Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-470/2021 22.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2əli oğluna qarşı yaşayış sahəsindən istifadə huquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı Abbas oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 ona məxsus Balakən şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11 nömrəli evdən istifadə hüqularına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Əliyev Arif Abbasəli oğlunun nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müractiət edərək, cavabdehlər Cavabdeh2əli oğlu və Cavabdeh1 İddiaçı məxsus Balakən şəhəri, M.Rəsulzadə küçəsi 11 nömrəli evdən istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 11 ona mərhum atasından qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Nəticə olaraq həmin əmlaka tam mülkiyyət hüququ əldə etmişdir. Mənzilin mülkiyyətçisi olaraq 06.03.2019-cu il tarixində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesteri xidmətindən ona çıxarış verilmişdir. M.Ə.Rəsulzadə küçəsi, ev 11 mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər qardaşı Cavabdeh2 oğlu və onun qızı Cavabdeh1 ona məxsus evdə pasport qeydiyyatında qalmışlar. Cavabdeh2əli oğlu və onun qızı Cavabdeh1 1996-cı ildən Türkiyyədə yaşayırlar. Həmin vaxtdan hazıra kimi heç vaxt bu evdə yaşamamışlar. Cavabdehlərin ona məxsus evdə pasport qeydiyyatında olmaları onun əmlakı barədə sərəncam vermək hüququnu məhdudlaşdırmaqla yanaşı, əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Qardaşı Türkiyədən gəlmir. Ona görə də cavabdehlərin mülkiyyətində formal olaraq qeydiyyatda olması onun kommunal və s. digər xərclərin ödənişində ona əsassız olaraq maddi ziyan vurur. Məhkəmədən kənar pretenziya qaydasında məsələnin həlli üçün aidiyyəti olaraq 01.03.2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Balakən RPŞ-dən ərizəsi təmin edilməmiş və imtina edilmiş, bununla bağlı məhkəməyə müraciət etməyi izah edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılasını çıxarılmasını etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki,Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsininin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestr nömrəsi **********68 olan, ********* qeydiyyat nömrəli 06.03.2019-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında fərdi yaşayış evi 25 №li reyestr kitabının 60 №li vərəqində 06.03.2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 mart 2019-cu il tarixli, 428 №-li nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, İddiaçı və X1 nikahı haqqında 05 iyun 2003-cü il tarixdə 78 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer:Balakən rayon Qeydiyyat Şöbəsi. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh1 və Əliyev X6 şəhəri, M.Rəsulzadə küçəsi 11 saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 09.12.2020-ci il tarixli, 2897 №li arayışdan görünür ki, Cavabdeh2 oğlu və Cavabdeh1 Balakən şəhəri M.Ə.Rəsulzadə küçəsi 11 №li ünvanda qeydiyyatda olmasına baxmayaraq, qonşuların dediklərinə görə uzun müddətdir ki, Türkiyədə naməlum ünvanda yaşayırlar. İş matiriallarında olan Balakən Rayon Polis Şöbəsi tərəfindən Nümayəndə Adilbəy qızına ünanlanmış 03 mart 2021-ci il tarixli, 109-49407-3231 nömrəli məktubdan görünür ki, Balakən RPŞ-yə 01.03.2021-ci il tarixdə yazmış olduğu ərizə tərəflərindən araşdırılmışdır. Bildirilir ki, şəxs yaşayış yeri üzrə qeydliyyatdan aşağıdakı hallarda çıxırılır; 1.Yaşayış yerini dəyişdikdə-yəni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; 2.Başqa ölkədə yaşayış yeri seçdikdəmüvafiq dövlət orqanının məlumatına əsasən; 3.Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikə məhkəməninin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Ərizədə qeyd etdiyi Cavabdeh2əli oğlunun və Cavabdeh1 yaşadığı evdən daimi pasport qeydiyyatından çıxarılması üçün məhkəmə orqanlarına müracəit etməyi məqsədəmüvafiqdir. İş materiallarında olan 11.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyasının) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz; yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə görə mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.2.1 və 9.2.2-ci maddələrinə əsasən o cümlədən mənzil hüquqlarının müdafiəsi müvafiq olaraq mənzil hüquqlarının tanınması; mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra-tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qedə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvü» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanımasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında yaşayış sahəsi mülkiyyətçisinin «digər qohumları»nın onun ailə üzvü kimi qiymətləndirilməsi həmin şəxslərin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində müəyyən edilmiş şəxslər dairəsinə, yəni yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslər dairəsinə daxil olması ilə şərtləndirilmişdir. Yəni yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), uşaqları və valideynləri olmayan digər qohumları o halda mülkiyyətçinin ailə üzvü kimi yaşayış sahəsindən onunla bərabər istifadə hüququna malik şəxs kimi qiymətləndirilə bilər ki, həmin şəxslər Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin muülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərdən olsun. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsli «Ailənin başqa üzvlərinin aliment öhdəlikləri» adlanır və həmin fəsildə saxlanılmalı olan ailənin başqa üzvlərinin dairəsi konkret şəkildə göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qazların ogey ata və ananı saxlamaq vəzifəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi yanaşmaya uyğun olaraq əgər yaşayış sahəsi mülkiyyətçisinin qohumu olan şəxs Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində qeyd edilmiş həmin beş qrup şəxslər dairəsindən birinə daxil deyilsə, mülkiyyətçinin ailə üzvü kimi onunla birlikdə yaşayış sahəsindən istifadə hüququna malik olan şəxs hesab edilə bilməz və yaşayış sahəsinin mülkiyyətçisi öz ailə üzvü hesab edilməyən həmin qohumlarının öz qanuni mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdıran istənilən hərəkət və hərəkətsizliklərinə son qoulumasını tələb etməkdə haqlıdır. İş materiallarından görünür ki, Cavabdeh1 iddiaçının qardaşı qızıdır və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) göstərilən 5 qrup şəxslər dairəsinə aid deyildir. Yəni Cavabdeh1 İddiaçı özünün maddi cəhətdən saxlanmasını tələb etmək hüququna malik olan şəxs deyildir, İddiaçı Cavabdeh1 maddi cəhətdən saxlamaq vəzifəsi daşımır. Ona görə də, həmçinin həmin evdə yaşamadığından Azərbaycan Respublikasının yuxarıda istinad olunan normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarında ifadə olunan hüquqi mövqeyinə uyğun olaraq Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11 saylı evdən istifadə hüququ yaranmır. Məhkəmə həmçinin qeyd edir ki, digər Cavabdeh2əli oğlu İddiaçı qardaşı olmaqla onun digər qohumları sırasında daxil olsa da, aşağıda göstərilən səbəbdən və həmin mənzildə yaşamadığından, onun da İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11 saylı evdən istifadə hüququ yaranmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir. Qanun normasının mənasından göründüyü kimi, qardaş və bacılar yetkinlik yaşına çatmış qardaş və bacılardan o halda məhkəmə qaydasında aliment tələb edə bilər ki, onlar yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olan olsunlar, valideynlərindən saxlanılması üçün yardım ala bilməsinlər və həmçinin yardım tələb etdikləri qardaş və bacılar buna zəruri vəsaitə malik olsunlar. Digər tərəfdən qardaş və bacılarından aliment tələb etmək hüququ verilən yetkinlik yaşına çatmış qardaş və bacılar əmək qabiliyyətinə malik olmasınlar və maddi yardıma ehtiyacı olsunlar. İş materiallarından isə görünür ki, Cavabdeh2əli oğlu yetkinlik yaşına çatmışdır və iş materialları ilə onun əmək qabiliyyətinə malik olmaması və maddi yardıma ehtiyacının olması müəyyən olunmur. Cavabdeh tərəfdən də belə bir sübut məhkəməyə təqdim olunmamış, ümumiyyətlə iddia tələbinin əsaslandırıldığı hallara etirazla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə cavabdehin üzərinə düşür. Belə olan halda Cavabdeh2əli oğlu İddiaçı özünün saxlanmasını tələb etmək hüququ olan şəxslər dairəsinə daxil deyildir, İddiaçı Cavabdeh2əli oğlunu saxlamaq vəzifəsi daşımır. Həmçinin iş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2əli oğlu və Əliyeva X4 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11 saylı evdə yaşamamışlar, yaşamırlar, onlar uzun müddətdir ki, Türkiyə Respublikasında yaşayırlar və onların daimi yaşayış yeri Türkiyə Respublikasıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvaıfiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, işdəki sübutlar əsasında müəyyən edilmişdir ki, Balakən şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 11 saylı ev iş üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh2əli oğlu iddiaçının qardaşı, digər Cavabdeh1 isə iddiaçının qardaşı qızıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehlərin iddiaçının-yaşayış sahəsi mülkiyyətçisinin «digər qohumları»kimi qiymətləndirilməsi üçün həmin şəxslərin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində müəyyən edilmiş şəxslər dairəsinə, yəni yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxslər dairəsinə daxil olması üçün əsas yoxdur. Belə olan halda, cavabdehlər iddiaçıdan onun ailə üzvü kimi mülkiyyətində olan hər hansı yaşayış sahəsindən istifadə hüququ tələb edə bilməzlər. Bununla da iddiaçının razılığı olmadan onun ailə üzvü olmayan hər hansı şəxsin onun mülkiyyətində olan yaşayış sahəsindən istifadə etmək, həmin mənzildə qeydiyyatda olmaq hüququ yoxdur və bu baxımdan iddiaçı həmin halın aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2əli oğlu İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11 saylı evdən istifadə hüquqları olmayan hesab edilməlidirlər. Həmçinin iddia təmin olunduğu üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2əli oğlundan alınaraq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; cavabdehlər Cavabdeh1 və Cavabdeh2əli oğlu İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11 saylı evdən istifadə hüquqları olmayan hesab edilsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2əli oğlundan alınaraq, İddiaçı ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-470/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-470/2021
22.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver