Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-49/2022 14.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı4, iddiaçı Qurbanova (Əhməyeva) Aynurə Abdulhəmidl qızının, digər iddiaçılar Girgin (Əhiəyeva) Tanzilə Abdulhəmid qızının və Mehralıyeva (Əhməyeva) Təranə Abdulhəmid qızının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Girgin (Əhməyeva) Tünzalə Abdulhəmid qızının, Mehralıyeva (Əhməyeva) Təranə Abdulhəmid qızının, Qurbanova (Əhməyeva) Aynurə Abdulhəmid qızının, İddiaçı4 Cavabdeh1 oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Girgin (Əhməyeva) Tünzalə Abdulhəmid qızı, Mehralıyeva (Əhməyeva) Təranə Abdulhəmid qızı, Qurbanova ( Əhməyeva) Aynurə Abdulhəmid qızı, Əhməyev X14 Qəşəm İsmayıl oğluna, X37 ,Cavabdeh5,Cavabdeh2 Tenqiz oğluna və X18 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Girgin (Əhməyeva) Tanzıla Abdulhəmid qızı, Mehralıyeva (Əhməyeva) Təranə Abdulhəmid qızı, Qurbanova (Əhməyeva) Aynurə Abdulhəmid qızı, İddiaçı4 ilə cavabdehlər Cavabdeh4, X19, Cavabdeh5, Cavabdeh2 Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndində ümumbirgə mülkiyyət hüququ əsasında verilmiş 1,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının üəyyən edilməsi, naturada bölünməsi cavabdehlərin onlara məxsus sahənin 4/8 hissəsindən çıxarılması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edib, X37 ,Cavabdeh5,Cavabdeh2 Tenqiz oğluna və X18 münasibətdə, həmçinin torpaq sahəsinin naturada bölünməsi və onların torpaq sahəsindən çıxarılması hissəsində iddia tələbinin həcmini azaldaraq, yalnız Cavabdeh1 oğlunun ümumi birgə mülkiyyətlərində olan 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 949 cizgisində göstərilən 1.22 ha hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia onunla əsaslandırılmışdır ki, Girgin (Əhməyeva) Tanzıla Abdulhəmid qızına, Mehralıyeva (Əhməyeva) Təranə Abdulhəmid qızına, Qurbanova (Əhməyeva) Aynurə Abdulhəmid qızına, İddiaçı4 və Cavabdeh4, X19, Cavabdeh5, Cavabdeh2 Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən Balakən rayonu Mahamalar kənd sakini cavabdeh X28 istifadə edir və bildirir ki, həmin torpaq sahəsini Cavabdeh4, X29, Cavabdeh5 və Cavabdeh2 ona satmışlar. Onları isə həmin torpaq sahəsinə girməyə qoymur. Cavabdehlərin onlara aid torpaq sahəsinin alqı-satqısı ilə bağlı heç bir sənəd, sübut yoxdur. Onlara düşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini heç kimə satmamışlar. Məhkəmə iclasında iddiaçı İddiaçı4, iddiaçı Qurbanova (Əhməyeva) Aynurə Abdulhəmidl qızı, digər iddiaçılar Girgin (Əhməyeva) Tanzilə Abdulhəmid qızının və Mehralıyeva (Əhməyeva) Təranə Abdulhəmid qızının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. 06 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu iddianı qəbul etməyərək, sözügedən 1.28 ha torpaq sahəsini X20 və ailə üzvlərindən şifahi qaydada aldığını, lakin həmin torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənədinin olmadığını, torpaq sahəsini boşaltmaq istəmədiyini bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydadad xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 oğlu heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-949 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X46 surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X22, Cavabdeh5, Cavabdeh2 Tenqiz oğlunun,X16, X2, X3, X4 və İddiaçı4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 1.28 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 iyun 2021-ci il tarixdə verilmiş 641 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X11 qeyd olunmuşdur. Odur ki, İddiaçı2 (şəxsiyyət vəsiqəsi AZE № ******** Asan1 xx.xx.2017) ilə Torpağa Mülkiyyət Hüququna dair JN-949 nömrəli Dövlət Aktında adlı siyahıda qeyd olunan X8 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümaüəndəliyi tərəfindən 18 iyun 2021-ci il tarixdə verilmiş 640 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X12 qeyd olunmuşdur. Odur ki, İddiaçı3 (şəxsiyyət vəsiqəsi AZE № 17050830 Asan-Gəncə xx.xx.2017) ilə Torpağa Mülkiyyət Hüququna dair JN-949 nömrəli Dövlət Aktında adlı siyahıda qeyd olunan X9 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İHB Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 fevral 2021-ci il tarixdə verilmiş 243 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq adı X13 qeyd olunmuşdur. Odur ki, X21 (Türkiyə Cümhuriyyəti TC-Kimlik kartı №**********8) ilə Torpağa Mülkiyyət Hüququna dair JN-949 nömrəli Dövlət Aktında adlı siyahıda qeyd olunan X10 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 may 2022-ci il tarixli, 10/304 saylı rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTl-si tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-949 KOD 40108018 nömrəli Torpağa mülkiyyət hüququna X47 əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən X22, Cavabdeh5, Cavabdeh2 Tenqiz oğlunun, X16,X2, X3, X5 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 1.28 ha kənd təsərrüfatıf təyinatlı torpaq sahəsindhən iddiaçıların 4/8 hissə paylarının ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəsəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir; Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTl-si tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-949 KOD 40108018 nömrəli Torpağa mülkiyyət hüququna X47 əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən X22, Cavabdeh5, Cavabdeh2 Tenqiz oğlunun, X16, X1, X3, X5 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 1.28 ha kənd təsərrüfatıf təyinatlı torpaq sahəsinin 949 cizgisində göstərilən 1.22 ha hissəsi Cavabdeh1 oğlu tərəfindən istifadə olunur. Qeyd: Cavabdehin istifadə etdiyi iddiaçılara məxsus 1.22 ha torpaq sahəsininin natruada yerləşmə vəziyyəti kordinatları mütəxəssis rəyindəki yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 04 may 2022-ci il tarixli, 10/304 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, JN- 949 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X47 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X22, Cavabdeh5, Cavabdeh2 Tenqiz oğlunun, X17, X6, X7, X5 və İddiaçı4 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 1.28 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 may 2022-ci il tarixli, 10/304 saylı rəyi ilə müəyyən olunmuşdur ki, JN- 949 KOD 40108018 nömrəli Torpağa mülkiyyət hüququna X47 əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən X22, Cavabdeh5, Cavabdeh2 Tenqiz oğlunun, X16,X2, X3, X5 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 1.28 ha kənd təsərrüfatıf təyinatlı torpaq sahəsindhən iddiaçıların 4/8 hissə paylarının ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəsəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir, həmçinin JN-949 KOD 40108018 nömrəli Torpağa mülkiyyət hüququna X47 əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən X22, Cavabdeh5, Cavabdeh2 Tenqiz oğlunun, X16, X1, X3, X5 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 1.28 ha kənd təsərrüfatıf təyinatlı torpaq sahəsinin 949 cizgisində göstərilən 1.22 ha hissəsi Cavabdeh1 oğlu tərəfindən istifadə olunur. İddiaçılar da onların ümumi birgə mülkiyyətinə verilmiş 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 949 cizgisində göstərilən 1.22 ha hissəsindən Cavabdeh1 oğlunun çıxarılmasını tələb edirlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X27 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə işin hallarını yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, JN-949 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X47 əsasən Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.28 ha torpaq sahəsinin 949 cizgisində göstərilən 1.22 ha hissəsindən Cavabdeh1 oğlu qanunsuz istifadə etdiyi üçün Cavabdeh1 həmin 1.28 ha torpaq sahəsinin 949 cizgisində göstərilən 1.22 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə iclasında Cavabdeh1 oğlu sözügedən torpaq sahəsini Cavabdeh4 və onun ailə üzvlərindən şifahi qaydada aldığını və həmin torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənədin olmadığını bildirmiş, həmin torpaq sahəsini notarial qaydada təsdiq edilmiş yazılı müqavilə və ya sadə yazılı qaydada tərtib olunmuş müqavilə əsasında aldığını və həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alındığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Bu xüsusda məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka dair bütün hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Həmçinin qanunvericiliyə əsasən (Mülki Məcəllənin 139-1, 140.144,146, 334, 337, 646-648-ci maddələri və sair) daşınmaz əmlak, o cümlədən torpaq sahəsinin alqısatqısı və digər qaydada özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr yazılı qaydada bağlanmalı, notarial qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Bu tələblərə riayət edilməməklə daşınmaz əmlakla bağlı hər hansı formada bağlanmış müqavilələr heç bir hüquqi nəticələrə səbəb olmur və belə halda şəxs həmin daşınmaz əmlaka heç bir hüquq əldə etmir. Bu qanunun tələbidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 oğlu JN-949 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X48 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün X22, Cavabdeh5, Cavabdeh2 Tenqiz oğlunun, X17, X2, X7, X5 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 1.28 ha torpaq sahəsinin 949 cizgisində göstərilən 1.22 ha hissəsindən çıxarılmalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 oğlundan, tutularaq, iddiaçılar Girgin (Əhməyeva) Tanlilə Abdulhəmid qızına, Mehralıyeva (Əhməyeva) Təranə Abdulhəmid qızına, Qurbanova (Əhməyeva) Aynurə Abdulhəmid qızına və İddiaçı4 qızına ödənilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh1 oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X15, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 oğlu JN-949 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X48 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün X22, Cavabdeh5, Cavabdeh2 Tenqiz oğlunun, X17, X2, X7, X5 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 1.28 ha torpaq sahəsinin 949 cizgisində göstərilən 1.22 ha hissəsindən çıxarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 oğlundan tutularaq, iddiaçılar Girgin (Əhməyeva) Tanlilə Abdulhəmid qızına, Mehralıyeva (Əhməyeva) Təranə Abdulhəmid qızına, Qurbanova (Əhməyeva) Aynurə Abdulhəmid qızına və İddiaçı4 qızına ödənilsin; iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh1 oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X15, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-49/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-49/2022
14.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver