Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-473/2021 19.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Ömərov Məhəmməd Həmid oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı Balakən rayon Şambul kənd “Azərbaycan” kolxozunun 1971-ci ilin Qaytanlanmış torpaq kitabına əsasən 31-ci sırada onun adına ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: Ömərov Məhəmməd Həmid oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Balakən rayon Şambul kənd “Azərbaycan” kolxozunun 1971-ci ilin Qaytanlanmış torpaq kitabına əsasən 31-ci sırada onun adına ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq, hesab edirəm ki, ümumi yurisdiksiyalı məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə hazırki iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İş materiallarından görünür ki, Ömərov X1 rayon Şambul kənd “Azərbaycan” kolxozunun 1971-ci ilin Qaytanlanmış torpaq kitabına əsasən 31-ci sırada onun adına ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri inzibati orqanlara aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydaları müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddilara (mübahisələndirmə haqqında iddia); həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə düşən inzibati aktın qəbul ediliməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiələrə dair iddilara (məcburetmə haqqında iddia); həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inztibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); yenə də həmin Məcəllənin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul ediliməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdlən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qanun normalarının tələbindən görünür ki, hazırki iddia inzibati orqanın üzərinə düşən inzibati aktın qəbul ediliməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması ilə bağlı olduğundan, inzibati orqana qarşı irəli sürüldüyündən və inzibati mübahisəyə dair iş olduğundan, ona ümumi yurisdiksiyalı Balakən Rayon Məhkəməsində baxıla bilməz. Qeyd olunanlara əsasən hesab edirəm ki, Ömərov Məhəmməd Həmid oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı Balakən rayon Şambul kənd “Azərbaycan” kolxozunun 1971-ci ilin Qaytanlanmış torpaq kitabına əsasən 31-ci sırada onun adına ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsinin ümumi yurisdiksiyalı Balakən Rayon Məhkəməsində baxılmalı olmaduğundan iddianın yolverilməzliyinə görə qəbul olunmasındlan imtina edilməli və Ömərov Məhəmməd Həmid oğluna hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddianın yolverilməzliyinə görə Ömərov Məhəmməd Həmid oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı Balakən rayon Şambul kənd “Azərbaycan” kolxozunun 1971-ci ilin Qaytanlanmış torpaq kitabına əsasən 31-ci sırada onun adına ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin; Ömərov Məhəmməd Həmid oğluna hazırki iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-473/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-473/2021
19.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver