Məhkəmə qərarları › İş №2(019)-49/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-49/2021

12.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-49/2021 12.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X3 və maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxx 1966-cı ildə doğulmuş X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, izahatında göstərdi ki, o, Balakən rayonu Kortala kəndində yaşayır. X6 onun bacısıdır. X6 anadangəlmə xəstədir. Rəmziyyə daun sindromu, anadangəlmə kəmağılllıq, imbesillik səviyyə diaqnozu ilə xəstədir. X6 xx.xx.1980-cı il tarixdən Balakən Mərkəzi Rayon Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X6 əlildir və əmək qabiliyyəti yoxdur. X6 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. xx xxxxx 1966-cı ildə doğulmuş X2 xəstəliyi, yəni psixi qüsuru ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəyə etiraz etməyərək, izahatında göstərdi ki, X6 anadangəlmə xəstədir. O, ambulator şəraitdə psixiatriya kabinetdə qeydiyyatdadır. Rəmziyyə Şirbidova xəstəliyi ilə əlaqədar olaraq əlildir və əmək qabiliyyəti yoxdur. X6 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. xx xxxxx 1966-cı ildə doğulmuş X2 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ərizənin təmin olunmasına etirazı yoxdur. Ərizəçinin və qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı məhkəmə iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X8 adını düzgün söyləmiş, xəstə olduğunu bildirmiş, ancaq hansı xəstəlikdən əziyyət çəkməsi və atalar sözləri, gələcək planları və həyat şəraiti ilə bağlı fikirlər və mülahizələr söyləməsi barədə məhkəmənin və proses iştirakçılarının suallarına cavab verə bilməmişdir. İşdə olan Balakən raron X11 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 701 saylı arayışda göstərilir ki, Kortala kənd sakini 1966 təvəllüdlü X6 həqiqətən MRXnın psixiatriya kabinetində xx.xx.1980-cı ildən dispanser qevdiyyatındadır.Diaqnoz: Daun sindromu. Anadangəlmə kəmağıllıq imbesillik səviyyə. İşdə olan xx xxxx 2020-ci il tarixli vəsiyyətnamədən göstərilir ki, Balakən rayonu Kortala kəndində yaşayan X14 (AZE 05531569,xx.xx.2007- BALAKƏN RPŞ) ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Balakən rayonu Kortala kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və pay torpaqlarını oğlu Ərizəçi vəsiyyət etmişdir. İşdə olan JN 5xx xxx 40106018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon X5 xx xxx 1997-ci il tarixli qərarı ilə Balakən rayonu Kortala kəndi 2.45 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X12, X9, X4, X7 və X10 mülkiyyətinə verilmişdir. İşdə olan Balakən rayon Püştətala kənd soveti tərəfindən x xxx 1966-cı il tarixdə verilmiş AZ ******* №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1966-ci il tarixdə anadan olmuş, atası X14, anası X13 yazılmışdır. İşdə olan Balakən rayon Püştətala kənd soveti tərəfindən xx xxxxxx 1984-cü il tarixdə verilmiş İİ-JQ 349435 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1974-ci il tarixdə anadan olmuş, atası X14, anası X13 yazılmışdır. İşə əlavə olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 16 nömrəli rəyindən görünür ki, X6 anadangəlmə xroniki xəstəlik olan YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZGUNLUQLARİ, DAUN SİNDROMU İLƏ XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (Balakən MRX X22 tərəfindən verilmiş 701 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda ifadə olunmuş davranış pozğunluğunun müşahidə olunması, nitq kontaktına girməməsi, durmadan səfehcəsinə gülümsəyərək mənasızcasına ətrafa boylanması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, narahat və gərgin olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, atalar sözlərininin mənasını tam düzgün izah edə bilməməsi, tənqidi funksiyalarının kobud pozulması, gələcək üçün heç bir real plan söyləməməsi, intellektininin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=55% və s.) imkan verir. X6 uşaqlıqdan YÜNGÜL DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZGUNLUQLARİ, DAUN SİNDROMU İLƏ XBT-10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış)F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN Şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X2 uşaqlıqdan xəstə olmaqla ona əvvəllər müavinət, sonralar isə İİ qrup müddətsiz əlillik təyin edilməsi, daim valideynlərinin, onların vəfatından sonra qardaşı Ərizəçi nəzarəti altında yaşaması və ətrafdakıların köməyinə ehtiyacının olması, orta ümumtəhsil və yardımçı məktəblərində oxuması, oxumaq və yazmaq vərdişlərini əldə etməməsi, adi hesablama əməliyyatlarını apara bilməməsi, X1 müayinə olunması və 1980-ci ildən Balakən MRX-nin poliklinikasında psixiatriya kabinetində daun sindromu, anadangəlmə kəmağıllıq, imbesillik səviyyəsində diaqnozu qoyulması, hazırki ekspertiza zamanı onda təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozğunluğunun müşahidə olunması, bələdliyin pozulması, verilən suallara çox vaxt qısa və birmənalı cavablar verməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri tam düzgün söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq müşahidə edilməsi, yaddaşının pozulması, təfəkkürünün mexaniki tipli olması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını apara bilməməsi, maraq dairəsinin daralması və əsasən fizioloji tələblərə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəifləməsi, atalar sözlərinin mənasını tam düzgün izah edə bilməməsi, tənqidi funksiyalarının pozulması, gələcək üçün heç bir real plan söyləməməsi, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=55 % və s.) və davranışının mümkün nəticələrini tam anlaya bilməməsi əsas verir. İşdə olan 5.08.2020-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin, qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxxx 1966-cı ildə doğulmuş bacısı X6 anadangəlmə daun sindromu, anadangəlmə kəmağıllıq, imbesillik səviyyə diaqnozu ilə xəstədir. X6 xx.xx.1980-cı il tarixdən Balakən Mərkəzi Rayon Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X6 əlildir və əmək qabiliyyəti yoxdur. X6 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. xx xxxxx 1966-cı ildə doğulmuş X2 xəstəliyi, yəni psixi qüsuru ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 16 saylı rəyinə əsasən X6 uşaqlıqdan yüngül dərəcəli əqli gerilik, davranış pozğunluqları, daun sindromu ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir, bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxxx 1966-cı ildə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx xxxxx 1966-cı ildə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar