Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-478/2020 04.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbulu üçün nəzərdə tutulmuş ötürülmüş müddətin bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək,anası X5 və bacısı X2 miras qalmış əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini dəqiqləşdirərək, anası X5 və bacısı X2 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirməsi üzrlü hesab edilməklə altı həftəyədək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu il tarixdə Balakən rayonunun Qazma kəndində anadan olmuşdur, halhazırda da həmin kənddə yaşayır. Atası X6, anası X5 olmuşdur. Atası 1991-ci ildə ölmüş, atasına məxsus miras (ev və torpaq sahəsi) anasının adına keçmişdir. xx.xx.2020-ci il tarixdə həmin miras əmlaka dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış almışdır. Çıxarış anasının və bacısı X4 adına verilmişdir. Anası xx.xx.2018-ci ildə, bacısı isə xx.xx.2015-ci ildə ölmüşlər. X9 əqli qüsurlu olmuşdur. Anasının isə ondan başqa 4 vərəsəsi vardır-maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 qızı və Maraqlı şəxs4. Qeyd olunan bütün vərəsələr anası və bacısından miras qalmış əmlakların onun adına keçirilməsinə heç vaxt etiraz etməmişlər. Qardaş və bacılarının hər birinin öz təsərrüfatları və yaşayış evləri vardır. O, anası və bacısından miras qalmış onların ümumi birgə xüsusi mülkiyyətlərində olan 107 kvm fərdi yaşayış evini və 0,12 ha torpaq sahəsini faktiki olaraq qəbul etmişdir və hal-hazırda onun istifadəsindədir. Bu barədə digər vərəsələlrlə mübahisə yoxdur. Həmçinin kommunal xərcləri ödəmişdir. O, həmin əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs5nə müraciət etmişdir. Maraqlı şəxs5ndə anasının və bacısının ölümündən sonra mirasın qəbulu üçün müddət ötdüyünü bildirərək, ona məhkəməyə müraciət etmək izah edilmişdir. Buna görə də göstərilən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət altı həftədən az olmuşdur. Qeyd edilənləri nəzərə alıb, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 qızı, Maraqlı şəxs4 və Maraqlı şəxs5 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxudl məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qazma kənd soveti tərəfindən xx xxxx 1969-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1969-cu il tarixdə anadan olmuş, atası X6, anası X5yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli, AZ-İ seriyalı, 711311 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, AZ-İ seriyalı, 956046 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********34-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2i fərdi yaşayış evi və 0.2 ha yaşayış məntəqələrinin torpaqları 29 №li reyestr kitabının 48 №li vərəqində fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə X3 və torpaq sahəsi ümumi birgə X4 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Notariat Kontoru tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 141 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2018-ci ildə vəfat etmiş mərhum anası X3 və xx.xx.2015-ci ildə vəfat etmiş mərhum bacısı X4 mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs5nə müraciət etmişdir. Mirasın qəbulu üçün nəzərdə tutlumuş müddəti ötürülmüşdür, müddətin bərpası üçün məhkəməyə müraciət edilməlidir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyətinin Qazma kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 416 №-li arayışından görünür ki, mərhum X4 vəfat etdiyi xx.xx.2015-ci il tarixdə ünvan 2i ünvanda daimi qeydiyyatda olmuşdur və mərhumun aşağıda adları qeyd olunan vərəsələri olmuşdur: 1) atası X6 (1991-ci ildə vəfat edib); 2) anası X5 (xx.xx.2018-ci ildə vəfat edib); 3) qardaşı Maraqlı şəxs1; 4) qardaşı Maraqlı şəxs2; 5) qardaşı Ərizəçi; 6) bacısı Maraqlı şəxs4; 7) bacısı Maraqlı şəxs3 qızı. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyətinin Qazma kənd inzibati ərazi dairəsinin xx.xx.2020-ci il tarixli, 417 №-li arayışından görünür ki, mərhum X5 vəfat etdiyi xx.xx.2018-ci il tarixdə ünvan 2i ünvanda daimi qeydiyyatda olmuşdur və mərhumun aşağıda adları qeyd edilən vərəsələri olmuşdur:1) yoldaşı X6 (1991-ci ildə vəfat edib); 2) oğlu Maraqlı şəxs1; 3) oğlu Maraqlı şəxs2; 4) oğlu Ərizəçi; 5) qızı Maraqlı şəxs4; 6) qızı Maraqlı şəxs3 qızı; 7) qızı X7 (xx.xx.2015-ci ildə vəfat edib). Məhkəmə, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Balakən rayonunun Qazma kəndində anadan olmuşdur, hal-hazırda da həmin kənddə yaşayır. Atası X6, anası X5 olmuşdur. Atası 1991-ci ildə ölmüş, atasına məxsus miras (ev və torpaq sahəsi) anasının adına keçmişdir. xx.xx.2020ci il tarixdə həmin miras əmlaka dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdən çıxarış alınmış, həmin çıxarış anası X3 və bacısı X4 adına verilmişdir. Anası xx.xx.2018-ci ildə, bacısı isə xx.xx.2015-ci ildə ölmüşlər. Anası X3 ərizəçidən başqa 4 vərəsəsi vardır- Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 qızı və Maraqlı şəxs4. Qeyd olunan bütün vərəsələr anası və bacısından miras qalmış əmlakların ərizəçinin adına keçirilməsinə etiraz etmirlər. Ərizəçi anası və bacısından qalmış mirası faktiki olaraq qəbul etmişdir və həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Həmçinin evin kommunal xərclərini ödəmişdir. O, anası və bacısının qanun üzrə vərəsəsidir. Digər vərəsələrlə bu barədə mübahisələri yoxdur. Ona görə də o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxs5nə müraciət etmişdir. Maraqlı şəxs5ndən anası və bacısının ölümündən sonra mirasın qəbulu üçün müddətin ötürüldüyünü bildirərək, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Bu mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət altı həftədən az olmuşdur. Buna görə də o, göstərilən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi mərhum anası X1 və mərhum bacısı X2 qalmış mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermişdir. Belə ki, o, mirası faktiki qəbul etməklə, hüquqi cəhətdən savadsızlığından, mirasın qəbulu üçün miras açıldıqdan sonra qanunda nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməli olmasını bilməmişdir. Hazırki mirasın qəbulu müddətinin uzadılmaması isə ərizəçinin vərəsəsi olduğu mərhum anası və bacısının mirasına yiyələnməsindən məhrum olunmasına gətirib çıxarar. Bu da onun hüquqlarının əsassız və ədalətsiz məhdudlaşdırılmasına səbəb olacaqdır və ona görə də yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. İkinci növbədə- ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətiin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi mərhum anası X1 və mərhum bacısı X2 qalmış mirasın qəbul edilməsi üçün müyyənləşdirilmiş müddətin gecikdirməsi üzürlü hesab edilməklə həmin müddət altı həftəyədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X1 və mərhum bacısı X2 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət altı həftəyədək uzadılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-478/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-478/2020
04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver