Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-47/2022 01.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh, həmçinin ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı5 və İddiaçı6 nümayəndəsi İddiaçı4, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X11 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 X12 qarşı Balakən rayonu Tülü kəndində yerləşən JN-1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin onun qeyri-qanuni sahibliyindən geri alınması, maddi ziyan tələbinə dair ilk iddiası və X11 İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 X16 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Tülü kəndində yerləşən JN-1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan İddiaçı4 Qüdət oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Tülü kəndində yerləşən JN1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kv.m torpaq sahəsindən X11 çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi və onlara dəymiş 42000 (qırx iki min) manat ziyanın, ödənilmiş vergilərin X8 tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda ilk iddia üzrə iddiaçılar ilk iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh X11 Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsindən çıxarılması, Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsinin cavabdeh X11 qanunsuz sahibliyindən geri alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanı Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 sahibliyinə qaytarılması, cavabdeh X8 Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsində əkilmiş fındıq məhsulundan əsassız olaraq əldə edilmiş 52000 (əlli iki min) manat pulun, 30 manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanı Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Eyni zamanda X3 Qüdrət Məhəmməd oğlu, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 9550 manat əsassız varlanmaya görə çəkilmiş xərcin, 400 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi, pulun alınması ilə torpaq sahəsinin verilməsinin eyni anda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh, həmçinin ilk ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı5 və İddiaçı6 nümayəndəsi İddiaçı4 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, ilk iddia üzrə iddiaçılar Balakən rayonunun Tülü kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə onlara 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN-1246 KOD 40114018 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı hazırlanmışdır. Həmin torpaq sahəsi onlara 3 hissədən verilmişdir (1246F, 1246R, 1246A). X49 ərə gedib, Rusiya Federasiyasında yaşayır. Belə ki, 2000-ci il aqrar islahat dövründən onlara verilmiş JN-1246 KOD 40114018 olan torpaq sahəsinin planşet nömrəsi 1246R olan, 6559.35 kv.m. torpaq sahəsində yerləşən fındıq bağını X13 birgə mülkiyyətilərində olan torpaq sahəsini 300 ABŞ dolları qarşılığında müvəqqəti istifadə etmək üçün vermələrinə baxmayaraq, o, uzun müddətdir ki, isitifadə edir, torpaq sahəsini onlara qaytarmır. Torpaq sahəsinin onlara qaytarılması ilə bağlı dəfələrlə demişlər, cavabdeh bildirmişdir ki, “baxmayaraq ki, torpaq sahəsi sizin adınızadır, o, həmin torpaq sahəsini qaytarmayacaqdır”. Həmin torpaq sahəsinə ehtiyacları olduğuna görə cavabdeh X16 torpaq sahəsindən çıxmasını bildirmişlər. Cavabdeh X25 isə torpaq sahəsindən çıxmaqdan imtina edir və hal-hazıra kimi torpaq sahəsini zəbt etməyə davam edir. Cavabdehi məcburi olaraq torpaq sahəsindən çıxara bilmirlər. Bununla bağlı Balakən rayon Tülü Bələdiyyəsinə və İnzibati Ərazi dairəsinə müraciət etmişlər. Lakin cavabdeh X11 həmin torpaq sahəsində çıxarılması mümkün olmamışdır. Bundan əlavə 2002-ci il tarixdən cavabdeh X25 mübahisə predmeti olan Balakən rayonu Tülü kəndində yerləşən 6559.35 kv.m torpaq sahəsindən hüquqi əsas olmadan istifadə etmiş, torpaq sahəsindən əldə olunmuş fındıq məhsulunun dəyərini iddiaçılara qaytarmamış, əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın dəyərinin ödənilməsi cavabdehdən tələb olunmasına baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbli iddiaçılar iddia tələbinin həcmini artırmaq məcburiyyətində qalmışlar. Belə ki, Balakən rayon Statistika İdarəsinin 17 noyabr 2021-ci il tarixli 214 nömrəli məktubu ilə müəyyən olunduğu kimi, fındıq məhsulunun Respublika üzrə 1 hektara olan məhsuldarlığı 2002-2020-ci illər üzrə ortalama 11.2 (1120 kiloqram) sentner olmuş, ortalama illik istehlak qiyməti isə 3.73 manat olmuşdur. Mübahisə predmeti olan Balakən rayonu Tülü kəndində yerləşən torpaq sahəsinin 6559.35 kv.m olması nəzərə alındıqda həmin torpaq sahəsindən (10.000 kv.m=1120 kq, 6559.35 kv.m=X kq, X=734.6 kq) cavabdeh bir il ərzində 734.6 kq fındıq məhsulu əldə etmişdir. Fındığın Respublika üzrə ortalama illik istehlak qiymətinin 3.73 manat olduğu nəzərə alınmaqla cavabdeh həmin torpaq sahəsindən 1 il ərzində 2740 manat əsassız olaraq qazanc əldə etmişdir. Göründüyü kimi, 2003-cü ildən 2021-ci ilədək olan 19 il ərzində Cavabdeh həmin torpaq sahəsindən fındıq məhsulunu satmaqla və ya istifadə etməklə ümumilikdə 52000 manat dəyərində əsassız olaraq varlanmışdır. Bundan əlavə Balakən rayonu Tülü kənd sakini X25 iddiaçıların mülkiyyətində olan torpaqdan çıxmır və mülkiyyətlərindən qanunsuz istifadə edir, belə ki, aralarında notariat ofisində bağlanmış heç bir alqı- satqı müqaviləsi yoxdur, hətta icarə müqaviləsi də yoxdur. Notariat ofisindən başqa digər yerdə saxta yolla hazırlanmış hər hansı sənəd qanuni alqı-satqı müqaviləsi sayıla bilməz. Qanunla mülkiyyət paylı olduğu halda, alqı-satqı bütün payçılarla olmalıdır, hətta bir payçı yalnız öz payını satmaq istədiyi halda digər payçılardan notarial qaydada razılıq almalıdır. Eyni zamanda bildirir ki, 09 aprel 2002-ci il tarixdə atası İddiaçı1 və anası İddiaçı2 JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm torpaq sahəsini X20 400 (dörd yüz) ABŞ dollarına satmışlar. Həmin torpaq sahəsi cavabdehə verildiyi vaxt orada 65 ədəd yeni əkilmiş fındıq ağacları olmuşdur. Həmin vaxtdan hazırki vaxtadək həmin torpaq sahəsini Nərman Akubayev istifadə edir. Cavabdeh sonradan həmin torpaq sahəsində qanunsuz olaraq onların razılığı olmadan əlavə 53 ədəd fındıq ağacları əkmişdir. 09 aprel 2002-ci il tarixdə atası İddiaçı1 və anası İddiaçı2 həmin torpaq sahəsini digər paylı mülkiyyətçilərin razılığı olmadan qeyri-qanuni olaraq cavabdehin atasına satmışlar. Ona görə də hər hansı ziyan məsələsində İddiaçı1 və İddiaçı2 məsuliyyət daşıyırlar. Torpaq sahəsi notarial qaydada satılmadığına, torpağın cavabdehə verilməsində digər iddiaçıların razılığı alınmadığına, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq onların razılığı olmadan əlavə 53 ədəd fındıq ağacları əkildiyinə görə qarşılıqlı iddianı əsassız hesab edir. Qeyd edilənləri nəzərə alaraq qarşılıqlı iddianın rədd edilməsi, cavabdeh X11 Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (kod ********) dövlət aktının. 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.m torpaq sahəsindən çıxarılması, Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (kod ********) dövlət aktının, 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.m torpaq sahəsinin cavabdeh X11 qanunsuz sahibliyindən alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 sahibliyinə qaytarılması, cavabdeh X8 Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (kod ********) dövlət aktının. 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.m torpaq sahəsində əkilmiş fındıq məhsulundan əsassız olaraq əldə edilmiş 52.000 (əlli iki min) manat pulun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 ödənilməsi barədə qətnamə çıxarılmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X25 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçılar İddiaçı1 və qeyriləri cavabdeh X16 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Tülü kəndində yerləşən JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm torpaq sahəsindən cavabdeh X11 çıxarılması, həmin torpaq sahəsinin onun qeyriqanuni sahibliyindən geri alınması, mülkiyyət hüquqlarının bərpa edilməsi və 52000 manat ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qeyd etmək istəyir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə 1.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara üç hissədən verilmişdir. JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm torpaq sahəsi Balakən rayonu Tülü kəndində “Müşkünazın bağı” adlanan ərazidən verilmişdir. 09 aprel 2002-ci il tarixdə İddiaçı1 və İddiaçı2 JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm torpaq sahəsini atası X20 400 (dörd yüz) ABŞ dollarına satmışlar. Həmin 400 ABŞ dolları pul onun tərəfindən atası Abakar Akubayevə verilmiş və X37 onun üçün həmin 400 ABŞ dolları məbləğində pul hesabına həmin 6559.35 kv.metr torpaq sahəsini İddiaçı1 və İddiaçı2 almışdır.Həmin torpaq sahəsini aldıqları vaxt orada 65 ədəd yeni əkilmiş fındıq ağacları olmuşdur. 2002-ci ildən başlayaraq o, həmin torpaq sahəsində əlavə 53 ədəd fındıq ağacları əkmişdir. Orada yeni əkilmiş fındıq bağını yetişdirmişdir. 26 yanvar 2003-cü ildə atası X38 vəfat etmiş, vəfat etməzdən qabaq fındıq bağını ona vermişdir. Alındığı vaxtdan 0.65 ha torpaq sahəsi onun istifadəsindədir. Hazırda həmin sahədə 118 ədəd fındıq ağacları vardır. İddiaçıların satdığı torpaq sahəsində 2002-ci ildə 53 ədəd fındıq ağacı əkmiş və 20 illik hər fındığın əkilib-yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, orada həmin vaxt yeni əkilmiş 65 ədəd və onun tərəfindən əkilmiş 53 ədəd fındıq ağaclarının diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə bu müddət ərzində 53 ədəd ağacdan hər ağaca görə 110 manat xərc çəkmişdir. Orada yeni əkilmiş 65 ədəd fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsinə görə isə hər ağaca 50 manat xərc çəkmişdir. İstifadəsində olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kol-kosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına 1000 manat xərc çəkmişdir. Beləliklə 0.66 ha torpaq sahəsinə çəkdiyi xərclər 53 ədəd fındıq ağacına görə 5300 manat, 65 ədəd fındıq ağacına görə 3250 manat, torpağın yaxşılaşdırılması görə 1000 manat, cəmi 9550 (doqquz min beş yüz əlli) manat edir. Torpaq sahəsini iddiaçılara verəcəyi halda iddiaçılar çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. İlk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini və İddiaçı1, İddiaçı2, X21, İddiaçı4, İddiaçı5, İddiaçı6 9550 (doqquz min beş yüz əlli) manat əsassız varlanmaya görə çəkilmiş xərcin, 400 (dörd yüz) ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi, pulun alınması ilə torpaq sahəsinin verilməsinin eyni anda həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X11 nümayəndəsi-vəkili Vəkil2 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat vermiş və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1246 KOD-40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli, 8 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X21, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 1.37 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Tülü kənd İcra Nümayəndəliyi tərəfindən 09 aprel 2002-ci il tarixdə təsdiq edilmiş AKT-dan görünür ki, İddiaçı1 və İddiaçı2 JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm torpaq sahəsini X17 400 (dörd yüz) ABŞ dollarına satmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Tülü Bələdiyyəsinin 05 iyul 2021-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, Tülü kənd sakini X26 mərhum atası ilə kənd sakini İddiaçı1 və ailəsinə məxsus 65 ədəd fındıq topası ilə 0.66 ha torpaq sahəsini 09.04.2020-ci il tarixli akta əsasən birdəfəlik almışdır. Akubayev Nərman aldığı 0.66 ha pay torpaq sahəsini qonşularının şahidliyi ilə kol-kosdan təmizləmiş və 53 ədəd fındıq topası əkmişdir. Bu torpaq sahəsi üçün hesablanmış vergilər 2002-ci ildən 2020-ci il tarixədək X14 qardaşı X27 tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Tülü Bələdiyyəsi tərəfindən 05 iyul 2021-ci il tarixdə təsdiq edilmiş AKT-dan görünür ki, X2 Nərman Abakər oğlu ilə birlikdə İddiaçı1 və onun ailə üzvlərinə məxsus “Müşkünazın bağı” adlanan ərazidən 65 ədəd fındıq topası olan 0.66 pay torpaq sahəsini 09 aprel 2002-ci il tarixdə birdəfəlik olaraq 400 ABŞ dollarına almışlar. JN-1246 KOD-40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1 və onun ailə üzvlərinə məxsus 0.66 pay torpaq sahəsini birdəfəlik olaraq aldıqları üçün sahənin kol-kos basmış yerlərini təmizləmiş və həmin torpaqda 53 ədəd fındıq topası əkmişlər. 2002-ci ildə əkdikləri 53 ədəd fındıq topasına xidmət göstərmiş və yetişdirmişlər. Hal-hazırda əkdikləri 53 ədəd fındıq topasından məhsul yığır. Akubayev Nərmanın həmin torpaqda 53 ədəd fındıq topasını əkdiyini və yetişdirdiyini qonşuları şahiddir və bunu öz imzaları ilə təsdiq edirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu İcra Hakimiyyətinin Tülü kənd inzibati ərazi dairəsinin 06.07.2021-ci il tarixli, 585 nömrəli arayışından görünür ki, həqiqətən mərhum X29 vəfat etdiyi 26 yanvar 2003-cü il tarixdə Balakən rayonu Tülü kəndində daimi qeydiyyatda olmuş və aşağıda qeyd edilən vərəsələri olmuşdur: arvadı- X18, oğlu-X30, oğlu-X31, oğlu-X25, oğlu-X6, oğlu-X32, qızı-X19, qızı-X15 və qızı-X33. İşə əlavə edilmiş iddiaçılar İddiaçı1 və digərlərinin iddiaları ilə əlaqədar Balakən rayon Tülü kəndində yerləşən 6559.35 kvm torpaq sahəsinə baxış keçirilməsi barədə mütəxəssis rəyindən görünür ki, X40 mütəxəssis qismində Balakən rayonu Tülü kəndində yerləşən "Müşkünatın bağı" adlanan 6559.35 kvm sahədə qarşısına qoyulmuş sualları cavablandırmaq üçün fındıq bağına baxış keçirdi və aşağıdakıları müəyyən etdi: ilk öncə qeyd edilməlidir ki, fındıq ağacının əkilib-becərilməsi, yəni boya-başa çatdırılması və yaxşı məhsul əldə edilməsi üçün fındıq bitkisinin xüsusiyyəti, yaxşı sort şitilin seçilməsi, bağ salınacaq sahənin hamarlanması, şitillərin müəyyən edilmiş dərinlikdə torpağa basdırılmasından başlayaraq, hər il fındıq ağaclarının diblərinin və ətraf sahələrin kolkosdan təmizlənməsi, ağacların diblərinə üzvi gübrə verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işləri aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluğa ehtiyacı vardır.İddiaçı1 və digərlərinin ümumi birgə mülkiyyətində olan və hazırda mübahisələndirilən Balakən rayonunun Tülü kəndində yerləşən 6559.35 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsində həqiqətən 118 ədəd fındıq ağacı faktiki vardır. Həmin ağaclar ekstensiv üsulla əkilmişdir. Ağac sayı fındıq bağı salınması normalarına uyğundur, dəmyədir. Ağaclar yerli "Ata-baba" sortundan olub, intensiv barvermə mərhələsindədir. Fındıq tomalarının inkişaf səviyyəsinə əsasən yaşının təxminən 18-20 il olmasına uyğundur. Kolların ümümi görünüşünə görə (budaq sayı, çətir, inkişaf səviyyəsi) kəndin orta məhsuldarlıq səviyyəsi, ayrı-ayrı fermerlerin əldə etdiyi məhsuldarlığı təhlil edərək belə nəticəyə gəlinir ki, həmin fındıq bağında orta hesabla hər ağacdan 5-6 kq, cəmi 500- 600 kq məhsul əldə etmək mümkündür ki, onun da illik dəyəri 1700-2100 manat təşkil edir. Bağın ümümi görünüşü ona yaxşı səviyyədə aqrotexniki qulluq göstərildiyinə uyğundur. Fındıq ağaclarına aqrotexniki qulluq hər il aparılmalıdır. Bir ədəd ağaca tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq ağacına 20 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilir. Belə ki, 20 illik fındıq ağacları bazarda satılmadığına, yəni belə ağacı bir yerdən başqa yerə köçürmək mümkün olmadığına görə qiymət hesablama yolu ilə müəyyən edilir. İddiaçı1 və digərlərinin ümümi mülkiyyətində olan 6559.35 kvm torpaq sahəsinə yaxşılaşdırma işləri görüldüyünü sübut edən amillər vardır. Belə ki, torpağın humusla zəngin olması, sahənin budanması, kol-kosdan, alaq otlarından təmizlənməsi, ağacların inkişaf səviyyəsi bağa aqrotexniki qulluq göstərilməsinin əlamətidir. Sahəyə peyin və yaxud digər qida qalıqlarının daşınmasına və yayılmasına təxminən 250 manat, bitki qalıqlarından və alaq otlarından təmizlənməsinə təxminən 100 manat, budanmasına təxminən 150-180 manat, mineral gübrə alınmasına sə təxminən 150-200 manat xərclənməsi mümkündür. Beləliklə baxışa təqdim edilmiş İddiaçı1 və digərlərinin ümumi birgə mülkiyyətində olan və hazırda mübahisələndirilən Balakən rayonunun Tülü kəndində yerləşən 6559.35 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş təxminən yaşı 20 olan 118 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyəri təxminən 11800 manat təşkil edir. Respublika daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və s. torpağın və torpaq üzərində olan fındıq ağaclarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 7/1302, 9/9287 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-768/2021 saylı mülki iş materialındakı aqronom rəyinə əsasən Balakən rayonu Tülü kəndində yerləşən “Müşkünatın bağı” adlanan 6559,35 kvm sahədə olan fındıq bağındakı fındıq kollarının məhsuldarlığı orta hesabla hər koldan 5-6 kq, cəmi 500-600 kq məhsul əldə etmək mümkündür ki, onunda illik dəyəri 1700- 2100 manat təşkil edir. Bağın ümumi görünüşü ona yaxşı səviyyədə aqrotexniki qulluq hər il aparılmalıdır. Bir ədəd kola tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq koluna 20 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilir. Belə ki, 20 illik fındıq kolları bazarda satılmadığına, yəni belə kolu bir yerdən başqa yerə köçürmək mümkün olmadığına görə qiymət hesablama yolu ilə müəyyən edilir. Torpağın humusla zəngin olması, sahənin budanması, kol-kosdan, alaq otlarından təmizlənməsi, kolların inkişaf səviyyəsi bağa aqrotexniki qulluq göstərilməsinin əlamətidir. Sahəyə peyin və yaxud digər qida qalıqlarının daşınmasına və yayılmasına təxminən 250 manat, bitki qalıqlarından və alaq otlarından təmizlənməsinə 100 manat, budanmasına təxminən 150-180 manat, mineral gübrə alınmasına isə təxminən 150-200 manat xərclənməsi mümkündür. Torpaq sahəsində əkilmiş təxminən yaşı 20 olan 118 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyəri təxminən 11800 manat təşkil edir. Respublika daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və tələbatdan, eləcə də əmlakın yerləşdiyi məkandan, nəqliyyat xəttinə yaxınlığından, qulluq səviyyəsindən, torpağın münbitliyindən, suvarma sisteminə yaxınlığından və s torpağın və torpaq üzərində olan fındıq kollarının qiymətində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manatdır. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X24 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə təhqiqatı zamanı müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli, 8 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X21, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 1.37 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1246 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı1 və İddiaçı2 JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kv.m torpaq sahəsini ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X9 atası X20 400 (dörd yüz) ABŞ dollarına satmışlar. Buna görə də onlar 09 aprel 2002-ci ildə bu barədə anlaşmış və akt tərtib edərək orada öz iradələrini ifadə etmişlər. Həmin 400 ABŞ dolları pul X25 tərəfindən atası Abakar Akubayevə verilmiş və X5 Akubayev üçün həmin 400 ABŞ dolları məbləğində pul hesabına həmin 6559.35 kv.metr torpaq sahəsini İddiaçı1 və İddiaçı2 almışdır. Bundan sonra həmin 6559.35 kv.metr torpaq sahəsi X1 və istifadəsində olmuşdur. Torpaq sahəsi alınan vaxt orada 65 ədəd yeni əkilmiş fındıq ağacları olmuşdur. 2002-ci ildən başlayaraq cavabdeh X25 həmin torpaq sahəsində əlavə 53 ədəd fındıq ağacları əkmişlər. 09 aprel 2002-ci ildə hazırki vaxtadək cavabdeh X25 həmin torpaq sahəsindən istifadə edir. Cavabdeh X26 torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün 53 toma bar verən fındıq ağacları əkmiş, həmin bağa aqrotexniki qulluq göstərmişdir. Bir ədəd kola tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq koluna 20 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilmişdir. Torpaq sahəsində əkilmiş təxminən yaşı 20 olan 118 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyəri təxminən 11800 manat təşkil edir. Məhkəmə hesab edir ki, ilk iddianın həlli qarşılıqlı iddianın həllindən asılı olduğuna görə ardıcllıqla əvvəlcə ilk iddiaya, daha sonra isə qarşılıqı iddiaya münasibət bildirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, ilk iddia qismən əsaslıdır. İlk iddianın hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə mübahisə predmeti olan Balakən rayonu Tülü kəndində yerləşən JN 1246 KOD 40114018 olan torpaq sahəsinin, planşet nömrəsi 1246R olan, ölçüsü 6559.35 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətində olmasını, tərəflər arasında tərtib olunmuş torpağın alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmadığından və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından cavabdeh X25 həmin torpaq sahəsindən çıxarılmalı, Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (kod ********) dövlət aktının, 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.m torpaq sahəsi cavabdeh X11 qanunsuz sahibliyindən alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İlk iddia üzrə iddiaçılar ilk iddia üzrə cavabdeh X11 ilk iddia ərizəsində göstərilən müddətdə sözügedən torpaq sahəsində olan fındıq ağaclarından qeyd edilən miqdarda və qiymətdə fındıq məhsulu yığması, həmin müddət ərzində göstərdikləri miqdarda və qiymətə fındıq məhsulunu satması nəticəsində 52000 manat əsassız gəlir əldə etməsi və onlara 52000 (əlli iki min) manat maddi ziyan vurması, bu ziyan məbləği ilə X11 hanısa qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması və X11 həmin 52000 manat ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, 52000 manat maddi ziyan tələbi hissəsində qarşılıqlı iddianın əsaslandırıldığı halları sübut edə bilməmişlər. Ona görə də məhkəmə ilk iddianı 52000 manat maddi ziyan tələbi hissəsində əsassız hesab edir və ilk iddianın həmin hissədə təmin olunmaması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan 6559.35 kvm kənd təsərrüfatı təyinatlı torpaq sahəsini cavabdeh X16 və onun atası X20 verməsini və bunun müqabilində onlardan 400 (dörd yüz) ABŞ dolları pul almasını tərəflər mübahisələndirmir. Yəni ilk iddia üzrə cavabdeh Nərman Akubayev iddiaçılara məxsus torpaq sahəsinə özbaşına olaraq sahiblənməyib. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və Firzə Həbilovaya məyyən məbləğ pul verilərək həmin torpaq sahəsini sahiblik və istifadəsinə qəbul etmişdir. Hazırda ilk iddia üzrə iddiaçılar onun torpaq sahəsindən çıxarılmasını tələb edir. Belə olan halda ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Nərman Akubayev torpaq sahəsi üçün ödəmiş olduğu pulu və çəkdiyi xərcləri geri tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 aid olan hissəsinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia tələbi onlara münasibətdə təmin edilə bilməz. Belə ki, X21, İddiaçı4, İddiaçı5, İddiaçı5 və İddiaçı6 09 aprel 2002-ci il tarixli torpağın alqı-satqısına dair akta imza etməmiş və hər hansı bir öhdəlik götürməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Məhkəmə qeyd edir ki, X25 ona torpağın yaxşılaşdırılması və əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 9550 (doqquz min beş yüz əlli) manat olmasını tam tələb etməkdə haqlı deyildir. Həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, qarşılıqlı iddia üzrə iddiaçı atası vasitəsilə qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 sözügedən torpaq sahəsi üçün 400 (dörd yüz) ABŞ dolları pul vermişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia həmin hissədə təmin edilməli, torpağın alınması üçün ödənilmiş 400 (dörd yüz) ABŞ dolları pul ödəniş günü Azərbaycan manatının ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı X16 ödənilməlidir. Məhkəmə diqqətə çatdırmağı lazım bilir ki, torpağın yaxşılaşdırılması və X11 əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsini ilk iddia üzrə iddiaçı tərəf mübahisələndirmir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 7/1302, 9/9287 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)-768/2021 saylı mülki iş materialındakı aqronom rəyinə əsasən Balakən rayonu Tülü kəndində yerləşən “Müşkünatın bağı” adlanan 6559,35 kvm sahədə olan fındıq bağındakı fındıq kollarının məhsuldarlığı orta hesabla hər koldan 5-6 kq, cəmi 500-600 kq məhsul əldə etmək mümkündür ki, onunda illik dəyəri 1700-2100 manat təşkil edir. Bağın ümumi görünüşü ona yaxşı səviyyədə aqrotexniki qulluq hər il aparılmalıdır. Bir ədəd kola tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq koluna 20 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilir. Belə ki, 20 illik fındıq kolları bazarda satılmadığına, yəni belə kolu bir yerdən başqa yerə köçürmək mümkün olmadığına görə qiymət hesablama yolu ilə müəyyən edilir. Torpağın humusla zəngin olması, sahənin budanması, kol-kosdan, alaq otlarından təmizlənməsi, kolların inkişaf səviyyəsi bağa aqrotexniki qulluq göstərilməsinin əlamətidir. Sahəyə peyin və yaxud digər qida qalıqlarının daşınmasına və yayılmasına təxminən 250 manat, bitki qalıqlarından və alaq otlarından təmizlənməsinə 100 manat, budanmasına təxminən 150-180 manat, mineral gübrə alınmasına isə təxminən 150-200 manat xərclənməsi mümkündür. Torpaq sahəsində əkilmiş təxminən yaşı 20 olan 118 ədəd fındıq topasından ibarət məhsuldar fındıq bağının, aparılmış abadlaşdırma işləri və aqrotexniki qulluq nəzərə alınmaqla hazırki bazar dəyəri təxminən 11800 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi qarşılıqlı iddia tələbi torpağın yaxşılaşdırılması və cavabdehin əkdiyi fındıq ağaclarına aqrotexniki qulluq göstərilməsi üçün çəkdiyi xərc olan 9550 (doqquz min beş yüz əlli) manatın ilk qarşılıqlı iddia üzrə cavabdehlərdən alınması hissəsi qismən əsaslıdır. Belə ki, mübahisəli torpaq sahəsində 118 ədəd fındıq ağacının olması və onlardan 53 ədədinin ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə X25 tərəfindən əkilməsi iş materialları ilə öz təsdiqini tapır. Ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsində ekstensiv üsulla əkilmiş 118 ədəd fındıq ağacının olması müəyyən edilir. Həmin fındıq ağacının qiymətinə münasibətdə isə məhkəmə iş materiallarında olan ekspert rəyinə istinad etməyi məqsədəuyğun hesab edir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 7/1302, 9/9287 nömrəli ekspert rəyindən görünür ki, bir ədəd kola tələb olunan aqrotexniki qulluq xərci ildə orta hesabla 5 manat müəyyən edilməklə bir topa fındıq koluna 20 ildə tələb edilən qulluq xərci nəzərə alınmaqla hazırki bazar dəyəri hesablama yolu ilə 100 manat müəyyən edilir. Yəni 1 ədəd fındıq ağacının real dəyəri 100 manat təşkil edir. 53x100=5300. Bunun əksini təsdiq edəcək sübutlar ilk iddia üzrə iddiaçılar tərəfindən təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 9550 (doqquz min beş yüz əlli) manatın iddiaçılardan alınması hissəsi qismən əsaslı olduğundan iddia tələbi əşyanın yaxşılaşdırılması üçün çəkdiyi xərc olan 5300 (beş min üç yüz) manatın ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi hissəsi əsaslı olduğundan təmin edilməli, 5300 (beş min üç yüz) manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Cavabdeh ödənilməli, 5300 manatdan artıq xərc tələbi hissəsində isə qarşılıqlı iddia təmin edilməməlidir. Göründüyü kimi, əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə hesab edir ki, hazırkı qarşılıqlı iddia tələbinə münasibətdə ekspertiza rəyi mühüm əhəmiyyət kəsb etdiyindən hazırkı mübahisənin həllində ekspert rəyini sübut kimi qəbul edir. Belə ki, hazırki iş üzrə başqa sübut olmadığından ekspert rəyi daha mötəbər sübut hesab edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbində göstərilən məbləğdə ziyan tələb etsə də, məhz özünun hesablamasının əsaslı olması və hər hənsı şübhədən kənar qaydada hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ekspert məhz mübahisəli ərazidə tədqiqat aparmış və müvafiq rəy vermişdir. Belə olan halda məhkəmə rəyin verilməsi və rəydə göstərilən məbləğin daha az olmasına dair hər hansı bir mötəbər sübutun olmamasını nəzərə alır. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf isə ziyanın məbləğinin rəydə göstəriləndən daha az olmasını təsdiq edən sübutlara malik deyildir. Bundan başqa məhkəmə xüsusi olaraq qeyd etməyi lazım bilir ki, tərəflər hazırkı işlə bağlı yeni ekspertizanın keçirilməsini tələb etməmiş, iş materiallarında olan ekspert rəyi ilə razılaşmışlar. Məhkəmə yeni ekspertizanın keçirilməsinə lüzum görməmiş, ekspert rəyi ilə kifayətlənmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə cavabdeh X4 rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsindən çıxarılmalı, Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsi cavabdeh X11 qanunsuz sahibliyindən geri alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanı Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 sahibliyinə qaytarılmalı, ilk iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin qarşılıqlı iddia qismən təmin edilməli, torpağın alınması üçün ödənilmiş 400 (dörd yüz) ABŞ dolları ödəniş günü Azərbaycan manatının ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 5300 (beş min üç yüz) manat çəkilmiş yaxşılaşdırma xərci ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X16 ödənilməli, qarşılıqlı iddia qalan hissədə və Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 münasibətdə təmin edilməməlidir. Qətnamə ilk iddia və qarşılıqlı iddianın təmin edilmiş hissəsində eyni vaxtda icra edilməlidir. Eyni zamanda ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 aid edilməli, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 17,54 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tutularaq qarşılıqlı iddia üzrə iddiaçı X16 ödənilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manatın 50 (əlli) manatı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X7 və 50 (əlli) manatı ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X10, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə cavabdeh X4 rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsindən çıxarılsın; Balakən rayonu Tülü kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN seriyalı 1246 nömrəli (KOD ********) dövlət aktının 1246 R planşet nömrəsində qeyd olunan 6559.35 kv.metr torpaq sahəsi cavabdeh X11 qanunsuz sahibliyindən geri alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanı Qüdrət qızı, İddiaçı5, İddiaçı6 və İddiaçı4 sahibliyinə qaytarılsın; ilk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Torpağın alınması üçün ödənilmiş 400 (dörd yüz) ABŞ dolları ödəniş günü Azərbaycan manatının ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 5300 (beş min üç yüz) manat çəkilmiş yaxşılaşdırma xərci qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq, qarşılıqlı iddia üzrə iddiaçı X16 ödənilsin; qarşılıqlı iddia qalan hissədə və Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 münasibətdə təmin edilməsin. Qətnamə ilk iddianın və qarşılıqlı iddianın təmin edilmiş hissəsində eyni vaxtda icra edilsin. İlk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, Həbilova (Kazımova) Fərqanə Qüdrət qızı, İddiaçı4, İddiaçı5 və İddiaçı6 aid edilsin; qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 17,54 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı X16 ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manatın 50 (əlli) manatı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X7 və 50 (əlli) manatı ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tutularaq,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X10, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-47/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-47/2022
01.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver