi deyildir, bu müqavilələr və onlar əsasında qarşılıqlı iddia üzrə cavabdehlərə verilmiş çıxarışlar onun qanun əsasında yaranmış hüquq və mənafelərinə toxunmur. Qanun yalnız müqavilə tərəflərinin həmin müqavilənin ləğvi tələbini qoymaq hüqununu tanıyır (Mülki Məcəllənin 422-423-cü maddələri). Belə olan halda Cavabdeh, İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixdə verilmiş çıxarışın ləğvini tələb etmək üçün subyektiv hüququ yoxdur. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən və Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsindən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin qeyd edildiyi kimi, hazırki halda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlərə qarşı göstərilən tələblə bağlı məhkəməyə müraciət etmək barədə sübyektiv hüququ mövcud deyildir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçının bu tələblə bağlı subyektiv hüququ mövcud olsaydı belə o, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlərlə bələdiyyə arasında bağlanmış alqı-satqı əqdlərinin etibarsızılığı tələbini qoymalı idi. Lakin o, bu əqdlərin və həmin əqdlər əsasındla verilən çıxarışların ləğvi tələbini qoymuşdur və bu xüsusda bu əqdlərin və həmin əqdlər əsasında verilmiş çıxarışların ləğvi üçün əsas verən halları təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıyır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi barədə məhkəməyə müraciət edən şəxs bu tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsinə faktoloji və hüquqi əsaslar olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, qarşılıqlı iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İşdəki sübutlardan birmənalı görünür ki, qarşılıqlı iddia predmetini təşkil edən qarşılıqlı iddia üzrə cavabdehlərə verilmiş sənədlər, o cuümlədən çıxarışlar qanunun tələbinə uyğun tərtilb edilərək verilmişdir. Bu xüsusda məhkəmə hesab edirik ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli daşınmaz əmlaka iddia etdiyi hər hansı hüququnun pozulması halı, alqı-satqı müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlərin hüquqlarının pozulması hesabına aradan qaldırlıa bilməz və qarşılıqlı iddia üzrə iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlakı satana qarşı ayrıca iddia qaldırmaqla mübahisə aça bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edirki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Bununla yanaşı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət'reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, həmin qanun normalarına görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı pezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilənlər də qarşılıqlı iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsinin ilk iddia üzrə İddiaçı1 və 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsinin ilk iddia üzrə İddiaçı2 mülkiyyətində olmasını, ilk iddia üzrə cavabdehin heç bir hüququ olmadan İddiaçı1 məxsus həmin 0.12 ha torpaq sahəsinin 0.0595 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 2) və İddiaçı2 məxsus 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilən sxem 4) qanunsuz istifadə etməsini və qeyri-qanuni sahiblik etməsini, nəticədə ilk iddia üzrə iddiaçıların öz mülkiyyətlərində olan torpaq sahələrinə tam sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilməmələrini, bununla da onların mülkiyyət hüququnun pozulmalarını nəzərə alaraq, hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı1 xüsusi mülkiyyətində olan, Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisinin mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.0595 ha hissəsindən və ilk iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisinin mütəxəssis rəyinə əlavə edilən sxem 4-də göstərilən 0.0541 ha hissəsindən çıxarılmalı, həmin 0.12 ha torpaq sahəsinin ilk iddia üzrə cavabdehin qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha hissəsi İddiaçı1, həmin 0.12 ha torpaq sahəsinin ilk iddia üzrə cavabdehin qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha hissəsi isə İddiaçı2 qaytarılmalı, ilk iddia qalan hissədə təmin edilməməli, ilk iddia üzrə cavabdeh X1 10 manat dövlət rüsumu tutularaq ilk iddia üzrə İddiaçı1 və 10 manat dövlət rüsumu tutularaq ilk iddia üzrə İddiaçı2 ödənilməli, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixdə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası əsasız olduğundan təmin edilməməli, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı X2 aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 50,0 manat ekspertiza xərci ilk iddia üzrə Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin olunsun; ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı1 xüsusi mülkiyyətində olan, Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisinin mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0.0595 ha hissəsindən və ilk iddia üzrə İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Çör-Çörbinə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisinin mütəxəssis rəyinə əlavə edilən sxem 4-də göstərilən 0.0541 ha hissəsindən çıxarılsın; həmin 0.12 ha torpaq sahəsinin ilk iddia üzrə Cavabdeh qanunsuz sahiblik və istifadə etdiyi 0.0595 ha hissəsi İddiaçı1, həmin 0.12 ha torpaq sahəsinin ilk iddia üzrə Cavabdeh qanunsuz sahiblik və istifadə etdiyi 0.0541 ha hissəsi isə İddiaçı2 qaytarılsın; ilk iddia qalan hissədə təmin edilməsin; ilk iddia üzrə cavabdeh X1 10 manat dövlət rüsumu tutularaq ilk iddia üzrə İddiaçı1 və 10 manat dövlət rüsumu tutularaq ilk iddia üzrə İddiaçı2 ödənilsin. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı İddiaçı1 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixdə verilmiş çıxarışın və İddiaçı2 ilə Balakən rayonu Qullar Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun da əsasında ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsində ********** qeydiyyat nömrəsi ilə 16.12.2019-cu il tarixdə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı X2 aid edilsin. İş üzrə 50,0 manat ekspertiza xərci ilk iddia üzrə Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar